Giriş
Bağla

Qadın.Netdə onu tanıyaq

Bizimdir! / QN News / İstifadəçilər

Qadın.Netdə onu tanıyaq

Ellada Babayeva

Bizə bir az onu tanıt dedikdə ilk ağlıma o gəldi. İndiyənə kimi heç kimə onun haqda danışmamışam. Bir anam, bacılarım xaric. Bu gün ilk dəfə olaraq Qadın.Netə ondan danışacam. O, mənim sinif yoldaşımdır. Həm də ilk sevgim. Həyatda dəyər verdiyim insanlar mənim valdeyinlərim və bacılarımdır. Onlar mənim hər şeyimdir. Onlardan başqa dəyər verdiyim insanlar yoxdur.

Xanim_Xatun

İşlədiyim müəssisədə 5 qız dostum var. Hər gün bir yerdə oluruq. Hərəsinin bir xasyyəti var. Biri yaxşı yumor danışır, biri bəzən mən işdə olmayanda məni əvəz edir. Digəri arada bizə qonaqlıq verir, biri mənim problemlərimə qulaq asır. Hər biri öz özəlliyinə görə mənim üçün əzizdir. Bəzən digər müəllimlər də "bizim qrupa" qoşulmaq istəyir. Amma biz istəmirik. Biz bir birimizə yetirik. Komandanın baş kapitanı isə mənəm.

Pərvanə

Həyatımda dəyər verdiyim, sevdiyim, hörmət etdiyim insanlar çoxdur. Anam, atam, həyat yoldaşım və.s. Amma mən bu gün sizlərə canım atam haqqında yazmaq istəyirəm. Mənim atam ilk baxışdan zəhimli görsənsə də, çox kövrək ürəyi var. Canım atam mükəmməl bir atadır. Ailəsinə qarşı qayğıkeş, mehriban, övladlarınını, nəvələrini sevən insandır. Biz balaca olanda bizimlə oynamağı, bizi gəzdirməyi sevirdi. Biz artıq böyümüşük, estafeti nəvələr alıb. İndi onlarla, yəni nəvələri ilə gəzir. Biz artıq böyüyüb boya –başa çatmışıq, ailə qurmuşuq. Artıq biz də ana-atayıq. Amma valideyinlərimizin gözündə hələ də balaca körpə uşaq kimiyik. Canım atam o qədər kövrək ürəyə sahibdir ki, hər dəfə telfonla danışanda, görüşəndə kövrəlir, gözləri dolur, qızarır. Canım atamın həmişə mənə ilk sözü "gözlərinə qurban olum balamın, necəsən?" deyir. "Gözlərinə qurban olum" sözü hər dəfə məni göylərə qaldırır, ürəyim sevincdən əsir. Canım atam haqqında çox sözlər cümlələr yaza bilərəm, ancaq yazmaqla bitməz. Çünki mənim atam bunlara layiq insandır. Mən atamı çox, lap çox, dünyalara sığmayan qədər məhəbbətlə sevirəm. O mənim ürəyimdir. Onsuz həyatımı təsəvvür edə bilmirəm. Sonra da onu deyim ki, əzizlərim, valideyinlərinizin, yaxınlarınızın qədrini vaxtında bilin, onlara dəyər verin, onları sevin, sevdirin.

Qadın.Netdə onu tanıyaq
Fatma xanım

Həyatımda dəyər verdiklərim çoxdur. Ən başlıcası ailəmdi, övladlarımdı, qardaş -bacılarımdı. Amma həyatımda bir insan da var, ən yaxın qonşum, özümə ən yaxın bildiyim bir xanım. Adı Bənövşədir. Çox gözəl insandı. Ona həyatımı belə gözüyumulu etibar edərəm. Onsuz bu həyatı təsəvvür edə bilmirəm, hər gün ondan xəbər tuturam, hətta yaxınlarım qısqanır ki, onu bizdən çox istəyirsən. Unudurlar ki, istəyi insan özü qazanır. Heyif ki, onun ürəyi xəstədir. Hər gün Allaha dua edirəm ki, Allah onu mənə çox görməsin, onun acısını mənə yaşatmasın.

Azadə Həbibzadə

Mənim həyatımda çox dəyərli insanlar var. Onlardan biri də mənim yaxın rəfiqəm Fidandır. Bacım qədər çox istəyirəm onu. Əslində tam əks insanlarıq, amma çox yaxınıq. Allah dostluğumuzu axıracan var etsin. Hər kəsə bizim kimi dostluq arzu edirəm.

Könül

Həyatımda dəyər verdiyim insanlar çoxdur. Ailəm ilk öndə, atam qardaş və bacılarım durur. Lakin uşaqlıqdan bu günkü günümə kimi dəyər verdiyim bir insan var, o da boyük qardaşımdır. Onun yeri mənim qəlbimdə tamam başqadır. Bilmirəm niyə görə o mənim üçün hər zaman yüksəkdə olub. Tərifləmək istəmirəm, amma onun etdiyi işlər, hərəkətlər, danışığı, məsləhəti, dinləmə qabiliyyəti özünəməxsusdur. Uşaq vaxtıdan bütün qohum-əqraba qardaşımın yaşca balaca olmasına baxmayaraq onun hormətini saxlayıblar, indiyə kimi də davam edir. Allah bütün qardaşları qorusun.

Qadın.Netdə onu tanıyaq
AyseL

Tanıtmaq istədiyim şəxs Aynurdur. Aynur mənim canımdan da çox istədiyim rəfiqəmdir. Onunla məktəbdə tanış olmuşam. Onun mənim həyatımda rolu çox böyükdür. Belə ki, mən bütün sirrlərimi onunla bölüşürəm, bütün dərdlərimi onunla paylaşıram. O da sirrlərini və problemlərini mənə deyir. Biz çox yaxın dostlarıq. Onsuz bir günüm olmasın, o getsə, mən bitərəm. Mən onu çox istəyirəm, bəlkə də, canımdan çox. Dostlarımın çox olmasına baxmayaraq məhz onu seçdim, çünki həqiqətən onu çox istəyirəm. O mənim üçün birdənədir. Biz bütün günümüzü birlikdə keçirdirik, məktəbə bir gedib, bir gəlirik. Hətta dərsdən sonra da bir neçə saat dərdləşirik.

PƏRVANƏ ƏLİYEVA

Həmişəki kimi gözəl dəyərli xəbərinə dəvət etdiyin üçün çox sağol canım. Hər kəsin həyatında olduğu kimi mənim də həyatımda dəyər verdiyim insanlar var. O insanlar mənim pis günümdə, yaxşı ğünümdə yanımda olan insanlardır. O insanlar valideynlərim, ailəm, yoldaşım, birdə iki gül balamdır. Mən həyatımı, nəfəsimi belə onlarsız təsəvvür edə bilmirəm. İllər boyu çəkdiyim əziyyətin bəhrəsini bu gün görürəmsə, bu göydə Allahın, yerdə yoldaşımın sayəsindədir. Əgər bu gün narahatamsa, xəstəyəmsə, ağlıyıramsa, yanımda hər zaman bir insanı görürəm. O mənim artıq 20 illik həyat yoldaşım, iki gül balamın atasıdır. Onu həyatımdan da artıq sevirəm, ona böyük dəyər verirəm. Rəbbim onu mənə çox görməsin.

Qadın.Netdə onu tanıyaq
 Hacət-i Vuslat
Aysun bacı, belə gözəl xəbər üçün sənə təşəkkür edirəm.
Sizə özünüzü, yəni insanı tanıtmaq istərdim, amma Quranın diliylə. Bacardığım qədər qısa və aydın olacaq şəkildə. Allahın izniylə...
1. İnsan, əşrəf-i məxluqdur, yəni yaradılmışların sultanıdır və məhz xoşbəxt olmaq üçün yaradılmışdır. Hardan bilirik? Təbii ki, Qurandan. (Casiyə 13/ Göylərdə və yerdə olanları – (varlıq və idarə edilmələri) Onun tərəfindən olanların hamısını sizin xeyirinizə ram etdi.)
Səcdə 9 - a görə bütün yaradılmışlar insanın əmrinə verilmişsə və Allah, Öz Ruhundan sadəcə insana üfürmüşsə - deməli 1-ci bənd doğrudur.
2. İnsan qul olmaq üçün yaradılmışdır - Zəriyyat 56. Buna əməl etmədiyi üçün insan xoşbəxt ola bilmir. Xoşbəxt olmaq üçün insan özünü \"instruksiyası üzrə\" istifadə etməlidir.
3. İnsan 3 vücuddan ibarətdir: ruh (Səcdə 9,); fiziki bədən (Hicr 26); nəfsdən (Şəms 7)
Əhzab 72 - dəki əmanət, Allahın bizə üfürdüyü Ruhdur. Əmanətdirsə, geri qaytarılmalıdır. 
Rad 21 - də Allahu Təala: \"Və onlar Allahın, Allaha çatdırılmasını əmr etdiyi şeyi Ona (Allaha) çatdırarlar.\" buyurur. Demək ki, Allaha çatdırmamız lazım olan bir şey var: Allahın Allaha çatdırılmasını əmr etdiyi şey. Allahu Təala ruhumuzu Allaha ölmədən əvvəl çatdırmamızı əmr edir. Bunun üçünsə sadəcə qəlbi bir diləyə ehtiyac var, gerisi Rabbimiz edəcək:
Şura 13/ Allah istədiyi (və layiq bildiyi) kəsi Özünə seçər və Ona tərəf yönələn kəsi Özünə ulaşdırar (çatdırar.)
Aysun Məmmədova
Mən bu gün sizə ilk rəfiqəmi tanıtmaq istərdim. Mən Xətai rayonu 263 saylı orta məktəbdə təhsil alırdım. Sinif yoldaşım Əliyeva Sahilə ilə çox yaxın idik. Bəzi səbəblərdən biz 2002-ci ildə 9-cu sinifdə oxuyarkən ayrıldıq. Bəlkə artıq görsəm, tanımaram, üstündən 13 il keçib. Amma çox yaxın idik. Bacı kimi idik. O da tək qız idi, mən də. Amma qismət elə getirdi ki, biz Bakıdan köçdük və əlaqəmiz kəsildi.


Şərhlər (14)

aysun2013 aysun2013 6 September 2015 23:09 Cavab yaz

Eziz xanimlar uzurlu sayin bezi sebeblerden coxdandi gele bilmirdim ve size oz cox saqolumu vaxtinda bildire bilmedim mene deyer verib istirak eden ve ede bilmeyen tum userlere cox saqol deyirem ne yaxsiki varsiz eziz xanimlar
Fatma Fatma 12 August 2015 13:45 Cavab yaz

Pərvanə nə yaraşıqlı atan var Allah uzun ömrlər versin
Allah hamınzın sevdiklərini qorusun
Ayka Ay Ayka Ay 7 August 2015 08:44 Cavab yaz

AidaВ M-ova,

Amin!
ilishka ilishka 5 August 2015 23:45 Cavab yaz

Allah hammimizi sevdiklerimizden ayirmasin.
ayniska milaska ayniska milaska 4 August 2015 14:49 Cavab yaz

Maraqlı xəbərdi təşəkkürlər!Qızlar ALLAH sizin də dəyər verdiyiniz insanları qorusun !
Ceylan Mumoglu Ceylan Mumoglu 4 August 2015 11:54 Cavab yaz

Hər birinizin yazısını oxudum. Dəyər verdiklərinizi Allah sizlər üçün qorusun.
Hacət-i Vuslat (Lalə) xanım çox gözəl izah gətirib.
Ona əlavə olaraq "Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan" (Bəqərə-29)
"Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan" (Ənam-95)
"Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır". (Casiyə-4)
http://1.bp.blogspot.com/-vTBiVFn0K18/TyKJ81QGQ5I/AAAAAAAAAOk/3uHwZQYlslk/s640/B
AKARA_SURESI_29_&_ENAM_SURESI_95_&_CASIYE_SURESI_4+.jpg
Ayka_m_ova Ayka_m_ova 4 August 2015 11:52 Cavab yaz

Ətarınızda daim sevdiyiniz, dəyər verdiyiniz insanlar olsun. Hər kəs xoşbəxt olmağa layiqdir. girl_smi
Ro-Xe-Sa Ro-Xe-Sa 3 August 2015 22:29 Cavab yaz

Cox maraqli xeber alinib ALLAH sevdiklerimizi her zaman qorusun AMIN.
Ellada84 Ellada84 3 August 2015 22:22 Cavab yaz

Dəniz84,
Amin Dəniz.


Xəbər efirə gedib ki, yadımdan çıxmışdı yazdığım. blush
Rustemin Aynuwuyam Rustemin Aynuwuyam 3 August 2015 21:53 Cavab yaz

Super.men de cox istyerdim daniwim yaxin bildiyim adamnan.gelen defe meni de devet edersiz INWALLAH
sevil 2006 sevil 2006 3 August 2015 21:07 Cavab yaz

Maraqli xeber alinib teşekkürler.
sabrina84 sabrina84 3 August 2015 21:04 Cavab yaz

Allah can sağlığı versin sevdiklərinizə deyer verdiklərinizə.
Muselmanka88 Muselmanka88 3 August 2015 19:13 Cavab yaz

maraqliydi xeberiniz.
deyer verdiklerinizi Allah size umumiyyetle heckime cox gormesin
Deniz84 Deniz84 3 August 2015 15:27 Cavab yaz

Çox bəyəndim xəbəri. Ellada, Xanım, Aysun, Aysel, Pərvanə, Azadə, Pərvanə Əliyeva, Fatma xanım, Könül, Lalə- hər birinizin dəyər verdiyiniz insanları tanıdıq. Alllah ataların, qardaşların, övladların, yaxşı rəfiqələrin canını sağ eləsin. Allah dəyər verdiklərimizi bizə çox görməsin. Amin!

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика