Giriş
Bağla

Hamiləlikdə süd içmək

Hamiləlik və analıq / Hamiləlik təqvimi

Hamiləlikdə süd içmək
Hamiləlikdə süd içməyin faydaları:
Hamiləlik dövründə ananın kalsium ehtiyacı artır. Süd ən bol kalsium qaynağı olan qidalardan biridir. Hamiləlik dövründə gündə təxminən 3 stəkan süd içən bir anada həm özü həm körpəsi üçün lazımlı bütün kalsium qarşılanmış olur. İnək südünün tərkibində kalsium xaricində zülal, müxtəlif vitaminlər (D, A, C, K vitaminləri), fosfor, flüor, dəmir, yod kimi minerallar və yağ mövcuddur.
Hamiləlikdə süd içmək
Hamiləlikdə gündə nə qədər süd içilməlidir?
Hamilə bir qadının gündəlik kalsium ehtiyacı 1000 mg qədərdir. 18 yaşın altındakı hamilələrdə ehtiyac daha çoxdur, gündəlik 1300 mg. Ana namizədi bu ehtiyacın hamısını süddən qarşılamaq məcburiyyətində deyil, çünki pendir, qatıq, tərəvəz, meyvə, paxlalılar kimi bir çox qidada süddəki qədər bol olmasa da, kalsium var. Hamiləlikdə gündə 3 stəkan süd içilməsi kifayətdir. Bir su stəkanı süddə təxminən 250 mg kalsium var, üç stəkandakı 750 mg kalsium çox kifayətdir, ehtiyacın qalan qismi digər qidalarla rahatlıqla tamamlanır. Südün hamiləlikdə ana və körpə baxımından faydaları yalnız ehtimal etdiyi kalsiuma bağlı deyil, ehtimal etdiyi D vitamini və zülal də əhəmiyyətlidir.
Hamiləlikdə süd içmək
Hamiləlikdə südün faydaları və əhəmiyyəti:
Hamiləlik dövründə süd içmək anada kalsium əskikliyini və buna bağlı olaraq sümük əriməsinin qarşısını alır. Körpədə başda sümük və diş sağlamlığı olmaq üzrə bir çox faydaları vardır.
Hamiləliyi boyunca süd içməyən anaların uşaqlarının doğum ağırlığının süd içən analara görə daha çox olduğunu və süd içməyən anaların uşaqlarında allergiyaya daha tez rast gəlindiyini göstərən araşdırmalar vardır. Bir araşdırmadan gündə bir stəkandan daha az süd içən anaların körpələrinin doğum ağırlığının bir stəkandan çox süd içənlərinkinə görə daha az olduğu bildirilmişdir.
2010-ci ildə edilən bir araşdırmada hamiləliyində süd verən anaların uşaqlarında MS (multiple sclerosis) xəstəliyinin daha az görüldüyü bildirilmişdir.
Hamiləlikdə süd içmək
Süd içə bilmirəm.
Hamiləlikdə bu və ya başqa səbəblərlə süd içməyənlər kalsium qaynağı olaraq bol pendir, qatıq, ayran istifadə edə bilərlər. Laktozaya qarşı həssas olanlar üçün marketlərdə laktozsuz süd var, bunları yemək də eyni faydanı təmin edəcək. Bu qidaların heç birisini istifadə etmirsinizsə, o vəziyyətdə lazımlı kalsium dəstəyi üçün mütləq həkiminizlə görüşməlisiniz.


Şərhlər (16)

rovsane_82 rovsane_82 5 June 2015 15:15 Cavab yaz

Sudu umumiyyetle hemise icmek lazimdir
girl-1988;ayka girl-1988;ayka 30 April 2015 17:51 Cavab yaz

sudu mende cox sevirem
Sadəcə Azər Sadəcə Azər 19 April 2015 16:09 Cavab yaz

Sudu umumiyyetle hemise icmek lazimdir
ayla_92 ayla_92 21 February 2015 17:10 Cavab yaz

Mende sudun cox faydali oldugunu bilidim.bilmediyim melumatlari burdan oyrendim.tesekkurler.ice bilmiyenler evezinde basqa kalsilerden istiadeedin.insallah mende tezlikle ana olacam
qeribe qeribe 13 February 2015 19:31 Cavab yaz

Çox gözəl faydalı xəbərdir. Təşəkkürlər.
Ellada84 Ellada84 10 February 2015 00:38 Cavab yaz

Dəniz84,
Mən uşaqlıqdan süd sevmirəm. Amma kakao çox xoşlayıram. Südə qəhvə azacıq əlavə edib içirəm. Yada kakao bişirirəm. O da xeyirdir.
rana969 rana969 10 February 2015 00:30 Cavab yaz

Allah olmayanlara nesib etsin. Faydali xeber ucun tesekkur.
aysun2013 aysun2013 9 February 2015 23:22 Cavab yaz

Süd hec sevirem amma yoqordu tvaroku qatiqi cox sevirem
rovsane_82 rovsane_82 9 February 2015 23:21 Cavab yaz

Hər iki hamiləliyimdədə süd içmişəm.
Fatma Fatma 9 February 2015 16:30 Cavab yaz

Hamı içməlidi südü
Deniz84 Deniz84 9 February 2015 16:04 Cavab yaz

Hər gün 1 stəkan süd içmək xeyirlidir. Həm hamilələr üçün həm də adi insanlar üçün. Gecə yatmazdan əvvəl içilən 1 stəkan süd insanın əsəblərini sakitləşdiri. Yuxu gətirir.
Ramush ) Ramush ) 9 February 2015 16:01 Cavab yaz

Sud sevmirem amma qatiq vazkecilmezimdi smile Teshekkurler ))
Ellada84 Ellada84 9 February 2015 15:56 Cavab yaz

Hamiləlikdə bu və ya başqa səbəblərlə süd içməyənlər kalsium qaynağı olaraq bol pendir, qatıq, ayran istifadə edə bilərlər.

Bunları bilirəm. Təşəkkürlər.
sema_arzum sema_arzum 9 February 2015 15:48 Cavab yaz

Südü sevirəm.Faydalı xəbərçün təşəkkürlər.
malahat.hesenova malahat.hesenova 9 February 2015 14:17 Cavab yaz

Sudu cox sevirem, caliwdigim qeder de icirem, faydali meslehetler ucun tewekkurler.
girl_2014,nigar girl_2014,nigar 9 February 2015 14:03 Cavab yaz

Xəbərə görə təşəkkürlər. İnanın mən hamilə vaxtı içə bilmirəm süd. Nədə qatıq yeyə bilmirəm.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика