Milli.Az Azərtac-a istinadən bildirir ki, noyabrın 15-də "Böyük İyirmiliyin" Antalyada keçirilən sammiti çərçivəsində "Biznes-20"/"Qadınlar-20" ("Business-20"/"Women-20") birgə sessiyası təşkil olunub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sessiyada iştirak ediblər.Tədbirdə əvvəlcə qaçqın qadınların problemlərinə həsr edilən videoçarx nümayiş olundu.Sessiyada çıxış edənlər bu problemin artıq qlobal xarakter aldığını bildirdilər. Qeyd edildi ki, həlli vacib olan belə problemlərin aradan qaldırılması ilə yanaşı, onların qarşısını almaq da zəruridir.Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan sessiyada çıxış edərək dedi ki, sammit çərçivəsində təşkil olunan bu tədbir qadınların, xüsusilə qacqın qadınların problemlərinin həllinə yeni bir baxış gətirəcək. Əminə Ərdoğan terrorçuluğa qarşı mübarizə, Suriyadakı vəziyyət, bu ölkədən olan qaçqınların məsələlərinə də toxundu. Bildirdi ki, dünyanın müxtəlif yerlərində törədilən terror aktlarından ən çox əziyyət çəkən qadınlar və uşaqlardır. Bu problemin indiyədək həllini tapmaması təəssüf doğurur. Türkiyə prezidentinin xanımı Antalya sammitini suriyalı və iraqlı qaçqınların problemlərinin həllinə kömək baxımından böyük fürsət kimi dəyərləndirdi.Sessiyada digər çıxış edənlər milliyəti və sərhədi olmayan terrorun yaratdığı təhlükələrin aradan qaldırılmasında dünya xalqlarının birgə fəaliyyətlərinin zəruriliyindən danışdılar.Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və qızı Leyla Əliyevanı yola saldı.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir
8 Martda Bakıda hava necə olacaq?
Artıq çəkidən necə xilas olmaq olar?
“Google” XƏBƏRDARLIQ EDİR: bu tətbiqləri dərhal silin!
İngilis dili-Tt
Beren Saatın ayaqqabısı heyvansevərləri qəzəbləndirdi-FOTO
Svarovski daşlı bijuteriyalar
Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi başa çatdı
Yoqurtu sevməyin 10 səbəbi ( 2-ci hissə)
Dünyada ən çox onun ayaqqabısı var
Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz - SİYAHI
Çağatay Ulusoy serialdan imtina etdi
Alişan sevgilisinə 4 min xərclədi
Beren Saat başqa evə köçür
8 Martda Hava necə olacaq?
Qız uşaqları üçün otaq dekorasiyası
7 noyabradək telefon və kompüterdən uzaq DURUN!
Kıvançın baxışları jurnalistlərin diqqətini çəkdi-FOTO
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Heydər Əliyev və Azərbaycan ədəbiyyat
İdman paltarlarını necə yumalı?
Bayramınız mübarək!
Qonşusu ilə dalaşan Ed Şiran pandemiya dövründə yeni evlər aldı
23 yaşında aldığı qəsri təzələdi - FOTO
İşğaldan azad olunan Mincivanda son vəziyyət... - VİDEO
Nikahdan əvvəl tibbi müayinələrin sayı artırıla bilər
Günün ulduz falı
Dünya pandemiyadan 100 MİLYARD dollara xilas ola bilər
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
İki məşhur eyni filmdə -FOTO
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
İlon Mask dünyanın dördüncü ən varlı insanı oldu
Yeni il gecəsi üçün makiyaj tövsiyələri
Müştərilər azalıb?
Sosial şəbəkələr gənc nəsillərə tənhalıq hissini verir
Xərçənglə mübarizə aparan 4 ərzaq
Sabahın HAVAsı
Kiçik vanna otaqları necə dekorasiya edilir
Yeni şəbəkə istifadəçiləri artır
Solyari dəri xərçəngi əmələ gətirir?
Dünyanın ilk smart eynəyi satılır
5 kilometrlik qızıl zəncir nümayiş etdirildi-video
Ən böyük arzusu Vətən uğrunda döyüşmək olan şəhidimiz - VİDEO
Bu ölkənin qadınlarının 1/3-ü qarımış qızlardır
Amazon yeni servisi işə saldı
Dollarda qəfil ucuzlaşma
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Binalara istilik nə vaxt veriləcək?
Telefonla film çəkdi 25 min qazandı-FOTO
30 gün əvvəldən bilet almaq mümkündür!