Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Hüseyn Ərəblinski
(1881-1919)
Hüseyn Məmməd oğlu Ərəblinski (Xələfov) 1881-ci ildə Bakıda anadan olub. İlk təhsilini mollaxanada aldıqdan sonra o, rus- müsəlman məktəbində oxuyub. Məktəb illərində teatr dərnəyinin qoyduğu tamaşalarda həvəslə oynayan Hüseyn qohumları və yaxınlarının etirazlarına baxmayaraq həyatını teatrla bağlamaq qərarına gəlir.
Hüseyn Ərəblinski səhnəyə ilk dəfə 1897-ci ildə görkəmli teatr xadimi və rejissor Cahangir Zeynalovun hazırladığı "Lənkəran xanının vəziri" komediyasında mehtər Kərim rolunda çıxmışdır. Gənc aktyorun istedadını görən C.Zeynalov onun məşhur aktyor olacağına inandığını bildirmişdir. Çox keçmir, Ərəblinskini "Müsəlman Artistləri Cəmiyyəti"-nə üzv qəbul edirlər və o, Azərbaycanın müxtəlif bölgələrində teatr tamaşalarında çıxış etməyə başlayır. 1905-ci ildə Lənkəran qastrolu zamanı Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" tamaşasında oynadığı Fəxrəddin obrazı Hüseynə şöhrət qazandırır.
1906-cı ildə Ərəblinski "Nicat" cəmiyyəti nəzdindəki teatr truppasına daxil olur və 1913-cü ilədək bu truppa ilə tamaşalarda iştirak edir. Sonralar o, "Səfa" cəmiyyətinin teatr truppasına keçir. 1918-ci ildən isə Ərəblinski Zülfüqar və Üzeyir Hacıbəyli qardaşlarının teatr truppasında çalışmağa başlayır. Bu teatrda fəaliyyəti zamanı ona rejissorluq da tapşırılır və Ərəblinski istedadını bu sahədə göstərmək imkanı tapır. Elə həmin 1918-ci ildə Ərəblinski teatrın baş rejissoru təyin olunur. Eyni zamanda Ərəblinski teatr həvəskarları dərnəklərinə də rəhbərlik edir, istedadlı gənclərdən yüksəksəviyyəlli aktyor truppası yaradır.
Hüseyn Ərəblinski bütün fəaliyyəti ilə Azərbaycanda aktyorluq sənətinin nüfuzunu qaldırmağa çalışmışdır. Bu o zaman idi ki, ölkədə bəzi mürtəce qüvvələr teatrın əleyhinə çıxış edir, aktyorluq sənətinə etinasız yanaşırdılar. Azərbaycan aktyorlarının peşəkarlıq səviyyəsinin artmasında və püxtələşməsində Ərəblinskinin xidməti əvəzsizdir.
H.Ərəblinski Azərbaycanın ilk peşəkar rejissoru hesab edilir. Obrazın daxili aləmini dərindən duymaq və açmaq, əsərin səciyyəvi xüsusiyyətlərini incə detallarla verə bilmək qabiliyyəti Ərəblinskinin rejissorluq sənətinin əsas məziyyətlərindən olmuşdur. O, ədəbi dramaturji materialın ifaçılar tərəfindən düzgün dərk edilməsinə və tamaşada vahid ansambl yaradılmasına xüsusi diqqət
vermişdir. Onun hazırladığı tamaşalar böyük maraqla qarşılanırdı. Onlardan N.Qoqolun "Müfəttiş" (1906) və "Evlənmə" (1910), N.Nərimanovun "Nadir şah" (1906), F.Şillerin "Qaçaqlar" (1907), Ş.Şaminin "Dəmirçi Gavə" (1908), U.Şekspirin "Otello" (1910) tamaşalarını göstərmək olar.
Azərbaycan teatrının repertuarına Azərbaycan tarixi və milli müstəqillik uğrunda hərəkatla bağlı səhnə əsərlərinin daxil edilməsində Ərəblinskinin böyük rolu olmuşdur. Əyləncə xatirinə yazılan əsərləri qəbul etməyən rejissor Azərbaycanda ictimai-siyasi və mədəni-əxlaq məsələlərini qaldıran əsərlərə üstünlük verirdi.
Bununla bərabər Ərəblinskinin aktyor təbiətinə faciəvilik və romantik pafos daha yaxın olmuşdur. O, S.Lanskoyun "Qəzavat" əsərində Əhmədbəy Şamxal, Ş.Şaminin "Dəmirçi Gavə" əsərində Gavə, Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan"-ında Fərhad, "Ağa Məhəmməd şah Qacar"-da Ağa Məhəmməd şah, "Dağılan tifaq"-da Nəcəf bəy, F.Şillerin "Qaçaqlar" əsərində Frans Moor, Nəriman Nərimanovun "Nadir şah"-ında Nadir şah kimi faciəvi rolları yüksək sənətkarlıqla ifa etmişdir.
Yaradıcılığında milli teatr ənənələri ilə klassik Avropa teatr mədəniyyətini üzvi surətdə birləşdirən Ərəblinski müxtəlif janrlı əsərlərdə inandırıcı və parlaq obrazlar yaratmışdır. 1910-cu ildə U.Şekspirin "Otello" əsərində yaratdığı Otello obrazı Ərəblinski yaradıcılığının zirvəsi sayılır.
Ərəblinski musiqili teatr səhnəsində də fəaliyyət göstərmişdir. Azərbaycan operasının birinci və on məşhur tamaşası olan Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası 1908-ci ildə məhz Hüseyn Ərəblinski tərəfindən tamaşaya qoyulmuşdur. O, sonralar Ü.Hacıbəylinin daha bir neçə opera və operettasının: "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Şah Abbas və Xurşidbanu", "Aşıq Qərib", "Evliykən subay", "Əlli yaşında cavan" və s. əsərlərin quruluşçu rejissoru olmuşdur.
Azərbaycanda peşəkar səhnə ustalarının yetişdirilməsində Ərəblinskinin böyük xidməti var. O, Azərbaycan dramaturgiyası və teatrının fəal təbliğatçısı olmuş, teatrın böyük təsiredici qüvvəsinin təbliğat işlərində geniş istifadə edilməsinin vacibliyini ictimaiyyətə çatdırmağa çalışmışdır. Azərbaycan teatrının nailiyyətlərini təbliğ etməkdən ötrü o, Cənubi Qafqaz, Şimali Qafqaz, Volqaboyu, Orta Asiya və Krım şəhərlərinə qastrol səfərləri etmişdir.
Azərbaycanda kino sənətinin yaradılmasında da Ərəblinskinin rolu olmuşdur. 1916-cı ildə "Neft və milyonlar səltənətində" adlı ilk Azərbaycan bədii filmində Ərəblinski baş rolda-Lütfəli bəy rolunda çəkilmiş və bu obrazı çox məharətlə də yaratmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xəbərini Ərəblinski böyük məmnuniyyətlə qarşılamışdır. Artıq heç bir qüvvə milli müstəqillik ideyalarını, Azərbaycan tarixini, mədəniyyətini təbliğ etməyə qadağalar qoya bilməzdi. Planlarını dostu Üzeyir bəy Hacıbəyli ilə bölüşən Ərəblinski yeni, daha möhtəşəm tamaşalar qoymaq, Azərbaycan teatrını dünya səviyyəsində təbliğ etmək, ölkədə kino sənətini inkişaf etdirmək kimi böyük arzularla yaşayırdı. Belə bir vaxtda Hüseyn Ərəblinskinin həyatına xaincəsinə sui-qəsd edilir. Qohumlarından birisi onların nəslindən aktyor kimi mənfur peşə sahibinin olmayacağını bildirərək Ərəblinskini hədələyir, ondan peşəsini dəyişməyi tələb edirdi. Hər dəfə rədd cavabı alan bu "igid" 1919-cu il martın 17-də Hüseyn Ərəblinskini xaincəsinə öldürür.
XƏBƏR LENTİ
"Kanal S" mövsümün açılışını etdi
Ay dəlikləri
"Savaşçı" serialında Xocalı şəhidləri anıldı - FOTO
Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - TƏFƏRRÜAT
Virusa yoluxmuş sərnişini aeroportdan belə çıxardılar - VİDEO
Reklamlar uşaqlarınızı obsessiv edir
Marsın rəngi boz imiş
Meyvələr və onların müalicəvi xüsusiyyətləri
Bu gündən Azərbaycana turist axını başlayır
Molla Nəsrəddin lətifələri (davamı)
Hər şey cəmi 9 gündə oldu... - FOTO
Təyyarədə ilan şoku
Avropa Oyunlarının dağ velosipedi üzrə qaliblər bilindi
4 uşaqlı ana bədən quruluşu ilə heyrətləndirdi-FOTO
"Facebook"da foto paylaşmaq mümkün olmayacaq
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Qarabağda müharibə faciəyə səbəb ola bilər
“Balu”nun şirniyyatlarını almayın - FOTO
Dəbli xanımlar üçün ziyafət donları
Bayram tətilində idman edənlər üçün tövsiyələr
Azərbaycanda dövlət və əhali uşaq bağçalarını birgə maliyyələşdirəcək
"Sigara böreyi" (foto-resept)
Ət niyə ucuzlaşır?
Xaçapuri (foto resept)
Azərbaycanda planşet istehsalına başlanacaq
Mona Lisa
Azərbaycanda ən populyar internet provayderi bilindi
“Titanik” filmini təqlid edən cütlüyün sonu faciə ilə bitdi
Hamilə xanımlar üçün
Körpənin duyğuları nə vaxt inkişaf edər
Ayrıldıqdan sonra 45 kilo arıqladı
Prezident İlham Əliyev Cozef Baydeni ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib
Dənizdə çimənləri polis aparır
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Pentaqon UNO-ların araşdırılması üçün işçi qrupu yaradır
Muxtar Maniyevin ikinci ayağı amputasiya olundu
Xoşbəxtəm çünki...(5)
Uşaqlarda aqresiya yaradan qidalar
Azərbaycanda kino nümayişində reklam YASAQLANDI
Evdə frappe (foto resept)
Balıq bazarında - QİYMƏTLƏR
Mərkəzi Bankdan manat AÇIQLAMASI
Ərəblər Burak Özçivitə SƏRVƏT qazandırdı
Evdar xanımlar üçün kiçik məsləhətlər
Bürclərə görə 2019-cu ilin ən şanslı cütlükləri
İnsan bədənində yeni orqan kəşf edildi
Səhiyyə Nazirliyindən əhaliyə xəbərdarlıq
Sosial media məsum deyil
Tanınmış aktrisa ölmüş itini klonlaşdırdı - FOTO
Kənan İmirzalıoğlu tanınmaz hala düşdü - Foto
- ŞƏRHLƏR