On səkkizinci əsrin ortası və on doqquzuncu əsrin birinci yarısında Avropanın bir sıra ölkələrində sənaye inqilabı baş verir, kapitalizm sürətlə inkişaf edir və onun texniki bazası möhkəmlənir. Bu dövrdə, xüsusilə İngiltərə xeyli güclənir və öz rəqiblərini sıxışdıraraq dünyanın ən böyük müstəmləkəçi dövlətinə çevrilir. Həmçinin Rusiyanın da beynəlxalq nüfuzu artır, onun ərazisi xeyli genişlənir və ölkə Qara dənizə çıxış əldə edir. Fransanın başı inqilablara və Napoleonun apardığı müharibələrə qarışır, nəticədə Şimali Amerikadakı torpaqlarını itirir. ABŞ 1776-cı ildə özünü müstəqil elan edir.
Coğrafiyanın tarixində Yeni mərhələ XVIII əsrin 60-cı illərindən sonra daha qabarıq şəkildə nəzərə çarpmağa başlayır. Belə ki, istehsal münasibətlərinin inkişafı elmin, ədəbiyyatın, incəsənətin də hərtərəfli inkişafına səbəb olmuşdur, bir sıra yeni elm sahələri meydana gəlmişdir. İndi artıq adi faktları sadalamaqla məhdudlaşan təsviri tədqiqatlar deyil praktiki əhəmiyyətli eksperiment əsasında qoyulmuş, sistemləşdirilmiş, dərin riyazi təhlillərlə əsaslandırılmış yeni elmi tədqiqat işləri tələb olunurdu.
Məhz bu dövrdən başlayaraq elmi-tədqiqat məqsədləri üçün böyük dəniz və quru ekspedisiyaları təşkil olunur. Okeanın öyrənilməsində Kukun səyahətləri yeni dövr açır. Bəzi xarici müəlliflər bu dövrü "Kuk əsri" adlandırırdılar. Eyni vaxtda Rusiyada iri "akademik" ekspedisiyalar təşkil olunurdu. Xəritələşdirilmədə bu dövr dövlət kartoqrafiyasının əsasının qoyulması İngiltərə və Fransanın dənizlərdə rəqabətinin güclənməsi ilə eyni vaxta düşür. Yeni torpaqlar axtarmaq və onları ələ keçirmək məqsədilə bu ölkələr müxtəlif dəniz ekspedisiyaları təşkil edirlər. Bunlardan ən görkəmli elmi nəticələri Ceyms Kukun səyahətləri əldə etmişdir.
Ceyms Kuk (1728-1779) görkəmli ingilis dəniz səyyahı olub, dünya səyyahları arasında adı Kolumb və Magellandan sonra üçüncü çəkilir. Ceyms Kuk ilk dəfə həm Arktika və həm də Antarktidada olmuş, ilk dəfə cənub qütb dairəsini kəsib keçmiş, onun gəmiləri üç dəfə Yer kürəsini dolanmış və altı dəfə ekvatoru kəsmişdir. Kukun apardığı coğrafi kəşflərin siyahısını tutmağın özü çox vaxt tələb edərdi. Böyük ingilis səyyahı Avstraliyanın bütün şərq sahillərini, Yeni Kaledoniyanı, Havay, Cənubi Georgiya, Yeni Zelandiya və s. adaları kəşf edib. Faktiki olaraq Kuk ilk dəfə Okeaniuanı dünyaya tanıdanlardan olmuşdur.
Onun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilmişdir. Kuk böyük elmi nəticələr verən üç dünya səyahəti etmişdir.
Birinci ekspedisiyanın (1768-1771) qarşısına qoyulan əsas vəzifə Naməlum Cənub torpağını tapmaq və əgər o real olarsa sərhəd nişanı ilə Britaniya tacına taxmaq. Bu ekspedisiya zamanı Cənub torpağının tapılması ilə ilk dəfə sübut edildi ki, Yeni Zelandiya cənub materikinin bir hissəsi olmayan və boğazla iki yerə ayrılan adalardan ibarətdir (sonralar bu boğaza Kukun adı verilir). O, Avstraliyanın şərq sahillərini öyrənib onu xəritəyə köçürdü. Yeni Qviney adasının Avstraliyadan ayrı olduğu müəyyən edildi.
İkinci ekspedisiya (1772-1775) zamanı Kuk Afrikanın cənub ucqarından cənuba doğru istiqamət götürərək dəniz səyahətləri tarixində ilk dəfə 17 yanvar 1773-cü ildə Cənub qütb dairəsini kəsib keçir və heç kimin o vaxta qədər enə bilmədiyi 71010 c.e. olur. Antarktida sahillərindəki buzlu sularda xeyli dolaşır və səhv olaraq burada qurunun- Cənub Torpaqlarının olmadığı qənaətinə gəlir.
Kukun 1776-cı ildə təşkil olunan üçüncü ekspedisiyasının məqsədi Atlantik okeanından Sakit okeanına gedən yolun axtarışı olmuşdur. Bu axtarış zamanı onun gəmiləri Şimali Amerikanın Alyaska sahillərini tədqiq edir, burada tapdıqları buruna Prins Uelsin adını verirlər, lakin keçilməz buzlar onları dəniz yolu axtarışı fikrində daşınmağa məcbur edir və geri dönürlər. 1779-cu ildə geriyə dönən Kuk yolüstü Havay adalarını kəşf edir və baş verən münaqişə zamanı yerli sakinlər tərəfindən həmin ilin 22 fevralında öldürülür.
XIX əsrin başlanğıcında böyük dəniz səyahətlərinin təşkili işində birincilik Rusiyanın əlinə keçir. Əvvəlcə Amerikanın o zamanlar Rusiyaya məxsus olan Alyaska (1867-ci ildə Çar hökuməti ABŞ-a satmışdır) sahillərinə getmək üçün İ.F.Kruzenştern və Y.F.Lisyanskinin (1803-1806-cı illər) başçılığı ilə təşkil olunan ekspedisiya daha böyük işlər gördü. Bu dünya səyahəti nəticəsində Saxalin və Yaponiya sahillərinin bir hissəsinin təsviri verilir. Okeanoqrafiyaya aid tədqiqatlar aparılır, botanika və zoologiya kolleksiyaları toplanır.
Kuk kimi nüfuzlu səyyahın dediyindən sonra uzun illər cənub materikinin axtarışına fasilə verilmişdir. Nəhayət, 1819-1821-ci illərdə Rusiya dövləti F.F.Bellinshauzen və M.P.Lazaryevin başçılığı ilə naməlum Cənub materikinin axtarışına ekspedisiya göndərir. Onların gəmiləri bu naməlum materikin ətrafına fırlanır, beş dəfə sahilə xeyli yaxınlaşır və Antarktikanın sularında çoxlu yeni adalar kəşf edir. Ekspedisiyanın Antarktida sahillərinə ilk dəfə yaxınlaşdığı gün-28 yanvar 1820-ci il onun kəşf olunma tarixi kimi qəbul olunur. Sonralar bir sıra digər ekspedisiyalarda iştirak etmiş F.F.Bellinshauzeni sonuncu böyük dəniz səyyahı adlandırmaq olar. Yerin axırıncı materiki artıq kəşf olunmuşdur.
Dəniz səyyahlarının, yəni ilk kəşfiyyatçıların işləri hələlik başa çatsa da, səyahətçilərin işləri davam edirdi. Belə ki, bütün materiklərdə hələlik öyrənilməmiş çoxlu "ağ ləkələr" qalırdı. Onlar iki qütb dairəsində daha çox idi. Rusiyanın özündə olan sosial-iqtisadi vəziyyət ölkənin təbii şəraiti və təbii ehtiyatlarının hərtərəfli öyrənilməsinə diqqəti artırmağı tələb edirdi. Bu məqsədlə təşkil olunan akademiya ekspedisiyaları (1768-1774-cü illərdə) Rusiyada yeni tipli tədqiqatın aparılmasının əsasını qoydu. Tədqiqatlar geniş əraziləri əhatə edirdi: P.S.Pallasın marşrutu Volqaboyunu, Xəzər sahillərini, cənubu Uralı, Altayı kəsib keçirdi; İ.Q.Georqi Baykalın ilk tədqiqini apardı; S.Q.Qmelin Don, Qafqaz, şimali İran vilayətlərini tədqiq etdi.
Pallas ilk dəfə Rusiyanın oroqrafiyasının şəklini verir. Xəzər ətrafında cavan relyefin olduğunu göstərir, keçmişdə Xəzər-Qara dəniz hövzəsinin bir olması fərziyyəsini irəli sürür.
Kanada ərazisinin öyrənilməsi davam etdirilir: A.Makkenzi sonralar onun adı verilən çayla üzü aşağı enərək Şimal Buzlu okeanına çıxır və eyni zamanda ilk dəfə Qayalı dağlardan keçərək Sakit okeana enir.
Cənubi Amerika təbiətinin həqiqi öyrənilməsi 1799-1804-cü illərdə Aleksandr Humboltun və E.Bonplanın buraya olan səyahətlərindən sonra başlanmışdır. Onların apardıqları tədqiqatlar Orinoko hövzəsini, ekvatorial Andları və həmçinin Meksika yaylasını əhatə edirdi. Özünün coğrafi nəticələrinə görə bu XVIII əsrin sonu və XIX əsrin başlanğıcında aparılan tədqiqatların ən görkəmlisi hesab olunurdu.
İngiltərə hökuməti Daxili Afrikanın öyrənmək üçün şirkətlər təşkil edir. Bu şirkətlər tərəfindən Qərbi Afrikanın, xüsusilə Niger çayı hövzəsinin tədqiqi aparılır. Aparılan bütün bu səyahətlərin nəticələri təhlil edilir, ümumiləşdirilir və coğrafi ideyaların sonrakı inkişafına güclü təkan verir.
XVIII əsrin ortalarında Fransada klassik coğrafi materializm cərəyanı meydana gəldi ki, bu cərəyanın da görkəmli nümayəndəsi fransız filosofu və Böyük Fransa inqilabının ilhamçısı Şarl de Monteskyö (1689-1755) olmuşdur. Onun "Qanunların ruhu haqqında" kitabı təbii şəraitin ictimai inkişafa təsirinə həsr edilmişdir. Bu əsrin ayrı-ayrı fəsillərində o, xalqların həyatına, hətta onların siyasi təşkilinə təbiətin təsiri haqqında məlumat vermişdir. Coğrafi şəraitin müxtəlifliyinin qanunvericiliyə təsirinə xüsusilə diqqət yetirən filosof həmin kitabda "İqlimin xüsusiyyətlərinə qanunların münasibəti haqqında", "Torpaqların təbiətinə qanunların münasibəti haqqında" adlı xüsusi fəsillər verməsi heç də təsadüfü deyil. O, təbiətin dəyişdirilməsində insanların rolu haqqında mütərəqqi fikirlər söyləmişdir.
Bu dövrün humanitar elmlərində-fəlsəfədə, siyasi iqtisadda, tarixdə yeni qanunlar kəşf edilir, yeni fikirlər əmələ gəlirdi. Kant, Hegel, Feyerbax kimi filosoflar, Adam Smit və David Rikardo kimi iqtisadçılar meydana çıxırdı. Fəlsəfə və siyasi iqtisaddakı yeni fikirlər elmin başqa sahələrinə təsir etdiyi kimi, coğrafiyanın inkişafında da müəyyən rol oynayırdı; filosoflar və siyasi iqtisadçılar coğrafiyanın nəzəri məsələləri haqqında da çoxlu fikirlər söyləyirdilər.
Ümumiyyətlə, bu yeni dövr coğrafiya elmində də hərtərəfli yüksəliş dövrü oldu. Təsadüfü deyildir ki, XIX əsrin ortaları klassik dünya coğrafiyasının başlanğıcı hesab edilir. Məhz bu dövrdə A.Humbolt, K.Ritter, İ.Tünen, İ.Kant, kimi nəhəng, dünya şöhrətli coğrafiyaçılar meydana gəldi. Onlardan sonrakı dünya coğrafiyasının inkişafı bu klassik coğrafiyaçıların adları ilə bağlıdır. İndiyə qədər də bir çox ölkələrdə onların təsiri hiss edilməkdədir.
Böyük alman filosofu İmmanuil Kant (1724-1804) bir sıra əsərlərində coğrafiyaya da aid qiymətli fikirlər irəli sürmüşdür. Köniqsberq universitetində fiziki coğrafiyadan mühazirələr oxuyan alim coğrafiyanın elmlər sistemində tutduğu yeri müəyyənləşdirmişdir və göstərmişdir ki, obyektləri (hadisələri) öyrənmək üçün onları iki üsulla qruplaşdırmaq olar: birincisi, harada və nə vaxt meydana gəlmələrindən asılı olmayaraq onların mənşəyinə görə yaxud bu və ya digər məntiqi təsnifat əsasında; ikincisi, onların məkandakı mövqeyinə və yerinə (coğrafiya) görə və ya zamana görə (tarix) yaxud fiziki təsnifat əsasında təbiət obyektlərinin məkanındakı mövqeyinə görə öyrənilməsinə əvvəllər də böyük əhəmiyyət verilmişdi. Amma Kant coğrafiyada sahə (ərazi) konsepsiyasının, yəni xorologiyanın əsasını qoymuş, təbiətin sahə cəhətdən öyrənilməsini onun tarixi cəhətdən tədqiqindən ayırmışdı.
Onun coğrafiyaya aid fəlsəfi ideyalarının bir xüsusiyyəti də o idi ki, Kant təbiəti və insanı bir-birindən təcrid edilmiş şəkildə öyrənmiş, təbiəti, əhalini və təsərrüfatı ayrılıqda təhlil etmişdi. Filosofun coğrafiyaya aid mühazirələrində alman statistik coğrafiyasının istiqaməti hiss olunurdu, onun apardığı tədqiqatlar isə diyarşünaslıq xarakteri daşıyırdı.
Beləliklə, XIX əsrin əvvəlinə okeanlarda aparılan kəşflər əsasən başa çatdırılır, bütün materiklərin (Antarktida istisna edilməklə) sahil xəttləri müəyyənləşdirilir və xəritəyə köçürülür, quru və su sahələrinin bölgüsü aydınlaşdırılır, dünyanın yeni elmi coğrafiyası yaradılmağa başlanır.
Taptıq Həsənov
Əbdürrəhim Hacızadə
"Coğrafiya tarixi"
XƏBƏR LENTİ
Tarixi faktlar-3
“Ericsson” 140 illik istehsalı dayandırır
Özünü aldatma, səmimi ol!
Acunu məhkəməyə verdi-SƏBƏB
Putin: "Mən sizi orada un şorbası üçün otuzdurmamışam"
Infiniti QX70-nin fərqli halı
İran pullarını Bakıya axıtmaq istəyir
Qeyri-real dünya yaratdı
Kosmik avtomobil Günəş ətrafında ilk dövrəni başa vurdu
İlham Əliyev: “Biz Şuşanı döyüş meydanında qazandıq”
Məşhur aparıcıdan ETİRAF
Xoşbəxtlik gətirməyən münasibətin səbəbləri
Qarnımdakı piylər ərimir deyənlərin yol verdiyi səhvlər
Türk futbolçu Avropa nəhənglərinin hədəfində
Cennifer Aniston və Bred Pitt bir layihədə iştirak edəcək
Cırbır (foto resept)
Lavaş pizza (foto-resept)
Bildirçin yumurtasının faydaları
Pərviz "Survivor"da hər kəsi HEYRƏTLƏNDİRDİ - VİDEO
Turistlərə pis xəbər
Oğlan özündən bir neçə yaş böyük qızla evlənə bilərmi?
COVID-19-a qarşı 100 faiz təsirli peyvənd yaradıla bilərmi?
Kişilər üçün estetik təqvimi
Bu gündən sosial müavinətlərin məbləği artır
Türkiyədə qəribə ayaqqabı hazırlandı: Süi-qəsdin qarşısını alır
Azərbaycanı “Kainat gözəli-2013” də bu qız təmsil edəcək
Gəncə sakini Karina Qriqoryan düşmən atəşi nəticəsində yaralanıb
Mən sənə yalan demişdim!
Ermənistanın daha bir ölkəylə münasibəti pisləşir
Ramazan ayı - 3-cü günün duası
Genetik: Koronavirus özünü çox qeyri-adi aparır
Sərnişinlərlə sürücü arasında şəffaf arakəsmə qoymaq məcburi oldu - RƏSMİ
“McDonald's”lar bağlandı
Döymə kətə ( foto resept )
Koronavirus böhranından qazanclı çıxan üç ölkə
Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanladı
Məşhur müğənni PULSUZLUQDAN ŞİKAYƏT ETDİ
WhatsApp-dan xəbər var
Cennifer Lopezin geyimi hər kəsi heyrətləndirdi-FOTO
ABŞ-a getmək istəyənlərə şad xəbər
Berkay tənqid olundu - FOTO
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Zukerberq öz xeyriyyə fonduna daha 95 milyon dollar köçürdü
Sizdə varikoz xəstəliyi inkişaf edə bilər? TEST
Valideynlərə müjdə!
Bu il 600-ə yaxın azərbaycanlı dünyanın aparıcı ali məktəblərində təhsil alacaq
30 min dollarlıq toy təxirə salınarsa...
Azərbaycanda kərə yağı problemi - Səbəb nədir?
Aşura bu gün dünyada aktualdırmı?
Günün ulduz falı
- ŞƏRHLƏR