Giriş
Bağla

Yer kürəsinin temperaturu

Bizimdir! / Virtual dərslər / Coğrafiya

Yer kürəsinin temperaturu
Yerin həyat üçün ən lazımlı şərtlərinin ən vacibləri temperaturu və atmosferidir. Mavi planetimiz canlıların, xüsusilə də bizim kimi son dərəcə mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatura və nəfəs ala biləcəyi atmosferə malikdir. Ancaq bu iki amil də bir-birindən son dərəcə fərqli faktorların hər birinin ideal ölçüdə müəyyən edilməsilə əmələ gəlmişdir.
Bunlardan biri Yerin Günəşdən məsafəsidir. Əlbəttə, Yer Günəşə Venera qədər yaxın və ya Yupiter qədər uzaq olsaydı, həyata imkan verən temperatur ölçüsünə malik ola bilməzdi. Karbon əsaslı üzvi molekullar 120°C ilə -20°C arasında dəyişən temperaturda əmələ gəlirlər. Günəş sistemində bu temperatura malik olan yeganə planet isə Yerdir.
Bütün kainatı düşündükdə həyat üçün lazımlı bu temperatur intervalının əldə edilməsinin çox çətin olduğunu görərik. Çünki kainatdakı temperaturlar ən qızmar ulduzların milyardlarla dərəcə qorxunc temperaturlarından “mütləq sıfır” nöqtəsi olan -273.15°C-yə qədər dəyişir. Bu nəhəng temperatur intervalı içində karbon əsaslı həyata imkan yaradan temperatur çox azdır. Amma Yer kürəsi məhz bu temperatura malikdir.
Amerikalı geoloqlar Frank Press və Reymond Siver də Yer səthinin temperaturuna diqqət çəkirlər. Bildirdiklərinə görə “həyat sadəcə çox məhdud temperatur intervalında mümkündür… və bu temperatur Günəşin temperaturu ilə mütləq sıfır arasındakı mümkün temperaturların təxminən 1%-lik hissəsini təşkil edir. Yer kürəsinin istiliyi məhz bu intervaldadır.” (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4)
Yerin ideal temperaturunun planetdə bərabər paylaması da son dərəcə vacibdir. Belə ki, bu tarazlığın təmin edilməsi üçün bəzi xüsusi tədbirlər görülmüşdür. Məsələn, Yer kürəsinin oxunun 23°27-lik mailiyi qütblərlə ekvator arasındakı atmosferin həddindən artıq istiləşməsinin qarşısını alır. Əgər bu maillik olmasaydı, qütb bölgələri ilə ekvator arasındakı istilik fərqi daha çox artacaq və həyat üçün lazım olan atmosferin mövcud olması mümkünsüz olacaqdı.
Yerin öz ətrafındakı yüksək fırlanma sürəti də temperaturun bərabər paylanmasına kömək edir. Yer kürəsi sadəcə 24 saata öz oxu ətrafında fırlanır və bunun sayəsində gecələr və gündüzlər qısa davam edir. Qısa davam etdikləri üçün də gecə ilə gündüz arasındakı temperatur fərqi çox azdır. Bu tarazlığın əhəmiyyətini bir günü bir ilindən daha uzun olan və buna görə gecə-gündüz arasındakı temperatur fərqi 1000°C-yə çatan Merkuri ilə müqayisə edildikdə görmək olar.
Yer üzünün formaları da temperaturun bərabər paylanmasına kömək edir. Yerin ekvatoru ilə qütbləri arasında təxminən 100°C-lik temperatur fərqi var. Əgər belə bir temperatur fərqi kələ-kötürlüyü çox olmayan səthdə baş versəydi, sürəti saatda 1000 km-ə çatan fırtınalara Yerin altını üstünə çevirərdi. Lakin yer üzü temperatur fərqinə görə ortaya çıxacaq qüvvətli hava axınlarının qarşısını almaq üçün kələ-kötür formadadır. Bu formalar, yəni sıra dağlar Çində Himalaydan başlayır, Anadoluda Taurus dağları ilə davam edir və Avropada Alp dağlarına qədər sıra dağlar şəklində uzanaraq qərbdə Atlantik okeanı, şərqdə Sakit okeanla birləşir. Okeanlarda isə ekvatorda əmələ gələn artıq temperatur mayelərin temperatur fərqini dərəcəli şəkildə tarazlaması sayəsində şimala və cənuba ötürülür.
Yer kürəsinin temperaturu

Habelə Yerin atmosferində temperaturu davamlı şəkildə tarazlayan bir sıra sistemlər də var. Məsələn, bir bölgə daha çox isindikdə suyun buxarlanması artır və buludlar çoxalır. Bu buludlar isə Günəşdən gələn şüaların bir qismini geri qaytararaq aşağıdakı havanın və səthin daha çox isinməsinin qarşısını alır.
Bütün bunlar Yer planetinin həyat üçün xüsusi şəkildə yaradıldığını və bütün xüsusiyyətləriin bu məqsədə görə nizamlandığını göstərir.
Elm dünyası


Şərhlər (12)

ruslan.ebilov ruslan.ebilov 8 February 2015 00:33 Cavab yaz

Oxudum maragli idi
SS,, SS,, 10 December 2014 10:32 Cavab yaz

maraqli məlumatdir
Xanim_Xatun Xanim_Xatun 9 December 2014 16:54 Cavab yaz

Cografiya fənni sevdiyim fənlər arasinda olub..Maraqlı məlumat ucun tşklər.
Lale_LR Lale_LR 7 December 2014 08:19 Cavab yaz

Habelə Yerin atmosferində temperaturu davamlı şəkildə tarazlayan bir sıra sistemlər də var. Məsələn, bir bölgə daha çox isindikdə suyun buxarlanması artır və buludlar çoxalır. Bu buludlar isə Günəşdən gələn şüaların bir qismini geri qaytararaq aşağıdakı havanın və səthin daha çox isinməsinin qarşısını alır.
Həmd və Şükür olsun,Rəbbimiz hər bir şeyi öz ölçüsündə mükəmməl şəkildə yaratmışdır.
qeribe qeribe 7 December 2014 00:55 Cavab yaz

Dəniz84
Düzdür. Bütün bunları 15 il bundan qabaq oxumuşdum.
Neçə yani 15 il qabaq oxuyubsan?

Yani Cografiya dersinde.

Tesekkur edirem Sərt_Əsinti baci. give_ros
ozcan_dnz. ozcan_dnz. 7 December 2014 00:45 Cavab yaz

Cox sag olun xebere gore. amma axira kimi oxuya bilmedim
ilaha_1997ilaska ilaha_1997ilaska 6 December 2014 22:43 Cavab yaz

Bu barede yaxsi melumatim var cunki bu yaxinlarda oxumusam tesekkurler.
girl_2001meri girl_2001meri 6 December 2014 18:47 Cavab yaz

♥Biz bu haqda Cografiya dersinde kecmisik♥Cox lazimli ve maraqli bir xeberdir♥ yes Xebere gore tesekkur edirem Sert-Esinti♥ give_ros
zehra_211 zehra_211 6 December 2014 18:06 Cavab yaz

Maraqli ve lazimli xebere gore tesekkur edirem
Ellada84 Ellada84 6 December 2014 16:48 Cavab yaz

Amerikalı geoloqlar Frank Press və Reymond Siver də Yer səthinin temperaturuna diqqət çəkirlər. Bildirdiklərinə görə “həyat sadəcə çox məhdud temperatur intervalında mümkündür… və bu temperatur Günəşin temperaturu ilə mütləq sıfır arasındakı mümkün temperaturların təxminən 1%-lik hissəsini təşkil edir. Yer kürəsinin istiliyi məhz bu intervaldadır.”
Deniz84 Deniz84 6 December 2014 15:57 Cavab yaz

Düzdür. Bütün bunları 15 il bundan qabaq oxumuşdum. İndi isə məncə tempraturda dəyişiklilər yaranıb artıq. Və bu da həm atmosferə həm də yer kürəsinin hərəkətinə yavaş-yavaş öz mənfi təsirini göstərir.
sema_arzum sema_arzum 6 December 2014 15:33 Cavab yaz

Bilmediyim ve ya da tamamile unutduqum melumatlari xatirlatdiniz.Teshekkurler.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика