Giriş
Bağla

Magellan buludları

MÜXTƏLİF / Səyahət

Magellan buludları
Bulud dedikdə yəqin ki, ağlınıza atmoseferimizdə üzən, su buxarından ibarət olan buludlar gəldi. Lakin Magellan buludları məhz o mənada işlənilən bulud deyil. Magellan buludları əslində kiçik ölçülü qalaktikalardır. Ətrafında qaz və toz hissəcikləri çox sıx olduğu üçün onlara bulud deyilir. Bu anlayış özündə Böyük Magellan Buludu və Kiçik Magellan Buludunu birləşdirir.
Magellan buludları
Bizim kimi şimal yarımkürəsinin digər sakinləri də bu gözəlliyi görməkdən məhrumdurlar. Bu qalaktikalar, yəni Böyük və Kiçik Magellan buludları cənub yarımkürəsindən müşahidə olunur. Hətta binoklsuz və ya teleskopsuz belə cənub yarımkürəsində onları görmək mümkündür. Təxminən 180 min işıq ili uzaqlıqda yerləşən Magellan Buludları bizim qalaktikamızın çox yaxınındadırlar.
Bizim qalaktikamız Süd Yolu qalaktikasının peykləri hesab olunan bu qalaktikalar "cırtdan" qalaktikalar hesab olunur. Cırtdan dedik, sizə kiçik bir cisim kimi gəlməsin. Belə ki, Böyük Magellan Buludu 30 min işıq ili genişliyindədir və 1 milyarda qədər ulduza ev sahibliyi edir. Kiçik Magellan Buludu isə bir az daha kiçik olub 20 min işıq ili genişliyindədir. Bu qalaktikaya isə 3-5 milyon ulduz daxildir.
Adlarını təxmin etdiyiniz kimi Magellandan almış olsalar da, 900-cü illərdə fars astronom Əl Rəhman əl Sufi tərəfindən kəşf olunmuşdur.
Magellan buludları
Böyük Magellan Buludu
Böyük Magellan Buludu qalaktikası nebulaları ilə məşhurdur. Nebulalar ulduz yaranmağı üçün ideal sayılan qaz və toz hissəciklərinin sıx şəkildə yerləşdiyi bölgələrdir. Yuxarıdakı şəkildə Böyük Magellan Buludundakı ulduz yaranma bölgəsi göstərilmişdir.
Coşqun Şirinov


Şərhlər (14)

Deniz84 Deniz84 3 December 2014 13:42 Cavab yaz

Bu yaxınlardda televizorda nçayiş etdirdilər. Başqa ölkələrdə möhtəşəm bir ulduz yağışı idi. Rəngarəngliyi ilə insanı heyran edirdi. Təəssüf ki, biz bunun şahidi ola bilmirik. maraqlı xəbər üçün təşəkkürlər Xəyalə.
Asi88 Asi88 3 December 2014 09:21 Cavab yaz

Tesekkurler bu barede melumatm yox idi oyrenis oldum tesekkurler give_ros
Щ…Щ„Ш§Щѓ Щ…Щ„Ш§Щѓ 2 December 2014 10:54 Cavab yaz

tesekkurler maraqli idi, bir melumati da oyrenmis olduq
Ro-Xe-Sa Ro-Xe-Sa 30 November 2014 12:15 Cavab yaz

Ay Xeyale sen bu xeberleri hardan tapirsan bajii? Maraqli xeberlerdi vallah. tesekkur dusur sene, hec o buludlar haqqinda hecne bilmirdim duzu. sagol canim
Lale_LR Lale_LR 30 November 2014 10:22 Cavab yaz

Nələr var nələr,kainatı öyrənməklə bitməz...Əslində bu aləmləri dolaşmaq olar,Rəbbim hər şeyə Qadirdir...
Boy_Emiska Boy_Emiska 30 November 2014 09:53 Cavab yaz

Maraqli xeberdie tesekkurler give_ros
lamiw_1992 lamiw_1992 30 November 2014 01:01 Cavab yaz

Elleriniz derd gormesin Xeyale xanim. Cox maraqli hazirlamisiniz give_ros
Fidan.Memmedova Fidan.Memmedova 30 November 2014 00:03 Cavab yaz

Maraqli geldi,kas biz de gore bileydik o buludlari
nezis nezis 30 November 2014 00:02 Cavab yaz

Oxudum maraqli oldu melumat ucun tesekkurler
Ellada84 Ellada84 29 November 2014 23:10 Cavab yaz

Bu haqda eşitməmişdim. Başdan axra kimi oxudum. Maraqlıdır. İnsan, gözlə bu magellan buludunu görə bilər?
QWEN85 QWEN85 29 November 2014 22:57 Cavab yaz

İlk defedi bu haqda oxuyuram, tesekkurler. give_ros
AYKAWIRINKA AYKAWIRINKA 29 November 2014 22:15 Cavab yaz

Melumatim yox idi, tesekkur.
Shari Shari 29 November 2014 21:44 Cavab yaz

Maraqlıdı.Çox sağ olun Xəyalə xanım. give_ros
sema_arzum sema_arzum 29 November 2014 21:20 Cavab yaz

Duzu ne deyim,bu haqda hec eshitmemishdim.1-ci defedi ki,oxudum.Melumat ucun teshekkurler.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика