"Başqa vaxt hamımız fikirləşirik ki, daimi məhəbbət yoxdur və bizim öz məhəbbətimiz adi bir hissdir. Amma xatirələr güclü çıxır. Deməli, bütün bir şəhəri dəhşətə gətirmiş bu xəstəlik ancaq xəstəlik qorxusu gətirməmişdi. O həm də insanları xatirələrlə yaşamağa və daxili haqq-hesab çəkməyə məcbur eləmişdi."
Əksəriyyətimiz Kamyunu " Yad " əsəri vasitəsilə tanıyırıq. Bu əsərdən onu absurd fəlsəfəsinin və nihilizmin təmsilçisi kimi tanısaq da əmin olun " Taun " romanı yazıçı haqqındakı bu düşüncəmizi alt - üst edəcək.
1957-ci ildə Nobel mükafatına layiq görülmüş Albert Kamyu ilk romanlarından başlayaraq demək olar ki, bütün əsərlərində ölümün qaçınılmazlığı qarşısında həyatın, yaşamağın mənası nədir və ölümə rəğmən necə yaşamaq lazımdır kimi suallara cavab verməyə çalışıb. Bəzi əsərlərində ölüm gerçəyinin qarşısında yaşamağın mənasız olduğunu, hətta həyatdakı tək həqiqətin ölüm olduğu fikrini müdafiə edir. Çünki insan əvvəl-axır ölümə məhkumdur. Amma, yazıçı heç vaxt intihara haqq qazandırmır. Həyatın bütün mənasızlığına rəğmən yaşamaq lazım olduğunu deyir. O, intiharı çıxış yolu olaraq görmürdü. Bütün bu absurd fəlsəfəyə əsaslanan fikirləri ilə, " Yad " romanında Mersault obrazının ətrafında söylədiyi fikirləri ilə nihilizmə bir qapı açmış olsa da, " İnqilab edən insan " adlı fəlsəfi təcrübələrindən ibarət kitabındakı fikirləri onu nihilizmdən uzaqlaşdıraraq müsbət bir həyat fəlsəfəsinə yaxınlaşdırmışdır. Bu kitabında Kamyu inqilabın səbəbini haqsızlığa qarşı mübarizə və ədalət kimi uca bir dəyərə bağlamaqla, bütün dəyərlərin yox sayılması kimi qiymətləndirilən nihilizmdən uzaqlaşır.
"Taun" romanında da biz yazıçının bu cərəyandan uzaqlaşdığını görürük. " Taun ", Əlcəzairin şəhərlərindən biri olan Oranda başlayan taun epidemiyasına qarşı insanın mübarizəsini əks etdirir. Əslində romanda taun dünyadakı pislikləri təmsil edir və bir növ onların simvoludur. Bu xəstəlik vasitəsilə yazıçı insanların ölümün bir addımlığında olduqları zaman düşdükləri psixoloji vəziyyəti, onların özləri ilə, öz vicdanları ilə daxili hesablaşmasını, həyat öz adi axarı ilə davam etdiyi zamanlarda fərqinə vara bilmədikləri xırdalıqlara necə diqqət ayırmalarını, dünənə kimi əllərini uzatsalar çata biləcəkləri qədər yaxınlarında olan doğmalarından, həyat yoldaşlarından, sevgililərindən, dostlarından gözlənilmədən ayrı düşməyin onlarda yaratdığı əbədi ayrılıq qorxusunu oxucuya çatdırır. İnsanların bəzi şeyləri yalnız başlarının üstünü bəla aldığı zaman, fəlakətə düçar olduqda dərk etdiyini göstərir.
Keşiş Paneluo taunu insanların bu günə kimi işlətdikləri günahların cəzası olaraq görür və bu cəzaya layiq olduqlarını düşünür. Tanrının varlığına inanmayan Həkim Bernar Ryö isə taunu bir pislik olaraq qəbul edir və pisliyə qarşı mübarizə aparmalı olduğuna inanır. İnsanları sevir, onlara kömək etməyə çalışır.
Həkim Ryönun öz ifadəsi ilə desək heç Tanrı da bu müxtəlif əqidəli insanları birgə mübarizə aparmaq fikrindən döndərə bilmədi. Çünki əqidələri fərqli olsa da hər biri pisliyə qarşı mübarizə aparırdı. Tanrıya inanıb-inanmasından asılı olmayaraq bütün yaxşı insanlar şəhərdə tüğyan edən və hər gün yüzlərlə insanın ölümünə səbəb olan bu bəlaya qarşı birlikdə mübarizə apardılar. Keşiş Panelu, illər öncə onu tərk etmiş arvadına vaxtında sevgisini göstərə bilmədiyi üçün özünü günahkar sayan, ömrünü naməlum bir əlyazmaya həsr etmiş bələdiyyə işçisi Jozef Qran, şəhərə reportaj hazırlamağa gəlib taun epidemiyası başladıqdan sonra şəhərdən çıxış qadağan edildiyi üçün qayıda bilməyən və sevdiyi qadından ayrı düşən jurnalist Ramber, qoca həkim Kastel, Jan Taru... Tanrıya inanmadan müqəddəs olmağa çalışan, insanları sevən, bütün pisliklərə qarşı mübarizə aparan Jan Taru... və həkim Ryö. Bu obraz mənə " Zəfər tağı "ndakı Raviki çox xatırlatdı. Ravik kimi humanist,anlayışlı və elə onun qədər soyuqqanlı bir insan...
Həkim Ryö və dostları xəstəliyə qarşı mübarizə apardılar və qalib gəldilər. Ancaq həkim Ryö bu uğurun keçici olduğunu və taunun bir gün yenidən qayıda biləcəyini bilir... Və o daha bir şeyin fərqindədir: bir gün ölümlə birlikdə yox olacağımız halda yaşadığımız müddətcə pisliklərə qarşı mübarizə aparmalı olduğumuzu.
" Yad "ın qəhrəmanı ilə Ryö arasında müqayisə aparsaq onların analarına olan münasibətini nümunə göstərmək olar. Ryö anasına qarşı laqeyd deyildi və dilə gətirməsə də onu sevirdi. Bundan başqa o qeydlərində taunun dost olmağa imkan tapmadan Tarunu onun əlindən aldığı üçün ona heç vaxt sevgisini göstərə bilməyəcəyini deyib təəssüflənir... Bu da onun ana sevgisi, dostluq kimi mənəvi dəyərlərə sahib olduğunu göstərir ...
Əsəri " Yad "dan fərqləndirən başqa bir cəhət isə roman boyu hər zaman ümid qığılcımının olması idi. Bu ümid heç vaxt sönmədi...
Roman axıcı və bir o qədər də təsirlidir... Ən çox müstəntiq Ottonun balaca oğlunun və Tarunun ölüm səhnəsində təsirləndim birdə Qranın oyuncaq mağazasının qarşısında dayanıb keçmiş arvadını xatırlayaraq ağladığı səhnədə...
Bu romana mən verilə biləcək ən yüksək balı verərdim. Çox həm də çox bəyəndim. Qeyd edim ki, bu əsər haqqında yazmaq mənim üçün olduqca çətin oldu. Uğurlu alınmayacağından qorxurdum. Bilmirəm nə dərəcədə yaxşı yaza bilmişəm. Əsərin gözəlliyi qarşısında yazım çox sönük təsir bağışlaya bilər. Hər kəsə xoş mütaliələr.
Aybəniz Həsənova
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dahi yazıçını əridən qadın...
Amerika silkələndi
Siemens 15 min nəfəri işsiz qoyacaq
Xınayaxdı məclisi təşkil edən şəxslər cərimələndi
Ramazan ayının 10-cu gününün duası
Meyvəli piroq (foto resept)
TƏBİB sədri: “Əgər koronavirusa qarşı peyvənd hazırlanarsa…”
2020 Yaz Kolleksiyası
PSJ Fransa yığmasının ulduzunu aldı
Hülyadan 3 milyonluq reklam
Tavada toyuqlu börək (foto resept)
Səhər yuxudan dolların ətri ilə oyanacaqsınız
Boşanmanın əsl səbəbi məlum oldu-FOTO
Uğurlu insanları fərqləndirən 45 xüsusiyyət(1)
Qadın.Netlilərin ləhcəsi (4)
Payızın rəngləri
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan edildi
Poçtda dekoderlərin satışı yardımçı tədbirdir
Metropoliten satıcılarının əksəriyyəti hələ də işsizdir
Tanınmış aktyor həbs olundu-SƏBƏB
Elman Rüstəmov manat haqqında danışdı
Prezident fəxri ad verdi
Hüseyn Cavid kimdir, bilən varmı?
Sibel Can İlker Koçu məhkəməyə verdi
Roma Papası macəra filmində çəkilir
Düşmən Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur - RƏSMİ
Məşhur türk aktrisası nişanlandı-FOTO
Alimlərdən QORXUNC XƏBƏR
10 aylıq oğlan 9 yaşlı uşaq boydadır - FOTO
BÜRCLƏR bizə nə vəd edir?- 16 Dekabr
Ana südüylə qidalanan uşaqlar daha intellektual olur
Ailənizi xoşbəxt edin
2019 Oskar Mükafatlarının ən yaxşı aksesuarlar
Acun İlıcalı sürəti ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycanın əməkdar memarı Rasim Əliyevin 80 illik yubileyi qeyd edilir
“Survivor” adasında yanğın oldu - VİDEO
"Facebook"da yeni funksiya - Markın növbəti hədəfi
Məşhurların şəkillərini təqlid edən Tom
Azərbaycanda istirahət günü hava necə olacaq?
Dünyada yeni böhran başlandı
Kəlbəcəri tərk edən ermənilər hərbi hissələri partladır - VİDEO
Həm fotoqraf, həm model olmağı bacaran Kimberly
İnsanoğlu bu gün bir addım da irəlilədi
Soba listində mantı (foto resept)
Fərqində olmadan sizi stress edən 11 vərdiş (2)
Qaranlıqda saxlanılan ölüm
Azərbaycanda qızıl hasilatı artır
"Tərəvəz" şənliyində 320 kq-lıq balqabaq uddu-FOTO
Zərifə Əliyeva adına Milli Oftalmalogiya Mərkəzi Gəncədə humanitar aksiya keçirib
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
- ŞƏRHLƏR