Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, özünün ən böyük korporativ abunəçilərindən biri olan Bizim Taksi MMC (189 taksi sifarişi xidməti) ilə birlikdə yeni layihəyə start verib. İndi sözügedən taksi xidmətindən istifadə edən sərnişinlər pulsuz olaraq “Bakcell”in yüksək sürətli Wi-Fi xidmətindən yararlana bilirlər.
Bunun üçün Bakcell abunəçiləri 189 taksi xidmətinin avtomobillərində Bakcell Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra öz nömrələrini daxil etməli və SMS vasitəsilə aldıqları kodu yığmalıdırlar. Qoşulmanın aktivləşdiyi andan etibarən pulsuz internet bir saat ərzində limitsiz istifadə oluna bilər. Bu xidmətdən istənilən Bakcell abunəçisi və ya rouminqdə olarkən Bakcell şəbəkəsinə qoşulan abunəçi yararlana bilər.
“189 taksi xidməti sifarişi ilə əməkdaşlıq bizim üçün çox önəmlidir. Biz müştərilərimizin tələblərini nəzərə alırıq və sərnişinlərin asanlıqla innovativ xidmətlərimizdən faydalanmaları üçün 189 taksi sifarişi xidməti ilə əməkdaşlıq edirik. Artıq onlar taksilərdə quraşdırdığımız yüksək sürətli Wi-Fi sayəsində şəbəkəmizin yüksək sürətli internetindən faydalana biləcəklər. 189 xidməti eyni zamanda Ulduzum loyallıq proqramının 1 milyon 400 mindən çox abunəçisinə 10% endirim təklif etməklə onlar tərəfindən ən çox istifadə olunan xidmətlər sırasında liderdir. Ümidvarıq ki, təqdim etdiyimiz Wi-Fi internet 189 taksi sifarişi xidmətindən yararlanan sərnişinlərin səfərlərini daha da maraqlı edəcək”, deyə Bakcell şirkətinin satış üzrə baş direktoru Fedja Hadzic bildirib.
Qeyd edək ki, “Bakcell”in ən böyük korporativ abunəçilərindən biri olan 189 taksi sifarişi xidməti 2800-dən çox Bakcell nömrəsi ilə təmin olunub. Taksi sifarişi üçün müştərilərin zəng etdiyi məlumat mərkəzinin rabitə sistemi də bütünlüklə Bakcell tərəfindən qurulub. Belə ki, məlumat mərkəzinə daxil olan sifariş Bakcell tərəfindən təqdim olunan yüksək sürətli mobil internet vasitəsilə sürücünün smartfonuna yönləndirilir və o, dərhal sifarişin yüksək səviyyədə icra olunmasına başlayır.
“Bakcell şirkəti bizim ən böyük strateji partnyorumuzdur. Biz bir neçə sahədə əməkaşlıq edirik və bu əməkdaşlıq nəticəsində 3 tərəf qazanmış olur: həm Bakcell, həm 189 taksi sifarişi xidməti, xüsusilə isə bizim müştərilərimiz. Hazırda Bakcell abunəçisi olan müştərilərimiz Ulduzum loyallıq proqramı və Wi-Fi xidmətindən böyük məmnuniyyətlə istifadə edirlər. Gələcəkdə müştərilərimizə daha yaxşı və daha sərfəli yeniliklər təqdim etməyə davam edəcəyik” , deyə Bizim Taksi MMC-nin Direkroru Ağacan Abbasov bildirib.
XƏBƏR LENTİ
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Boşanmadan sonra səmimi görüntüləri yayıldı-FOTO
Bakı üçün yeni nüvə təhlükəsi
Dahilərin müdrik sözləri
Prezidentin köməkçisindən fransalı parlamentarilərin işğal olunmuş ərazilərimizə səfəri ilə bağlı AÇIQLAMA
Qadın barğamını kəsib boynundan asdı
Azərbaycan nüvə dövlətinə çevrilə bilər - "Sentyabrda çox güclü qurğu gətiriləcək"
Andersenin ilk nağılı tapılıb
Millət vəkillərimiz Berlində etiraz etdilər
Saç tökülməsinin qarşısını alan nar maskası
Hicablı gəlinlər üçün baş örtükləri
Hər kəsin rahibə bildiyi şəxs əslində....
Çay nədir, say nədir...
İlk yardım
Katarakta xəstəliyi
Ceyhun Bayramov İndoneziya səfiri ilə görüşdü - FOTO
Qəhvəni sevmək üçün 5 səbəb
Bağça körpəyə nə verir?
Çexiyada üç yerə bölünən UNO lentə aldılar – VİDEO
"Adamtanıyan" silahlar
Azərbaycan tarixindən yüz şəxsiyyət-14
Toy və ziyafət üçün saç düzümləri
Bredli Kuper yeni sevgili tapdı-FOTO
Eyni yaşda olan məşhurlar
Jennifer Lopezin illərə görə dəyişən tərzi
Nostalji gəlin paltarı modelləri
Dişləri necə fırçalamaq lazımdır?
İşləyən analar üçün məsləhətlər
Özünüz yüksələrkən başqalarını da unutmayın
Bir kərə yüksələn bayraq, bir daha enməz!
Qara Qısa Saç modelləri 2014-2015
10 yaş cavan göstərən maska
Böyük Britaniyada müsəlman məktəbi bağlandı
"Avtoşluq": harınlıq, yoxsa əyləncə?
NÜMUNƏVİ SAKİNLƏR: Bakıda ikinci belə bina tapa bilməzsiniz
“ASAN xidmət”də öncədən növbə tutmaq üçün qaydalar- VİDEOTƏLİMAT
Leranın əl işləri
Osmanlı imperiyasının qəribə adətləri
Azərbaycan dili - III dərs
Son dəbə uyğun gəlin buketləri
Saxta qulaqcıqlar qulaq xəstəliklərini artırır
Dişləri ağardan sadə və effektli ÜSUL
Mikrobların düşməni
ABŞ-ı qorxudan Rusiya həmləsi
Mədə kiçiltmə əməliyyatı
Novruzda mədəyə verilən "bayram": Düzgün qidalanın!
İlham Əliyev "Çay evi"ndə
Koronavirusla bağlı SON STATİSTİKA
Azərbaycanda az yaşlı qızları aborta nə vadar edir
Hindistanda 8 nəfəri öldürən pələngin axtarışı aylardır davam edir
- ŞƏRHLƏR