Giriş
Bağla

Bəzi evdarlıq üsulları

Həyat tərzi / Praktik məsləhətlər

Əziz xanımlar, sizə təqdim etmək istədiyim üsulları hər biriniz öz evinizdə tətbiq edə bilərsiniz.

1. Kartof və ya makaron qaynatdıqdan sonra suyunu tullamayın, soyudun və güllərinizi sulayın. Bu onlar üçün çox faydalı olacaq. Bu suların tərkibindəki qidalı maddələr otaq bitkilərinin "xoşuna gələcək".

Bəzi evdarlıq üsulları

2. Əgər yumurtaların təzələyinə şübhə edirsinizsə, o zaman sizə sadəcə su dolu ləyən lazım olacaq. Yumurtaları suya buraxın, əgər batarsa, o zaman yumurta köhnədir və istifadəyə yararsızdır. Əgər suda üzərsə, onu istifadə etmək olar. Əgər suyun tam üzünə qalxarsa, o təzə yumurtadır.

Bəzi evdarlıq üsulları

3. Yeməyin duzu artıq düşübsə, soyulmuş kartofdan istifadə edin. Kartof bişdikcə artıq duzu canına çəkəcək. 

4. Evinizdə akvarium varsa, onu təmizləyən zaman suyunu ev dibçəklərinin dibinə tökün. Balığın tərkibində azot və fosfor olduğu üçün suyu əsl gübrəyə çevirir.

Bəzi evdarlıq üsulları

5. Kartof cücərməsin deyə onu saxladığınız kisəyə alma atın.

6. Boş germetik qab saxlanıldığı zaman pis qoxunu özünə çəkməsin deyə içinə duz səpin.

7. Bananı müxtəlif meyvələrlə eyni yerdə və salxımı ilə birlikdə saxlamayın. Bananın uzun müddət qalmasını istəyirsinizsə, onun hissələrini bir-birindən ayırın. Banan özündən qaz buraxır ki, bu meyvələrin xarab olmasını tezləşdirir. Ayrılıqda isə onlar uzun müddət təravətli qalırlar.

Bəzi evdarlıq üsulları

8. Süd turşumasın deyə onun ağzını açan kimi üzərinə bir çimdik duz səpin. 

9. Əti dondurucuya qoyan zaman üzərinə  az miqdarda sirkə tökün, həm ətin donu çox tez açılacaq, həm də yumuşaq olacaq.

Bəzi evdarlıq üsulları

10. Duru yağı təkrar istifadə etməmişdən əvvəl içinə kiçik zəncəfil parçası atıb azca onu qızdırsanız, əvvəlki bişmiş ərzağın qoxusu hiss olunmayacaq.

11. Vazadakı ərp və çirki təmizləmək üçün onun içini soyuq su ilə doldurub 2 tablet Alka-Zelserdən istifadə edin. Güldanınız yeni kimi parıldayacaq.



Şərhlər (13)

AyAy AyAy 30 June 2015 09:58 Cavab yaz

Deyerli meslehetlerdir amma men bileni
2. Əgər yumurtaların təzələyinə şübhə edirsinizsə, o zaman sizə sadəcə su dolu ləyən lazım olacaq. Yumurtaları suya buraxın, əgər batarsa, o zaman yumurta köhnədir və istifadəyə yararsızdır. Əgər suda üzərsə, onu istifadə etmək olar. Əgər suyun tam üzünə qalxarsa, o təzə yumurtadır.

Duzgun deyil, cunki yumurta suyun dibine tam batdiqda teze hesab olunur eks halda yeni suyun uzerine cixibsa demeli cox kohnedir.
rovsane_82 rovsane_82 30 June 2015 01:20 Cavab yaz

Əti dondurucuya qoyan zaman üzərinə az miqdarda sirkə tökün, həm ətin donu çox tez açılacaq, həm də yumuşaq olacaq
qeribe qeribe 23 May 2015 21:55 Cavab yaz

Çox dəyərli məsləhətlərdi...Təşəkkür... give_ros
Pervane01 Pervane01 22 May 2015 18:10 Cavab yaz

Evinizdə akvarium varsa, onu təmizləyən zaman suyunu ev dibçəklərinin dibinə tökün. Balığın tərkibində azot və fosfor olduğu üçün suyu əsl gübrəyə çevirir.
hizaS2 hizaS2 22 May 2015 10:07 Cavab yaz

Maraqlı üsullardır sınamağa dəyər. Lazım olsa İNŞƏALLAH! give_ros
Deniz84 Deniz84 22 May 2015 08:42 Cavab yaz

10. Duru yağı təkrar istifadə etməmişdən əvvəl içinə kiçik zəncəfil parçası atıb azca onu qızdırsanız, əvvəlki bişmiş ərzağın qoxusu hiss olunmayacaq.

Mən 2-ci dəfə istifadə etmirəm duru yağdan ziyandır.
rovsane_82 rovsane_82 22 May 2015 00:06 Cavab yaz

Süd turşumasın deyə onun ağzını açan kimi üzərinə bir çimdik duz səpin.
Ellada84 Ellada84 21 May 2015 23:19 Cavab yaz

Evinizdə akvarium varsa, onu təmizləyən zaman suyunu ev dibçəklərinin dibinə tökün. Balığın tərkibində azot və fosfor olduğu üçün suyu əsl gübrəyə çevirir.
shok
Deniz84 Deniz84 21 May 2015 22:17 Cavab yaz

4. Evinizdə akvarium varsa, onu təmizləyən zaman suyunu ev dibçəklərinin dibinə tökün. Balığın tərkibində azot və fosfor olduğu üçün suyu əsl gübrəyə çevirir.
Shari Shari 21 May 2015 22:16 Cavab yaz

Evinizdə akvarium varsa, onu təmizləyən zaman suyunu ev dibçəklərinin dibinə tökün. Balığın tərkibində azot və fosfor olduğu üçün suyu əsl gübrəyə çevirir.

Bizdə var amma suyu dibçəklərin dibinə tökmürük. Təşəkkür.
Sadəcə Azər Sadəcə Azər 21 May 2015 22:11 Cavab yaz

Əti dondurucuya qoyan zaman üzərinə az miqdarda sirkə tökün, həm ətin donu çox tez açılacaq, həm də yumuşaq olacaq.
virtual dərslər virtual dərslər 21 May 2015 22:08 Cavab yaz

Meslehetlere gore sagolun
Fatma Fatma 21 May 2015 21:48 Cavab yaz

Çox dəyərli məsləhətlərdi qadınlar mütləq oxuyun

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика