Giriş
Bağla

Dəniz84 ilə müsahibə

Bizimdir! / QN News / İstifadəçilər

Hər qəlb bir xəzinədir və hər xəzinədə gizlədilənlər sahibinin qapını açıb göstərmədən görülməyəcək olan şeylərdir. Saytımızda da bu tip xəzinələrin sayı inanıram ki, saysız-hesabsızdır. İçləri gözəlliklərlə dolu xəzinələri kəşf etmək və onlarla gözəl zaman keçirərək kiçik bir söhbət etmək qərarına gəldik. Buna görə də uzun müddət bundan əvvəl yayımını dayandırdığımız müsahibə xəbərinə yenidən davam etməyi qərarlaşdırdıq. İlk müsahibim Dəniz84 oldu.

Dəniz84 ilə müsahibə

Hava isti günəş par-par yanırdı,

Göydə buludları sıralayırdı,

Gözəl qaranquşlar qatarlanırdı,

Bütün intizamı pozdun, ey külək. 

 ***

Quşlar oxuyurdu, oxumaz oldu,

Budaqlar üstündə duramaz oldu,

Sənin qəzəbinə dözməyib uçdu,

Qəzəbin səbəbi nədir, ey külək. 

Artıq başa düşdüyünüz kimi, təqdim etdiyim "Külək" adlı bu şeirin müəllifi məhz elə Dəniz84-dür. Belə zərif bir şeirin süzülüb gəldiyi bir qəlblə olan müsahibəmi sizlərə təqdim edirəm. Buyurun, oxuyun, siz də sirli bir xəzinədən pay alın. 

- Salam, Dəniz84.
Aleykum salam.
- Niyə məhz Dəniz?
Dəniz adından xoşum gəlir. Hətta qızımız olsa, adını Dəniz qoyacaqdıq. Allah qismət eləmədi. Mən də öz nikimi belə qoydum. :)
- İnşəallah, zamanında qismət olar. Nəfəs aldığmız müddətdə heç nəyə gecikmiş sayılmarıq. Bəs sənə görə də bu belədirmi?
Əlbəttə belədir. Heç nə üçün gec deyil. Əslində bizim üçün də gec deyil, sadəcə 3 oğlumuz var deyə bəsdir deyirik.
- Allah saxlasın! Bəs əsl adınız nədir? Bilməkdə problem varmı? laughing
Sağ olun! Aysel İsgəndərova.

Dəniz84 ilə müsahibə

- Çox gözəl, Aysel xanım, saytımız sizin üçün nə dərəcədə önəmli və xeyirlidir?
Ooo, mən internet aləmi ilə ilk Qadın.Net-i tanıdıqdan sonra tanış olmuşam. Sayt mənim üçün çoox önəmlidir. Mən saytı ikinci evim bilirəm. İnanın səmimiyyətimə. Mən burada mənəvi dinclik tapıram.
- Nə gözəl! Bəs bu evin yolunu ilk dəfə necə tapdınız? girl_smi
Saytda bir qız var idi. Hamımız onu yaxşı tanıyırıq: Lovable Madam. Bu xanımla qonşu idim. O, bu saytı təriflədi və məni qeydiyyatdan keçirdi və o gündən burdan əl çəkmirəm.
- Nə yaxşı ki də qeydiyyatdan keçirib. Saytdakı hansı tip xəbərlər sizi daha çox özünə çəkir?
Düzünü desəm, bütün xəbərlərə maraq göstərirəm. Bir xanım kimi müxtəlif yemək resepləri, uşaqları necə tərbiyyə edəcəyimizdən, necə qidalandıracağımızdan tutmuş elmi əsərlərə qədər. Gözəllik xəbərləri, hətta moda xəbərləri. Bu xəbərlər sayəsində ilin dəbindən də xəbərimiz olur. Uşaqlar şəkil çəkməyi də məhz burda öyrənirlər.

- Ayselə görə tərbiyə nədir?
Alim olmaq asandır. lakin insan olmaq çox çətindir. Əgər mənim qarşımda xeyirxah, böyüyün-kiçiyin yerini biləm, mədəni bir insan olursa, deyirəm halal olsun sənə tərbiyə verənə.
- Reallıqla nə dərəcədə barışa bilirsiniz?
Əslində səbrli insanam. Reallıqla barışa bilirəm Fikirləşirəm ki, bu olmalı idi oldu. Ancaq baxır nədə. Əgər bu reallığı dəyişə bilərəmsə, bacardığım qədər dəyişməyə çalışıram Hətta bu yolda çox çətinlik çəksəm belə.
- Yaxşı, bəs reallıq özü nədir sizin üçün? Hər kəsin özünün fərqli reallıqları olar. Bəziləri illuziyalara reallıq donu geydirib özünü aldadar. Bəs siz bu barədə nə düşünürsünüz?

 

Nə bilim... Yaşadığım həyat mənim reallığımdır.

Dəniz84 ilə müsahibə

- Kitabla aranız necədir?
Kitab oxumağı çox sevirəm. Ancaq son vaxtlar tənbələşmişəm. Uşaqlar və məktəb məni bir az uzaq salıb kitablardan.

- Hansı tip ədəbiyyata üstünlük verirsiniz?
Dedektiv və məhəbbət janrlı əsərləri daha çox sevirəm. Ancaq sonuncu oxuduğum kitab "Çərpələng uçuran" bu əsəri də çox bəyəndim.
- Bax, çox gözəl bir məqama toxundunuz. Saytımızda kitab oxumağa vaxt tapa bilməyən xanımlara görə əsərlər hissə-hissə dərc olunur. Onlardan faydalana bilirsinizmi?
Əlbəttə, saytımızda bu əsərlərin dərc olunması çox gözəldir. Nə qədər oxuya bilmədiyim əsərləri burda oxumuşam. Belə hissə-hissə olması mənim kimi uşaqlı xanımlara çox yarayır.
- Öz uşaqlarınıza mütaliə aşılamaq adına nələrsə edirsinizmi? Eləcə də digər uşaqlı analarımıza bu yolda verə biləcəyiniz bir məsləhət vardırmı?
Belə bir məsəl var: "Uşaqlar dediyinizi yox, etdiyinizi edər". Yəni uşaq valideyninin kitab oxuduğunu görsə, mütləq o da onu edəcək. Bizim gün ərzində xüsusi saatlarımız var. Ailəliklə kitab oxuduğumuz saat. Məsələn, hər gün 15:00 və 16:00 bizim kitab saatımızdır. Yoldaşım, mən və uşaqlar kitab oxuyuruq.
- Nə gözəl! Çox sevinirəm ki, belə fəaliyyətlərə önəm verən ailələrimiz var. Kitabları siz özünüz seçirsiniz, yoxsa uşaqlar?
Kitabxanaya üzv olmuşuq. Orda uşaqlar üçün də bölmə var. Uşaqlar kitablarını özləri seçir.

Dəniz84 ilə müsahibə

- Bəs lirika ilə aranız necədir?
Çox gözəl. Əsasən payız fəslində yağış yağan zaman pəncərənin önündə ya lirik musiqi dinləyirəm, ya da kitab oxuyuram.
- Bəs şeirlər?
Şeirlər isə uşaqlığqdan çox həvəslə oxuduğum janrlardan biridir. Saytımızda da var, hətta özüm də yazıram bəzən.
- Nə gözəl! Yazıb amma heç kimlə hələ paylaşmadığınız şeirin varmı?
Var.  :)
- Bizimlə paylaşmağın bəs mümkündürmü? girl_smi

 O, özümdə qalsın. biggrin Bütün şeirlərimi Qadın.Net saytında paylaşmışam.
- Tamam, cool lirik qəlbli insanlar bəzən elə olur ki, öz hisslərini coşğun bir şəkildə, bəzən qəzəblə, bəzən incikliklə şeirlərinə köçürürlər. Amma qətiyyən paylaşılmasın deyə yazan kimi də məhv edirlər onu. Bəs sizdə elə olubmu? Yazıb amma oxunulmasın deyə tulladığınız şeiriniz olubmu? 
Hisslər barəsində çox doğru dedin. Ancaq xeyr, atdığım şeirim olmayıb.
- Aysel xanım, təsəvvür edin ki, saytımızın bütün idarəsi tamamilə sizin əlinizə verilib. İlk olaraq nə kimi islahatlar keçirərdiniz?  mocking
Vauuu, Ramil bəyin gözündən uzaq). İnanın ki, saytımızdır deyə demirəm. Azərbaycanda çox qadın portalı var. Ancaq Qadın.Net kimi hər şeyi yerində, səviyyəli portal yoxdur. Yəni burda dəyişməli heç nə görmürəm.

Dəniz84 ilə müsahibə

- Heçmi? 
Heçç. Dizayndan tutmuş. xəbərlərə qədər hər şey çox gözəldir.
- Aysel xanım, həyatda doya bilmədiyiniz nəsə varmı? Mənəvi olaraq, amma ailəni nəzərdə tutmuram. Təbiidir ki, heç kim ailəsindən doymaz.
Deməli, mən 2000-ci ildə məktəbi bitirmişəm. Ali məktəbə də çox həvəslə hazırlaşmışdım. Müəllimlərim də məndən arxayın idi ki, sən istədiyin Universitetə qəbul olacaqsan. Lakin mən imtahan zamanı bərk xəstələndim və imtahanda ola bilmədim və beləliklə, tələbəlik həyatı mənə nəsib olmadı. Doymadığım yalnız bu ola bilər.

- Bəs olubmu ki, düşünəsən ki, yaxşı ki o imtahana gedə bilmədim?
Xeyr, olmayıb, heç vaxt. Həmişə deyirəm kaş ki, o imtahana gedə biləydim.
- Allahdan xeyirlisi. Amma mən gördüyüm qədərilə universitet oxumasanız belə, siz daim öz üzərinizdə işləyirsiniz. Ona görə də deyin görək, saytımızdakı xanımlara nə kimi sözünüz var? İstər saytdakı fəaliyyətləri olsun, istərsə də adi bir insan kimi nəsə bir məsləhətiniz varmı?
Mənim diplomum yoxdur, ancaq bəzi diplomu olanlardan çox savadlıyam) elə bunu görəndə deyirəm kaş ki, diplomum olardı. Yəni demək istədiyim savad diploma baxmır. Mən boş oturmağı sevən xanım deyiləm. Aktivlik təbiətimdə var. İndiyə qədər rahat oturub divanda televizora baxdığım yadımda deyil. Ya kitab oxuyaram, ya nə isə çəkərəm, ya nə isə yazaram, ya da toxuyaram. Yəni Allahın mənə bəxş etdiyi bu ömrü boş keçirmək istəmirəm. Saytda 100-lə xəbərim var, sağlamlıq və ya gözəllik. Hər birini xarici saytlardan tərcümə etmişəm. Saytımızda gənc xanımlar üçün hər sahəyə aid xəbərlərimiz var. Adi şəkil çəkməyi öyrədən xəbərlərdən tutmuş gələcəkdə ana olacaq, ailə sahibi olacaq xanımlara çox faydalı xəbərlər var. Dini xəbərlərimiz var. Gənc xanımlara məsləhət edərdim ki, bu xəbərlərə önəm versinlər. oxusunlar. Peşman olmazlar.

- Sizinlə söhbət çox maraqlı idi, ona görə bacardıqca söhbəti uzatmağa çalışdım, amma sizi də yormaq istəmirəm. İlk müsahibim oldunuz və razılıq verdiyiniz üçün, fikirlərinizi mənimlə, hər kəslə bölüşdüyünü üçün təşəkkür edirəm. 
Mən təşəkkür edirəm. Mənə dəyər verib, müsahibiniz etdiyiniz üçün. Buyurun.

 



Şərhlər (22)

aysun2013 aysun2013 5 October 2015 17:15 Cavab yaz

Canim Ayselim musahibeni cox beyenerek oxudum cox gozel alinib en cox beyendim isr mehs 15-16 arasi ailevi kitab oxuma saati mene cox maraqli geldi
aykanur_1997 aykanur_1997 4 October 2015 19:22 Cavab yaz

Aysel xanim sizin taniw olmagima wad oldum,men saytda yeniyem deye sizi daha yaxindan tanidim.Tewekkurler give_ros
Deniz84 Deniz84 3 October 2015 08:13 Cavab yaz

Dünən set yox idi deyə fikrimi natamam yazdım. Mənə tənbəl deyirsən amma şeir yazmaqı tərk etmisən, saytda öz əl işlərini görmək xoş olardı
give_ros
Maraqla oxudum. Dənizin istedadlı olmasını bilirdim. Gözəl alınıb. Sayta ilk gəldiyim günlər yadıma düşdü.
give_ros
Çox gözəl müsahibə alınıb çox bəyəndim
give_ros
Bəyəndim Aysel xanım.
give_ros
Maraqli geldi,oxudum..mence bu xeber ardicilliqla davam etmeli ve belece virtual dostlarimizi biraz daha yaxindan tanimis olarq
give_ros
santa santa 28 September 2015 16:20 Cavab yaz

Maraqli geldi,oxudum..mence bu xeber ardicilliqla davam etmeli ve belece virtual dostlarimizi biraz daha yaxindan tanimis olarq
Shari Shari 21 September 2015 18:39 Cavab yaz

Hava isti günəş par-par yanırdı,

Göydə buludları sıralayırdı,

Gözəl qaranquşlar qatarlanırdı,

Bütün intizamı pozdun, ey külək.

***

Quşlar oxuyurdu, oxumaz oldu,

Budaqlar üstündə duramaz oldu,

Sənin qəzəbinə dözməyib uçdu,

Qəzəbin səbəbi nədir, ey külək.
good
Bəyəndim Aysel xanım.
MAYA EL MAYA EL 18 September 2015 18:09 Cavab yaz

Çox gözəl müsahibə alınıb çox bəyəndim give_ros
Ellada84 Ellada84 17 September 2015 13:11 Cavab yaz

Maraqla oxudum. Dənizin istedadlı olmasını bilirdim. Gözəl alınıb. Sayta ilk gəldiyim günlər yadıma düşdü.
Ayka_m_ova Ayka_m_ova 17 September 2015 10:59 Cavab yaz

Dünən set yox idi deyə fikrimi natamam yazdım. Mənə tənbəl deyirsən amma şeir yazmaqı tərk etmisən, saytda öz əl işlərini görmək xoş olardı
Deniz84 Deniz84 17 September 2015 09:41 Cavab yaz

Gozel musahibe alinib, cox maraqli geldi. Deniz demek arada bədahətən gelirmish sendede, halal olsun sənə canim. Duzu sene Ayselden cox Deniz kimi muraciet etmeyi xoslayiram.

Hərdən fikirləşirəm gərək Dəniz adını da sənədləşdərəm)) Ürəyin necə istəyir elə də müraciət edə bilərsən canım.
Deniz o Lovable Madam la Qazaxda gorushde teyin etmishdik yadindadir, men gelecekdim “ Damcili” bulagina sizinle gorushecekdim.Vefada seni menle tanish edecekdir. Heyifki men bir az gec geldim sizde qayitdiniz Bakiya. Yeni ki gorushumuz bash tutmadi cox heyif.

Allah can sağlığı versin hər birimizə. İnşallah bu görüşü yenə təşkil edə bilərik. Vəfa da hər birinizi çox soruşur. Çox az vaxtı olduğu üçün sayta hər zaman gələ bilmir. lakin gəlir və səhifəsinə baxır. Ona yazmaq istədiyinizi səhifəsində yazın. mütləq oxuyur. give_ros
Maraqlı alınıb Aysel səni yaxından tanıdığıma sevindim Şerlərin superdi

Bəyəndiyinizə çox sevindim. give_ros
ayniska milaska ayniska milaska 17 September 2015 00:27 Cavab yaz

Maraqlı alınıb Aysel səni yaxından tanıdığıma sevindim give_ros Şerlərin superdi
Ro-Xe-Sa Ro-Xe-Sa 16 September 2015 23:34 Cavab yaz

Gozel musahibe alinib, cox maraqli geldi. Deniz demek arada bədahətən gelirmish sendede, halal olsun sənə canim. Duzu sene Ayselden cox Deniz kimi muraciet etmeyi xoslayiram.
Saytda bir qız var idi. Hamımız onu yaxşı tanıyırıq: Lovable Madam. Bu xanımla qonşu idim. O, bu saytı təriflədi və məni qeydiyyatdan keçirdi və o gündən burdan əl çəkmirəm.

Deniz o Lovable Madam la Qazaxda gorushde teyin etmishdik yadindadir, men gelecekdim “ Damcili” bulagina sizinle gorushecekdim.Vefada seni menle tanish edecekdir. Heyifki men bir az gec geldim sizde qayitdiniz Bakiya. Yeni ki gorushumuz bash tutmadi cox heyif.
Deniz84 Deniz84 16 September 2015 19:52 Cavab yaz

Dənizim tam səmimi cavablardı amma heyifki azdı oxudum doymadım

Təşəkkürlər fatma xanım. give_ros
Demek seni bizle tanis eden Loveble Madam olub çix yaxsi bir xanim idi.Indi deyesen sayta gelmir.Senide yaxindan tanidigima sad oldum Aysel.Şerler yazdigini bilmirdkm indi bildim davamli olsun gozel ser yaxmisan.Bu arada lavable madama salam soyle gorursense de arada biz tereflerede baş çeksin.

Baş üstə Pərvanə. give_ros


Bəyəndiyinizə sevindim :) Aysel xanımı da yormamaq lazımdır axı, ona görə də bacardığım qədər qısa tutmağa çalışmışam sualları :)

Təşəkkürlər Agat səninlə söhbət mənə də çox xoş oldu. give_ros
Aysel,şeir yazdığını mən də bilmirdim.Amma yaxşı qələmin varmış. Gözəl alınıb xəbər.Təbriklər.

Bəyəndiyinə sevindim canım. give_ros
Müsahibə xəbərinin yenidən yayımlanmasına sevindim xeyirli-uğurlu olsun

Təşəkkürlər Aida. 2-ci müssahibimiz bəlkə sən olasan.. fellow
Ayka_m_ova Ayka_m_ova 16 September 2015 19:32 Cavab yaz

Müsahibə xəbərinin yenidən yayımlanmasına sevindim xeyirli-uğurlu olsun
sema_arzum sema_arzum 16 September 2015 19:30 Cavab yaz

Aysel,şeir yazdığını mən də bilmirdim.Amma yaxşı qələmin varmış. smile Gözəl alınıb xəbər.Təbriklər.
Aqatkris Aqatkris 16 September 2015 19:25 Cavab yaz

Bəyəndiyinizə sevindim :) Aysel xanımı da yormamaq lazımdır axı, ona görə də bacardığım qədər qısa tutmağa çalışmışam sualları :)
Deniz84 Deniz84 16 September 2015 19:08 Cavab yaz

Yadıma gəlir,redaktor olarkən ilk dərc etdiyim xəbərlərin arasında Aysel xanımın bir şeri var idi-Azan səsi.Aysel xanımın ilk xəbəri idi bu şer.Uğurlar

İşqal olmuş torpaqlardan,
O yerlərdən, saraylardan,
Başı qarlı o dağlardan,
Daha gəlmirazan səsi.

Xan Şuşadan,Zəngilandan,
Viran qalmış Xocalıdan,
Bağ-bağçalı Cəbrayıldan,
Daha gəlmir azan səsi.

O yerlərdə qurdlar gəzir.
Pis əməlli yadlar gəzir.
O məscidlər əyləncədir.
Necə gəlsin azan səsi?

Torpağını satanlara,
Onu viran qoyanlara,
Gündə yüz kərə, milyon kərə,
Qənim olsun azan səsi.

Darıxmayın, a dağlarım.
Gözəl Şuşam,Cəbrayılım.
Gün gələcək çox keçmədən
Eşidərsiz azan səsi.

Qəlbdə iman olanların,
Cavanların,qocaların,
Xoş əməlli insanların,
Qəlbindədir azan səsi.
Almaz canım, necə də yadında qalibee.Doğurdan da ilk xəbərimdir saytda. Deməli bu şeirimi sən redaktə etmisən. Haqqını halal elə.give_ros


Bəh-bəh, Aysel, gözəlmiş, davamlı olsun!

Bəyəndiyinizə çox sevindim.
Pervane01 Pervane01 16 September 2015 18:11 Cavab yaz

Demek seni bizle tanis eden Loveble Madam olub çox yaxsi bir xanim idi.Indi deyesen sayta gelmir.Senide yaxindan tanidigima sad oldum Aysel.Şerler yazdigini bilmirdkm indi bildim davamli olsun gozel ser yaxmisan.Bu arada lavable madama salam soyle gorursense de arada biz tereflerede baş çeksin.
Fatma Fatma 16 September 2015 18:00 Cavab yaz

İlk növbədə Aqat xanım sizi təbrik edirəm ilk jurnalist işinizə görə
Dənizim tam səmimi cavablardı amma heyifki azdı oxudum doymadım
Ceylan Mumoglu Ceylan Mumoglu 16 September 2015 18:00 Cavab yaz

Bəh-bəh, Aysel, gözəlmiş, davamlı olsun! yahoo
Amazonka Amazonka 16 September 2015 17:59 Cavab yaz

Yadıma gəlir,redaktor olarkən ilk dərc etdiyim xəbərlərin arasında Aysel xanımın bir şeri var idi-Azan səsi.Aysel xanımın ilk xəbəri idi bu şer.Uğurlar winked give_ros
Aqat xanıma give_ros
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика