Giriş
Bağla

Tərəvəzi buz saxlayar

MÜXTƏLİF / Praktik məsləhətlər

 

Tərəvəzi buz saxlayar

 

Bəzən belə hesab edirləe ki, qış üçün vitamin ehtiyatı yığmaq lazımdır. Buna isə mütləq təzə xiyar, pomidor və s. tərəvəzləri yeməklə nail olmaq mümkündür. Lakin bu cür fikirlər artıq aktuallığını itirib. Dondurulmuş meyvə və tərəvəzlərdə vitaminlər bəzən təzə məhsullarla nisbətən daha çox olur. Amerika mütəxəssisləri belə hesab edirlər ki, dondurulmuş meyvə və tərəvəzlərdə çox vaxt vitaminlər öz tərkibini daha yaxşı saxlayır. Belə məhsullar üzərində analiz apararkən onlar belə qərara gəliblər ki, adicə yaşıl paxla süfrəyə verilməzdən əvvəl üç gün mağazada və bir o qədər də evdə soyducuda qalarsa, tərkibində 36% vitamin C saxlayar. 

 

Tərəvəzi buz saxlayar

 

 

Dondurulmuş yaşıl paxla isə həmin şəraitdə saxlandıqda bu qiymətli vitamin öz tərkibində iki dəfə artıq olur. Lakin dondurulmuş meyvə və tərəvəzlərin donunu açərkən düzgün qaydaya əməl riayət etməsək o, bütün vitaminləri itirə bilər. Bu barədə bir neçə məsləhət vermək yerinə düşər. Əvvəla, meyvə və tərəvəzlər bir dəfə dondurula bilər. Onları soyducudan isti mühütə çıxarıb,sonra yenidən dondurmaq olmaz,  çünki onlar artıq sıyıq kimi olur, keyfiyyəti itirirlər.

 

Tərəvəzi buz saxlayar

 

Təbii olaraq vitaminlər də öz tərkibini saxlamırlar. Meyvə və tərəvəzləri soyducuda paketlərdə yerləşdirmək lazımdır. Dondurulmuş meyvə və tərəvəzləri soyducudan isti mühütə çıxararkən, əvvəlcə onları 10-15 dəqiqə sərinkeş altına qoymaq, sonra 10 dəqiqə isti mühütdə saxlamaq lazımdır. Əgər meyvə və giləmeyvə yetişdirilərkən zəhərli kimyəvi maddələrdən istifadə olunubsa, onların buzunu açarkən mütləq buzlu duş qəbul etməlidirlər. İsti su meyvələrə zərər verə bilər. Yəni meyvə, giləmeyvə və tərəvəzlər öz rəngini, dadını və vitaminləri itirə bilər. Sobadan istifadə olunubsa, onlar quruya bilərlər. Deməli ən yaxşı vasitə onların buzunu təbii yolla əridilməsidir. 



Şərhlər (9)

zehra 2013 zehra 2013 20 December 2015 23:02 Cavab yaz

Baldizim hemise buzxanada yasil paxla goyeri saxlayir hecne olmur,amma bizde ssaxlamaq olmur,soyuduculardanda asillidi
Fatma Fatma 16 October 2015 16:01 Cavab yaz

İsti su meyvələrə zərər verə bilər.
Songul Songul 15 October 2015 09:33 Cavab yaz

Lobyanı keçən il birinci dəfə dondurdum və bəyəndim. Bu il bir paket qoymuşam və yenə qoyacam inşəAllah. Bu il yoldaşım pomidoru üst-üstə aldı, israf olmasın deyə onları da soyub, dilimləyib, paketlərə bölüb qoydum soyuducuya. Bir də qırmızı bibər və pomidoru bir az bitki yağında dağ edib, plastik qabda saxlamışam dondurucuda. Təkcə pomidoru da ətçəkən maşından keçirdib, bir az bişirib, onu da saxlamışam. Yəqin ki, pis qalmaz. Hər bir halda israfdan yaxşı olar.
Təşəkkürlər, Selvi.
Ellada84 Ellada84 14 October 2015 23:34 Cavab yaz

Biz meyvə dondurmuşuq. Anam kompot edir təbii şəkildə içirik.
sema_arzum sema_arzum 14 October 2015 22:47 Cavab yaz

Atalar demişkən:"Yayin yaxantısı,qışın ağartısı" smile
sahil_13 sahil_13 14 October 2015 20:48 Cavab yaz

Marazelkam həmişə doldurulmuş tərəvəzsiz meyvəsiz olmur Dadıma həmişə catır buz dolabım))
aykanur_1997 aykanur_1997 14 October 2015 18:58 Cavab yaz

Maraqli xebere gore tewekkur edirem give_ros
Pervane01 Pervane01 14 October 2015 17:59 Cavab yaz

Qışa bolluca lobiya zoğal qarağat pomidor bibər bir sözlə xeyirli nə varsa dondurmuşam qışda nuş edeceyik inşallah.
Deniz84 Deniz84 14 October 2015 16:38 Cavab yaz

Mən də meyvə və tərəvzələri dondururam qış üçün. Lobya və pomidor hər zaman dondururum. Pomidoru maşından keçirib bu qablaara yığıb dondurub sonra salafan lara yığıb saxlayıram.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика