Giriş
Bağla

Uşağın yuxusunu qoruyun

Hamiləlik və analıq / Uşaqlar və tərbiyyə

 

Uşağın yuxusunu qoruyun

 

Südəmər uşaqa yuxu üçün bütün şərait: sakitlik, isti, mümkün qədər təmiz hava olduqda və gecə elektrik işığı onu narahat etmədikdə istədiyi qədər yata bilər. Bir çox analar buna əməl etmirlər, yatan uşağın yanında gəzişir, ucadan danışır, radioya qulaq asırlar və s. Bundan başqa bir çox analar elə bilirlər ki, uşaq səs-küyə öyrəşməli və belə şəraitdə də rahat yatmalıdırlar. Uşaq buna alışmamalıdır. Əlbəttə uşaq çox yorulubsa, elektrik işığında da yatacaqdır, lakin onun yuxusu sakit olmayacaq və o lazımınca dincəlməyəcəkdir, bu isə onun inkişafına pis təsir edəcəkdir.

 

Uşağın yuxusunu qoruyun

 

 

Əlbəttə mənzil şəraiti əlverisli olmadıqda sakitlik və uşağın yaxşı yatması üçün lazimi olan başqa şəraiti yaratmaq olmur, lakin mümkün qədər buna çalışmaq lazımdır. Südəmər uşaqı heç vaxt oyatmayın. 

 

Uşağın yuxusunu qoruyun

 

 

Usaq yuxudan doyduqda özünü yaxşı hiss edəcək, şən və qıvraq olacaqdır. Uşağı əmizdirmək vaxtı çatdıqda da oyatmaq lazım deyil! Uşaq yuxudan doyarsa, daha həvəslə əməcəkdir. Əmizdirməni bir dəfə buraxmağın eybi yoxdur. Lakin bu tez-tez baş verirsə, yenə də uşağı oyatmayın, əmizdirmə saatlarını dəyişin, əziz analar. 

 

 

 



Şərhlər (5)

sirin-melek sirin-melek 25 November 2015 14:21 Cavab yaz

menim oglum rahat yaxwi yatirrr
339 339 9 October 2015 02:31 Cavab yaz

menim balaminda yuxusu yaxsi deyil o yatanda qorxumdan barmagimin ucunda yeriyirem amma acan kimi ozu durur gozlerini acmadan yemeyini yeyir Allah butun ailelere nesib etsin
Ellada84 Ellada84 8 October 2015 20:03 Cavab yaz

Usaq yuxudan doyduqda özünü yaxşı hiss edəcək, şən və qıvraq olacaqdır. Uşağı əmizdirmək vaxtı çatdıqda da oyatmaq lazım deyil! Uşaq yuxudan doyarsa, daha həvəslə əməcəkdir.
Deniz84 Deniz84 8 October 2015 18:50 Cavab yaz

Var belə valideynlər. Uşağn yemək vaxıdır deyib uşağı oyadırlar ki, yedizdirsinlər. Uşağı şirin yuxudan aoyadıb yemək yedririlər. Uşağı nevroz edirlər.
Fatma Fatma 8 October 2015 18:12 Cavab yaz

Uşağı əmizdirmək vaxtı çatdıqda da oyatmaq lazım deyil-Ama bəzi analar özləri oyadır bu da səhvdi

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика