Yaşadığımız həyatda heç bir şey üçün gec deyil, bircə peşmanlıq üçün gec ola bilər. Həyatın bizə verdiyi fürsətlərdən maksimum istifadə etmək lazımdır. Bəzən bu fürsətlərin qarşısına başqalarının fikirləri keçir. İnanın, o başqaları bu fürsətləri özləri üçün keçərli hesab edirlər. Sadəcə başqaları üçün bir əngəl kimi baxırlar, başqalarına yaraşdırmırlar. Bu da insanın heç cürə tərk edə bilmədiyi paxıllıq hissindən qaynaqlanır. Başqalarının nə deyəcəyi bizim üçün önəmli olmamalıdır. Əksər vaxt onların dedikləri tənədən başqa bir şey olmur. Əgər dediklərinin içində məsləhət, daha doğrusu, sizə işıq tutacaq dəstək yoxdursa, onları dinləməyə məcbur deyilik.
Bəzən biri 40-50 yaşında evlənir, onun haqqında deyilən söz “vaxtında evlənsəydi, uşaqlarını evləndirərdi”, ya 40-50 yaşında oxumaq eşqinə düşür. Yenə eyni sözü fərqli şəkildə ifadə edirlər “vaxtında oxuyaydı, bunun uşaqlarının oxuyan vaxtıdı”. Demək ki, vaxtında bunları yaşamaq şansı olmayıb. İndi əlinə o fürsət keçib, bunu dəyərləndirmək onun haqqıdır. Buna kimsə qarışa bilməz.
İnsanlar bir-birlərinin xətalarını görməyə adət ediblər, çünki gözlərini ancaq bu sistem üçün tənzimləyiblər. Əgər insanlar gözlərini normal baxışa çevirsələr, hər kəsi anlayıb etdiklərinə afərin deyər. Kimsə dünyaya ikinci dəfə gəlmir, hər kəs bu qısa ömrünə nələrisə sığdırmaq təlaşındadır. Mənasız keçən həyat da tez bitir. Çünki yaşanılacaq bir şey yoxdur, sadəcə ölümünü gözləmək qalır. Onsuz da qısa olan həyat bir göz qırpımı qədər gələr insana, çox gerilərə gedər, xatirələrinə dolaşar, əllə tutulacaq bir şey tapa bilməz. Burada deyirlər, "nə yatmışdı ki, nə yuxu görə?”.
Kimlərsə bunun fərqindədirsə və əllərinə bir fürsət düşübsə, kimin nə dediyini, nə fikirləşdiyini, artıq yaşım keçib, qırxında öyrənən gorunda çalar kimi fikirləri bir kənara atmalıdır. Heç özünün də əli çatmayacaq bir yerə. Qırxında öyrənib gorunda çalmağın bir xətası yoxdur, ən azından boşa getməyəcək. Heç öyrənməməkdən yaxşıdır. Bir düşünək, ac olanda, susuz olanda başqası bizim haqqında nə düşünüb? Heç nə. Düşünsə belə, yaxşı nəsə düşünməyib. Bir insan bizə fikirləri ilə bir xeyir vermirsə, niyə zərər verəcək fikirlərinə görə öz xəyallarımızın həyata keçmə şansının qarşısını almalıyıq?
Mən oxuduğum vaxt ilk dərs günü otağa biri daxil oldu. Müəllimdir deyə ayaqa qalxdıq, amma gəlib boş yerlərin birinə oturanda onun da bizim kimi tələbə olduğunu anladıq. Sonralar evli və iki uşaq sahibi olduğunu da öyrəndik. Əvvəllər bəziləri gülürdülər, amma sonralar çox isinişdilər, böyükləri kimi gördülər. Heç bir şey üçün gec deyil, onu yaşamamaq üçün gecdir. Vaxtı–vaxtında yemək, içmək təlabatını ödəyiriksə və bunda kiminsə fikiri bizim üçün önəmli deyilsə və bir əhəmiyyət kəsb etmirsə, həvəsində olduğumuz, oxumağı, yazmağı və s. bu kimi işlərdə özümüzü gecikmiş kimi göstərməyək.
Bu gün varıqsa, heç nə üçün gec deyil, bu gün ilk addımı ataq. İlk addımlar qorxaq, tərəddüdlü olur. Ona görə bəzən ayağımızı geri çəkməyi düşünərik, amma əsl qorxaqlıq o addımı atmamaqdır, irəlidə nələrin olduğunu yaşamadan qorxmaq geri çəkilməkdir. “Qaranlıqdan qorxursansa, bir şam yandır” deyib biri. Gözünü yum, özünü qaranlıqa qərq et deməyib. Bir şeyi yaşamadan başqalarının nə deyəcəyi, nə düşünəcəyini necə bilmək olar ki? Bu tərəddüdlə özümüzü yaşanılmamış bir həyatdan niyə məhrum etməliyik?
Yarım qalmış və ya heç yaşanılmamış arzularımızı yaşamaq üçün bu gündən o addımı ataq. Kiçik və yavaş addımlar olsa da, irəlidə qaçmağı da öyrənəcəyik. Körpə ikən də yeriməyi belə öyrənmədikmi? Həmin vaxta valideynlərimizin arzusu bizi ayaqüstə yeriyən görmək idi. İndi də bizim öz arzumuz odur. Birində əlimizdən tutub öyrətdilər, ikincisini özümüz öyrənməliyik. Çünki yeriməyi bilirik. Bircə qalır yolu seçmək.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Beren Saat yeni layihə ilə hər kəsi sevindirdi-FOTO
Hava haqqında
Yılmazın Belçimə verdiyi təzminat açıqlandı
Yunanıstan Avropanı və Azərbaycanı şantaj edir
Azərbaycan mühəndislərindən yeni kəşfiyyat-döyüş maşını
Köməkçi internetsiz işləyəcək
Bədəndəki toksinləri atmaq üçün çay
Taner Yıldız: "Türkiyə Rusiyadan qazın qiymətləri üçün endirim tələb edəcək"
"Cəbhədə vəziyyət çox dəhşətdir"
Qırmızı kadife tort (foto resept)
Günün ulduz falı
Nazir: "Azərbaycanda bütün növ pensiyalar artırılacaq"
Müasir insanı kökəldən sudur
Sabahın HAVAsı
''Kirpi'' salatı (foto resept)
Mensturasiyanız gecikirsə, bu bitkilərdən istifadə edin!
Azərbaycan teatrının 140 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək
Cəbhədə erməni təxribatı
Antibiotiklər xəstəxanalıq etdi
Aclıq hissini yox edin
Bakıda təhlükəli uşaq qidası satılır
10 uşaq anası ideal bədən quruluşu ilə təəccübləndirdi-FOTO
Ermənilər hərbçimizi vurdular
Smartfonlar üçün cib printeri təqdim olundu
Sızanaq və qara nöqtələrə son!
Sürətli oxu - 4
Hadisə bu fotolara görə lağa qoyuldu
Məşhur müğənninin geyimi mübahisələrə səbəb oldu - FOTO
Dəbli üzük modelləri
Dünyanın ən bahalı brilyantları
Azərbaycan nefti bahalaşıb
2020-ci ildə ən çox satılan kitablar – SİYAHI
60 saniyədə Madrid turu
"Neftçi"nin futbolçusu: "Rəqib bunlardan istifadə etdi"
Bakı zooparkında bir sıra yeniliklər edilib
Varlanmaq üçün iki şey lazımdır
Arıqlamaq üçün Yoqa (DVD)
Qeyri-adi dekorasiyalar
Gözəl saçlar
Həkimlər möcüzə etdilər: uşağı soyudub ölümdən qaytardılar
Milyarder özünə toy etdi: gəlinə 10 milyonluq üzük verildi-FOTO
Prezident və birinci xanım sərgidə - FOTO
"Şinitzel" toyuq (video-resept)
Çində 2 günə xəstəxana tiktilər!-Tarixdə İLK DƏFƏ-FOTO
Ailə büdcəsi proqramı
Super Mario Bros oyununu 30 minə alıb 100 min dollara satdı
Millimiz bu ölkələrlə qarşılaşacaq
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Buzovna, Binə Türkan qəsəbələrində körpələr evi-uşaq bağçalarının və yeni poliklinikanın açılışında iştirak edib
Xocavəndin Böyük Tağlar kəndindən görüntülər - VİDEO
"Qarabağ"da Reynaldo şoku
- ŞƏRHLƏR