Giriş
Bağla

Yeni doğulmuş körpəyə qulluq (II hissə)

Hamiləlik və analıq / Körpə və ona qulluq

 

Yeni doğulmuş körpəyə qulluq (II hissə)

 

Körpənin dırnaq baxımı

Körpənin dırnağını xüsusi körpə üçün olan dırnaq qayçısı ilə qıra bilərsiz. Uzanmış dırnaqlarıyla körpə, üzünü və gözünün üstünü cıra bilər. Körpənin dırnaqlarını tutarkən çox diqqətli olun. Çalışın ona zərər dəyməsin.

Körpənin yatmaq forması

Körpənizi kürək üstü yatırın. Son illərdəki araşdırmaların nəticələrinə görə arxa üstə yatmaq ən etibarlı yatma şəklidir. Körpənin başını yatarkən hər iki yana çevirə bilərsiniz. Körpə oyaq ikən üz üstə yatırdaraq qollarının güclənməsinə köməkçi ola bilərsiniz. Yastıq və quş tükü yorğan istifadə etməyin. Yorğanını sinə xəttinə qədər örtün, başına çəkməyin. Körpəni çox isti geyindirməyin. Yatağında yumşaq oyuncaqlar buraxmayın. Bu tədbirlər səbəbsiz beşik ölümlərinin qarşısını almaq  məqsədiylə bütün dünya körpələrinə təklif edilməkdədir. 

Yeni doğulmuş körpəyə qulluq (II hissə)

Körpənin otaq istiliyi

Sizin rahat etdiyiniz otaq istiliyində körpəniz də rahat edəcək. Vaxtında doğan körpələr üçün 21 dərəcə uyğundur. Əgər kondisioner istifadə edirsinizsə, körpə tərəfdə deyilsə, körpəni otaqda saxlaya bilərsiniz. Unutmayın, körpə, qapı və ya pəncərənin açılıb örtülməsiylə, çox soyuq olmayan bir mühitdə dərhal üşüməz. Üşüsə də xəstə olmaz. Həddindən artıq istilik, qidalanmağa istəksizlik və yuxu halına səbəb olur. Körpənin əlləri və burnu soyuqdusa, mühit istiliyi qeyri-kafi deməkdir. Bu vəziyyətdə bədən istiliyinə da baxıla bilər. Üzərinə bir ədyal örtülərək körpə isidilməlidir.

Körpənin avtomobil oturacağı 

Xəstəxanadan evinizə gedərkən və bundan sonrakı gəzintilərinizdə yeni doğulan körpələr üçün olan avtomobil oturacağı istifadə edin.

Körpənizlə birlikdə ziyarətə getmək

İlk həftələrdə yorucu ziyarətlərdən qaçının. Körpəyə qulluq çətin də olsa, ən asan şəkildə evdə baxılır. Körpəni tünlük içərisinə soxmayın. Unutmayın, xüsusilə qış aylarında, bağlı mühitlərdə, virusların səbəb olduğu üst tənəffüs yolu infeksiyalarına çox tez rast gəlinir. Körpənin xəstələnməməsi üçün öpdürməyin, kiçik uşaqlardan uzaq tutun. Ananın də zahılıq dövründə özünü yaxşı qoruması lazımdır.

Evə gedərkən lazım olanlar 

Yeni doğulmuş körpəyə qulluq (II hissə)

Xəstəxanadan çıxarkən lazım olanlar: Alt bezi, body (daxili tulum), tulum, ədyal .

Evdə lazım olanlar: Bişməcə kremi, burun damcısı, pambıq, sarğı spirti, dırnaq qayçısı, körpə çimizdirmək üçün vanna.

Lazımlı digər vasitə və vəsaitlər: avtomobil oturacağı (eyni zamanda ana qucağı kimi istifadə edilə bilər), beşik, altını dəyişdirmə stolu.

Körpənizin ilk müayinəsi

Yeni doğulan körpə olduqdan bir həftə sonra müayinədən keçirilir. Bundan sonrakı nəzarət və peyvəndlər üçün həkiminizlə məsləhətləşin. Körpəniz həkimini ziyarət etdiyində tam bir tibbi müayinədən keçirin. Yaşına görə böyümə və inkişafı izlənilir. Hər ay üçün qidalanma qiymətləndirilir və lazımlı pəhriz təklifləri verilir. Müəyyən dövrlərdə qansızlıq və sidik yolu infeksiyası yoxlanılır, vərəm testi edilir; eşitmə və görmə funksiyaları yoxlanılır. Lazımlı görüldüyündə əlaqədar ixtisas həkimlərinə yönəldilir. Zamanı gəldiyində ev qəzalarından qorunma, intizam, tualet təhsili, məktəbə hazırlıq, öyrənmə çətinliyi, diqqətsizlik, davranış pozuqluğu, cinsi və ictimai inkişaf mövzularında da Ailə dəstəklənir.


Şərhlər (14)

Xanim_Xatun Xanim_Xatun 17 May 2015 23:35 Cavab yaz

Zamanı gəldiyində ev qəzalarından qorunma, intizam, tualet təhsili, məktəbə hazırlıq, öyrənmə çətinliyi, diqqətsizlik, davranış pozuqluğu, cinsi və ictimai inkişaf mövzularında da Ailə dəstəklənir.
Fatma Fatma 11 May 2015 16:09 Cavab yaz

gənc analar üçün çox gözəl yazıdı
Pervane01 Pervane01 10 May 2015 02:17 Cavab yaz

Bunların hamısını bilirəm.
qeribe qeribe 10 May 2015 02:13 Cavab yaz

Çox gözəl faydalı xəbərdir. Təşəkkürlər. give_ros
hizaS2 hizaS2 9 May 2015 23:50 Cavab yaz

Allah arzusunda olanlara qismət eləsin. Amin. Belə xəbərlər yeni analarımızın çox işinə yarayacaq. Minnətdaram give_ros
Sadəcə Azər Sadəcə Azər 9 May 2015 23:22 Cavab yaz

Usagin dirnagini kesende ureyim agriyir menim
aya hasret gece.... aya hasret gece.... 9 May 2015 23:03 Cavab yaz

ElladaВ Babayeva,
can baci insallah korpen olanda ozun bacaracagsan men de ele dusunurdum inan sonra bacarir insan i_am_so_
ela xeberdi can insallah nevelerim olanda birde daha menden kecdi
kayip prenses kayip prenses 9 May 2015 20:45 Cavab yaz

Allah arzusunda olanlara qismət etsin!
Ryos Ryos 9 May 2015 20:41 Cavab yaz

Yenice ana olmush xanimlar ucun cox deyerli lazimli xeberdi.Men artiq bu etaplari coxdan kecmishem..Allah butun xanimlara nesib etsin o yuxusuz amma shirin geceleri..Aminn.coxsaqolun..
virtual dərslər virtual dərslər 9 May 2015 16:04 Cavab yaz

Dəniz84
Yeni körpəsi olmuş anlar üçün çox faydalı xəbərdir.

olmayanlarada qismet sagolun xeber ucun
Xanim_Xatun Xanim_Xatun 9 May 2015 16:00 Cavab yaz

Bişməcə kremi, burun damcısı, pambıq, sarğı spirti, dırnaq qayçısı, körpə çimizdirmək üçün vanna.
Shari Shari 9 May 2015 15:41 Cavab yaz

Körpənin dırnaq baxımı

Körpənin dırnağını xüsusi körpə üçün olan dırnaq qayçısı ilə qıra bilərsiz. Uzanmış dırnaqlarıyla körpə, üzünü və gözünün üstünü cıra bilər. Körpənin dırnaqlarını tutarkən çox diqqətli olun. Çalışın ona zərər dəyməsin.

Öz dırnağımı tutanda qorxuram. Arada qanadıramda. Körpədə lap çətin olar. Faydalı xəbərə görə təşəkkür.
Deniz84 Deniz84 9 May 2015 14:31 Cavab yaz

Yeni körpəsi olmuş anlar üçün çox faydalı xəbərdir.
Ellada84 Ellada84 9 May 2015 12:48 Cavab yaz

Körpənin dırnaq baxımı
Öz dırnağımı tutduqda qorxaraq tuturam. Uşağın dırnağı kövrək olur onu necə tutacam deyə məni indidən dərd bürüyüb.. scratch_

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика