Avtomobil sahibi olanlar, Vergi Məcəlləsinə maraqlı bir dəyişiklik edilir. Yanvarın 1-dən indi adət etdiyimiz yol vergisi ləğv olunur, yəni avtomobillərimizin mühərrikinin iş həcminə görə hər il ödədiyimiz yol vergisi yığışdırılır. Əvəzində yanacaq üçün yol vergisi tətbiq olunur, özü də hər litr üçün 2 qəpik məbləğində.
Bu yenilikdən sonra yanacağın satış qiymətinin artıb-artmayacağını ekspertlər şərh etdilər.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, yeni dəyişiklik çox maşın idarə edən sürücülər üçün pis olsa da, az maşın istifadə edənlər üçün sevindirici ola bilər.
Şöbə rəisinin sözlərinə görə, yol vergisi benzinin qiymətindən çıxılacaq: “Maşın sürməyənlər vergi verməyəcəklər. Bir sıra Avropa ölkələrində, Türkiyədə yol vergisi yanacağın qiymətindən hesablanır. İrihəcmli avtomobillərdə yol vergisi daha yüksəkdir. Mühərrik həcmi 2000 kubmetrə qədər olan avtomobillər üçün 20 manat, 3000-ə qədər - 40 manat, 4000-ə qədər - 70 manat, 5000-ə qədər olanda 110 manat, 5000-dən yüksək isə 160 manat yol vergisi ödəyirdisə, onu yanacaqda verəcək. Kim avtomobili çox istifadə edəcəksə, çox yanacaq alacaq və yol vergisini də yüksək ödəyəcək. Elə adam da var ki, il ərzində az maşın sürür və ya heç istifadə etmir. Onlar vergi verməyəcəklər. Az sürənlər vergiyə və yanacağa qənaət edəcəklər, çox sürənlər isə çox yanacaq istifadə edəcək, artıq vergi ödəyəcəklər”.
K.Əliyev qeyd etdi ki, yeni dəyişikliyə görə, vergi yanacağın üzərinə gələcək: “İl ərzində sürücülər yüksək həcmli avtomobilə görə 160 manat, yük avtomobillərinə görə 500-600 manat vergi ödəyirlər. Bu pullar birdəfəlik ödənir, yanacağa yönəldiləndə isə vergi rüsumu alınan yanacaqla çıxılacaq".
İqtisadçı Vüqar Bayramov Milli.Az-a açıqlamasında bildirdi ki, bu dəyişiklik birmənalı şəkildə benzinin qiymətinə təsir göstərməyəcək. Onun sözlərinə görə, benzinin qiymətində aksiz vergiləri daha çox rol oynayır. O baxımdan yeni verginin təyin edilməsi benzinin xərc strukturunun artmasına gətirib çıxarmayacaq. Xərc strukturunda hər hansı dəyişikliklər baş verməyəcək. Benzinin xərc strukturunda hər hansı dəyişiklik baş vermədiyi üçün, dəyişikliklər daha çox aksiz vergisi ilə bağlı olduğundan, bu dəyişiklik benzinin qiymətinin artması üçün iqtisadi zəmin yaratmır.
V.Bayramov hesab edir ki, benzinin xərclərində dəyişiklik ola bilər, bu, benzinin qiymətinin qalxması demək deyil. Aİ-92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Həmin qiymətin artırılması üçün Dövlət Neft Şirkətinin Tarif Şurasına müraciət etməsinə ehtiyac var. Tarif Şurası qiyməti qaldırmaqla bağlı qərar vermirsə, o zaman xərc dəyişsə belə, benzinin qiymətinin artmasına gətirib çıxarmır.
İqtisadçının fikrincə, yol vergisi ilə bağlı oxşar praktika bir sıra ölkələrdə var. Bu tip vergilərin tətbiqi büdcəyə əlavə gəlir mənbələrini formalaşdırmaqdan ibarətdir. Dövlət çalışır ki, büdcəyə daha çox vəsaitin daxil olmasına nail olsun. Avtomobil istifadə edənlərin sayı çoxdur və dayanmadan artır. Bu isə davamlı olaraq büdcəyə gəlir mənbələrinin formalaşmasına imkan verir.
XƏBƏR LENTİ
Murad Boz Aslı Enverlə barışdığını təsdiqlədi - FOTO
Yaqut Qarayeva koronavirus vaksininin alınması məsələsindən danışdı
Gəlinlərimiz üçün maraqlı saç düzümləri
Evliliyin ilkin şərti-İntim münasibətlər
Yeni sistem yaradılır: Həccdə izdiham olmayacaq
Ermənilər Çində də "kök" salmaq istəyirlər
Bakıda çəkiliş zamanı koronaviruslu xəstənin vəziyyəti ağırlaşdı - VİDEO
Filippində ikinci güclü zəlzələ silkələdi, ölənlərin sayı artır
91 yaşında İnstaqram fenomenidir - FOTO
Qadın.netlilərin pis vərdişləri
Google+-dan nə qədər adam istifadə edir?
3 yaşlı uşaqlar bağçaya göndərilməlidirlərmi?
Məşhur aktyorun evi yanıb kül oldu - FOTO
Xərçəng haqqında bilmədiklərimiz
Azərbaycanda koronavirusa yoluxmuş 92 yaşlı qadın sağaldı - VİDEO
Oğul analarına pis xəbər
Tənbəl uşaqları işlətmək üçün maraqlı məsləhət - Wi-Fi ilə...
Dünyanın ilk pilotsuz taksi servisi İSTİFADƏYƏ VERİLDİ
Xroniki xəstələr oruc tuta bilərmi?
Nikol Paşinyan: “Mən bacarmadım”
Saçlarınızı dəsmalla qurulamayın
Qarderobunuzu qışa hazırlayın
İlk qadın nazir Bakıya qayıdır
Həm atadır, həm də ana -FOTO
Mən nə edim?
Gözəgörünməz qatilə cavab tapıldı
Bred Bit TƏƏCCÜBLƏNDİRDİ
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlandı: 10 min işsizə vəsait ödəndi - VİDEO
Artıq 5G sınanır
Küçələrdə, avtobus dayanacaqlarında, çadırlarda yaşamış MƏŞHURLAR
Dırnaqlara boya cəkilməsi qaydası
Sağlam bir həyat üçün qarpız
İran koronavirusa görə 54 min məhbusu evə buraxdı
Ramazan ayının 25-ci gününün duası - İmsak və iftar vaxtı
Çində koronavirusa son yoluxma sayı
Dərini gəncləşdirən maska
Mənzil satışı ilə bağlı yeni mexanizmlər
Dünyadakı analar
Karantin zamanı yazılmış əsərlər
Ayda yadplanetli gəmisi tapıldı-FOTO
2014-cü ilin yataq otağı modelləri
Bənzərsiz Azərbaycan kəndindən
DYP-dən deputatların radar etirazına cavab
Şəkil çəkdiyi yerlərdə 30 il sonra yenə şəkil çəkdirdi
HAVA necə olacaq?
Kıvanç Tatlıtuğ yeni ev alır
Qız qaçıranların cəzası 12 ildən 2 ilə endirildi - İlginc məhkəmə QƏRARI
Erməni silahı susmur
Günün ulduz falı
YAŞIL rəngdə QAR yağdı-ŞOK FOTO
- ŞƏRHLƏR