Giriş
Bağla

Ordumuza əmr verildi

Günün əsas xəbərləri

Ordumuza əmr verildi
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən fevralın 2-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi altında Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.
Ali Baş Komandanın göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 5.000 nəfərədək hərbi vəzifəli və 300-ə yaxın avtomobil texnikası təlimdə iştirak edir.

Mənbə: ANS PRESS



Şərhlər (9)

qeribe qeribe 20 May 2015 18:21 Cavab yaz

Allah butun esger zabitlerimizi qorusun.

Amin inşallah.
virtual dərslər virtual dərslər 4 April 2015 01:00 Cavab yaz

Allah guc quvvet versin.
HELEKД° YOXDUR HELEKД° YOXDUR 12 March 2015 18:12 Cavab yaz

Allah esgerlerimizi qorusun.
Xanim_Xatun Xanim_Xatun 11 March 2015 18:47 Cavab yaz

Muharibə kimi təlimdir.
HELEKД° YOXDUR HELEKД° YOXDUR 7 March 2015 20:47 Cavab yaz

Allah guc quvvet versin.
sse sse 16 February 2015 00:44 Cavab yaz

ALLAH cansaqlqiqi versin esgerlerimize
Pervane01 Pervane01 8 February 2015 00:28 Cavab yaz

Allah əsgərlərimizi qorusun.
smts smts 3 February 2015 01:00 Cavab yaz

Allah butun esger zabitlerimizi qorusun.
Fatma Fatma 2 February 2015 18:26 Cavab yaz

Allah əsgərlərimizi qoru

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика