Giriş
Bağla

Ana və atalar ən çox bu 5 səhvi edir

Hamiləlik və analıq / Valideynlərə məsləhət

Sizin parçanız olan bir insanı yetişdirmək, onun xarakterini formalaşdırmaq həyatınızın ən böyük məsuliyyətlərindəndir. Buna görə fərqində olmadan edə biləcəyiniz bu 5 səhvə mütləq nəzər yetirin.

Ana və atalar ən çox bu 5 səhvi edir
1. Uşağa sərhəd qoymamaq

Bu ən çox qarşılaşılan səhvlərdən biridir. Hər ata-ana övladının özünə güvənən fərdlər olaraq böyüməyini istəyir. Amma bunun yolu uşağa sərhəd qoymamaq deyil. Uşaqla dost kimi olmaq lazımdır. Ona nəyisə icazə verməyəndə izah etmək və uşağın hər dediyinə əməl etməmək lazımdır. Əks halda bir müddət sonra öz istəyinin xaricində heç nə etməz, dost münasibətlərində problem yaşamağa başlayar.

2. Əsassız davranmaq

Uşağa fərqli mesajlar vermək, bir dəfə "bəli" deyilən bir işə bir dəfə "yox" demək, "xeyr" deyilmiş bir mövzuya geri qayıtmaq səhvdir. Uşaq vəziyyətə görə rəftarların dəyişə biləcəyini öyrənər və bundan istifadə edib elə davranar. Ana-ata uşaq qarşısında qərarlı və ciddi olmalıdır.

Ana və atalar ən çox bu 5 səhvi edir
3. Mənfi davranışları ön plana çıxarmaq

Hər uşağın müsbət və mənfi davranışları ola bilər. Ancaq bir qrup valideyinlər uşaqlarının əksəriyyətlə mənfi tərəflərini görür və mütəmadi olaraq bunlardan şikayətlənir. Mütəmadi olaraq uşağın mənfi xüsusiyyətlərindən şikayətlənib, onların ön plana çəkilməsi uşaqda bu mənfilərin vərdiş halına gətirilib çıxarılmasına səbəb olur. Ona görə də mənfiləri izah edib düzəltməyə meylləndirmək və daim müsbətələri də nəzərə almaq gərəkdir.

4. Uşağın bacarığının inkişafına imkan verməmək

Bəzi ana-atalar bəzən uşağın o yaşda nə edə biləcəyini bilmədiklərindən, bəzən uşağın rahatlıqlarını nəzərə alaraq, bəzən də vaxt qazanmağa görə uşağın özünün rahatlıqla edə biləcəyi bəzi işləri özləri yerinə yetirir. Bu da uşağın həmin sahədə bacarıqlarının inkişafına mənfi təsir edir. Uşağın yetkinləşməsinə mane olur. Buna görə də uşaqların bacarıqları sərhədlənməməlidir.

Ana və atalar ən çox bu 5 səhvi edir

5. Yoldaşlarıyla müqayisə

Valideynlər uşaqlarının bəzi mənfi davranışlarından əl çəkməsi üçün və ya bəzi sahələrdə inkişaflarını təmin etmək üçün dostlarını nümunə göstərmək yolunu seçərlər. Ancaq bu rəftar işə yaramadığı kimi uşağın çatışmazlıq duyğusunu inkişaf etdirməsinə gətirib çıxarır. Uşağı ürəkləndirmək və daim ona mənəvi olaraq dəstək olmaq lazımdır.



Şərhlər (11)

qeribe qeribe 29 May 2015 02:53 Cavab yaz

Tesekkurler, maraqla oxudum.
hizaS2 hizaS2 28 May 2015 19:58 Cavab yaz

Maraqlı xəbərdir. Gələcəkdə faydalanaram İNŞƏALLAH
Pervane01 Pervane01 28 May 2015 01:27 Cavab yaz

Valideynlər uşaqlarının bəzi mənfi davranışlarından əl çəkməsi üçün və ya bəzi sahələrdə inkişaflarını təmin etmək üçün dostlarını nümunə göstərmək yolunu seçərlər. Ancaq bu rəftar işə yaramadığı kimi uşağın çatışmazlıq duyğusunu inkişaf etdirməsinə gətirib çıxarır. Uşağı ürəkləndirmək və daim ona mənəvi olaraq dəstək olmaq lazımdır.
Shari Shari 27 May 2015 21:15 Cavab yaz

4. Uşağın bacarığının inkişafına imkan verməmək

Bəzi ana-atalar bəzən uşağın o yaşda nə edə biləcəyini bilmədiklərindən, bəzən uşağın rahatlıqlarını nəzərə alaraq, bəzən də vaxt qazanmağa görə uşağın özünün rahatlıqla edə biləcəyi bəzi işləri özləri yerinə yetirir. Bu da uşağın həmin sahədə bacarıqlarının inkişafına mənfi təsir edir. Uşağın yetkinləşməsinə mane olur. Buna görə də uşaqların bacarıqları sərhədlənməməlidir.

Razıyam. good
Sadəcə Azər Sadəcə Azər 27 May 2015 19:14 Cavab yaz

Valideynlər uşaqlarının bəzi mənfi davranışlarından əl çəkməsi üçün və ya bəzi sahələrdə inkişaflarını təmin etmək üçün dostlarını nümunə göstərmək yolunu seçərlər.
cox pis haldi bu hal
sema_arzum sema_arzum 27 May 2015 19:11 Cavab yaz

Hansı uşağın ki, hər istəyi yerindəcə həll olunur o uşaqların gələcəyi çətin olur. Və bir də başqa uşaqlarla müqayisə qətiyyən etmək olmaz. Sən başqaları ilə müqayisə edənə sərf etdiyin vaxtı öz övladının isedadını üzə çıxarmaqla məşqul ol. Ola bilər ki, onda elə istedad olsun ki, müqayisə etdiyin uşaqlar heçdir onun yanında.
Tamamilə razıyam. good
Biricik72_88 Biricik72_88 27 May 2015 18:11 Cavab yaz

Mənfi davranışları ön plana çıxarmaq çox mühüm məsələdi. İndi çox valideynlər uşaqlarının mənfi davranışlarını görmür və ya görmək istəmir. Oqədər uşağın tərəfinə çıxırlar ki, başqa uşaqlarla dalaşanda öz uşağı düz elemediyi haldada, yene susurlar yada nədə etse onların terefine çıxırlar, başasalmırlar, nəticədədə elə uşaqlar olur PROTİVNİ!!! Mən elə uşaq görəndə ya Ata Anasına cavab qaytaran uşaq görəndə əsəb oluram, elə ona görədə öz uşaqlarıma qarşı çox diqqətliyəm, heç bir hereketini gözdən buraxmıram.
Songul Songul 27 May 2015 16:23 Cavab yaz

Sərhəd hökmən olmalıdır, ikinci səhvi qətiyyən etmərəm, hərdən "xeyr" dediyim işə ürəyim yumşalıb "bəli" demək istəyirəm, amma yaxşı ki ağlım ürəyimə qalib gəlir. Səhvi olanda səhvini başa salıram və deyirəm ki, bax belə etsəydin, daha doğru olardı, yalan-yalnış deyir düz deyirsən. Bilmirəm, məni yola verir, yoxsa doğrudan başa düşüb crazy Mən imkan verirəm ki, özlərini göstərsin, razıyam vursunlar, dağıtsınlar, söksünlər, təki nəsə öyrənmiş olsunlar. Burda bəzən səhv edirəm, əvvəl həvəsləndirirəm, hədiyyə söz verirəm, xeyiri olmayanda müqayisə edirəm, effekti də pis olmur, amma müqayisəni vərdiş halına keçirtmək olmaz.
Təşəkkürlər.
Ellada84 Ellada84 27 May 2015 15:22 Cavab yaz

Heç sevmirəm kimləsə məni müqaisə etdikdə. Kim nə edir özü bilər. dash
Deniz84 Deniz84 27 May 2015 15:16 Cavab yaz

Hansı uşağın ki, hər istəyi yerindəcə həll olunur o uşaqların gələcəyi çətin olur. Və bir də başqa uşaqlarla müqayisə qətiyyən etmək olmaz. Sən başqaları ilə müqayisə edənə sərf etdiyin vaxtı öz övladının isedadını üzə çıxarmaqla məşqul ol. ola bilər ki, onda elə istedad olsun ki, müqayisə etdiyin uşaqlar heçdir onn yanında.
Fatma Fatma 27 May 2015 14:55 Cavab yaz

Ən çox nifrət etdiyim söz gör xalxın uşaqları neynir əşi eləsin də o elə edir deyə mən də elə etməliyəm
Mən heç vaxt uşaqlarımı kimnənsə müqasiyə etməmişəm

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика