Giriş
Bağla

“Jazz”-ın yaranması

MÜXTƏLİF / Ordan-burdan

 

“Jazz”-ın yaranması

 

“Jazz” sözü ilk dəfə 1909-cu ildə «Uncle Josh in Society» mahnısında səslənmişdir və reqtaym – rəqs tipi mənasını daşıyırdı. Mətbuatda isə  “Jazz” sözü ilk dəfə 1913-cü ilin mart ayında işlədilmişdir. Bu San-Fransiskoda olmuşdur. Bundan 4 il sonra Amerika jurnallarından biri “Literary Digest” öz oxucularına məlumat vermişdir ki, — “Jazz elə bir musiqidir ki, adamları özlərini əsdirməyə, tullanıb düşməyə məcbur edir.”

O dövrlər Amerikada dəbdə olan zənci musiqi folklorları formalarından olan fəhlə mahnıları, ənənəvi rəqslər, blüzlər, spiriçuelslər və s. bərabər  “jazz” da populyarlaşmağa başlamışdır. Bu musiqidə təmiz zənci xalq mahnıları elementləri vardır. 

“Jazz” sözünün yaranmasının başqa versiyaları da mövcuddur. Belə təxmin edənlər vardır ki, “jazz” sözü hələ XIX əsrin ortalarında işlədilmişdir. Zəncilərdə “jazz”- “emosional, gümrahlaşdırıcı qışqırıq” adlandırılır. Çox güman bu söz zənci sözü olan “jaiza” sözündən, tərcümədə — “təbillərin səsi” və ya ərəbcədən “jazib” – “cəzb edən, cəlb edici” mənasındadır.

“Jazz”dan söhbət gedərkən məşhur caz ustaları və cazın əsasını qoyanlardan müğənni və truba ifaçısı – Lui Armstronq, pianoçu – Celli Roll Morton, truba ifaçısı – Kinq Oliver və klarnet ustası Conni Dods yada düşür.

“Jazz”əslində Afrika və Avropanın ənənəvi musiqisinin birləşməsindən yaranmışdır. Amerikaya Afrika mədəniyyəti və musiqisi X.Kolumbun kəşfindən sonra gəlmişdir. O vaxtdan ki, Amerikaya Qərbi Afrikadan zənci qullar gətirilirdi. Afrika cazı daha ritmik, plastik və improvizasiyaya yatımlıdır. Avropa cazı isə hormonik səsli və major – minor not düzülüşlüdür.

“Jazz”ın ilk yaranması və ifası barədə tam dəqiq məlumat yoxdur. Bu barədə hələ də mübahisələr, mülahizələr gedir. Mülahizələrin birində deyilir: “jazz” emosional ruhani musiqidən yaranmışdır. Yəni ABŞ-ın şimalında məskunlaşmış, protestant inamını təzə qəbul etmiş zəncilərin ruhani musiqisi olan “spirituals”dan törəmişdir. Başqa bir versiyaya görə,”jazz” Amerikanın cənubunda məskunlaşmış afroamerikalılar tərəfindən yaranmışdır. Bir sözlə, versiyalar çoxdur və müxtəlifdir. Amma bir şey həqiqətdir və dəqiqdir ki, “Jazz” ABŞ-da yaranmışdır. Daha dəqiq desək, Nyu-Orleanda. Nyu- Orleana «“Jazz” musiqisinin mərkəzi» adı verilmişdir. İlk “Jazz” qramofon valına elə Nyu-Orleanda yazılmışdır. Bu vallara 1917-ci il fevralın 26-da «Original Dixieland Jazz Band» musiqi kollektivinin ifasında caz musiqisi yazılmışdır.

Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı «Dövlət Cazı» adı ilə tanınan Dövlət estrada Orkestri tərəfindən qoyulmuşdur. Ansamblın ilk tərkibi üç trombon, eyni sayda truba, beş saksafon, royal, gitara və zərb alətlərindən ibarət idi. Böyük Vətən Müharibəsindən sonra «Dövlət cazı»na Rauf Hacıyev rəhbərlik etmişdir.

60-cı illərdə Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı başlanır; «Qaya», Rafiq Babayevin kvarteti yaranır və nəhayət Vaqif Mustafazadə dövrü başlanır. Dahi bəstəkar Vaqif Mustafazadə (1940-1979) «caz-muğam» adlandırılmış Azərbaycan klassik cazının banisidir.

Aynur Alimuradbəyli



Şərhlər (9)

virtual dərslər virtual dərslər 16 April 2015 20:49 Cavab yaz

Hec xoslamiram bu musiqini tesekkur
qeribe qeribe 16 April 2015 18:14 Cavab yaz

Təşəkkür edirem Xəyalə xanim.
sema_arzum sema_arzum 1 April 2015 11:00 Cavab yaz

O qədər də sevmirəm.Çatmır mənə bu musiqi.Təşəkkürlər.
nur.......... nur.......... 20 March 2015 12:52 Cavab yaz

Bu nedi hec sevmirem wacko
GIRIL2013 GIRIL2013 20 March 2015 12:42 Cavab yaz

Mən Jazz heç sevmirəm
SS,, SS,, 20 March 2015 00:35 Cavab yaz

Dahi
bəstəkar Vaqif Mustafazadə
(1940-1979) В«caz-muğamВ»
adlandırılmış Azərbaycan klassik
cazının banisidir.
Ellada84 Ellada84 20 March 2015 00:32 Cavab yaz

“Jazz” sözü ilk dəfə 1909-cu ildə В«Uncle Josh in SocietyВ» mahnısında səslənmişdir və reqtaym – rəqs tipi mənasını daşıyırdı.

Jazzı sevmirəm. pardon
bay_gril89 bay_gril89 19 March 2015 22:54 Cavab yaz

Sözün açığı Jazzı heç-heç sevmirəm.nədənsə.
Shari Shari 19 March 2015 21:15 Cavab yaz

“Jazz” sözü ilk dəfə 1909-cu ildə В«Uncle Josh in SocietyВ» mahnısında səslənmişdir və reqtaym – rəqs tipi mənasını daşıyırdı. Mətbuatda isə “Jazz” sözü ilk dəfə 1913-cü ilin mart ayında işlədilmişdir. Bu San-Fransiskoda olmuşdur. Bundan 4 il sonra Amerika jurnallarından biri “Literary Digest” öz oxucularına məlumat vermişdir ki, — “Jazz elə bir musiqidir ki, adamları özlərini əsdirməyə, tullanıb düşməyə məcbur edir.”

Maraqlıdı.Bilmirdim.Təşəkkür Xəyalə.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика