Giriş
Bağla

Hər zaman lazım olan gözəllik məsləhətləri (1ci hissə)

GÖZƏLLİK / Gözəllik xəbərləri

Hər zaman lazım olan gözəllik məsləhətləri (1ci hissə)

Kosmetoloqlar və vizajistlər gözəl dəriyə sahib olmaq üçün bəzi sirlərin üstünü açıblar. İdeal dəriyə sahib olmaq üçün təkcə üz kremi kifayət deyil. Kosmetoloqlar hər zaman istifadəsi tələb olunan bəzi məsləhətləri xanımların nəzərinə çatdırır.

1. Həyatda hər şey gözəldir. Qulluq vasitələrindən düzgün istifadə olunmaması dərinin yaşlı görsənməsinin birinci səbəbidir. Pilinq və skrablardan istifadə dərinin strukturunu zədələyir və onun baryer funksiyasını pozur. Tərkibində sərt kimyəvi maddələr və aromatizatorlar olmayan yumşaq vasitələrdən istifadə məsləhət görülür.

2. Ən əsası ardıcıllıqdır. Hər bir növbəti vasitə digərinin üzərində rahat yayılmalıdır. Ona görə də ən qatı və yağlı vasitə sonda istifadə olunmalıdır. Əks halda o dəri məsamələrini tıxayacaq və hüceyrələr daha heç bir vasitəni mənimsəyə bilməyəcək. Əgər qatılıqları oxşardırsa, necə müəyyən etmək olar ki, hansı vasitə əvvəl çəkilməlidir? - Ancaq nümunə üsulu ilə. Hopma qabiliyyətini yoxlayın. Əgər krem və ya əsas dərinin üstündə sovrulmamış qalıbsa, demək ardıcıllıq düzgün yerinə yetirilməyib. 

3. Gündəlik qulluğun effektliyini artırın. Orqanik bitki yağını qocalma əleyhinə nəzərdə tutulmuş kemdən əvvəl çəkməklə retinol, qlikoleyin turşusu və dəri üçün faydalı olan C vitaminin kimi inqreditlərin daha yaxşı mənimsənilməsi təmin olunur.

4. Dərinin rəngini necə normallaşdırmaq olar. Dəridə olan qırmızı ləkələrdən tez bir zamanda yaxa qurtarmaq üçün üzünüzü buz küpləri ilə kompres edin. Əgər üz dərizi qızarır və ləkələr əmələ gəlirsə, bu qan-damar sistemindən baş verən pozğunluqdan xəbər verir, damarların genəlməsi üzdə qırmızı ləkələrə səbəb olur. Bunun üçün damarları daraltmaq tələb olunur. Ağız ətrafında olan sinir ucları üz qan damarlarına güclü təsir göstərir. Damarların daralması üçün ona siqnal verilməlidir, bunu siz ağız ətrafını buzla silən zaman sinirlərə təsir etmiş olursunuz. Nəticəni bir neçə saniyədən sonra görmək olar.

5. Göz ətrafı üçün konsiler. Konsilerdən istifadə etmədən gözaltı qaraltıları gizlətmək çətin məslələdir. Amma onu bütün göz ətrafına çəkmək düzgün deyil. Bu zaman siz əks effektlə rastlaşa bilərsiniz. Azca başınızı güzgüyə doğru aşağı salın və yalnız kölgə düşən yerə örtük çəkin.

6. Tonal əsası necə tündləşdirmək olar? Əgər yay mövsümü ilə əlaqədar dərinizin rənginin tüdləşməsinə uyğun olaraq tonal kremin də rənginin tüdləşdirməsini istəyirsinizsə, kremin üzərinə maye bronzator əlavə edin. 4:1 nisbətində tonal krem və bronzatoru yaxşı qarışdırın. Tədricən bu və ya digər rəngi dəri tonuna uyğun olana kimi əlavə etmək olar. Amma göz ətrafına bronzatorsuz krem çəkmək məsləhət görülür.

Hər zaman lazım olan gözəllik məsləhətləri (1ci hissə)

7. Yay sirri. Əgər dərinizdə azca qaralma varsa və onu vurğulamaq istəyirsinizsə, bu zaman təbii rəngli dodaq boyasından və dodaq üçün rəngsiz balzamdan istifadə etməlisiniz. Onları fırça ilə yox, barmaq ucu ilə çəkmək daha təbii görüntü bəxş edir. Təbii çalarlara mərcan, zərif çəhrayı və solğun şaftalı rəngləri misaldır. Həm mat, həm də zərif parıltılı rəngləri seçmək olar.

8. Piqmentasiyanın azaldılması. Bəzən dirsəklərdə və dizdə cadar və quruluq hiss olunur. Bu zaman həmin nahiyələri yarım limonla masaj edin. Bundan sonra onlar yumşaq və baxımlı görsənir. Üzdəki çilləri azaltmaq üçün isə kreminizə limon suyu sıxın.

9. Sinə haqqında da unutmayın. Qıcıqlanmanı azaltmaq və sinəni hamar və möhkəm olmasının istəyirsinizs,ə o zaman hər həftə skrabdan istifadə etməyi unutmayın. Sinənin dərisi də qırışıqlara qarşı profilaktika olunmalıdır. Siz yaşlanma əleyhinə kreminizi təkcə üz və boyun dərisinə yox, həm də sinənizə də çəkməlisiniz.

10. Makiyajın silinməsi. Sirr deyil ki, hətta super peşekar makiyaj vastələri də dəri hüceyrələrini tıxayır. Yaxşı təmizlənmədikdə dərinin iltihablaşması və civzələrin əmələ gəlməsi  baş verir. Ona görə də makiyajın silinməsi gözəlliyinizin innvestisiyası hesab olunur. 

11. Sağlam qida qayğının əsas elementidir. Orqanizim mütləq  zəruri elementləri qəbul etməlidir: zülal, karbohidrat və yağ qəbul etmək, həmçinin şirin qazlı içkilərdən və ayaqüstü qidalardan uzaq durmaq lazımdır. 

12. Ölü hüceyrələrdən mütəmadi azad olmaq. Hansı pilinqdən istifadə etmək lazımdır, mexaniki, yoxsa fermetn tərkibli? Sualın cavabı individualdır və yaxşı olar ki, peşəkarlarla məsləhətləşəsiniz. Ən çox məsləhət onunan lazerli pilinq Clear Brilliant by Finepeel ola bilər, onu qışda və yayda, istənilən vaxt istifadə etmək mümkündür. Nəticəni ilk seansdan sonra görmək mümkün olur. 

 







Şərhlər (11)

gunay36 gunay36 8 July 2015 22:12 Cavab yaz

Lazimla oldu tesekkurler
Deniz84 Deniz84 1 July 2015 09:54 Cavab yaz

3. Gündəlik qulluğun effektliyini artırın. Orqanik bitki yağını qocalma əleyhinə nəzərdə tutulmuş kemdən əvvəl çəkməklə retinol, qlikoleyin turşusu və dəri üçün faydalı olan C vitaminin kimi inqreditlərin daha yaxşı mənimsənilməsi təmin olunur.
qeribe qeribe 10 June 2015 12:44 Cavab yaz

Maraqlı məsləhətlərdir. Təşəkkür. give_ros
ulka-894 ulka-894 9 June 2015 18:29 Cavab yaz

Qızlar siz sag olun! give_ros air_kiss
Shari Shari 6 June 2015 21:13 Cavab yaz

Faydalı xəbərdir. Təşəkkür.
rovsane_82 rovsane_82 5 June 2015 15:24 Cavab yaz

Sirr deyil ki, hətta super peşekar makiyaj vastələri də dəri hüceyrələrini tıxayır.
raya-23 raya-23 5 June 2015 13:42 Cavab yaz

Cox sag ol Ülker.. love
Pervane01 Pervane01 4 June 2015 23:12 Cavab yaz

Təşəkkürlər faydalı məsləhətlər üçün.
hizaS2 hizaS2 4 June 2015 23:11 Cavab yaz

Maraqlı məsləhətlərdir. Təşəkkürlər. give_ros
qeib dunya qeib dunya 4 June 2015 22:48 Cavab yaz

xebere sagolun gozel xanim give_ros
roya.hesenli.94695 roya.hesenli.94695 4 June 2015 20:24 Cavab yaz

cox maraqli idi cox saq olun

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика