Giriş
Bağla

Tərəvəzli plov (foto resept)

MƏTBƏX / Quru yeməklər

Tərkibi:

Düyü- 300 q

Kök-1 ədəd

Soğan- 2 ədəd

Yaşıl noxud- 100 q

Göbələk- 300 q

Yaşıl lobya- 100 q

Konservləşdiyilmiş qarğıdalı- 100 q

"Zeytun bağları" zeytun yağı

Duz-istiot

Hazırlanması:

İlk öncə göbələkləri 4 hissəyə bölüb az yağda qızarana qədər bişiririk.

 

Soğanı xırda-xırda doğrayıb qovurmaq lazımdır.

Kökü də şəkildə gördüyünüz kimi doğrayıb soğanla birlikdə 4-5 dəqiqə qarışdaraq bişirmək lazımdır.

Düyünü yuyub 10 dəqiqə suda bişirib suyunu yenidən süzmək lazımdır.

Sonra üzərinə göbələyi, kökü və soğanı, kökü əlavə edirik. Bunları birlikdə 5-6 dəqiqə qovururuq. Sonda üzərinə yaşıl noxud və lobyanı əlavə edirik.

2 dəqiqə qovurduqdan sonra konservləşdirilmiş qarğıdalını əlavə edirik. Duz-istiot da əlavə edib daha 5 dəqiqə qovururuq. Və qapağını qoyub 10 dəqiqə gözlədikdən sonra oddan götürürük.

Tərəvəzli plov (foto resept)

Nuş olsun!



Şərhlər (12)

QWEN85 QWEN85 17 December 2015 18:34 Cavab yaz

Xoşum gəldi, bişirəcəm, İnşallah
ÇiГ§ək.S ÇiГ§ək.S 17 December 2015 12:58 Cavab yaz

Icinde qara duyu olan plovlar cox dadli olur. Ellerinize sagliq. Ac vaxtima dusdu bu plov ))
ÇiГ§ək.S ÇiГ§ək.S 17 December 2015 12:58 Cavab yaz

Icinde qara duyu olan plovlar cox dadli olur. Ellerinize sagliq. Ac vaxtima dusdu bu plov ))
sevgican sevgican 29 October 2015 18:57 Cavab yaz

Çox ləzzətli görsəniz.
ayniska milaska ayniska milaska 28 October 2015 23:42 Cavab yaz

Dadlı görünür plovun hər növünü sevirəm!
Fatma Fatma 28 October 2015 16:54 Cavab yaz

BUnu necə yeməyəsən axı mən də bişirirəm
qeib dunya qeib dunya 27 October 2015 12:24 Cavab yaz

elleriniz esalik lap ureyim istedi
rovsane_82 rovsane_82 27 October 2015 10:01 Cavab yaz

Məndə küftəli plov edəcəm bu gün ləzzətli olur.
Pervane01 Pervane01 26 October 2015 14:36 Cavab yaz

Çox ləzzətli görsəniz Dəniz əllərinə sağlıq.
Ayka_m_ova Ayka_m_ova 26 October 2015 11:23 Cavab yaz

Göbələksiz çox gözəl görünərdi. Al-əlvan smile
Deniz84 Deniz84 26 October 2015 10:30 Cavab yaz

Soğan olmamaq şərtilə xoşuma gəldi smile Fərqli tərəvəzlə plov yemişəm və bəyənmişəm, bu da dadlı olar inşəAllah. Paylaşım üçün təşəkkürlər. give_ros
Songul Songul 26 October 2015 10:23 Cavab yaz

Soğan olmamaq şərtilə xoşuma gəldi smile Fərqli tərəvəzlə plov yemişəm və bəyənmişəm, bu da dadlı olar inşəAllah. Paylaşım üçün təşəkkürlər.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика