Giriş
Bağla

Gözə gözəl makiyajın 5 yolu

GÖZƏLLİK / Makiyaj

Göz makiyajı həssaslıq və ciddilik tələb edən bir işdir sevimli xanımlar! Doğru makiyaj üz hissəmizi göz önündə saxlayaraq çəkilən makyajdı. Doğru makiyaj üzünüzün detallarını vurğularkən sizi daha da gözəlləşdirir. Edilən səhvlər isə cizgilərinizi pozar və sizi eybəcər göstərər. Əvvəlcə makiyaj edərkən üzümüzü, üz cizgilərimizi, qüsurlarımızı, üzdəki orqanların bir-birinə olan nisbətlərini, göz quruluşumuzu, dəri quruluşumuzu, alnımızın genişliyini və dodaq quruluşumuzu yaxşıca tanımaq lazımdır. Əgər üzümüz haqqında doğru məlumatlara sahib olsaq iş sadəcə makiyaj texnikasını öyrənməyə qalar ki, işin daha asan hissəsi elə budur. Gözlər üzdəki ən diqqət çəkən orqanlardan biri olduğu üçün vurğulanması hər zaman tələb olunur. Gözlərinizə və kirpiklərinizə romantik, daha yüngül və seksual bir hava qatmaq üçün təkliflərimi tətbiq etməyinizi məsləhət görürəm.

Gözə gözəl makiyajın 5 yolu
Göz aydınladıcı
Göz aydınladıcısı, makiyajının ən əhəmiyyətli ünsürlərindən biridir. Üzünüzün cizgilərini vurğulayan və gözəlləşdirən o möhtəşəm vəsait işıqlandırıcıdır. Burun üstünə - qaşların ayrıldığı bölgəyə, çənəyə və qaş altına qoyulan işıqlandırıcı makiyajınızın daha təbii amma daha seksual görünməsini təmin edəcək. İşıqlandırıcını qaşlarınızın dərhal altına çəksəniz, qaşlarınız daha kəskin və daha gözəl olar. Göz kənarlarına çəkilən işıqlandırıcı isə gözlərinizin böyük görünməsini təmin edər.
Gözə gözəl makiyajın 5 yolu
Dolğun və uzun kirpiklər
Kirpikləriniz zəif, cansız və qısadırmı? Heç cür dolğun və uzun kirpiklərə sahib olmadığınız üçünmü şikayət edirsiniz? Onda bu hissəyə mütləq yaxşı baxın. Kirpiklərinizə tuş çəkin. Qalın və yumşaq uclu bir göz makyajı fırçasını uşaq pudrasına batırıb kirpiklərinizin üzərinə tək vuruşlarla toxundurun. Kirpik üçün tuş fırçasını sağa, sola ya da önə, arxaya hərəkət etdirməyin, kirpikləriniz bir-birinə qarışa bilər. Daha sonra pudranın artıqlarını təmizləyin. İkinci qat tuşu çəkin. Möhtəşəm görünüşlü dolğun və uzun kirpikləriniz hazırdı!
Gözə gözəl makiyajın 5 yolu
Qıvrım və seksi kirpiklər
Tuş çox vaxt kirpiyə vermək istədiyimiz formanı verə bilmir. Tək başına kafi olmayan tuşun yanında kirpik burma alətidə istifadə edərək dəstək veririk. Yaxşı ya kirpikləriniz formaya düşməyəcək qədər gur və sərtdirsə nə etməli? Çox sadə bir üsulla qıvrım və seksual bir görünüşə sahib ola bilərsiniz. Kirpik burma alətini bir neçə dəqiqə saç qurudan fenlə istilədərək kirpiyinizi burun. İstilik kirpiklərinizin asanca formaya düşməsini təmin edəcək.
Gözə gözəl makiyajın 5 yolu
Layner və göz kölgəsi üçün doğru səmt
Layner çəkərkən çox vaxt quyruğunu bir az çox uzun çəkərik. O uzun quyruqlarda başımıza bəla olub bütün üzümüzü qara rəngləyər. Gözümüzə doğru bir xətt çəkə bilmədiyimizə görə göz kölgəsi və layneri həmişə səhv tətbiq edirik və istənməyən nəticələr əldə edirik. Lakin olduqca pratik və ağıllı bir çıxış yolu ilə artıq bu problemdən xilas ola bilərsiniz. Ehtiyacınız olan yalnızca bir plasterdir! Səhv oxumadınız apteklərdə satılan kağız lentlər sayəsində artıq doğru mütənasib və qəşəng bir göz makiyajına sahib ola bilərsiniz. Plasteri şəkildəki kimi göz kenarınıza yapışdırıb göz farasını və layneri gözünüzə çəkin. Plastere rəngin dəyməsi heç problem deyil çünki bantı çıxararkən ləkənin özü gedəcək və romantik baxışlara sahib olacaqsınız.
Gözə gözəl makiyajın 5 yolu
Axmayan tuş və cazibəli baxışlar
Gözəl bəzəndiniz və göz makiyajınızı nəhayət tamamladınız. Amma bu qədər əməkdən sonra axan və dağılan tuş əsəbləri korlamazmı? Belə əsəb pozan vəziyyətlər yerinə gününüzün kefini çıxara bilmək üçün tuş quruyunca kirpiklərinizə bir azca saç spreyi sıxın. Yalnız gözlərinizi mütləq bağlayıb barmağınızı kirpiyinizin altına qoyun. Gözlərinizə əsla saç spreyi dəyməməlidir. Eynilə saçlarınızda olduğu kimi sprey kipriklərinizdəki makiyajı da qoruyacaq.


Şərhlər (22)

fidancik-91 fidancik-91 24 July 2015 21:57 Cavab yaz

Cox makiyaj etmeyi sevmirem.sade makiyaj edirem ve en cox goz makiyajini sevirem
qeib dunya qeib dunya 4 June 2015 22:52 Cavab yaz

xebere gore sagolun
Songul Songul 8 May 2015 17:12 Cavab yaz

Heç nə çəkmirəm, gözlərimin rəngi isə axırdan 2-ci kimidir. Təşəkkürlər, Aysun.
gunay36 gunay36 6 May 2015 08:01 Cavab yaz

Tewekkurler xeber ucun.
Deniz84 Deniz84 4 May 2015 00:43 Cavab yaz

Makiyajdan istifadə edirəm. və bacardığım qədər sadə və gözəl tməyə çalışıram. Məsləhətlər üçün təşəkkürlər Aysun.
həyat tərzi həyat tərzi 3 May 2015 23:00 Cavab yaz

Namaz qıldığım üçün istifadə etmirəm makyaj.
Fatma Fatma 3 May 2015 17:05 Cavab yaz

Maraqlıdı istifadə edənlərə görə əla məsləhətlər
aysun2013 aysun2013 3 May 2015 14:47 Cavab yaz

Gultekin,
●♥ Səma ♥●,
Qəribə,
вњ¦Ömrümвњ§,
ŞəriВ Babayeva,
ElladaВ Babayeva,
°Pinar°•.♥.•°ღ,
Cox saqolun eziz xanimlar
aya hasret gece.... aya hasret gece.... 3 May 2015 13:23 Cavab yaz

Sade makyaja usdunluk verirem hemise wacko bele etsem dayana bilmerem turkler demis her an carpila bilir lol man_in_l
Ellada84 Ellada84 2 May 2015 23:02 Cavab yaz

Layner çəkərkən çox vaxt quyruğunu bir az çox uzun çəkərik. O uzun quyruqlarda başımıza bəla olub bütün üzümüzü qara rəngləyər.

Mənim əlim əsir quş səhv gedir. biggrin
Shari Shari 2 May 2015 22:21 Cavab yaz

Layner çəkərkən çox vaxt quyruğunu bir az çox uzun çəkərik. O uzun quyruqlarda başımıza bəla olub bütün üzümüzü qara rəngləyər.
dash
aysel y-va aysel y-va 2 May 2015 19:11 Cavab yaz

Maraglidir tewkkurler
qeribe qeribe 2 May 2015 18:55 Cavab yaz

Təşəkkürlər gozel məsləhətlər üçün.

sema_arzum sema_arzum 2 May 2015 17:14 Cavab yaz

Gözəl xəbər oldu bu,canım,Aysunum.Yenə xanımlara gərəkən xəbər hazırlamısan.Təşəkkürlər.
Sadəcə Azər Sadəcə Azər 2 May 2015 17:12 Cavab yaz

Meslehetlere gore sagolun deyerlendirecem
aysun2013 aysun2013 2 May 2015 16:16 Cavab yaz

SevilВ Babayeva,
Mələksima,
GÜLÇİN,
Semedova,
RamilyaВ )),
°ღ Zayka •.°ღ,
Cox saqolun eziz xanimlar
zehra 2013 zehra 2013 2 May 2015 15:16 Cavab yaz

Cox gozel xeberdi,bezi bilmediylerimide oyrendim.Dolğun və uzun kirpiklər ucun yaxsi metodlardi mutleq sinayacam give_ros
Ramush ) Ramush ) 2 May 2015 14:41 Cavab yaz

Goz makiyaji etmekde cox bacariqliyam elave usullara ehtiyac duymuram) wink
ayselim_ ayselim_ 2 May 2015 13:46 Cavab yaz

Kiprikler haqda verilen mesleheti sinayacam
kayip prenses kayip prenses 2 May 2015 13:12 Cavab yaz

seksi kiprikdə olurmuş)))))
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика