Azərbaycanın tarixi ərazisi Şərqi Zaqafqaziya və İranın şimal-qərb hissəsində yerləşir. Sahəsi 221,6 min km2 , əhalisinin sayı isə 30 mln nəfərdən artıqdır. Hazırda bu tarixi ərazinin bir hissəsini tutan Azərbaycan Respublikasının sahəsi 86,6 min km2, əhalisi 8,5 mln nəfərdir (2006-cı il), Cənubi Azərbaycanın ərazisi 135 min km2 , əhalisi 25 mln nəfərə qədərdir.
Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi 28 m-dən (Xəzərsahili düzənlik) 4821 m-ə (Savalan dağı) qədərdir. Azərbaycan Respublikasının ovalıq və düzənlik relyefi Gəncə, Qazax, Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur-Dəvəçi, Arazyanı və Şərurdan ibarətdir.
Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır.
Böyük Qafqazın Azərbaycan hissəsi hüdudunda iki əsas dağ silsiləsi-Baş Qafqaz (Bazardüzü dağı - 4466 m) və Yan silsilə (Şahdağ - 4243 m) uzanır. Dağlıq Şirvan, Qobustan və Abşeron yarımadası Cənub-şərqi Qafqazda yerləşir.
Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır. Baş Qafqaz silsiləsi Bazardüzü dağından şərqə Azərbaycan ərazisi daxilində şimal-qərbdən (Tinovroso dağı) cənub-şərqə doğru uzanmaqla 4000 metrdən 1026 metrə qədər (Kəmçi dağı) alçalır.
Azərbaycan və Dağıstan xalqları arasında tarixən gediş-gəliş, o cümlədən də ticarət əlaqələri Baş Qafqaz silsiləsinin Tinovroso (2800 m), Maçxalroso (2900 m), Malarasa (2865 m), Qudurdağ (2500 m), Dindidağ (2992 m), Attaqay (2657 m), Ağbulaq (3200 m), Qərbi Salavat (2832 m), Nohurlar (3250 m), Qdım (2906 m), Fiy (3104 m) və bir çox başqa aşırımlar vasitəsilə saxlanılmışdır.
Kiçik Qafqazın Azərbaycan hissəsində Şahdağ (Qara-arxac, 2901 m, Hinaldağ, 3367 m), Murovdağ (Gamışdağ, 3724 m), Qarabağ (Böyük Kirs, 2725 m) sıra dağları və Qarabağ vulkanik yaylası (Böyük İşıqlı, 3552 m, Dəlidağ, 3616 m) relyefdə üstünlük təşkil edir.
Naxçıvan MR ərazisində Dərələyəz (Küküdağ, 3120 m) və Zəngəzur sıra dağları (Qapıcıq dağı, 3904 m) uzanır. Hər iki sıra dağların qovuşağında Biçənək aşırımı (2346 m) yerləşir.
Lənkəran ovalığı cənub-qərbdə Talış sıra dağları ilə (Gömürgöy, 2493 m) sərhədlənir. Bu dağların ön hissəsi boyu Burovar silsiləsi (914 m), mərkəz hissəsi boyu isə Peştəsər (2200 m) sıra dağları uzanır.
Cənubi Azərbaycanın relyefi bir neçə dağ silsilələrindən və dağarası çökəkliklərdən ibarətdir. Cənubi Azərbaycanın şimal hissəsində əsasən intruziv süxurlardan təşkil olunmuş Qaradağ silsiləsi əyməvari şəkildə qərbdən şərqə doğru uzanır. Araz çayının sağ sahilindən başlanan bu silsilənin mütləq yüksəkliyi 3000 metrə qədər çatır. Qaradağ silsiləsinin şimal yamacı 50 kilometr məsafədə 3000 metrdən 200 metrə qədər, cənub yamacı isə 25 kilometr məsafədə 3000 metrdən 1000 metrə qədər enir. Onun şimal yamacına kəsilmiş dərələrin dərinliyi 1000 metrdən artıqdır.
Kiəmki-Qaraca silsiləsi Qaradağın cənub, cənub-qərbinə yaxın olmaqla 110 kilometr məsafədə uzanır. Onun Kiəmki zirvəsi 3358 metrə, ən uca zirvəsi isə 3975 metrə qədər ucalır. Silsilənin maksimal enliyi 30 kilometrə qədərdir. Bu silsilə cənub-şərqdə Qaraca dağı (2875 m) vasitəsilə Savalan silsiləsilə birləşir. Bu silsilə qərbdən şərqə doğru 130 kilometr uzanmaqla 4821 metrə qədər (Savalan dağı) ucalır. Cavan (pleystosen) vulkan lavalarından, vulkan küllərindən, tuflarından yaranmış Savalan silsiləsinin yamacları Acıçay, Balıqçay, Qarasuçay çayları vasitəsilə parçalanmışdır. Bozquş silsiləsi Acıdərə çayının yuxarı və orta axınından cənub-qərbdən şimal-şərqə
doğru 125 kilometr məsafədə uzanır. Onun mütləq yüksəkliyi 3299 metrə, maksimal enliyi isə 20 kilometrə çatır. Bozquş silsiləsi şimaldan Acıçay, Balıqçay, cənub-şərqdən isə Qızılüzən çayının sol qolları vasitəsilə parçalanmışdır. Acıdərə çökəkliyindən cənub-qərbə vulkan mənşəli Səhənd (Haramdağ) dağının (3710 m) konusu ucalır. Ətrafdakı dağarası çökəklik və düzənliklərdən 2500 metrdən artıq ucalan Səhənd dağı və Savalan dağı relyefdə öz vulkan konusu ilə çox qabarıq şəkildə görünür. Zirvədən radial şəkildə ətraf yamacların ətəklərinə doğru istiqamətlənən kiçik çay dərələri dağa xüsusi görkəm verir.
Mişudağ silsiləsi Urmiya gölünün şimal-şərq qurtaracağında yerləşməklə 60 kilometr məsafədə uzanır. Onun maksimal yüksəkliyi 3132 metr (Ələmdar dağı), eni isə 30 kilometrdir. Mişudağın yamaclarında da ariddenudasiya prosesləri gedir.
Cənubi Azərbaycanın qərb qurtaracağında İranla Türkiyə sərhədi boyu 110 kilometr məsafədə uzanan Qotur silsiləsinin şərq yamacı Sarısu, Qızılçay, Ələnd, Qotur çayları ilə kəskin parçalanmışdır. Qotur silsiləsinin ən uca zirvələrindən Heravil (3676 m), Avrin (3623 m) və Moğancıq (3676 m) dağlarıdır. Aşırımlara Bəzərgan, Qaratəpə və başqalarını misal çəkmək olar.
Qotur silsiləsindən cənuba, Urmiya gölündən qərbə Moğancıq-Musalan silsiləsi ayrı-ayrı dağ tirələrindən ibarət olmaqla, onların mütləq yüksəkliyi 2000 metrlə 3000 metr arasında dəyişir. Silsilələrin ən uca zirvəsi 3601 metrdir. Mezozoyun çökmə süxurlarından yaranan bu silsilənin şərq yamacları Urmiya gölünə doğru istiqamətlənən bir çox çay dərələri vasitəsilə parçalanmışdır.
Dağ silsilələri arasında Ərdəbil, Acıdərə, Sərab və Mianə adlı iri dağarası çökəkliklər uzanır. Urmiya dağarası çökəkliyi Xoy şəhəri ilə Miandabad şəhəri arasında 230 km, Təbriz-Quşçu istiqamətində isə (qərbdən şərqə) 125 km məsafədə uzanır.
Çökəklikdə pleystosenin kontinental və göl çöküntüləri yayılmışdır.
B.Ə.Budaqov
Ardını növbəti xəbərimizdə izləyin.
XƏBƏR LENTİ
Məşhur müğənni deportasiya olundu
Ananın ixtira etdiyi cəza üsulu hər kəsi təəccübləndirdi
68 yaşlı bəy, 19 yaşlı gəlin - Toylarına heç kim gəlmədi - VİDEO
Stress saçları niyə ağardır?
Məşhur aktyor "Çukur"dan ayrıldı
90 yaşlı ekstrim həvəskarı dünyanın ən hündür “bungee jumping”indən tullanıb – VİDEO
Qız uşaqları üçün yay geyimləri
Məşhur tərzi: Jenny Cipoletti
Cindy Crawforddan enerji verən yaşıl içki
Bir sıra icazələr ləğv olundu - RƏSMİ
Bakıya od ələnəcək, bəzi rayonlara yağış yağacaq
İşsiz qalan gənc milyonçu oldu
Ulduzların qəribəlikləri
Berliner ponçik (foto resept)
Qolsuz bluzlar
Qat-qat xəmirdən küncütlü bulka (foto resept)
Qurban bayramı günündə bunu etmək olar?
Bilmədən etdiyim günah
Ən yaxşı 5 meyvə maskası
Hər bitkidə bir əlac var
Qəbələyə qar yağdı-5sm
Azərbaycanlı tələbələr ermənilərə yerini göstərdi
Spiral
Fitball - kiçikdən böyüyə
Hava haqqında - 19.11.2013
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
9 hərəkətlə arıqla!
Fıstıqlı dondurma (foto-resept)
Heraklion
Sabah bu yollar bağlanacaq
Məşhur aparıcı ana oldu-FOTO
Bakıda səbrsizliklə gözlənilən qar evlərin istiliyini apardı
Asiya salatı (foto resept)
Ərdoğan İmamoğlunu təbrik etdi
Kimlər koronavirusa yoluxmayacaq?- Məşhur alimdən açıqlama
Məşhurlarla dolu arxiv FOTO - 1998-ci il, eyni gəminin tayfaları
İsti havalarda dəri baxımı
"Xəbərlər"in aparıcısı efirdə şəhidlər üçün ağladı
Gözəl bilərzik modelləri (2)
Gülşənin 2,5 milyon dollarlıq möhtəşəm evindən görüntülər - FOTO
Ezgi Mola sevgilisinə sataşdı
Merve Boluğur yanındakı şəxsin kimliyi barədə açıqlama verdi-FOTO
"TANAP regionda sülhə yardım edəcək"
Vişnəli kisel(foto resept)
Yunan əfsanələrində həqiqət varmı?
Növbəti düşmən təxribatı ilə bağlı nazirlikdən XƏBƏRDARLIQ
Payızda “ikinci dalğa” təhlükəsi: Karantin yenidən sərtləşdiriləcək? - VİDEO
"Bakı 2015"də ilk
Günün ulduz falı
Gözəl tortlar
- ŞƏRHLƏR