Giriş
Bağla

Uşaqlarda yeriməyi gecikdirən səbəblər

Hamiləlik və analıq / Uşaqlar və tərbiyyə

Sağlam körpələrdə yerimək yaşı 12-18 aylar arasıdır. 12 aydan da əvvəl yeriyə bilərlər. Uşağın yerimə yaşı ağlı ilə əlaqədar deyil. Yerimə gecikmişsə, digər inkişaf pillələrinə də baxılmalıdır. Körpənin 18 aya qədər 5-10 sözü mənalı olaraq söyləməsi, istədiyini işarə etməsi, deyilənlərin öz yaşına uyğun olanlarını başa düşməsi, istədiyi nəyisə barmaqla göstərməsi də lazımdır. Bu pillələrdə problem varsa, uşaq nevrologiya həkiminə götürülməlidir.

Uşaqlarda yeriməyi gecikdirən səbəblər

Yeriməyi gecikdirən səbəblər:

1. Körpənin çox sürətli iməkləməsi körpənin gəzməyə həvəsini azaldır. Yerimə yerinə iməkləmə ilə hər yerə rahatlıqla çata bilir.

2. Həddindən artıq qoruyucu ana-ata: körpənin daimi qucaqda tutulması, üşüyər, mikroba batar və ya yıxılar düşüncəsiylə yerə buraxmaqdan qaçırlar.

3. Körpənin çox çəkili olması: körpənin getməsinə və iməkləmə ,dönmə kimi digər hərəkətlərin edilməsində gecikməyə səbəb olur.

4. Körpənin oturduğu yerdə davamlı olaraq istədiklərinin qarşısına qoyulması, motivasiya əskikliyinə səbəb olur.

5. Nevroloji sistemi maraqlandıran xəstəliklər: Bu xəstəliklər sıxlıqla daha əvvəl məlum olurlar. Körpə 3-cü ayda başını tutmamışsa, 6-7-ci aylarda dönməyə başlamamışsa, 8-ci ayda dəstəksiz oturmamışsa, bu mərhələlərin araşdırılması lazımdır.

Bir körpə gec yerimə problemi üçün həkimə nə vaxt göstərilməlidir?

Körpənizin gec yeriməyə başlamasından narahatsınızsa, həkiminizlə əlaqə saxlayın. Aşağıdakı hallarda körpənizi həkimə aparın:

- Körpəniz 18 aylıq olduğu halda yerimirsə,

- Körpəniz təkcə barmaq uclarında yeriyirsə,

- Körpənizin digər inkişaf pillələri ilə əlaqədar problemi varsa,

- Körpəniz bir ayağı daha çox istifadə edirsə, bədən hərəkətlərində sağ-sol arasında fərq varsa,

Təkrar vurğulamaq lazım olsa, yeriməyən bir uşaqda digər inkişaf mərhələlərində bir gerilik yoxsa və həkimin etdiyi müayinə və nevroloji müayinənin normal olması şərti ilə 18 aya qədər narahat olmadan gözləmək olar. Ancaq körpənizi təqib edən həkimin bir şübhəsi varsa və ya digər inkişaf mərhələlərində gerilik varsa, çox daha tez araşdırma aparmaq lazımdır.

Uşaqlarda yeriməyi gecikdirən səbəblər

Körpənizin yeriməsi üçün necə dəstək ola bilərsiniz?

Altda yatan bir sağlamlıq problemi olmadığı halda ana-atalar körpələrinin yeriməyə başlaması üçün bunları edə bilərlər.

- Körpə yerimə mövzusunda təsviq edilməli, əlində tutaraq getməsi üçün fürsət yaradılmalıdır.

- Tutduğu əşya sağlamlaşdırılmalı və tutunaraq ayağa qalxması əngəllənməməlidir.

- Yerimə mövzusunda  müqavimət göstərəndə əsəbləşməməli və məcbur edilməməlidir.

- Gün içərisində çox otuzdurmamalı, evdə və çöldə gəzinti məşqləri edilməlidir.

- Ayaq və ayaq əzələlərinin güclənməsi üçün ev içərisində çılpaq ayaq və ya sürüşdürməz corabla gəzməsinə icazə verilməlidir.

- Ayaq sağlamlığı baxımından uyğun olmayan, dar və ya enli ağır ayaqqabılar geyindirilməməlidir.

- Yerimə cəhdi görüldüyündə bir oyuncaq uzadılaraq diqqəti çəkilməli və oyuncağa çatılması təmin edilməlidir.

- Geyimləri yeriməsinə maneə törədəcək darlıqda olmamalıdır.

Uşaqlarda yeriməyi gecikdirən səbəblər

Yeriməsinə kömək edən araba faydalıdırmı?

Ana və atalar bunun vasitəsi ilə uşaqlarının daha tez yeriməsinə kömək olduğunu düşünürlər. Əslində isə bu fikir tam səhvdir. Bu vasitələrlə yeritmək uşağı bir neçə həftə geri salır. Əlavə olaraq bu vasitə ilə uşaqlar anormal yeriş forması qazana bilərlər, barmaq ucunda yeriməyə meyl göstərərlər. Bunun zərərləri bununla da qurtarmır. Bu vasitə çox sayda körpənin təcili xəstaxanalara da gətirilməsinə yol açmaqdadır.

Ayaqqabı seçimi

Yeriməyə başlayan uşaq, əgər ayağa qalxdığında ayaq və ayaq biləyində əyilmə olmursa, evdə yalın ayaq, ya da corabla ayaqda dayana bilərlər. Ayaqqabıya öyrəşmələri baxımından evdə də arada bir ayaqqabı geymələri faydalıdır. Ayaqqabı seçərkən ayaqqabı elastik olmalıdır, döşəməsi çox yumşaq və ya çox sərt olması məsləhət görülmür. 5-6 mm üzərində bir topuq yüksəlməsi olmamasına diqqət göstərilməlidir.



Şərhlər (9)

Melek-Seytan Melek-Seytan 12 December 2015 20:47 Cavab yaz

Men usaqlarimi 5 ayindan maneje qoymusam, 11 ayinda oglum yeridi. ikinci ise 8 ayliqdi uje tutub yeriyir. bezen serbesce ozude qala bilir ayaq uste,1,2 adim atir yixilir.danisiq kimi mene ele gelir ki bu da irsendi. cunki men ozumde tez yeriyib gec danismisam
qeribe qeribe 29 May 2015 02:56 Cavab yaz

Maraqlı və çox faydalı xəbərdir.Təşəkkürlər.
Ellada84 Ellada84 28 May 2015 14:57 Cavab yaz

Yeriməsinə kömək edən araba faydalıdırmı?
Ana və atalar bunun vasitəsi ilə uşaqlarının daha tez yeriməsinə kömək olduğunu düşünürlər. Əslində isə bu fikir tam səhvdir. Bu vasitələrlə yeritmək uşağı bir neçə həftə geri salır.

yes
Biricik72_88 Biricik72_88 28 May 2015 13:46 Cavab yaz

Rusiyada uşağı 1, 6, 9, 12, 18 aylarda nevroloqa göndərirlər (herşey normalda olsa..)
Oğlum 1 yaş 1 aylıqdı hələki yerimir iməkləyir) əlindən tuturuq gəzir sevine sevine))) Nevroloqda deyir 3 aya kimi yeriyer.
Ayaqqabıda ortopedik olmalıdır. Qaldı ki, xadunoka, qızımıda, oglumuda xadunoka qoymuşam ayaqlarındada heçbir problem yoxdur. 8 aydan sonra olar day güz uzunuda yox..
virtual dərslər virtual dərslər 28 May 2015 11:54 Cavab yaz

Pərvanə
İndiki Anaların çoxu uşağın 5 ayı tamam olan kimi isteyir usagi xadunkiyə qoysunki tez yerisin.Amma ferqinə varmırlarkı bu ziyanlıdı.Azadə çox sağ ol marifləndirici xəbər üçün.Mənim uşaqlarım vaxtında yeriyiblər 11 aylıq olan kimi hər üçüdə yeriyib.

Allah saxlasin
Dəniz84
Mənim uşaqlarım 3 də 1yaşından sonra yeriyiblər. Maraqlı və çox faydalı xəbərdir.

give_ros
Gultekin

●♥ Səma ♥●
Oğlum 11 aylığında tam yeriyib.1 yaş 2 aylığında isə artıq sözlər deyirdi.Bu barədə problemimiz olmayıb.Xəbər üçün təşəkkürlər.

siz sagolun
sema_arzum sema_arzum 28 May 2015 11:27 Cavab yaz

Oğlum 11 aylığında tam yeriyib.1 yaş 2 aylığında isə artıq sözlər deyirdi.Bu barədə problemimiz olmayıb.Xəbər üçün təşəkkürlər.
Sadəcə Azər Sadəcə Azər 28 May 2015 08:36 Cavab yaz

Həddindən artıq qoruyucu ana-ata: körpənin daimi qucaqda tutulması, üşüyər, mikroba batar və ya yıxılar düşüncəsiylə yerə buraxmaqdan qaçırlar.
bu hal cox olur valideynlerde.
Deniz84 Deniz84 28 May 2015 01:48 Cavab yaz

Mənim uşaqlarım 3 də 1yaşından sonra yeriyiblər. Maraqlı və çox faydalı xəbərdir.
Pervane01 Pervane01 28 May 2015 01:24 Cavab yaz

İndiki Anaların çoxu uşağın 5 ayı tamam olan kimi isteyir usagi xadunkiyə qoysunki tez yerisin.Amma ferqinə varmırlarkı bu ziyanlıdı.Azadə çox sağ ol marifləndirici xəbər üçün.Mənim uşaqlarım vaxtında yeriyiblər 11 aylıq olan kimi hər üçüdə yeriyib. smile

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика