Giriş
Bağla

Niyə məhz Qadın.Net?-2

Bizimdir! / QN News / İstifadəçilər

Niyə məhz Qadın.Net?-2
Şəri Babayeva
Bu sayta marağım var idi. Bacım Ellada məndə bu marağı daha da artırdı. Axırda mənim üçün qeydiyyatdan keçdi. Bu saytdan çox şey öyrənmişəm. Burda çox gözəl insanlar var. Qadin.Net-ə məni bağlayan maraqlı xəbərlər, gözəl insanlar, maraqlı istifadəçilərdir. Ən əsas bu portalın istifadəçiləri çox səviyyəlidirlər. Yaxşı ki, bu saytı tanıdım, heç peşman deyiləm.
PƏRVANƏ ƏLİYEVA......
Niyə məhz Qadın.Net? Məni bu sayta bağlıyan nədir? Bu saytı tapıb məni burdan qeydiyyatdan keçirən oğluma minnətdaram. Artıq noyabr ayının 1-də bu saytda 2 ilim tamam oldu. Bu sayta gələnə kimi cox darıxırdım, elə o aralarda da depresiyaya düşmüşdüm. Bir gün böyük oğlum "Ana, bax gör sənin ücün nə gözəl qadın saytı tapmışam"- deyəndə cox sevindim. Cünki o vaxta kimi sosial şəbəkələrə hec girməzdim. Bu sayta daxil olduqdan sonra isə elə bağlandım ki, başqa sayt axtarmağa gərək qalmadı. Mən burda hər bir sahədən məlumatlar oxuyuram. Demək olar ki, Azərbaycan milli internet məkanında yeganə çox informasiyalı qadın ensiklopediyasıdır. Günümün çox hissəsi burda keçir. Burda özümə sizlər kimi çoxlu dost bacı qazanmışam. Bu gün bu gözəl sayt mənim ayrılmaz bir hissəmə çevrilib. Saytımızı çox sevirəm. Arzu edirəm ki, saytımız daha böyük zirvələrə qalxsın. Hər zaman səsi sorağı ucalardan, yüksək kürsülərdən gəlsin. Ceylan xanıma və saytın yaradıcılarına bu gözəl saytı ərsəyə gətirdikləri üçün təşəkkürümü bildirirəm. Çox sağ olsunlar ki, əsas da bizim kimi evdar xanımları düşünüb belə gözəl portal açıblar. Gözəl xəbərində mənə də yer ayırdığın üçün sənə minnətdaram, canım..
ÖzDüNyAm
Mən Vətəndən uzaqda, qürbətdə yaşadıqım üçün özümə dost, həmdəm axtarırdım və istəyirdimki tapacağım dost, rəfiqə öz həmvətənim olsun. Bir gün axtarış edirdim internetdə, rastıma Qadin.Net çıxdı. Qeydiyyatdan keçdim, yaxşı kı, bunu etdim. Əvvəl heç kimlə yazışmadım, sonra isə bir çox dostlarım oldu, mənə bacı kimi sözün əsl mənasında dostlar tapdım. Bundan sonra mən Qadın.Net-ə daha da bağlandım. Səviyyəli,ən əsası başqa saytlardan fərqlənmələri çox xoşuma gəldi. Məni bu sayta bağlayan isə tanıdığım insanlar oldu. Amma çox heyif ki, onların heç biri indi yoxdu, 2 ildi bu sayıtdayam və bu sayta girdiyim üçün peşman deyiləm. Yaxşı ki, varsınız Qadin.Net!
Niyə məhz Qadın.Net?-2

Ulker.Agamali
Əvvəlcə təşəkkür edirəm ki, məni də xəbərinizin qəhrəmanları içində görmək istəmisiniz. Əsas məsələyə gələndə isə saytdan qeydiyyatdan keçmədən də istifadə etmişəm, müxtəlif reseptlər axtaranda ilk girdiyim Qadin.Net saytı olurdu. Sonra bir gün tortlar üçün resept axtaranda "qeydiyyatdan keçənlər səhifəni görə bilər" kimi yazıya rast gəldim və avqust ayının 13-ü 2013-cü ildən mən də sevimli qadın portalımızın istifadəçilərindən birinə çevrildim. Bir xanım kimi həyatım dəyişdi, maraqlı informasiyalar, həm gözəllik, həm dünya, həm də elmi məlumatlarla gün-gündən özümdə inkişaf hiss etdim, artıq özümü təkcə gündəlik yemək bişirən ev qadını kimi yox, inkişaf edən evdar xanım kimi hiss etməyə başlamışam. Xəbərlərimin sayı artdıqca müxtəlif statuslar qazandım və bu daha da məni ruhlandırdı. Düzdür, indi övladımın dərsləri ilə əlaqədər sıx-sıx portala daxil ola bilməsəm də, hər fürsətdə çalışıram daxil olam və məlumatlanam. Təşəkkürlər Qadın.Net!
GÜLÇİN.
Mənim Qadın.Net saytına gəlişim 1 oktyabr 2012-ci ildə olub. Mən bu sayta əvvəllər qeydiyyatdan keçmədən baxırdım, amma çox bəyənirdim bu saytı. Qadınlara aid nə məni maraqlandırırdısa, əsasda mətbəx xəbərlərini, mən bu saytda tapdım. Çox keçmədən yoldaşımın icazəsilə qeydiyyat oldum, çünki gizli heçnəyimin olmasını xoşlamıram. Əsl lazım olanları qeydiyyatdan keçdikdən sonra tapdım. Daha da maraqlı gəldi bu sayt, daha da doğmalaşdı və ən əsas bağlandım bu sayta. Virtual tanışlarım oldu, həmsöhbət oldum xanımlarla, fikirlərimi paylaşdım, özüm də sayt üçün xəbərlər hazırladım və s. İndi elə bağlanmışam ki, bu sayta ayrıla belə bilmirəm. Boş dəqiqə tapan kimi sayta daxil oluram, çox əzizdir mənə saytda olan hər kəs, öz doğmam kimi bilirəm, tam səmimi deyirəm. Yaxşı ki, Qadın.Net var, həmişə də var olsun, inkişaf etməkdə, çiçəklənməkdə davam etsin.
๑۩۞۩๑ Бест модел๑۩۞۩๑
Bütün Qadin.Net-liləri salamlayıram ve sonra məni də bu xəbərə dəvət edən Aysun bacıma təşəkkür edirem. Mən heç bu saytı tanımırdım, bura məni xalam qızı dəvət edib. Sonra isə qeydiyyatdan keçdim, ondan sonra heç Qadin.Netdən cıxmaq istəmirdim, çünki burda çox gözəl bacılarım oldu. Heç də peşman deyiləm. Yaxşı ki, bu sayta gəldim ve sizin kimi gözəl insanları tanıdım.
Nigar Dadaşova
Hörmətli Qadın.Net isitfadəçiləri, mən bura gəldim və özümə yeni dostlar tapdim. Mənim bir xoş günüm olanda onlarla bölüşürəm. Mən burda olanda özümü sərbəst hiss edirəm, rahat oluram, ona görə buradayam hələ də. İnşallah, heç zaman burdan ayrılmaq fikrim yoxdur. Saytımız da heç zaman bağlanmaz. Amin. 
Niyə məhz Qadın.Net?-2

Hacət-i Vuslat
Niyə məhz Qadın.Net? - Çünki, birincisi, bura xanımların çoxluq təşkil etdiyi saytdır. Baş redaktoru da Ceylan xanım kimi alicənab xanımdır. İkincisi, burda əxlaqa zidd hərəkətlərin qarşısı hiss edildiyi anda alınır, saytdakı münasibətlərin keyfiyyəti, hətta şərhlərdəki mədəniyyət məsələsinə xüsusi diqqət ayrılır. Üçüncüsü, saytda kifayət qədər material var ki, başqa saytlara üz tutmağa fürsət qalmır. Dödüncüsü, Qadın.Net həqiqətən də milli portaldır, milli dəyərlərimizə üstünlük verir, reytinq arxasınca qaçmır, məqsədi maarifləndirməkdir və bunu əməlində də göstərir. Beşincisi, doğmadır artıq, özləri bilir-qapıdan qovdular pəncərədən gəldim, pəncərədən qovdular bacadan gəldim. 
Ellada Babayeva
Niyə məhz Qadın.Net? Çünki Qadin.Net mənə gözəl dostlar qazandırdı. Bilmədiklərimi Qadin.Net vastəsiylə öyrəndim. Dörd ildir ki, portalla birlikdəyəm. Heç ayrılmaq istəmirəm sizlərdən. Nəzarətçi statusunu alanda sevincimin həddi-hüdüdu yox idi. Zövq alıram işimdən. Yaxşı ki, Qadin.Net var, yaxşı ki, sizlər varsınız!
♥♥♥AyKa♥♥♥
Mən bu sayta artıq 3 ildir ki, daxil oluram. İdmanla bağlı xəbərə görə təsadüfən gəlmişdim. Sonralar bu saytın xəbərləri, xanımların istiqanlılığı məni bura daha da bağladı. Bir müddət sonra xəbərlər yazmağa başladım. Dj vəzifəsində də oldum, onda radio fəaliyyəti aktiv idi, qızlarla xoş münasibət qurdum. Telefonla skypela da danışmağa başladım. Başqa saytlara çox girmirəm, Qadin.Net fərqli olub mənimçün hər zaman. Mənim burda çox xatirəm var. Yaşasın Qadin.Net!


Şərhlər (45)

aykanur_1997 aykanur_1997 8 March 2016 18:22 Cavab yaz

Saytimizi cox sevirem love
aysun2013 aysun2013 5 October 2015 17:29 Cavab yaz

Farida_Asadova, give_ros
Pərvanə, give_ros
S.S.E., give_ros
SS,, SS,, 12 January 2015 15:44 Cavab yaz

Men bu sayti cox sevirem bir
birinden maraqli ve faydali
movzular var.Basqa sayta ehtiyac
yoxdu.Tesekkurler qadin.net)))
Pervane01 Pervane01 11 January 2015 01:14 Cavab yaz

Qadın net sevirəm səni. love
feride-asadova feride-asadova 10 January 2015 09:14 Cavab yaz

Maraqlı xəbər alinib....Müəllifə təbrik düşür give_ros
aysun2013 aysun2013 7 January 2015 23:13 Cavab yaz

S.S.E.,
Xanim cox tesufki yoxsuz cunki yazmamisiz axi mene yazsaz insallah 4 de olarsiz
SS,, SS,, 7 January 2015 23:01 Cavab yaz

3de mende varam inshAllah
aysun2013 aysun2013 7 January 2015 22:53 Cavab yaz

♥Selena♥, give_ros
HUSNA,
Beıi bacim 3 e qaldin urey insallah cixacaq 3 de
QADIN.AZERI QADIN.AZERI 7 January 2015 21:56 Cavab yaz

Aysuncum her birini maraqla oxudum,InseALLAH davamli olacaq,men deyesen 3-cuye qalmisam

Aysuncum bu xeberin de maraqli alinib,hami menim kii tesadufen bu sayta gelib,burdan ayrilmaq mumkun deyil 100 yasa Qadin.Net
Aysun men deyesen 3-cuye qaldi he cray
MILK AND HONNEY MILK AND HONNEY 7 January 2015 21:41 Cavab yaz

Xəbərin adı çox maraqlıdır, gözəl seçimdir, Aysun good
Oxudum, tanış oldum, bəyəndim love
Çoxdandır sayta gələ bilmirdim, darıxmışdım hər şey üçün, xüsusən də, belə xəbərlər üçün. Davamlı olsun.
Müəllifə give_ros
aysun2013 aysun2013 6 January 2015 19:06 Cavab yaz

ELIF))), give_ros
S.S.E., give_ros
H.M, give_ros
S.S.E.,
give_ros
Deniz84 Deniz84 6 January 2015 15:25 Cavab yaz

Qadın net sevilməyəcək sayt deyil. Hər birinizin yazısını oxudum. Çox sevindim.
SS,, SS,, 6 January 2015 12:01 Cavab yaz

Men bu sayti cox sevirem bir birinden maraqli
ve faydali movzular var.Basqa sayta ehtiyac
yoxdu.Tesekkurler qadin.net)))
malahat.hesenova malahat.hesenova 6 January 2015 11:43 Cavab yaz

Men bu sayti cox sevirem bir birinden maraqli ve faydali movzular var.Basqa sayta ehtiyac yoxdu.Tesekkurler qadin.net)))

good give_ros
SS,, SS,, 6 January 2015 11:41 Cavab yaz

Men bu sayti cox sevirem bir birinden maraqli ve faydali movzular var.Basqa sayta ehtiyac yoxdu.Tesekkurler qadin.net)))
GETMIRDIN GETMIRDIN 5 January 2015 21:27 Cavab yaz

Burda ne axtarsan var/ Semimi insanlar, maraqli melumatlar, faydali meslehetler, ureyimizi bowaltmaqcun etiraflar, bildiyimiz ve bilmediylerimiz haqda her weyi burdan tapa bilirik. En esasida odurki QADIN.NET-in hamisi xanim oldugu ucun evli ve niwanli xanimlarda bu saytdan rahatliqla istifade ede bilirler. Yaxwiki Qadin.net var. Kefim olmayanda bele bura girdikde ehvalim musbete dogru deyiwir. Saytin qurucularina ve rehberine derin minnetdarligimi bildirirem. Movzu ucun cooooooooooooox sagol Bacim.. give_ros
aysun2013 aysun2013 5 January 2015 18:55 Cavab yaz

♥♥♥AyKa♥♥♥,
GuluВ В Isgenderova,
Ulker.Agamali,
Qəribə,
Щ…Щ„Ш§Щѓ,
ZuleyxaВ Aliyeva,
Pərvanə,
huseyovaВ nuray,
ElladaВ Babayeva,
Cox saqolun eziz xanimlar saqolunki istirak edirsiz ve xebere maraq qatrsiz air_kiss
Aysel Huseynova Aysel Huseynova 5 January 2015 18:27 Cavab yaz

Ay xəvbərin cixib ki canim mənim. Təbrik edirəm. Bu xəbərdə mən də iştirak etdim sevə sevə. Qadın neti cox sevirəm. Xəyalə xanımın da qeyd etdiyi kimi təsadufən gələnlər bu saytdan yan kecə bilmir,mənim kimi
Man 1984 Kele Man 1984 Kele 5 January 2015 18:10 Cavab yaz

Burda ne axtarsan var/ Semimi insanlar, maraqli melumatlar, faydali meslehetler, ureyimizi bowaltmaqcun etiraflar, bildiyimiz ve bilmediylerimiz haqda her weyi burdan tapa bilirik. En esasida odurki QADIN.NET-in hamisi xanim oldugu ucun evli ve niwanli xanimlarda bu saytdan rahatliqla istifade ede bilirler. Yaxwiki Qadin.net var. Kefim olmayanda bele bura girdikde ehvalim musbete dogru deyiwir. Saytin qurucularina ve rehberine derin minnetdarligimi bildirirem. Movzu ucun cooooooooooooox sagol Bacim.. give_ros
ulka-894 ulka-894 5 January 2015 17:36 Cavab yaz

Her birimizin gelis tarixcesi var ve her kes ucun umumi olan odur ki biz burda mariflenirik bu heqiqeten de beledir
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика