Giriş
Bağla

Çox yağda qızartma

Həyat tərzi / Praktik məsləhətlər

 

Çox yağda qızartma

 

Bu üsulla bişirilən yeməklər daha yumuşaq olur. Belə yeməkləri həzm etmək də asandır. Digər tərəfdən, çox yağda bişirilən yeməklər rəngi, dadı və iyi ilə də fərqlənir.  Belə yeməkləri süd –un və süd –un tərkibi ilə də bişirmək olar.  Yeməkləri bu tərkiblərlə bişirdikdə səthi yüksək istidən qorunmuş olur. Beləliklə, yeməklərin qida dəyərlərindəki itki azalır. Ancaq kartofu bu üsulla bişirmək məsləhət deyil. Çünki kartofu hər hansı tərkiblə “ qarışdırmaq” mümkün olmadığı üçün daha çox yağ çəkir. Bu isə yeməyin qida dəyərinə mənfi təsir göstərir. Digər tərəfdən, yağlılıq faizi yüksək olan ət və ət məhsullarını dab u üsulla bişirmək məsləhət deyil. Çox yağda qızartma üsulunda yağın normal temperaturda olması çox vacibdir. Əgər qızartma bir neçə dəfədən artıq həyata keçiriləcəksə, ilk qızartmadan sonra bir neçə dəfədən artıq həyata keçiriləcəksə, ilk qızartmadan sonra yağın temperature yoxlanılmalıdır. Əgər temperature normaldırsa, onda ikinci qızartmaya keçmək olar. Əgər temperature normal deyilsə, ( indiki vəziyyətdə aşağı) onda yeməyin rəngi də, dadı da, iyi də normal olmaz.

Digər tərəfdən, burada müddət də çox vacibdir. Belə ki, qalın hissləri daha aşağı temperaturda və daha çox vaxtda, nazik hissələri isə daha yuxarı temperaturda və daha az vaxtda bişirmək lazımdır.

 

Çox yağda qızartma

 

 

Bu üsulla yemək bişirərkən daha çox aşağıdakılara diqqət yetirmək lazımdır.

1.İstifadə edəcəyiniz ərzaq nəm və ya yaşdırsa, əvvəlcə qurudulmalı, daha sonra qızardılmalıdır. Çünki nəm və ya yaş ərzağı yağa atmaq çox təhlükəlidir.

2. İstidafə edəcəyiniz tava(və ya qab) çox yağ və ya ərzaqla doldurulmalıdır.
3. Yağın tüstülənməsinə diqqət yetirilməlidir, çünki yağın tüstülənməsi həm sağlamlıq üçün, həm də yeməyin rəngi, dadı və iyi üçün təhlükəlidir.
4. Normal qızartma temperaturunu 175-195 dərəcə olmalıdır.
5. Bir dəfə çox ərzaq qızartmaq olmaz.
6. Istifade edeceyiniz yag normaya uygun olmalidir.
7. Unutmayın ki, az yağda çox ərzaq qızartdıqda yağın temperaturu asağı düşür, bu isə yeməyin rənginə, dadına, iyinə mənfi təsir göstərir.



Şərhlər (6)

qeib dunya qeib dunya 29 October 2015 07:20 Cavab yaz

bas ustebirde etmerik
Ellada84 Ellada84 29 October 2015 00:51 Cavab yaz

Yağın tüstülənməsinə diqqət yetirilməlidir, çünki yağın tüstülənməsi həm sağlamlıq üçün, həm də yeməyin rəngi, dadı və iyi üçün təhlükəlidir.

Yağ tüstülənməsin deyə birinci pörtmək lazımdır ərzaqları, sonra yağda qızartmaq. Onda sağlamlığımızı qorumuş olarıq. yes
Fatma Fatma 28 October 2015 19:10 Cavab yaz

Oxuduğunuz üçün çox sağ olun
Songul Songul 28 October 2015 17:31 Cavab yaz

Axır vaxtlar qızartmalardan oddan qaçan kimi qaçıram, daha çox sobada bişmişlərə üstünlük verirəm. Uşaqlar yağda bişmə perojkini çox sevirlər deyə, sobaya qoyduğumdan əlavə onlara 5-6-sını yağda qızartdım, amma sonra həmin yağı hökmən atdım israfçılıq olsa da.
Təşəkkürlər, Fatma xanım.
Deniz84 Deniz84 28 October 2015 17:21 Cavab yaz

Faydalı məsləhətlərə görə təşəkkürlər fatma xanım. mən ümumiyyətlə yağdan istifadə etmirəm özüm. Ev üçün bişirirəm ancaq az yağda.
Fatma Fatma 28 October 2015 16:34 Cavab yaz

Çalışıb qızartmadan az isifadə etmək lazımdı

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика