Giriş
Bağla

Kompüter oyunlarını kim ixtira edib?

Bizimdir! / Virtual dərslər / Kompyuter və internet

Kompüter oyunlarını kim ixtira edib?

Yəqin ki, müəllim və valideynlərinizin qadağalarına baxmayaraq imkan düşən kimi kompüterdə sevimli oyunlarınıza kifayət qədər vaxt sərf edirsiniz. Bəs heç düşünmüsünüzmü ki, milyonlarla insanın zamanını oğurlayan kompüter oyunlarını kim ixtira edib? Elə isə kompüterdə növbəti oyunun "start" düyməsini basmazdan əvvəl internetdə bu barədə araşdırma aparın. "Kompüter oyunlarını kim yaradıb" deyə yazsanız, müxtəlif məlumat-sorğu bazalarından fərqli cavablar alacaqsınız. Daha çox Stiv Rasselin və Ralf Bayerin adlarına rast gələcəksiniz. Bayer bütün dünyada "Videokompüter oyunları kralı" kimi tanınıb, amma nə o, nə də Rassel bu oyunların ilk ixtiraçısı deyil. 

Kompüter oyunlarını kim ixtira edib?
Kompüter oyunlarının tarixi 1940-cı illərin sonlarından başlanır. Əvvəlcə ingilis riyaziyyatçısı Alan Türinq kompüterdə şahmat oyununun alqoritmini tərtib edib, ardınca amerikalı mühəndis Klod Şennon bu oyun üçün proqram yazıb. Amma o həmin illərdə bu proqramla işləməyə gücü çatacaq elektron-hesablama maşını, müasir dildə desək, kompüter yox idi. Ona görə də Şennon "Kompüterlər üçün şahmat oyunlarının proqramlaşdırılması" məqaləsini dərc etməklə kifayətlənməli olub.
Növbəti addım İngiltərənin Kembric Universitetinin alimi Aleksandr Duqlas tərəfindən atıldı . O, 1952-ci ildə uzun müddət üzərində çalışdığı "İnsan-kompüter interaktivliyi" mövzusunda doktorluq dissertasiyasını bitirdi. Dissertasiyaya əlavə olaraq o, əyani vəsait də hazırladı. Bu vəsait faktiki olaraq kompüter üçün ilk elektron-qrafika oyunu idi. "XO" adlanan oyunun çox sadə qaydaları var idi. Doqquz xanalı kvadratdakı xanaları oyunçu və kompüter növbə ilə "X" və "O" hərifləri ilə doldururdu. Şaquli, üfüqi və ya diaqonal istiqamətdə bir sıranı eyni hərflərlə dolduran oyunçu qalib sayılırdı. Oyun müəllimlərin də, tələbələrin də çox xoşuna gəlmişdi. Onlar universitetdəki yeganə kompüterin önündə növbə ilə düzülür, maşından ağıllı olduqlarını sübut etmək istəyirdilər. Bu oyunu yaradarkən Duqlas kommersiya məqsədi güdmürdü. Ona görə də ixtirasını patentləşdirmək onun heç ağlına da gəlmirdi.
Kompüter oyunlarını kim ixtira edib?
Nəhayət, 1961-ci ildə Stiv Rassel başda olmaqla bir qrup proqramçı "Kosmik müharibə" oyununu yaratdı. Bu, məhdud yanacaq və silah ehtiyyatına malik iki ulduz gəmisinin döyüşü idi. Yanacağı və silahı daha tez tükənən tərəf məğlub olurdu. "Kosmik müharibə" kommersiya tipli ilk kompüter oyunu oldu. Lakin müəlliflərinə gəlir gətirmədi. Oyunu yaradanlardan biri deyirdi: "Kosmik müharibə"-dən əldə etdiyim yeganə gəlir oyun sənayesi ilə bağlı məhkəmə proseslərində ekspert qismində iştirakıma görə aldığım qazanc oldu".
Kompüter oyunlarını kim ixtira edib?
Kompüter oyunları insanlarda böyük maraq yaradırdı. Bəs o zaman niyə kommersiya cəhətdən yaradıcılarına uğur gətirmirdi? Səbəb isə çox sadə idi. Çünki 1970-ci illərin ortalarınadək kompüterlər həddən artıq böyük və baha idi. 1970-ci ilin ikinci yarısında fərdi kompüterlərin istehsalına başlandıqdan sonra video və kompüter oyunları biznesi sürətlə inkişaf etməyə başladı. 1983-cü ildə dünya üzrə kompüter oyunları bazarının dövriyyəsi 3,2 milyard dollar təşkil edirdi. Sonraki 30 ildə bu rəqəm 90 milyard dollara qədər yüksəldi.


Şərhlər (26)

aykanur_1997 aykanur_1997 4 October 2015 21:34 Cavab yaz

Bu haqda azda olsa melumatim var idi.Xebere gore tewekkurler Xalide give_ros
pure love 27 pure love 27 28 February 2015 19:24 Cavab yaz

Bunu heç bilmirdim maraqlı oldu sagolun məlumata görə
gunay36 gunay36 22 January 2015 18:40 Cavab yaz

Mende bir ara oyunlara cox baglanmisdim. Usaqlar esebi olur heqiqeten oyunlara gore
SS,, SS,, 6 January 2015 02:38 Cavab yaz

Bu adama indi rehmet oxuyan varmi goren?
s s 90 s s 90 31 December 2014 02:36 Cavab yaz

Bir onu bilirəm ki bu adam qetiyyen rehmet qazanmayıb

Sesli guldum haaaaaa...yazixlarin dedesini nenesini de qebirden xortdadif cixardirlar eee
bay_gril89 bay_gril89 22 December 2014 10:03 Cavab yaz

Xəbər üçün təşəkkür edirəm.
AYKAWIRINKA AYKAWIRINKA 27 November 2014 15:16 Cavab yaz

şərhlərinizə görə çox sağolun xanımlar give_ros
ESNA_2012 ESNA_2012 17 November 2014 13:59 Cavab yaz

Heç həvəsim olmur oyun oynamağa,oğlumada həftədə bir dəfə bazar günləri bir saat icazə veririk bu qədər.
Xanim_Xatun Xanim_Xatun 16 November 2014 00:57 Cavab yaz

Men oyun oynayanda stres atıram..
girl-2002aydashka girl-2002aydashka 15 November 2014 19:14 Cavab yaz

Maraqli xebere gore tesekkur edirem ♥Pembe Defter♥ give_ros
Deniz84 Deniz84 14 November 2014 23:41 Cavab yaz

Mən uşaqlara hələ ki, icazə vermirəm bu oyunıarı oynamağa. yay tətili zamnı oynayırlar .
sahil_13 sahil_13 14 November 2014 23:16 Cavab yaz

Bir onu bilirəm ki bu adam qetiyyen rehmet qazanmayıb
qeribe qeribe 14 November 2014 22:58 Cavab yaz

Fatma xanım

Kim icad edibsə heç yaxşı iş görməyib yıxır uşaqların evini
Düz deyirsiniz Fatma xanım.

Kompüter oyunlarının tarixi 1940-cı illərin sonlarından başlanır. Əvvəlcə ingilis riyaziyyatçısı Alan Türinq kompüterdə şahmat oyununun alqoritmini tərtib edib
Tesekkur edirem Canim.
Asi88 Asi88 14 November 2014 22:39 Cavab yaz

O zennince nese yaxsi bir is gorduyunu duusnub yeqin/ amma esline qalarsa hecde bele deyil/ tek usaqlarin deyil boyulerde bunun xestesidir/ bir zaanlar ende bu xesteliye tutulusdum taki qadin.neti taniyana kimi love
QWEN85 QWEN85 14 November 2014 22:36 Cavab yaz

Cox pis edib, xestelikdi bashdan-ayaga.
ulka-894 ulka-894 14 November 2014 20:55 Cavab yaz

Heqiqeten cox boyuk problemdi isaqlari hec uzaq tutmaq olmur,sua narkotiki dash amma maraqli melumat idi cox sag ol ezizim cray
Ryos Ryos 14 November 2014 20:51 Cavab yaz

Kim icad edibse pis ish gorub.Ushaqlarimizin bashi xarab olub Vallah.Pis tsir edenleride var.Menim balacam artiq xaker olub.Indi her seher onnan once dururam konpu telefonlari gizledirem ki girib oynamasin..Melumata gore coxsaqol canim..
nezis nezis 14 November 2014 20:39 Cavab yaz

Ətraflı məlumat üçün təşəkkür məncədə heç yaxşı iş görmüyüblər
QADIN.AZERI QADIN.AZERI 14 November 2014 20:24 Cavab yaz

Men cox calissamda usaqlari oyunlardan uzaq tutmaga,yene de vaxt tapirlar
Bu artiq boyuk probleme cevrilib
ask dosani ask dosani 14 November 2014 19:42 Cavab yaz

Bu kanputerler bir cox aylenin evini yixir vala
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика