Giriş
Bağla

Çimdirməzdən əvvəl körpəyə qulluq

Hamiləlik və analıq / Körpə və ona qulluq

Çimmək dərini tərdən və tozdan təmizləyir, insanın bütün bədənini gümrahlaşdırır. Buna görə də körpəni bacardıqca hər gün və eyni vaxtlarda çimdirmək lazımdır. Uşağı çimdirmək üçün müəyyən saatlar ayırmalı və buna heç olmazsa, bir neçə ay əməl edilməlidir.

Rejimə öyrəşən uşaq daha sakit olur. Uşağı çimdirməyə başlamamışdan əvvəl bütün şeyləri hazırlamalı, ananın fikri yalnız uşaqda olmalıdır. Uşağı bir saniyə belə vannada tək qoymaq olmaz, məsələn, isti su və ya dəsmal gətirmək üçün onu qoyub getmək olmaz.

Çimdirməzdən əvvəl körpəyə qulluq

Uşağın çimdirilmə qaydası onun yaşından asılıdır. Nə qədər ki, uşaq hələ özü oturmur və ayağa durmur, onun üzünü və gözlərini çimənə qədər bələmə stolunun üstündə yumaq olar. Bu vaxt onu bir əllə altdan tutmaq, o biri əl ilə isə üzünü su ilə yumaq lazımdır. Yumağa əvvəlcə gözlərindən başlamaq lazımdır. Uşağın üzünü yuduqda başqa iş görmək, onu tək qoymaq olmaz, çünki uşaq stoldan yıxıla bilər.

 

Çimdirməzdən əvvəl körpəyə qulluq

 

Uşağın gözlərinə qulluq

Əgər uşağın gözündə irin və ya çirk varsa, bu zaman ana çobanyastığı dəmləməsinə pambığı batırıb yavaş-yavaş göz qapaqlarının kənarını silməlidir.

Uşağın burnuna qulluq

Pambığı çobanyastığı dəmləməsinə batırıb xarici burun dəliklərini silmək lazımdır. Burunda hətta qaysaq olduqda belə uşağın burnuna pambığı salıb eşmək olmaz, bunlar uşaq asqırdıqda çıxacaqdır.

Çimdirməzdən əvvəl körpəyə qulluq

Uşağın qulaqlarına qulluq

Uşağın qulağını pambığı çobanyastığı dəmləməsinə və ya yağa batırıb silirlər. Qulağın bütün büküşlərini yaxşı silmək lazımdır. Qulağın büküşlərində həmişə çirk yığılır, xüsusən də tez-tez qusan uşaqlarda. Burun yollarını və qulağın içini eşib təmizləmək olmaz.

Çimdirməzdən əvvəl körpəyə qulluq

Uşağın baş dərisinə qulluq

Uşağı çimdirməmişdən qabaq başının dərisinə baxmaq lazımdır. Çox vaxt uşağın başı qabıq verir: bəzən tək-tək yerlərdə sarı qaysaq olur. Uşağı çimdirməzdən 1-2 saat əvvəl başına yağ çəkmək va ya vazelin sürtülmüş parça qoyub yaylıqla bağlamaq olar. Uşağı çimdirməmişdən qabaq parçanı götürüb başını arxadan tutub saçını sıx daraqla darayırlar. Çimdirəndə uşağın başını yaxşı sabunlayırlar, onda daraqla təmizlənməyən qaysağın bir hissəsi təmizlənir. Bu da kömək etməzsə, həkimə müraciət etmək lazımdır.

Çimdirməzdən əvvəl körpəyə qulluq

Uşağın dırnaqlarına qulluq

Uşağın dırnaqlarını onu çimdirməmişdən qabaq tutmaq olar. Südəmər uşağın dırnaqlarını hər 2-3 gündən bir tutmaq lazımdır. Dırnaqları tutub qurtardıqdan sonra hamarlığını barmağın ucu ilə yoxlamaq lazımdır, yoxsa uşaq üzünü cıra bilər. Əllərin dırnaqlarını qövs şəklində ayaq dırnaqlarını isə düz tutmaq lazımdır ki, onların küncləri çıxsın. Belə etdikdə dırnaq “ətə girməz”. Uşaq özünü rahat aparmadıqda onu əvvəlcə çimdirmək və yedirtmək, sonra dırnağını tutmaq lazımdır. Çünki uşaqlar çimdikdən və yedikdən sonra dırnağını tutmağaşərait yaradırlar.



Şərhlər (23)

virtual dərslər virtual dərslər 19 June 2015 12:49 Cavab yaz

Teşekkürler xeber üçün.
rovsane_82 rovsane_82 10 February 2015 20:19 Cavab yaz

Allah bütün qızlarımıza Ana olmagi nəsin etsin oxuyub burdan öyrənsinlər bilmədiklərini.
malahat.hesenova malahat.hesenova 6 January 2015 03:59 Cavab yaz

Yeni ana olanlara,və ya olmağa hazırlaşanlara dəyərli məsləhətlərdir

Wekildeki balacalar coox wirindir, Allah saxlasin.
Lale_LR Lale_LR 15 December 2014 10:14 Cavab yaz

Yeni ana olanlara,və ya olmağa hazırlaşanlara dəyərli məsləhətlərdir.Bizə çətin tezliklə lazım olar.
leya-1981 leya-1981 15 December 2014 00:47 Cavab yaz

allah butun ballari saxlasin amin.olmuyanlara qismet.
azrena azrena 14 December 2014 21:23 Cavab yaz

Allah hec bir evi korpesiz qoymasin girl_ang
sadece_emka sadece_emka 9 November 2014 15:38 Cavab yaz

Allah bütün körpələri qorusun.Xəbər çox gözəl alınıb Qwen xanım təşəkkürlər!
Ellada84 Ellada84 9 November 2014 13:40 Cavab yaz

Faydalı xəbərdir. Seçilmişlərə əlavə elədim. Gələcəkdə lazım olar. Bir yerə qeyd edəcəm. Təşəkkürlər. give_ros
R....G R....G 9 November 2014 09:51 Cavab yaz

Xebere gore təşəkkür qizima uyqulayaram bunlari... i_am_so_
girl_2014,nigar girl_2014,nigar 9 November 2014 08:09 Cavab yaz

Maraqli xebere gore tesekurler ,,allah butun balllari saglasin
Ayka_m_ova Ayka_m_ova 9 November 2014 00:39 Cavab yaz

Təşəkkürlər çox lazımlı və faydalı xəbərdir smile
qeribe qeribe 9 November 2014 00:36 Cavab yaz

Yeni ana namizədlərinə çox lazımlı xəbərdir, tesekur edirem. give_ros
QWEN85 QWEN85 8 November 2014 22:46 Cavab yaz

XəyaləВ Murad,
в–Ів–јв–Ів–јMiRaв–Ів–јв–Ів–ј,
в™Єв™«в™«PembeВ Defterв™«в™«в™Є,
FidanВ Məmmədova,
Dəniz84,
MaviВ GozluВ Meleyim,
Asi,
AYSUNВ MEMMEDOVA,
PƏRVANƏВ ƏLİYEVA......,
Sema,

Teshekkurler, her birinize give_ros
sema_arzum sema_arzum 8 November 2014 21:35 Cavab yaz

Yeni ana olanlar ve ya olasilar ucun yaxshi,faydali melumatlardir.Teshekkurler.
Ryos Ryos 8 November 2014 17:43 Cavab yaz

Menimkiler bu etaplari artiq coxdan kecibler..Amma yenice ana olmush xanimlar ucun ela faydali xeberdi..Burdan bu xeberden etrafli her sheyi oyrene bilerler..Gozel lazimli xebere gore coxsaqolun..
aysun2013 aysun2013 8 November 2014 15:11 Cavab yaz

Ne gozel xeberdi duzdu menimkiler artiq boyuyub ya qismet 3e give_ros
Asi88 Asi88 8 November 2014 14:59 Cavab yaz

Genc analar ucun cox gozle ve faydali melumatlardir tesekurler give_ros
girl_2001meri girl_2001meri 8 November 2014 14:26 Cavab yaz

Xebere gore tesekkur edirem.Amma heleki bele seylere ehtiyacim yoxdu.Ehtiyacim olmasada bir cox sey oyrendim.Ne vaxtsa lazim olar. crying
Deniz84 Deniz84 8 November 2014 14:23 Cavab yaz

Mən bütün bunları etmişəm. Artıq balacalarım böyüyüb çox şükür. Yeni ana namizədlərinə çox lazımlı xəbərdir. Bəzən bilmirik və müxtəlif insanlardan soruşuruq. Səhv məlumat da ala bilərik. bu xəbər sayəsində dəqiqliyinə qədər məlumatımız olar.
Fidan.Memmedova Fidan.Memmedova 8 November 2014 14:14 Cavab yaz

Çox lazımlı xəbərdir analarımız üçün,mən artıq bu etapları keçmişəm,təşəkkürlər
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика