Elif Şəfəq, “Ustam və mən”
Bəzi kitablar var ki,ya heç nə yazmamamağı tərcih edirsən:hansı ki,nəyi isə əksik yaxud nəyi isə kitaba layiq olmayacaq bir şəkildə
yazacağından qorxursan.Ya da o qədər çox fikir yazmağı istəyir və səbrsizlənirsən ki,bir göz qırpımında hər şeyi sətirlərdə görmək
istəyirsən..
“Ustam ve Ben” əsəri məndə elə doğma bir yer qazandı ki..Elif”i “AŞK” ilə əzbərləyirdimsə “Ustam ve Ben”lə də təkrar edəcəyəm güman ki..
Sadəcə möhtəşəm idi.2 ilə yaxındır əlimdə olan kitabı niyə oxumamışam deyə qınayırdım amma bitdikdən sonar dedim:ELƏ MƏHZ
İNDİ OXUMALI İMİŞƏM..!
-Kitab 2013 cü ilin dekabr ayında nəşr olundu.Haqqında inanılmaz məqalə və fikirlər yazıldı.İstər tvdə istər sosial şəbəkələrdə istərsə də gündəlik müzakirələrdə.Bəyənənlər və bəzi məqamları (tarixi baxımdan) yerdəyişim etdiyinə görə qınayanlar oldu.Lakin inanıram ki, həmin insanlar sondakı müəllif fikrinə səthi yanaşıblar.Sırf əsəri bəyəndiyim üçün demirəm.Təbii ki,zövqlər və fikirlər müxtəlifdir.Əksinə tənqid gəlirsə demekdir DOĞRU YOLDASAN!
-Kitab 472 səhifədir.inanın bu səhifələrdə elə möhtəşəm səyahət nöqtələri var idi ki:
Məhəbbət şəhəri-AGRA
Şeirlər şəhəri-ROMA
Memarlıq diyarı-FLORENSİYA VE VENESİYA həmçinin ROMA
Və möhtəşəm xəyallar ölkəsi – İSTANBUL…
-Kitabda bütün hadisələr Osmanlı dönəmində baş verir. Sultan Süleyman,Sultan Səlim,Sultan Muradın hakimiyyət illərindəi real baş
verən hadisələr (kimi zaman xəyal),Hürrəm sultanın gördüyü işlər..Ama əsas MEMAR SİNAN,şagirdi CİHAN ,fili ÇOTA və sultan qızı
MİHRİMAH..
-Memar Sinan haqqında çox əsərlər oxumuşam.Sırf buna səbəbdir ki, kitabdan dünən 160 səhifə oxumağıma baxmayaraq böyük qismini bu gün oxuyub bitirdim.
-Memar Sinan dahi müəllim,işinə sadiq mütəxəssis,sənətini sevən və xalqının faydası üçün çalışan dahi idi.Və ondan olsa gərək
ki,şagirdlərinin üzərinə pərvanə işıq ətrafında əsən kimi əsirdi. Sinan mükəmməlliyəti sevən insan deyildi. Bunu hamıya miras qoymaq üçün bütün tikiilərində sadə bir qüsur buraxırdı. Şahzadə məscidi, Süleymaniyyə məscidi, Ayasofyanın tam təmiri, Mİhrima məscidi və s. kimi möhtəşəm işlərin memarı olan Sinan öz işlərini o dərəcə gözəl və bənzərsiz görürdü ki,dünya ölkələri arasında memarlıqdan bəhs edərkən onun adı Roma memarları ilə yanaşı çəkilirdi. Onun əl işləri dünyanın çox ölkələrində ilham mənbəyi olmuşdu.Hətta bəzən “filankəs sırf Sinanın şagirdidir- deməli yaxşıdır” düşüncəsi ilə onun şagirdlərinə möhtəşəm işlər tapşırılmışdır.
Əslində reallıqda Memar Sinan sultan qızı Mihrimaha aşıq olmuşdur. Həmçinin şagirdlərindən bəziləri.Və Elif əsərdə məhəbbət
mövzusunu Sİnan üzərində deyil onun şagirdi Cihan üzərində qurmuşdur.
“Dünya su kimi axsın!” deyirdi Sinan. O insanları pis düşünə bilmirdi..Memar Sinan insanlığı sevən insan idi..
-Cihan isə sadə bir filbaz hintli idi.Əslində başqa səbəblərdən saraya gedib tamam başqa insan kimi yetişmişdi. Lakin onu yetişdirən Sinan Cihana yeni gələcək bağışladı.Əvvəl fil baxıcılığı edən Cihan sonar Memarın sağ qolu oldu. Və Sinan öldükdən sonar yerini ona vəsiyyət etdi. Əsərin başlarından mənə Cihan çox tanış gəlirdi. Çünki mən Hindistanı sevirəm.Çünki Tac_Mahal I sevirəm.Çünki onu tikən memar, Sinanın şagirdi idi və məhz Hindistanda yaşayıb müəyyən səbəblərdən köç etdikdən sonra təsadüfən qayıdıb o tikiliyə rəhbrəlik etmişdi. Mən yanılmamışdım.. Bu elə həmin Cihan idi..Həmin hissədə bütün bədənim ürpərdi.Tarix təkərrür edirdi elə bil.Cihanı oxuduqdan sonar insan bir daha dərk edir ki,məhz Elm –irfan insana yaxşi tərbiyəçi,müəllim ola bilər!!
-Çota..Heyvanlardan xüsusən fil və atları çox sevirəm. Bəlkə də “Əlvida Gülsarı” və bu kitabı sevməyimdə o sevginin rolu var. Çota Cihanın dostu,yoldaşı,təsəllisi,hər şeyi idi..Son günlərində belə elə qayğı var idi ki,aralarında..Bir oxucu kimi gözyaşı içində bunu hiss etməmək qeyri-mümkün idi.. Məhz həmin sədaqətli Çota inşaatlarda , şənliklərdə, savaşın ağır anlarında bir sözlə hər an köməklərinə çatmadımı? İnsan düşünmədən edə bilmir: Dilsiz ağızsız bir heyvan bu qədər vəfa verərkən insan niyə eynisini etməkdə acizdir?? Bir sözlə hər biriniz əsəri oxuduğunuz zaman MƏNİM DƏ BİR ÇOTAM OLSUN deyəcəksiniz…
-Həmçinin Sinanın digər 3 şagirdi: Yusif,Davud,Nikola;Mihrimah sultan,Balaban,Hesna hatun,Tomaso,Simeon yadda qalan və təsirli
obrazlar oldu..
-Ümumiyyətlə bir müəllimin işində yaxşı olması 1-ci işini 2-ci şagirdlərini sevməkdən başlayır..Bu fikrimin təsdiqini bir daha bu
kitabda tapdım..Həmçinin Sİnanın kitablara olan məhəbbəti məni məndən aldı apardı..Kitabda Nəsrəddin Tusi adını görmək ürəyimi
pərvazlandırdı.Həmçinin Dante-İlahi Komediya adına rast gəlmək olmazın sevindirdi.
Səadət DADAŞOVA
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ermənistanda bundan sonra nə olacaq?
Məşhur futbolçu Pamella Andersona XƏYANƏT etdi-FOTO
BÜRCLƏR bizə nə vəd edir? -1 İyun
Bu gün Milli Qurtuluş Günü qeyd edilir
BÜRCLƏR bizə nə vəd edir? - 24 APREL
Zəlzələ binalara ziyan vurdu
Vaxtının bir saatını
Polaroid yeni planşet satacaq
Gecə geyimləri
Bu günün hava proqnozu - 04.11.2013
Daha bir əsgərimizi itirdik
Ucuz qurbanlıq ətlər satılacaq
Rus dilində imtahan verəcək abituriyentlərin nəzərinə qaydalar dəyişib
Bakıda ilkin mənzil bazarında qiymətlər necədir?
Sonsuzluq bəla olmamalıdır...(Səbəbləri)
Azərbaycanda 1 həftəlik istirahət neçəyə başa gəlir?
Vanqanın 2020-ci il proqnozu
Həyatının son anlarında tibb işçilərinin onu necə incitdiyini çəkdi
Bakıdan Ankaraya sərnişin qatarı açılır - QRAFİK - QİYMƏTLƏR
Azərbaycan-Türkiyə orudusu təlimlərə başladı
Xankəndi və Şuşada Azərbaycan mobil şəbəkəsi fəaliyyətə başladı
Uşaq ayaqqabıları istehsal edən 12 şirkət bağlandı
Bu gün Fikrət Əmirovun doğum günüdür
Hansı ev bitkiləri havanı təmizləyir?
Dünyadakı “Ən”lər silsiləsindən
Marsın səthində qeyri-adi KƏŞF
Qarabağın böyük tarixi abidəsi - Qaraköpəktəpə
Bürclər hansı xüsusiyyətləri ilə FƏXR ETMƏYƏ LAYİQDİR?
Ulduzlar Şahmarın gözüylə....
Romantik olmayan qadınlar (1)
Hulusi Akar və Zakir Həsənovun zəfər sevinci: Qucaqlaşdılar və himn oxudular - VİDEO
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
“Barselona”da “təmizləmə” işləri
Gürcüstan Prezident seçir
Sobada qızarmış tərəvəzlər (foto resept)
Bunları tozsoranla təmizləməyin
Uşaqlarımızı günəşdən necə qoruyaq?
Xəzər dənizi "azad edilir" - hasarlar sökülür
Qəbul imtahanından az bal toplayan abituriyentlərin nəzərinə
Azərbaycanlı yazıçı ABŞ-da ilkə imza atdı
Zabit Səmədov Dubayda döyüşəcək
Bakıda mərkəzi yollardan birində hərəkət məhdudlaşdırlacaq
İbtidai siniflərdə problem: bu dərsləri kim keçsin?
Azərbaycanda daha 41 nəfər koronavirusdan öldü: 4273 yeni yoluxma
Günün qoroskopu - 31.10.2013
Günün qoroskopu: Uğurlu gündür!
2020-ci ilin trend saç modelləri
Fəxri adlarla bağlı nazirə müraciət olundu
Bayden rəsmən ABŞ prezidentliyinə namizəd kimi təsdiqləndi
Azərbaycanlıların Facebook sevgisi
- ŞƏRHLƏR