Giriş
Bağla

İnsan üçün yaradılmış planet

Bizimdir! / Virtual dərslər / Coğrafiya

İnsan üçün yaradılmış planet
Materialist fəlsəfə kainatdakı nizam və tarazlıqlar haqqında yalnız bir açıqlama irəli sürür: Təsadüf… Bu iddiaya görə bütün kainat təsadüflər nəticəsində meydana gəlmişdir. Lakin kainatı bir az tədqiq etdikdə belə, bu iddianın tamamilə həqiqətdən uzaq olduğunu görürük. Çünki təsadüflər sadəcə qarmaqarışıqlıq (xaos) əmələ gətirir, kainatda isə qarışıqlıq deyil, nizam var.
Kainatı tədqiq etdikdə saysız-hesabsız nizam nümunələri ilə qarşılaşırıq. Yaşadığımız Dünya da bunlardan biridir. Dünya malik olduğu bütün xüsusiyyətlərlə həyatın davam etdirilməsinə uyğun şəkildə, son dərəcə həssas tarazlıqlarla yaradılmışdır.
Dünyanın Günəşdən məsafəsi, oxunun orbitinə olan mailliyi, atmosferdəki tarazlıqlar, Dünyanın öz ətrafında və Günəş ətrafında fırlanma sürətləri, Dünyadakı okeanların, dağların funksiyaları, canlıların malik olduqları xüsusiyyətlər və bunların bir-birlərilə əlaqəsi bu ekoloji tarazlığın hissələrindən sadəcə bir neçəsidir.
İnsan üçün yaradılmış planet

Kainatdakı digər planetlər və Yer kürəsi müqayisə edildikdə Yer kürəsinin insan üçün xüsusi şəkildə dizayn olunduğu daha da aydın olur. Məsələn, su kainatda çox nadir rast gəlinən tərkibdir. Maye halındakı su Günəş sistemində sadəcə bizim planetimizdə var. Həm də Yer kürəsinin təxminən 71.1%-i sudur. Milyonlarla növ canlı bu mühitdə həyatını davam etdirir. Suyun donması, temperaturu çəkməsi və saxlama qabiliyyətinin olması, okeanlar kimi son dərəcə böyük su kütlələrinin varlığı və temperaturun bu sayədə Dünyada bərabər şəkildə paylanması –hamısı Dünyaya xas xüsusiyyətlərdir. Başqa heç bir planetdə bu cür sürətli dövran edən maye kütləsi yoxdur.
Dünyanın oxu orbitinə 23°27’ bucaq altında maillidir. Fəsillər bu maillik sayəsində əmələ gəlir. Əgər bu maillik indikindən daha çox və ya az olsaydı, fəsillər arasındakı istilik fərqi həddindən çox olar və yer üzündə dözülməz dərəcədə isti yay və soyuq qışlar olardı.
Dünyanın öz oxu ətrafındakı fırlanması da canlılar üçün ən uyğun sürətdədir. Günəş sistemindəki digər planetlərə baxdıqda onların da gecəyə və gündüzə malik olduqlarını görürük. Ancaq digər planetlərdə zaman fərqləri Dünyadakından daha uzun olduğu üçün gündüz və gecə arasındakı temperatur fərqləri də çoxdur. Digər planetlərin atmosferindəki güclü küləklər bu xüsusi fırlanma sürəti nəticəsində Dünyanın atmosferində baş vermir.
İnsan üçün yaradılmış planet

Atmosferi əmələ gətirən qazların növləri və atmosferdəki miqdarları da yalnız insanın deyil, yer üzündəki bütün canlıların varlığı üçün son dərəcə vacibdir. Atmosferdəki qazların Dünyada lazımi nisbətdə olması və bu nisbətlərin sabit qalması da bir çox həssas tarazlığın birlikdə olması nəticəsində baş verir.
Sadaladığımız bu xüsusiyyətlərdən başqa hələ yüzlərlə nümunələr var. Ancaq buraya qədər verilən nümunələr belə bizlərə qəti həqiqəti göstərir. Yaşadığımız Dünya canlı həyatı üçün çox xüsusi şəkildə inşaa edilmişdir. Təsadüflərin deyil, tamamilə şüurlu nizamın, yaradılışın məhsuludur.
 


Şərhlər (13)

qeribe qeribe 13 February 2015 21:23 Cavab yaz

Doğrudur.

Cox sag ol bacim, duz deyirem daaa....
Deniz84 Deniz84 10 February 2015 08:40 Cavab yaz

Allah nə yaradıbsa mükəmməl yaradıb. Tesekkur edirem.

Doğrudur.
rumka_lemaskk2440 rumka_lemaskk2440 8 February 2015 19:14 Cavab yaz

Allah bilir ne yaradib qurban olum allahima
qeribe qeribe 7 February 2015 22:42 Cavab yaz

Allah nə yaradıbsa mükəmməl yaradıb. Tesekkur edirem. give_ros
Fatma Fatma 7 February 2015 11:00 Cavab yaz

Şükürlər olsun Allahın yaratdığına
girl_2001meri girl_2001meri 7 February 2015 10:26 Cavab yaz

Cox Sukur sene Ya Rebbim! girl_ang Xebere gore tesekkurler give_ros
nikoЕџ nikoЕџ 7 February 2015 10:17 Cavab yaz

Yaşadığımız Dünya canlı həyatı üçün çox xüsusi şəkildə inşaa edilmişdir. Təsadüflərin deyil, tamamilə şüurlu nizamın, yaradılışın məhsuludur.Təşəkkür
Ellada84 Ellada84 6 February 2015 23:59 Cavab yaz

Kainatdakı digər planetlər və Yer kürəsi müqayisə edildikdə Yer kürəsinin insan üçün xüsusi şəkildə dizayn olunduğu daha da aydın olur. Məsələn, su kainatda çox nadir rast gəlinən tərkibdir. Maye halındakı su Günəş sistemində sadəcə bizim planetimizdə var.
SS,, SS,, 6 February 2015 23:07 Cavab yaz

Sukur sene ya Allah
ureyimin gitdiyi yer ureyimin gitdiyi yer 6 February 2015 22:52 Cavab yaz

Aaa ne gozel getmey isderdim girl_cray aya
ruslan.ebilov ruslan.ebilov 6 February 2015 21:58 Cavab yaz

Artiq 10-cu hetda 11ci planetler bele kesf olunub Her bir ulduuzun etrafinda planetler var ve yasam var bizim Gunesde adi ulduzdu ve etrafinda yer kuresi var cool
Deniz84 Deniz84 6 February 2015 21:55 Cavab yaz

Allah bu dünyanı mükəmməl yaradıb. lakin biz insanlar məhv edirik bu gözəllikləri.
sema_arzum sema_arzum 6 February 2015 21:42 Cavab yaz

Yaşadığımız Dünya canlı həyatı üçün çox xüsusi şəkildə inşaa edilmişdir.
Allah nə yaradıbsa mükəmməl yaradıb.
Təşəkkürlər.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика