Giriş
Bağla

Xoşbəxt ailə qurmaq

MÜNASİBƏTLƏR / Eşq və məhəbbət

Xoşbəxt ailə qurmaq

Əlaqələrin sağlam və uzun ömürlü olması üçün qarşılıqlı sevgi, hörmət və səbr çox əhəmiyyətlidir. Evlilik testi ilə evliliyinizi test edin. Məqaləmizdəki sualları özünüzə verib evliliyinizin gedişatının nə istiqamətdə olduğu mövzusunda ipucları tapa bilərsiniz.

Hər mövzuda duyğu və düşüncələrinizi bir-birinizlə rahatca paylaşa bilirsinizmi? Yoxsa aranızda davamlı bir sirr və məsafə varmı?

Ev işlərini paylaşmaqda ədalətlisinizmi? Məsələn, siz evin işini, təmizliyini edib, yoldaşınız çöldəki işləri görürmü, yoxsa məsuliyyət yalnız bir adamın üzərinə düşürmü?

Onunla birlikdə olunca zövq ala bilirsinizmi? Yaşadığın cinsəlliyi yeməyə bənzətsək, dadsız duzsuz bir yemək olaraq qəbul edirsinizmi, yoxsa dadı damağından getməyən bir ləzzətmi?

Birlikdə vaxt keçirməkdən kef alırsınızmı? Yoxsa olsa da olar, olmasa da, hətta o yoxkən özünüzü daha xoşbəxt hiss edirsiniz?

Əlaqənizi birləşdirən ən əhəmiyyətli faktor nədir? Uşaq, iqtisadi məcburiyyət, sevgi və ya hansı?

Yanında yoxkən darıxırsınızmı? Onsuz olma düşüncəsi sizə nə məna ifadə edir?

Ortaq fikirləriniz var mı?

Həyatda imtina edə bilməyəcəyiniz insanlar arasında həyat yoldaşınız da varmı?

Xoşbəxt ailə qurmaq

Evliliyə hazırammı?

Evlilik qadın və kişi üçün doğru yolda bir ömür boyu addımlamaq istədiyi qurumdur.

Evliliyin sürməsi üçün ən əhəmiyyətli faktorlardan biri də maddiyyatdır.

Maddiyatınızı təmin edə bilməyəcəksinizsə, evi dolandıra bilməyəcəyiniz qədər pul qazana bilmirsinizsə, bu vəziyyət evliliyə hələ hazır olmadığınızı göstərir. (Kişi üçün keçərlidir)

Evlilik qarşılıqlı hörmət  və anlayışa söykənən şəkildə davam etməlidir. Səbirsiz bir insansınızsa, ani şəkildə əsəbləşib ətrafınızdakıları küsdürürsünüzsə, evlənmədən əvvəl bu xasiyyətinizi dəyişdirməyə çalışmalısınız , yoxsa evliliyiniz uzun ömürlü olmaz.

 

Xoşbəxt ailə qurmaq

 

 

Evlənməyi düşündüyünüz adamla həll etmədiyiniz problemlər varmı aranızda? Bunu əsla unutmayın, evlənincə sizə sehrli çubuq dəyməyəcək eyni problemlər davam edəcəkdir!

Evlənincə mən onun xasiyyətini dəyişdirərəm deyə yola çıxsanız, yanılacaqsınız, müəyyən yaşdan sonra insanların xasiyyətləri çətin dəyişir.

Evlənmə planı qurduğun adamla həqiqətən bir ömür keçirə bilərsinizmi, o sənin üçün doğru adamdırmı? Yoxsa evlənmək xatirinə evlenirsən? Bunu hər kəs özündən soruşmalıdır!



Şərhlər (9)

fidancik-91 fidancik-91 2 August 2015 14:10 Cavab yaz

aile qurmadan once insan gerek her problemi gotur qoy elesin ve aile quracagin insanla xowbex ola bilecemmi deye duwunmek lazimdi.sora dahada boyuyur problemler ve daha cox eziyet ceken hemiweki kimi qadin olur
rovsane_82 rovsane_82 29 July 2015 13:55 Cavab yaz

TWKLAR XEBER UCUN


MEN ARTIQ 6 ILDIR KI EVLIYEM.HELEKI HER SEYQAYDASINDADI,HORMET DE VAR,ANLASMA DA.TESEKKURLER XEBERE GORE.

Azerbaycanda çox ailə xoşbəxtdir

Evlilikde esas qarsiliqli sevgi hormet bir-birini anlalaqdi xebere gore tesekkurler

give_ros
Asi88 Asi88 16 July 2015 10:02 Cavab yaz

Evlilikde esas qarsiliqli sevgi hormet bir-birini anlalaqdi xebere gore tesekkurler
S U SE N S U SE N 14 July 2015 17:53 Cavab yaz

Azerbaycanda çox ailə xoşbəxtdir
nicat-pari nicat-pari 7 July 2015 13:48 Cavab yaz

MEN ARTIQ 6 ILDIR KI EVLIYEM.HELEKI HER SEYQAYDASINDADI,HORMET DE VAR,ANLASMA DA.TESEKKURLER XEBERE GORE.
esmeralda21 esmeralda21 7 July 2015 13:16 Cavab yaz

cray biggrin angry love TWKLAR XEBER UCUN
Ellada84 Ellada84 6 July 2015 18:22 Cavab yaz

Evlənmə planı qurduğun adamla həqiqətən bir ömür keçirə bilərsinizmi, o sənin üçün doğru adamdırmı? Yoxsa evlənmək xatirinə evlenirsən? Bunu hər kəs özündən soruşmalıdır!
yes
rovsane_82 rovsane_82 6 July 2015 16:44 Cavab yaz

Razıyam. Evlilikdə hörmət önəmlidir. Xəbərə görə təşəkkür edirəm.

give_ros
Shari Shari 6 July 2015 16:18 Cavab yaz

Evlilik qarşılıqlı hörmət və anlayışa söykənən şəkildə davam etməlidir. Səbirsiz bir insansınızsa, ani şəkildə əsəbləşib ətrafınızdakıları küsdürürsünüzsə, evlənmədən əvvəl bu xasiyyətinizi dəyişdirməyə çalışmalısınız , yoxsa evliliyiniz uzun ömürlü olmaz.

Razıyam. Evlilikdə hörmət önəmlidir. Xəbərə görə təşəkkür edirəm.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика