Giriş
Bağla

Qızardılmış toyuq budları (foto resept)

MƏTBƏX / Quru yeməklər

 

Qızardılmış toyuq budları (foto resept)

Tərkibi:

Toyuq budu - 12  ədəd

Acı bibər - 1 ədəd

Sarımsaq - 4 diş

Bal - 1 x.q

Sirkə - 50 ml.

Duz - istiot

2 x.q. küncüt 

"Zeytun bağları" zeytun yağı

Hazırlanması:

Qızardılmış toyuq budları (foto resept)

Əvvəlcə sous hazırlanır:

Bir qaba sirkə, bal, duz - istiot, xırda doğranmış acı bibər və əzilmiş sarımsağı əlavə edib yaxşı qarışdırın.

Qızardılmış toyuq budları (foto resept)
Sonra toyuq budlarını hazırladığımız sousda bir neçə saat saxlayırıq ki, yaxşı dadlı olsun.

İndi sobanın listinə parlaq kağız (yani folqa kağızı) qoyuruq.

Kağızın üzərinə bir az zeytun yağ çəkin və toyuq budlarını düzün.

 Qızardılmış toyuq budları (foto resept)

Amma qabın dibində qalan sousu tökməyin, lazım olacaq.

Qızardılmış toyuq budları (foto resept)

 Və 200 dərəcədə 45-50 dəqiqə bişməlidir.

Bir az bişdikdən sonra sobanızı açın və qabda qalan sousu ətin üzərinə gəzdirin və yenidən qoyun bişməyə.

Sonda istəsəniz isti-isti üzərinə küncüt səpə bilərsiniz.

Və budur yeməyimiz hazırdır!

Qızardılmış toyuq budları (foto resept)

Nuş olsun!



Şərhlər (11)

gunay36 gunay36 6 January 2016 15:21 Cavab yaz

Beh beh. cox dadli olar bu yemek...
zehra 2013 zehra 2013 20 December 2015 23:00 Cavab yaz

Toyuq etini cox sevirem,bununda dadli olduguna eminem give_ros
fatime11 fatime11 20 December 2015 12:20 Cavab yaz

Sevirəm toyuq budunu dadlı olur.
sevgican sevgican 31 October 2015 15:47 Cavab yaz

Çox gözəl görünüşü var.Təşəkkürlər, Qəribə.
Ryos Ryos 29 October 2015 14:37 Cavab yaz

Ne dadli gorunushu var.Mende tez tez hazirliyiram bunnanda olmasa buna oxsharini..Coxsaqol Qeribem.
Fatma Fatma 28 October 2015 16:36 Cavab yaz

Yoxsa özün qızartmısan qız çox ləzzətli görsənir
sema_arzum sema_arzum 28 October 2015 13:55 Cavab yaz

Bəh! Bəh! Bəh! nyam Çox ləziz görünür.Bütün evlərdə sevilən yeməklərdəndi əminəm bu.Bizdə də sevilir.Təşəkkürlər,Qəribə.
qeib dunya qeib dunya 28 October 2015 12:29 Cavab yaz

Qəşəng gorunurler.Xebere gore twkler
fidancik-91 fidancik-91 28 October 2015 12:09 Cavab yaz

super gorsenir.ellerinize sagliq.mutler hazirlayacam
Deniz84 Deniz84 28 October 2015 11:13 Cavab yaz

Belə qızartmalar hər zaman edirəm.Çox bəyəndim.Təşəkkürlər.
Songul Songul 28 October 2015 10:29 Cavab yaz

Nətər iştahaçıcıdırsa nyam Çox gözəl görünüşü var, basdırma kimi mən də edirəm, amma bala nəsə risk eləməmişəm, təsəvvür edə bilmirəm. Axırdan 2-ci şəkil fərqli şəkildir, çünki reseptdə folqa kağızının üzərində sobada bişir toyuq budları, bu şəkildə isə tavada yağda bişirilir. Sözün düzü yağda bişən daha doğma gəldi mənə smile
Təşəkkürlər, Qəribə.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика