Giriş
Bağla

Şəri Babayeva ilə müsahibə

Bizimdir! / QN News / İstifadəçilər

- Salam, Şəri Babayeva.

Salam

- Necəsiniz? Adınızın tamamını bilmək olarmı? smile

Yaxşıyam. Siz necəsiz? Əlbəttə, olar. biggrin Şərafət

- Təşəkkür edirəm, çox gözəl adınız var, Maşallah! Sizə necə müraciət edilməsini sevirsiniz: Şəri yoxsa Şərafət?

Hamı mənə Şəri deyə müraciət edir. Ona görə artıq öyrəşmişəm və çox xoşdur

- O zaman elə mən də Şəri deyim.  smile Deyin görək, saytımızla ilk tanışlığınız necə olub?

Bacımın sayəsində saytdayam. Saytda çox şeyi öyrəndim. Xəbər də yazıram. Heç inanmazdım ki, nə vaxtsa mən xəbər hazırlayaram və hətta hekayə belə yazmışam. Heç inana bilmirəm.

Şəri Babayeva ilə müsahibə

- Bacınız çox sağ olsun. give_ros Demək, saytımız vasitəsilə daxilinizdə gizli qalan istedadınızı kəşf edə bilibsiniz. Bu həm saytımızın, həm də sizin uğurunuzdur. İlk hekayənizi bitirəndə özünüzü necə hiss edirdiniz?

Hekayə yazanda çox çətin gəlirdi mənə. Amma yazıb qurtaranda inana bilməmişdim ağlayırdım. biggrin Çox da sevinirdim.

- Bəs o hekayəni bizimlə paylaşıbsınızmı? cool

Əlbəttə, paylaşmışam. Məhz sizin üçün yazmışdım hekayəni. girl_ang

- Nə gözəl, o zaman oxumayanlar indi buyurub oxuya bilərlər.  Qarşılıqsız sevgi Sizə görə tərbiyə nədir?

Bir az çətin sual oldu. laughing Tərbiyə mənim üçün gözəl əxlaqdı.

- Gözəl əxlaqa sahib ola bilmək üçün nələr etmək lazımdır? Haradan başlamaq lazımdır, sizə görə?

Tərbiyə, gözəl əxlaq insanın özündə olmalıdır. Anam demişkən insanın qabında olmalıdır.

 

Şəri Babayeva ilə müsahibə

- Bəs valideyn tərbiyəsi bura daxil deyil?

Əlbəttə, daxildir. Hətta deyərdim lap başda elə valideyn tərbiyəsi durur.

- Əylənmək və vaxtınızı gözəl keçirmək üçün nələr edirsiniz?

Bacılarımla, anamla gəzməyə çıxıram. Pişiyimlə oynayıram.

- Bəs kitabla aranız necədir?

Çox yaxşıdır. Kitab oxumağı çox sevirəm.

- Hansı tip kitablara üstünlük verirsiniz?

Ən çox real həyatda baş verən hadisələri oxumağı çox sevirəm. Detektivi də çox sevirəm və həvəslə oxuyuram.

- Bir çox insanlardan fərqli etdiyinizi bildiyiniz nəsə varmı?

Deyəsən, yoxdur. mocking

- Bəs olmasını istədiyiniz nəsə varmı? 

Yox yoxdur. girl_smi

- Sizin üçün ən gözəl hədiyyə nədir?

Anamın gülüşü

- Allah daim ananızın üzünü güldürsün! Həyatda etmək istəyib, amma edə bilmədiyiniz nəsə varmı?

Çox sağ olun. Amin İnşəAllah. Əlbəttə, var, həm də çoxdur.

Şəri Babayeva ilə müsahibə

- Bəs qarşınızı nə kəsir?

Heç nə kəsmir, sadəcə tənbələm.

- Bəs yaxşı, bu tənbəlliyin daşın atmaq belə çətindirmi? biggrin

Çətin deyil. Arada atıram, amma sonra tənbəllik gəlib yapışır məndən.

- Tənbəlliyin daşını birdəfəlik atmaq gərəkdir. smile

Tənbəllik məni çox istəyir də, neyniyim. crazy

- Şəri bu həyatda inandıqlarını edir, yoxsa etdiklərinə özünü inandırır?

İnandıqlarımı etməyə çalışıram.

- İnandıqlarını etmək insana çoxmu baha başa gəlir, sizcə?

 Yox, baha başa gəlmir.

- Nə gözəl. Səhvlər insan həyatında nə dərəcədə önəmlidir?

Səhvlər insana çox şey öyrədir

- Səhvlərdən öyrəniriksə, onda niyə səhv etməkdən qorxuruq?

Etdiyimiz səhvdəki hissləri yenidən yaşamamaq üçün qorxuruq.

Şəri Babayeva ilə müsahibə

- Şəri xanım, saytımızla əlaqəli müsbət və mənfi fikirlərinizi bizimlə paylaşa bilərsinizmi?

Mənfi heç nə yoxdur. Saytı çox bəyənirəm. Sayt sayəsində çox şeyi öyrənmişəm. Uzun ömürlü olmağını arzulayıram.

İnşəallah uzunömürlü olar.

- İstifadəçilərimizə demək istədiyiniz nəsə varmı?

Saytda şərh yazarkən sadəcə tşk yazmasınlar. Şərh xətrinə tşk yazmaq lazım deyil.

- Bizə zamanını ayırdığınız və səmimiliyiniz üçün təşəkkür edirəm və ümid edirəm ki, sizi yormadım.

Buyurun, xoşdur. Yox yormadız, əksinə çox xoş oldu mənə. Təşəkkür edirəm. Ümid edirəm, mən sizi yormadım. smile

- Təbii ki, yormadınız. Sizin kimi bir insanı tanımaq mənə çox xoş oldu. girl_ten



Şərhlər (19)

Shari Shari 5 October 2015 20:40 Cavab yaz

Dəniz84,
Gözəl gününüz olsun Dəniz xanım blush air_kiss
♥AynişkaВ Gülüm♥,
Təşəkkür edirəm. AMin İnşaAllah. give_ros air_kiss
Pərvanə,
Üç bacıyıq Pərvanə xanım blush air_kiss
Ellada84 Ellada84 5 October 2015 17:54 Cavab yaz

KönülВ Hüseynova,
Tənbəl deyilik, Könül xanım. give_ros
Pervane01 Pervane01 4 October 2015 13:15 Cavab yaz

Şərafət bibimin adı çox sevirəm bu adı ona gorədə.Sizi yaxından tanıdığıma sad oldum .Hec bilmirdimki iki bacisiniz saytda.
aysun2013 aysun2013 4 October 2015 09:16 Cavab yaz

Cox maraqli ve gozel musahibe alinib insallah davamli olar cox beyendim
aykanur_1997 aykanur_1997 3 October 2015 22:44 Cavab yaz

Tanışlığımıza məmnun oldum Şəri xanım. give_ros
Ro-Xe-Sa Ro-Xe-Sa 3 October 2015 21:57 Cavab yaz

Şərafət xanimida tanidigima cox sad oldum. Babayeva bacilari tenbel olmaz mence give_ros Maraqli musahibe alinib. Tesekkurler
ayniska milaska ayniska milaska 2 October 2015 22:00 Cavab yaz

Səri maraqlı müsahibə alınıb səni yaxından tanımağıma şad oldum !ALLAH ananın gülüşünü üzündən əskik etməsin mənim üçün də dünyadakı ənnnn dəyərli hədiyyə anamın gülüşüdü!
Deniz84 Deniz84 2 October 2015 21:10 Cavab yaz

Şəri bizim sevimlimiz. gözəlimizdir. Müsahibə də çox gözəl alınıb çox bəyəndim.
Shari Shari 2 October 2015 17:28 Cavab yaz

ElladaВ Babayeva,
Sənə aid deyildi bacişka crazy

CeylanВ Mumoğlu,
Örgəşmişəm artıq Ceylan xanım. Mən Xəyaləyə çata bilmərəm. Xəyalə çox gözəl yazır.
blush
ÇiГ§ək.S ÇiГ§ək.S 2 October 2015 16:21 Cavab yaz

Maraqli musahibedir, Seri xanimi yaxindan tanidiq.
Ellada84 Ellada84 2 October 2015 15:23 Cavab yaz

Hamı mənə Şəri deyə müraciət edir.

Yalan demə. Şərafət deyirik. blum
sema_arzum sema_arzum 2 October 2015 15:07 Cavab yaz

Yaxşı alınıb müsahibə.Maraqlı layihədi. girl_smi
Ellada84 Ellada84 2 October 2015 14:43 Cavab yaz

CeylanВ Mumoğlu,
Təşəkkür sözləriniz üçün. Xəyalənin yazıları ürəyə yağ kimi yayılır. Onun kimi çətin ki, yazan olar.
Fatma Fatma 2 October 2015 13:57 Cavab yaz

Çox gözəl və maraqlı alınıb
Ceylan Mumoglu Ceylan Mumoglu 2 October 2015 13:20 Cavab yaz

Gül kimi adın var imiş e, Şərafət! Şəri nədir e, düşüb dilimizə?)
Tənbəllik barədə sual verilməsi lap yerinə düşüb. blum
Şərafətə arzum budur ki, hekayələrinə davam etsin, özünü daha da inkişaf etdirsin, İnşAllah Xəyalə Murad kimi bir gün onun da kitabını əlimizə alıb oxuyaq. :)
rovsane_82 rovsane_82 2 October 2015 11:13 Cavab yaz

Çox gözəl adınız var Şərafət xanım.
sahil_13 sahil_13 2 October 2015 10:32 Cavab yaz

Şəricim səni bir daha yaxından tanımağa cox sevindim Mənimdə insanlarda ən ğnəm verdiyim onun tərbiyyəsidir
kayip prenses kayip prenses 2 October 2015 10:28 Cavab yaz

Maraqlı xəbərdir.Beyendim
Songul Songul 2 October 2015 10:19 Cavab yaz

Saytda olan bir neçə özünü-sözünü bilən, hamıya eyni gözlə baxan istifadəçilərdəndir Babayeva bacıları smile Müsahibə maraqlıdır, amma mən istəyərdim ki, cavablar daha geniş olsun. Məs., mən hansı kitab tipini sevirsiniz sualına, seçimi deyib də, bir neçə sevdiyi kitabın adını deyərdim winked
Təşəkkürlər hər ikinizə də.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика