Yapı Kredi Bank Azərbaycanın İnternet Bankçılıq xidməti yeniləndi!
Daima “Xidmətdə Sərhəd Yoxdur” strategiyasına sadiq qalan Yapı Kredi Bank Azərbaycan yenidən İnternet Bankçılıq xidmətinin funksiyalarını genişləndirdi. Filiala getmədən, növbələr gözləmədən internet vasitəsi ilə sürətli və etibarlı bank əməliyyatları üçün Yapı Kredi Bank Azərbaycanın sizə təqdim etdiyi yeni funksiyaların əlavə olunduğu yenilənmiş Yapı Kredi İnternet Bankçılıq xidmətindən artıq istifadə etmək mümkündür.
İnternet Bankçılıq xidmətinə əlavə olunmuş yeni funksiyaları diqqətinizə çatdırırq:
- Müddətli Əmanətlərin Açılması və Bağlanması funksiyası vasitəsi ilə müddətli əmanət aça və bağlaya bilərsiniz.
- Nizamlı Ödəniş Təlimatları funksiyası vasitəsi ilə gələcək tarixlər üçün Bankdaxili ödəniş təlimatları verə bilərsiniz.
- Kartdan Nağd Avans funksiyası vasitəsi ilə kredit kartı limitindən istifadə etməklə ölkədaxili digər banklardakı hesablara və digər Worldcard-lara köçürmə edə bilərsiniz.
- Kredit Kartı Müştəri Xidmətləri funksiyası vasitəsi ilə kartınızı internet istifadəyə aça və bağlaya bilərsiniz. Bundan əlavə kredit kartı limitinin artırılması üçün banka müraciət göndərə bilərsiniz.
- Gələcək Tarixli Əməliyyatları funksiyası vasitəsi ilə Gələcək Tarixli Ölkədaxili Köçürmə Əməliyyatları həyata keçirə və bu əməliyyatları izləyə bilərsiniz.
- Ağıllı Kitabça funksiyası vasitəsi ilə bütün növ ödəniş rekvizitlərini yaddaşda saxlaya bilərsiniz.
- Ağıllı Assistent funksiyası vasitəsi ilə hesab əməliyyatları, kredit əməliyyatları və faktura ödənişləri ilə bağlı məlumatları dərhal SMS və email vasitəsilə ala bilərsiniz.
- Bankdaxili/Ölkədaxili Alıcı Parametrləri funksiyası vasitəsi ilə alıcı siyahısını təyin edə bilərsiniz. Bu siyahıdan kənar alıcılara vəsait köçürülə bilməz.
- Ağıllı Alıcılar funksiyası vasitəsi ilə alıcı siyahısı yaratmaqla pul köçürmələri zamanı birdəfəlik şifrənin tələb edilməsini bu müştərilər üçün ləğv edə bilərsiniz.
- Kredit Kartı Şifrə Əməliyyatları funksiyası vasitəsi ilə təhlükəsizlik parametrləri menüsündə yerləşən bu xidmətdən istəfadə etməklə kredit kartınızın şifrəsini dəyişdirə bilərsiniz
Qeyd etmək istərdik ki, Yapı Kredi Bank Azərbaycanın təqdim etdiyi İnternet Bankçılıq xidmətində hesabların təhlükəsizliyini təmin etmək üçün müştərilərə Ağıllı SMS və Ağıllı Açar kimi əlavə təhlükəsizlik vasitələri təklif edilir. Bu funksiyalar istifadəçilərin bank hesablarının daha təhlükəsiz olması üçündür.
İnternet Bankçılıq xidmətindən bankın müştərisi olan hüquqi və fiziki şəxslər, Worldcard sahibləri və World Üzv Ticarət Obyektləri yararlana bilərlər. Xidmətə qoşulmaq üçün istənilən Yapı Kredi Bank Azərbaycan filialına yaxınlaşmaq kifayətdir. Bunun üçün heç bir ödəniş etməyə gərək yoxdur, elə həmin gün xidməti aktiv edə bilərsiz.
Xidmət haqqında ətraflı məlumatı bankın 24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Telefon Mərkəzindən və ya www.yapikredi.com.az internet səhifəsindən əldə edə bilərsiniz.
XƏBƏR LENTİ
Təmizlik sağlamlıqdır
"Azərbaycan səhiyyəsinin ən ciddi problemi..."
12 min avropalı turist İrana getmək üçün növbə gözləyir
Melaniya Tramp hər kəsi heyran etdi-FOTO
2017-ci ilin trend rəngi: Qırmızı
Google vəd verdi
Napoleon qəlyanaltısı (foto resept)
Qeyri-adi geyimlər
Lobyalı şorba
Gündəlik yay geyimləri
Bakıda aksiya keçirildi
Bu şəxslər belə küçəyə çıxsalar cərimələnəcəklər - Rəsmi
Şəkər xəmirindən "qəhrəmanlar"
Adobe Photoshop (dərs 19)
Heyvanlara münasibət
Övladınızın ilk müəllimi olaraq izləməli olduğunuz 5 yol
Dərslik kitabları dezinfeksiya edilibmi? - VİDEO
30 minlik borc sənədi Ebruya göndərildi
Meqan Markl protokolu yenə pozdu-FOTO
Dəri xərçəngi
Suqovuşana bayrağımızı sancan əsgərin atası: “Oğlumun şəhid olması xəbəri gəldi, amma...” - VİDEOREPORTAJ
ÜST: “Kütləvi immunitet qurtuluş yolu deyil”
Azərbaycan Belarusdan 153 döyüş tankı alıb
Ermənilərin sponsorluq etdiyi amerikalı jurnalist Kəlbəcərdə “fake” süjetlər çəkdi - VİDEO
Nelson Mandela haqqında bilmədiklərimiz
2012-ci ilin ətək modası
Qarderobdakı təhlükələr
Çiban və ziyillərə qarşı müalicə üsulları
Qeyri-adi vanna otağı aksesuarları
Dərinizdəki yağı 4 mərhələ ilə təmizləyin
Hansı xəstələrə pulsuz dərman verilməlidir?
Bakıda "Şalvarsız aksiya": bu nədir?
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Günün ulduz falı
Koronavirusa qalib gələn 3 yaşlı Banu - VİDEO
Türkiyədə 113 yaşlı nənə səs verdi
2014-cü ilin ən maraqlı elmi hadisələri
Yaşayış məntəqələrimizi hədəf alan düşmən raketi məhv edildi - VİDEO
Vilayət Eyvazovdan Polis İdarəsində DƏYİŞİKLİK
Ürəkdən süzülən sözlər
Seçim paradoksu
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Çarpaz çörək (foto resept)
Daha bir icazəsiz evdən çıxan koronavirus xəstəsi aşkarlandı - FOTO
Bir insanla ünsiyyət qurmağın rahat yolu
Qiyməli taya (foto resept)
17 yaşlı qız gözəllik müsabiqəsinin qalibi oldu - FOTO
Dünyanın ən bahalı reperi
Şeron Stounu ildırım vurdu
Qazaxda 1200 rayon sakininə qurban payı göndərilib
- ŞƏRHLƏR