Bu gün Azərbaycanda müsəlmanlar Ramazan bayramını qeyd edirlər. Azərbaycanda və bütün dünyada müsəlmanlar üçün böyük bayram hesab olunan Ramazan bayramının namazı iyulun 18-də səhər saatlarında, 09:00-da Göy məsciddə, saat 10:00-da isə Təzəpir məscidində qılınacaq.
Bu haqda Qafqaz Müsəlmanları İdarəsinin sədrinin 1-ci müavini Hacı Salman Musayevin məlumat verib. Məhz bu gün qılınacaq bayram namazından sonra müsəlmanlar yeni aya keçirlər və onların oruc və niyyətləri qəbul olunur.
Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Bu gecə "leylətül-qədr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: "Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdır, sülhdür" (97:1-5).
Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad arasında cinsi yaxınlıq və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Quranda yazılır: "Yeyin, için, qara sap ağ sapdan seçilənədək, sonra qaranlıq düşənədək oruc tutun" (2:187).
Orucluq İslamdan əvvəl də mövcud idi. Hələ qədim ərəblər öz "allahları" rizasına oruc tuturdular. Bu barədə Quranda deyilir: "Sizlərə oruc tutmaq buyurulduğu kimi, sizdən əvvəlkilərə də buyurulmuşdur".
Orucluq pəhrizi qurtarmaq - "id əl-fitr" bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır.
Bizlər də, "Qadin.Net" kollektivi adından Ramazan bayramı münasibətilə bütün dünya müsəlmanlarını təbrik edirik!
Bayramınız mübarək!
XƏBƏR LENTİ
Milyarder sağlam olmasına baxmayaraq ÖLDÜ -FOTO
Azərbaycanda koronavirusa yoluxma statistikasında dalğalanma hansı səbəbdən baş verir?
Rəsmi Bakıdan sərt bəyanat: Böyük dövlətlər ...
Serbiya Azərbaycanı seçdi
Azərbaycanda 1000 yaşlı ağac - Heç kim ona...VİDEO
ABŞ defolta hazırlaşır
Hansı daha vacibdir?
Rusiya öz “Skype”nı yaradır
Gözəl ev dizaynları
Sürücülərə ÜZÜCÜ XƏBƏR: Burada avtomobil saxlayan cərimələnəcək - VİDEO
Hava haqqında
Selenanın üz-gözü şişdi-SƏBƏB-FOTO
Bakıda yeni keçidlər tikiləcək
Amerikansayağı dərsliklər
Bayram günü ABŞ və Kanadada yarım milyon ev qaranlıqda qaldı
Hind toyuğu ilə raqu (foto resept)
Arizona (Glen Canyon)
Bakıda 35 dərəcə isti olacaq
Bu dərdi biganə anlamaz!!!
Rusiyaya qara qar yağdı
KXCP Müsavat Partiyasının təklifini rədd etdi
Cəbhədə şiddətli atışma
İlham Əliyev hərbi əməliyyatların bəzi təfərrüatını açıqladı
“Düşmən Azərbaycanın mülki infrastrukturunu məhv etməyə çalışır” - RƏSMİ
Fərqli manikür nümunələri
Azərbaycan gimnastları Lissabonda Dünya kubokunun mərhələ yarışında iki qızıl medal qazanıblar
Arıqlamağa nələr mane olur?
Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, üç dövlət qurumu LƏДћV EDİLDİ
Fahriye Evcen makiyajsız FOTOsunu paylaşdı
Heyvali piroq (foto resept)
Hamı bu dili öyrənəcək
Təhlükəsizlik Şurasının katibi: “Əfqanıstan hər zaman Azərbaycanla həmrəyliyə sadiq olacaq”
Azərbaycan yol polisi müraciət etdi: Artıq bəsdir!
Tənha, rahat istirahət üçün
İlham Əliyev bəyanat verdi
Beləsini görmədiniz
Gülüş-4
Bu qadın ideal bədən ölçüləri ilə TƏƏCCÜBLƏNDİRİR-FOTO
Əhəmiyyətli nöqtə - yataq sirlərinin kəşf edilməsi
"İntimissimi"dən alt geyimlər
Osmanlı sultanının saatı 1,1 milyona satıldı – FOTO
Girov Dilqəm Əsgərovun taleyi Rusiya XİN-in diqqət mərkəzindədir
Aztəminatlı ailələrə şad xəbər - mənzil veriləcək
Cem Yılmaz Serenaya olan sevgisini BELƏ ETİRAF ETDİ - FOTO
Putindən nüvə zərbəsi hədəsi
Rəfiqəsi Maradonadan 6,3 milyon dollar tələb edir
Buraxılış gecəsi pəhrizi
Bizim üçün yeni təhlükə
Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub
Məşhur cütlük evlənir!-FOTO
- ŞƏRHLƏR