Giriş
Bağla

Məktəbəqədər idrak inkişafı standartları(3-4 yaş)

Hamiləlik və analıq / "Ev məktəbi"

 

Məktəbəqədər idrak inkişafı standartları(3-4 yaş)

 

Uşaq: 

2.1. Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir. 

2.1.1. Dinlədiyi fikrə əsasən hərəkətlərini tənzimləyir və reaksiya verir. 

2.1.2. Danışığında 2-4 sözdən ibarət sadə cümlələrdən istifadə edir. 

2.1.3. Sadə nitq etiketlərindən (“bəli”, “xeyir”, “salam”, “sağ ol”, “çox sağ ol”) istifadə edir. 

2.1.4. Danışıq səslərini müxtəlif dil vahidlərində (heca, söz, cümlə) düzgün tələffüz edir. 

2.1.5.Nitqində əlamət, keyfiyyət, hiss bildirən sözlərdən istifadə edir. 

2.2. Sadə riyazi təfəkkür əməliyyatları yerinə yetirir. 

2.2.1. Üç dairəsində sayma, hesablama əməliyyatları yerinə yetirir. 

2.2.2. Həndəsi fiqurları (dairə, üçbucaq) tanıyır. 

2.2.3. Əşyaları müəyyən əlamətinə (forma, ölçü, rəng, kəmiyyət) görə fərqləndirir və müqaisə edir. 

 

Məktəbəqədər idrak inkişafı standartları(3-4 yaş)

 

 

2.2.4. Əşyalar, həndəsi fiqurlar və rəqəmlərlə sadə əməliyyatlar (toplama, az-çox, uzun- qısa, böyük-kiçik, hündür-alçaq) yerinə yetirir. 

2.2.5. Məkan (irəli, geri, yuxarı, aşağı, alt, üst) və zaman (səhər, günorta və axşam) anlayışlarını fərqləndirir. 

2.2.6. Əşyaların sayını müəyyən edə bilir və müvafiq rəqəm ilə əlaqələndirir. 

2.2.7. Ətraf mühitdə gördüyü obyektlər haqqında məlumat toplamaq məqsədilə hisslərindən(baxmaq, eşitmək, toxunmaq, iyləmək, dadmaq) istifadə edir. 

2.3. Əşya və hadisələr haqqında ilkin təsəvvürə malik olur və anlayışları izah edir. 

2.3.1. Özü və ətrafdakılar haqqında təsəvvürlərini sualların köməyi ilə ifadə edir. 

2.3.2. Baş verən hadisələrə aid suallar verir. 

 

Məktəbəqədər idrak inkişafı standartları(3-4 yaş)

 

 

2.3.3. Canlı (insan, heyvan, quş, bitki) və cansız (qum, daş, torpaq, işıq) obyektləri tanıyır və adlandırır. 

2.3.4. Problemin həllində sadə yolları tapır və onlardan istifadə edir. 

2.3.5. Valideynlərini və yaxınlarını, özünə məxsus əşyaları (otaq, çarpayı, paltar, oyuncaq), yaşadığı yeri (kənd, qəsəbə, şəhər) adlandırır. 

2.3.6. Əşya və hadisələr haqqında sadə təqdimatlar edir. 

2.3.7. Gündəlik rast gəldiyi hadisələrdə səbəb-nəticə əlaqələrini müəyyən etmək üçün suallar verir və anladığını nümayiş etdirir.

Rasim Rəhim



Şərhlər (4)

fidancik-91 fidancik-91 28 July 2015 20:00 Cavab yaz

cox sagolun deyerli melumatlara gore
lolita.lolita lolita.lolita 24 July 2015 15:49 Cavab yaz

2.3.7. Gündəlik rast gəldiyi hadisələrdə səbəb-nəticə əlaqələrini müəyyən etmək üçün suallar verir və anladığını nümayiş etdirir.
Sadəcə Azər Sadəcə Azər 16 July 2015 19:29 Cavab yaz

Əşyaların sayını müəyyən edə bilir və müvafiq rəqəm ilə əlaqələndirir.
Ellada84 Ellada84 16 July 2015 12:48 Cavab yaz

Uşaq. Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика