Hər birimiz həyatımızda ən azı on dəfə bu atalar sözünü işlətmişik. Birindən bir umacağımız olduğunda başqa bir sirdaşımıza yavaşcadan demişik, “yağmasaydıda gurudayardı bari” . Əslində yağmasını istəmişik həmişə, bu guruldamağı da, bir təsəlli kimi və ya əsl niyyətimizi gizləmək üçün işlətmişik. Axı biz yaxşı bilirik, “sözlə qarın doymaz”. İndi bu sözü işlətməyimiz bir az, bəlkə də daha çox yalançı olmağımıza işarədir. Biz heç vaxt təsəlli və ya quru sözdən ibarət bir vədi qəbul etməmişik, sadəcə razılıq əlaməti kimi xəfifcə başımızı tərpətmişik. Quru söz bizim nəyimizə lazımdır?
Biz xəstəlikdən sönən bir həyata deyil, hədər gedən pula heyifsilənmişik, biz puç olan arzulara deyil, çəkdiyimiz əziyyətə kədərlənmişik, biz çirkli əlləri ilə çörək istəmək üçün bizə toxunan ac uşağa deyil, çirklənmiş paltarımıza üzülmüşük, biz yıxılan birinə əl uzadan deyil , onun yıxanıq, biz ağlayanın göz yaşını silən deyil, göz yaşının axmasına səbəb olanıq, xəstə olan yaxını üçün narahat olan deyil, onun vəfatı ilə təxirə düşəcək xeyir işimizə narahat olan insanlarıq, biz ölmüş insanlığa deyil, ölmüş insana ağlayanıq.
Biz istəyirik, həm də çox yenə, yenə, yenə də istəyirik, nəyi? kimi? haranı? necə? nə cür?, harda olmağından asılı olmayaraq yetər ki, istəklərimiz sırasından olsun. Biz gözəl arzular quran, xəyallarda mələk olan insanlar deyilik, vəhşi hisslərimizin planladığı həyatı yaşayan robotlarıq. Biz insan formasında insanlıqdan uzaq yeriyən, nəfəs alan, danışan canlılarıq. Biz dini qonşudan, qohumdan xəbərin olsun deyə buyurduğu halda, xörəyimizi bitirməmiş görən, sabah nə bişirim deyən insanlarıq, biz qonşunun, qohumun qapısını illərlə açmayan, amma vəfat edən biri olanda el-aləm nə deyər, ayıbdır məclisdə iştirak etməliyəm, deyə bir həftə o evdən əl çəkməyən insanlarıq.
Biz bütün insani duyğularını itirmiş halda yaşayırıq. Nə sevirik, nə mərhəmət edirik, nə nəvaziş göstəririk, nə anlayırıq, nə dinləyirik, sadəcə nəfəs alırıq, yeriyirik, içirik, yatırıq, ömür boyu etdiklərimiz bundan ibarət bundan artığını etməyə gücümüz çatmır.
Nə qədər ki, həyatımızı yeyib, içib, yatmaq üzərində quracağıq, insanlıqdan da, insanlardan da, Yaradandan da uzaq olacağıq. Hər kəsin istər karın, istər korun, istər lalın, istər zalımin, istər ədalətli insanın ehtiyac duyduğu bir duyğu var, sevgi duyğusu. Hər kəs o duyğu ilə bəslənmək istər. Bu duyğudan nə özümüzü, nə ətrafı məhrum etməyək. İnsan birini qarşılıq gözləmədən sevəndə (bura hər cürə sevgi aiddir) bir başqa hissə qapılır, dünya gözünə bir başqa görünür. Çünki heç bir qorxusu, narahatçılığı yoxdur. Ya qarşımdakı mənə dəyər verməsə, hörmət etməsə kimi bir düşüncəsi yoxdur. Əsas olan öz düşüncəsidir. İnsanları insan olduqları üçün sevir, onlara insan olduqları üçün dəyər verir. Bunun qarşılığında heç bir təmannası yoxdur, ya kiçik bir təşəkkür, ya da bir qiymətli hədiyyə gözləmir. O, onsuzda hədiyyəsini alıb, sevgi duyğusuna sahibdir, bundan böyük hədiyyə ola bilməz.
XƏBƏR LENTİ
Xoşbəxt cütlüklərin sirri
Koronavirusa yoluxmuş şəxslə eyni binada qalanlar müayinədən keçməlidir? - AÇIQLAMA
HAVA necə olacaq?
Qeyri-adi milyonçular
Bu günün hava proqnozu
Maksim Şevçenko onu öldürməklə hədələyən ermənilərin adlarını açıqladı - VİDEO
Ən gözəl üzə sahib olan qadınlar
"Dünyanın ən ləziz yeməyi" -XAÇAPURİ oldu
Dollar yenə bahalaşdı
Türkiyə yığması millimizə qarşı bu heyətlə oynayacaq
Blinçik tortu (foto resept)
İdman görmə qabiliyyətini qoruyur
Aviabiletlər ucuzlaşaq - AZAL-dan reaksiya
Rayondan Bakıya gələnlər belə saxlanılır
Dondurmaya vurulan bu qatqıdan xəbəriniz var?
Nəfəs kəsən istilər qayıdacaq?
Qarpızı alanda kəsdirməyin! - ZİYANLARI
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
Xəzəri Bakıda böləcəklər
İrem Dericidən gözlənilməz etiraf
Uşaqlarınıza dərs deyən SAXTA müəllimlər
"Hercai"dən yeni Rekord
İŞİD Türkiyəyə müharibə elan etdi
Noutbuk satışları artacaq
Üzdə mimik qırışları təmizləyən maskalar
Bu sezon makiyajda minimalizm dəbi
Ekranın mavi işığı korluğa səbəb ola bilər
Finlandiya futbolunda tarixi qərar
Meymun sərnişin avtobusu sürdü – VİDEO
Sellofan torbalar sağlamlığımıza ziyandır
Gəlin buketləri-2
Cəbhə xəttində təxribat
Ürəyi xəstə olanlar, yayda diqqətli olun!
Bu zalım dünyada doğulma...
Baş Nazirdən ŞAD XƏBƏR: Rüsum ləğv edildi
Çavuşoğlu: “Ermənistan başqa ölkənin torpaqlarına göz qoymağa davam edərsə...” - VİDEO
Mehriban Əliyeva Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib - FOTO
Damla şokoladlı türk paxlavası (foto resept)
Sirli pilləkən
Pensiya xərcləri artıb
Bu şəhərlərdə hər şey var, insan yoxdur-FOTO
Britaniyada türk əsilli koronavirus xəstəsi 222 gün xəstəliklə mübarizə apararaq “qəhrəman” oldu
Yaponiya kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb
Kişilər aşiq olarsa
Bakıya giriş-çıxış bağlanır? -AÇIQLAMA
Məşhur serialda azərbaycanlı obrazı olacaq-FOTO
Sürücülər bu xəbəri mütləq izləsin
Google Chrome-da səslə axtarmaq mümkün olacaq
Evlilikdə maddiyyat
Göz laynerini asan çəkmə üsulları
- ŞƏRHLƏR