Giriş
Bağla

Toyuq ətli, kartoflu piroq (foto resept)

MƏTBƏX / Quru yeməklər

Tərkibi:

500 q mayalı xəmir (adi çörək xəmiri)

 500 q toyuq əti (çəkilmiş)

4 ədəd kartof

1 ədəd soğan

1 ədəd alma

2 xörək qaşığı duru yağ

1 ədəd yumurta

2 xörək qaşığı xama

1 çay qaşığı xardal

Kəklikotu

Göyərti

Duz, istiot 

Toyuq ətli, kartoflu piroq (foto resept)

Hazırlanması:

Əvvəlcə kartof və soğan dördkünc şəkildə doğranılır. Sonra azca duz səpilib duru yağda qızardılır (bir az bərk olanda qazı söndürün.).

Toyuq ətli, kartoflu piroq (foto resept)

Sonra isə tavadan boşaldın ki, soyusun.

 Toyuq ətli, kartoflu piroq (foto resept)

Soyumuş kartofa xırda doğranmış alma və çəkilmiş toyuq ətini əlavə edin.

Toyuq ətli, kartoflu piroq (foto resept)

Sonra isə keşniş, şüyüd, xama, duz, istiot, kəklikotu və xardal əlavə edib yaxşıca qarışdırın.

Toyuq ətli, kartoflu piroq (foto resept)

Hazır acımış xəmiri iki hissəyə bölün (biri yekə, biri balaca olmalıdır, xəmirin altı və üstü üçün). Xəmiri bişirəcəyiniz qabı yağlayın, Xəmiri üzərinə yerləşdirin və üzərinə içliyi əlavə edirik.

Toyuq ətli, kartoflu piroq (foto resept)

İkinci kündənin xəmirini də yayıb dəlik-dəlik edin. Əgər belə alətiniz yoxdursa, adi bıçaqla da çox səliqəli halda (şəkildəki kimi) etmək olar.

Toyuq ətli, kartoflu piroq (foto resept)

Hazır xəmiri üst hissəyə qoyun, qabın yan hissələrində xəmiri yaxşı bükün ki, içi axmasın. Sonda piroqun üzərinə çalınmış yumurta çəkib biraz gözləyin (5-10 dəqiqə). 

Toyuq ətli, kartoflu piroq (foto resept)

Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 35-40 dəqiqə ərzində bişirin.

Toyuq ətli, kartoflu piroq (foto resept)

Toyuq ətli, kartoflu piroqumuz hazırdır.

[thumb]http://qadin.net/uploads/posts/2014-11/1415532976_ba66c078a59a51cb3a7d282bab866.jpg[/thumb]

Nuş olsun!

(Tərcümə edilib)



Şərhlər (44)

www.guler1994 www.guler1994 10 February 2015 02:12 Cavab yaz

Almasiz yaxwi olar men almasiz hazirlayacam.
nurayim_19923 nurayim_19923 3 February 2015 11:37 Cavab yaz

Ferqli bir resept gorunuwede soz ola bilmez
AYKA super AYKA super 30 January 2015 13:00 Cavab yaz

super gorunusu var tewekkurler
gunay36 gunay36 22 January 2015 08:01 Cavab yaz

Dadli görunur,tesekkurler
smts smts 14 January 2015 16:39 Cavab yaz

Cox gozel gorsenir, terkibini de cox beyendim,mutleq hazirlayacam, tewekkurler
malahat.hesenova malahat.hesenova 23 December 2014 14:59 Cavab yaz

Bunu çox bəyəndim, getdi seçilmişlərərə..
Sevinc-26 Sevinc-26 21 December 2014 09:33 Cavab yaz

Ne deyim,super gorunus eminem ki, dadida gorunusu kimi dadlidi
Pervane01 Pervane01 21 December 2014 00:13 Cavab yaz

Super ləzzətli görsənir.
AYKA super AYKA super 20 November 2014 23:14 Cavab yaz

Woooooooooooooooooooooooowwwwwww suppppppperrrrrrrrr
qeribe qeribe 19 November 2014 19:32 Cavab yaz

Aaaaaaa bildimmm,cox sagol bacim
Sen de sagol Zayka bacim. give_ros
ESNA_2012 ESNA_2012 19 November 2014 19:25 Cavab yaz

Bəh bəh bəyəndim mən cemli piroqu bu şəkildə hazırlayıram təşəkkurlər Qəribə bacı
Lale_LR Lale_LR 18 November 2014 10:31 Cavab yaz

Dadlı reseptə oxşayır. kartofla olduğu üçün gərək boyatlaşmadan yeyilsin yəgin ki. Çünki kartof tez boyatlaşır.
Çox sağolun Qəribə.
zehra 2013 zehra 2013 18 November 2014 01:17 Cavab yaz

Qeribe
Aaaaaaa bildimmm,cox sagol bacim
qeribe qeribe 18 November 2014 01:09 Cavab yaz

Esil menim yemeyimdi bacim,secilmislere atdim,xardal nedi a baci?birdeki onsuz pisirse olar?
Xardal Gorçitsa deməkdir.
zehra 2013 zehra 2013 18 November 2014 01:05 Cavab yaz

Esil menim yemeyimdi bacim,secilmislere atdim,xardal nedi a baci?birdeki onsuz pisirse olar?
qeribe qeribe 18 November 2014 00:48 Cavab yaz

Gulsum Memmedova give_ros
Xanim_Xatun Xanim_Xatun 17 November 2014 11:13 Cavab yaz

ƏLadı..mən alma qatmıram..almayla yeqinki əla olar
gulsum.memmedova gulsum.memmedova 17 November 2014 02:08 Cavab yaz

Vaxt edenki kimi deneyecem cox maraqli ve dadli gorundu
qeribe qeribe 16 November 2014 11:29 Cavab yaz

Təşəkkür edirəm əziz xanimlar, çox sağ olun!!!

give_ros give_ros give_ros give_ros give_ros
qeribe qeribe 15 November 2014 13:33 Cavab yaz

Dəniz84 give_ros

Asi give_ros

Aida M-ova give_ros
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика