"Polad maqnoliya” filmindəki böyük uğurundan sonra aktrisa Culiya Robert məşhurlaşdı və bundan sonra Marşall bütün kədərli səhnələri silib, filmin finalını yenidən çəkmək qərarına gəldi. Filmin adı da dəyişdirilərək “Gözəlçə” (Pretty Woman) adlandırıldı. Roy Orbisonun məşhur “Gözəl qadın” (Pretty Woman) bəstəsi altında “Gözəlçə” (Pretty Woman) 1990-cı ilin 23 martında ekranlara çıxdı. Bu rol Robertsə “Ən yaxşı aktrisa” kimi növbəti “Oskar” qazandırdı.
“Gözəlçə” (Pretty Woman) filmindəki uğurundan sonra Culia Roberts tam hüquqlu kino ulduz oldu. Əgər bu filmdən gələn gəliri yarım milyon olmuşdusa, növbəti “Düşmənlə bir yataqda” (Sleeping with the enemy) filmdəki rola görə Culiaya bir milyon dollar qonorar təklif olunmuşdu. 1990-cı illərdə Culia ardıcıl olaraq bir neçə filmdə çəkilir. “Düşmənlə bir yataqda” (Sleeping with the enemy) filmində əri tərəfindən döyülən qadının qaçmağını, “Cavan ölmək” (Dying Young) filmində ölümcül xəstəliyə tutulmuş kişiyə vurulan qadın obrazını, Con Qrişemin romanı əsasında Denzel Vaşinqtonun da iştirak etdiyi “Qutanlar haqqında iş” (The Pelican Brief) trilleri filmlərində çəkilsə də heç bir film “Gözəlçə”ni (Pretty Woman) təkrarlaya bilmədi. Tamaşaçılar Culianı özünəməxsus təbəssümü ilə görmək istəyirdilər. Bundan başqa sakit həyat tərzi olmayan aktrisanın da “şən” ssenariləri seçməyə həvəsi yox idi. Roberts əfsanəvi Robert Oltmerin başçılığı altında bir neçə kiçik rola çəkilir. Stiven Frirzin “Meri Relli” (Mary Reilly) dramında, eləcə də “Hamı səni sevirəm deyir” (Everyone says I love you) filmində epizodik rola çəkilir. Bu mərhələdə Culia diqqətdən kənarda qalır. Filmlərə çəkilməkdən imtina etdiyi üçün mətbuatın diqqətini cəlb edir və onun karyerasının süqut etdiyini elan edirlər.
Aktrisanın kinoya qayıdışı təntənəli oldu. 1997-ci ildə “Ən yaxşı dostun toyu” (My best friend’s weeding) romantik komediyasında tamaşaçılar Culianı yenidən qəbul etdikləri və sevdikləri – komik və geniş təbəssümlü bir obrazda gördülər. Film çox məşhurlaşdı. Məşhur kino mütəxəssisi Rocer Ebert Culianı çox yaxşı qiymətləndirmişdi. 1999-cu ildə “Qaçaq gəlin” (Runaway bride), 2001-ci ildə “Ouşenin 11 dostu” (Ocean’s eleven) filmlərində çəkilərək həm çox məşhurlaşmış, həm də yüksək məbləğli qonorar almışdır. Və beləliklə Culianın qonorarı hər bir növbəti filmdə daha da artaraq çoxalırdı. “Mona Lizanın təbəssümü” (Mona Lisa smile) filmindəki roluna görə kinomatoqrafiya tarixində ən yüksək – 25 milyon qonorar alan aktrisa kimi yadda qaldı. Ancaq aktrisa təkcə yüksək qonorarlı filmlərə deyil, həm də epizodik rollara da çəkilməyə davam edirdi. Culia Roberts yaradıcılığının zirvəsinə Stiven Soderberqin 2000-ci ildə “Erin Brokoviç” (Erin Brockovich) filmində canlandırdığı bioqrafik rolu ilə çatdı. Film çox böyük uğur qazanaraq 5 “Oskar” mükafatına layiq görüldü. Onlardan biri də Culiaya çatırdı. O, bu mükafatı əldə etməklə qəti surətdə həm Hollivud ulduzu kimi, həm də Amerika tamaşaçısının sevimlisi kimi öz mövqeyini möhkəmləndirdi. Culia Roberts əkiz övladlarının dünyaya gəlməsi ilə əlaqədar olaraq uzun sürən fasilədən sonra öz aktrisalıq karyerasına geri dönərək bir sıra təklifləri dəyərləndirdi. “Oskar” mükafatı laureatı Tom Xenks və Filip Seymur Xofmanın iştirakı ilə “Çarli Uilsonun müharibəsi” (Charlie Wilson’s war) dramına çəkilmək təklifini qəbul edərək 2007-ci ildə baş rollardan birinə çəkildi. 1990-cı illərdə Culia Roberts təkcə öz uğurlu kinofilmlərinə görə deyil, həm də coşqun həyat tərzinə görə də məşhur idi. Məşhurlardan Kifer Sazerlend, Metyu Perri, Laym Nison, Deniyel De Luis, Bencamin Brettomla eşq macəraları olub. Aktyor Layl Lovettlə 1993-cü ildə olan birinci evliliyi 2 ildən az sürmüşdür. 2002-ci ilin 4 iyulunda Culia kino operator Deniyel Moderle ailə həyatı qurdu. 2004-cü iliin 28 noyabrında cütlüyün əkiz övladları dünyaya gəldi. Ekizlərdən biri qız – Xezel Patris, digəri oğlan – Finnes Uolter idi. 2007-ci ilin 18 iyun tarixində Culia daha bir oğlan uşağı – Henri Deniel Moderi dünyaya gətirdi. Hal-hazırda aktrisa Nyu-Yorkda Menhettendeki malikanəsində və Taxodakı rançosunda yaşayır. Onun həm də Kaliforniyada kiçik bir evi də var. Bundan başqa Culia Roberts həm də “Om Red Films” kinokomponiyasını idarə edir. 2012-ci ilin mart ayında təqdim olunan “Qrim qardaşları: Ağca xanım” (The brothers Grimm: Snow White) adlanan film aktrisanın hələlik sonuncu filmidir.
Ən yadda qalan filmləri: "Polad maqnoliayalar", "Gözəlçə", "Gənc ölmək", "Ouşenin 11 dostu", "Gözəlçənin analığı", "Erin Brokoviç", "Yaxınlıq", "Nottinq Xill", "Ən yaxşı dostun toyu" Ən yaxşı serialları: "Dostlar", "Mayami polisi: Mənəviyyat şöbəsi", "Əmin-amanlıq".
XƏBƏR LENTİ
Müğənni Kris Kelmi vəfat edib
Ütü necə təmizlənməlidir?
Əgər kədərlisinizsə, ancaq səbəbini bilmirsinizsə...
Fitneslə düzgün məşğul olmaq
Bütün dünya müsəlman olacaq?
Ən bahalı yataq dəsti
"Məqsəd yaxşı oxumaq yox, stress atmaqdır"
Şüşədə buzlu naxışlar
217 min dollarlıq çanta satıldı-FOTO
Dünyada qızıl dəyərə minir
Rusiyaya giriş çətinləşdi
Məşhur müğənni koronavirusdan öldü - FOTO
Uşaqlara MANNA və DÜYÜ sıyığı
Gündəlik həyatımızda istifadə etdiyimiz Atalar Sözləri!
"Oskar" mərasimində qalmaqal
Kliniki ölüm
Paint tutorial
Körpə haqqında doğru bildiyimiz 10 yanlış
Bizim fotomodellər
Ted Kruz ABŞ prezidenti postu uğrunda mübarizəni dayandırıb
Saçlarımıza qulluq edək
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Hava haqqında
Harison Ford yenidən “İndiana Cons” rolunu oynayacaq - VİDEO
Günün qoroskopu: səmimi, nikbin və gülərüz olmağa çalışın
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Azərbaycan ombudsmanı beynəlxalq təşkilatlara bəyanat göndərdi
Qadın.Net-i necə tapmısınız?
Troya muzeyi dünyanın diqqətində
Merve yenə İMİCİNİ DƏYİŞDİ-FOTO
Dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı tapşırıqlar verildi
Koronavirusa qalib gələn Pink: "Dəhşət idi"
Günün ulduz falı
Kök xanımların nifrət etdiyi 22 cümlə
Gürcü salatı (foto resept)
"Sigara böreyi" (foto-resept)
Körpələrin ideal boy və çəkiləri
Cərcis Peyğember (ə) ziyarətgahından görüntülər
ABŞ-da 40 milyon üçün dilənən ermənilər
Aspirin maskaları ilə təmiz, parlaq dəriyə sahib olun!
Günün qoroskopu: təşəbbüskar olun
Qaçqın ailələri üçün problem: necə etməli?
Meyvə-tərəvəz buketləri
Çikaqoda iki qatar toqquşub, yaralılar var
İstirahət gününün HAVAsı
Dənizdə böyük faciə; 400 ölü
Qadınlıq haqqında 10 mif (2)
Ağdamın azad olunması kadrları “Haber Global”da - VİDEO
Foqtsla bağlı qərar verildi
Ingilis Dili-XV Dərs
- ŞƏRHLƏR