Giriş
Bağla

Səhvsiz makiyaj

GÖZƏLLİK / Makiyaj

 

Səhvsiz makiyaj

 

Əlbəttə ki, yalnız heç bir şey etməyən insan səhv etmir. Hətta dekorativ kosmetika ilə uzun illər yaxından tanış olan xanımlar belə öz makiyajlarında səhvlərə yol verirlər. Ən önəmlisi isə bu səhvləri etməmək üçün verilən məsləhətlərə əməl etməkdir. 

Tonal krem: hesab edirəm ki, qadınlar tonal kremden həddindən çox istifadə edirlər. Tonal kremi çəkən zaman ən çox yayılmış səhv onun miqdarıdır. Adətən, ya çox, ya da az alınır. Dəri yaxşı vəziyyətdədirsə, tonal kremdən az miqdarda çəkmək lazımdır. Və əksinə, dəridə problemlər varsa, ondan çox istifadə edilməlidir. Amma yenə də tonal kremi bütün üzə çəkməkdənsə, yalnız nöqsanları ört-basdır etmək gərəkdir. Bundan başqa, bəzi qadınlar dərilərinin rənginə uyğun tonal kremi seçə bilmirlər. Xüsusilə də ağ boyun tünd rəngli sifəti bir-birindən ayıran xətlər yaxşı görünmür. Tonal kremin rəngi dərinin rəngi ilə uyğun gəlməlidir.

Kirşan: kirşanın əsas təyinatı -dərini mat etmək və makiyajı möhkəmlətməkdir. O, eləcədə üzün xırda nöqsanlarını -sızanaqları, qabarmış kapilyarları korrektə etməyə kömək edir. Kompakt və ya toz halında olan kirşandan istifadə etməyindən asılı olmayaraq onu fırça ilə çək. Fırça vasitəsilə kirşan bərabər və eynitonlu "oturur".

 

Səhvsiz makiyaj

 

Ten: yəqin ki, ən az problem törədən hissə məhz budur. Amma burada problem - göz kölgələrinin rənginin seçilməsidir. Bundan başqa, müəyyən rənglər üçün müəyyən çəkilmiş texnikası da mövcuddur ki, qadınlar onu həmişə nəzərə almırlar. Sədəfi tenləri yalnız üst qapaqlara və qaşaltı hissəyə çəkmək məqsədəuyğundur. Mat tenləri isə gözün qatlarlnda və üst qapaqlarda istifadə edirlər. Eyni zamanda, onunla gözləri azad etmək olar. Qadınlar ten çəkməzdən öncə göz ətrafına krem çəkirlər. Bu düzgün deyil. Nəticədə tenlər qeyri-bərabər çəkilir, yayılır və sonra çirkli görünür. Ten çəkməzdən öncə gözətrafı  dərini kirşanlamaq lazımdır. Kiçik və qıyğacı gözləri olan qadınlar gözləri daxili hissədən rəngləməməməlidirlər.

Ənlik: ənlik üzü canlandırır və cavanlaşdırır. Ənliyi dəri rəngindəniki tünd ton secirlər və həcmli fırça ilə elə çəkirlər ki, mümkün qədər dəbli görünsün. Axşam makiyajı üçün quru, gündəlik makiyaj üçün isə yağlı ənlikdən istifadə olunur.

 

Səhvsiz makiyaj

 

Dodaq boyası: pomada dodaqları nəmləndirir və qidalandırır, onu zərərli xarici təsirlərdən qoruyur, dodaqlara parıltı verir. Çox kök dodaqlar təbii matrəngli pomadalar vasitəsilə nazikləşdirmək olar. Dodaq boyasını seçərkən səhv etməmək üçün onu dodaqlarda sınaqdan keçirtmək lazımdır. Əvvəlcə dodaqlara tonal krem lazımdır ki, o əsas olsun və pomada uzun müddət qalsın. Pomadanı fırça vasitəsilə çəkmək lazımdır. Dayanıqlı və sədəfi pomadalar dodaqları qurutduğu üçün onları yayda çəkmək məsləhətdir. Qışda yağlı və nəmləndirici dodaq boyasından istifadə edirlər. Ümumiyyətlə, makiyakda "qızıl ortalığı" tapmaq çox vacibdir. Əgər sənə deyirlərsə ki, "Bu gün nə gözəl makiyaj etmisən!"- bu kompliment deyil. Kompliment belə səslənir"Necə gözəl görünürsən!".

 

Səhvsiz makiyaj

 

Tuş: tuşdan göz ifadəsini canlandırmaq üçün istifadə edirlər. Həcmverici tuşu pis çəksəniz, onlar yumrulanmış kimi görünəcək. Kiprikləri uzun göstərən tuşu isə belə istifadə edirlər: tuşu kipriklərə bir dəfə çəkib, onun qurumasını gözləyirsiniz, daha sonra ikinci və üçüncü dəfə bu prosesi təkrarlayırsınız. Əgər tuş uzunlaşdırıcı elementə sahibdirsə və çəkilən zaman yetərincə qurumursa, ondan lazımlı effekti almaq olmaz.



Şərhlər (18)

S U SE N S U SE N 5 November 2015 17:24 Cavab yaz

ELA SUPER YAXSIDI dance1
gamzee gamzee 29 October 2015 22:44 Cavab yaz

Makyajdan az istifade edirem elede abarti makyajida oxwlamiram bezen makyajsiz bir nemlemdirici surtub evden cixan vaxtlarimda olur xebere gore twk
anqelocka anqelocka 26 October 2015 16:50 Cavab yaz

Makiyajsiz havam catmir girl_smi sevirem ama qederinde.
AYKA super AYKA super 18 October 2015 23:15 Cavab yaz

Gulum,
cox sagol canim air_kiss give_ros
creativka creativka 18 October 2015 15:58 Cavab yaz

ne qeder tuj vursam da kirpiklerim qalxmir.strelka kimi dik baxir
sahil_13 sahil_13 17 October 2015 19:22 Cavab yaz

♥AyTaDjВ HəSəNzAdə♥,
Sənin makiyaja nə ehtiyacın var ki empathy
AYKA super AYKA super 17 October 2015 16:24 Cavab yaz

makyaj etmeyi sevirem ama bacarmiram ,elede makyaj etmirem cunki evden cole cixmiram dash edende de layner tus bezen karandas bezende poada vessalam,melumatagore tesekkurler
GГјlicka GГјlicka 16 October 2015 21:37 Cavab yaz

Tələbə oldugum ucun gundelik makyaj etmeye mecburam. Ama coox az istifaede edirem sadece tuj pamada birde bezen enlik.Kirşan ve tonal kremi ise uzumde qizariqliq olarsa sadece o bolgeye vururam
Shari Shari 16 October 2015 19:00 Cavab yaz

Elədə makiyaj edən deyiləm. Amma arada lazım olur. Təşəkkürlər.
ilishka ilishka 14 October 2015 22:51 Cavab yaz

Men kosmetikadan az istifade edirem
ilishka ilishka 13 October 2015 23:01 Cavab yaz

Kosmetikani sevirem. Amma oz qederinde.sit olmasin dance1
Pervane01 Pervane01 13 October 2015 18:50 Cavab yaz

Ancaq pamadadan istifadə edirəm.
santa santa 13 October 2015 16:32 Cavab yaz

Men dusunuremki makyajdan dogru istifade edirem.yeni burda oxuduqlarimla muqayise etmek goruremki duzgun edirem
MAYA EL MAYA EL 12 October 2015 21:24 Cavab yaz

Makyajdan çoz az istifadə edirəm. Məlumat üçün təşəkkürlər
sahil_13 sahil_13 12 October 2015 20:48 Cavab yaz

Makiyajdan arada istifadə edirəm adətən yay aylarında toya gedməsəm demək olar ki hec istifadə etmərəm amma qışda arada olur hərdən birdən o da qədərində
Fatma Fatma 12 October 2015 19:40 Cavab yaz

Nə makiyaj çəkmirəm nə də səhv etmirəm
Deniz84 Deniz84 12 October 2015 18:22 Cavab yaz

Kosmetikadan istifadə edirəm. Həər şeyin öz yeri var. Gündəlik və ziyafət və qonaqlıqlar üçün olan geyimlər kimi makiyajlar da fərqlidir. Təəsüf ki, çox zaman xanımlar bunu səhv salır. artıq dərəcədə makiyajddan istifadə etmək əksinə gözəlliyimizi əlimizdən alır.
Songul Songul 12 October 2015 17:04 Cavab yaz

Makiyajla mənim aramdakı məsafə o qədər uzaqdır, təsəvvür də edə bilmədim crazy Ona görə də, nöqsansızam wink

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика