Giriş
Bağla

Laynerdən necə istifadə etməliyik?

GÖZƏLLİK / Makiyaj

Laynerdən necə istifadə etməliyik?

"Gözümə layner çəkməyə çətinlik çəkirəm, heç cür istədiyim pişik gözü makiyajını çəkə bilmirəm" deyirsinizsə, bu yazım tam sizə görədir! Layner çəkməyin ən praktik və asan yollarını sizin üçün bir araya gətirdim. Bu günə qədər tətbiq etməyə çalışdığınız bütün üsulları yaddan çıxarın. Layner çəkmək bu addımlarla artıq daha asan olacaq!

Laynerdən necə istifadə etməliyik?
Qələminizin ucunuzu nazikləşdirin.
Maye layner yerinə qələm formalı olanları seçirsinizsə, qələmin uc qisiminin nazik olmasına diqqət edin. Nazik toxumalı layner maddələri belə zamanla sərtləşə bilər. Bunun üçün göz layneri sürməzdən əvvəl qələminizin ucunu fen ilə 2-4 saniyə qədər istilədin. Bu üsulla göz qapağınızda daha asan xəttlər yarada biləcəyinizi görəcəksiniz.
Laynerdən necə istifadə etməliyik?
Əvvəl qələm istifadə edin.
Maye göz layneri istifadə edəndə çətinlik çəkirsinizsə, işə ilk olaraq qələm formalı layner ilə başlayın. Maye göz layneri istifadə etməzdən əvvəl gözünüzün üstünə qələmlə incə bir xətt çəkin. Ardından maye layneri tətbiq edin. Bu üsulla əyri xətlər və axıntı olmadan asanlıqla göz layneri xəttinizi yarada bilərsiz.
Laynerdən necə istifadə etməliyik?
Quyruq çəkmək üçün kartdan istifadə edin.
Layner ilə düz bir xətt çəkməyə öyrəşmək bir çoxumuz üçün, həqiqətən, çox çətin ola bilir. Layner ilə qüsursuz xətlər çəkmək və pişik gözü makiyajı etmək istəyirsinizsə, bunun üçün hər hansı bir kart və ya qalın bir kağız parçasından faydalana bilərsiniz. Kartı gözünüzün və kirpiklərinizin bitdiyi nöqtəyə qoyun və qələm ya da maye göz layneri ilə quyruq yaradın. Ardından kartı göz qapağınızın orta nöqtəsinə qoyun və düz bir xətt çəkib etdiyiniz quyruqla birləşdirin.
Laynerdən necə istifadə etməliyik?
Gözün bitən hissəsindən başlayın.
Qüsursuz bir göz layneri xətti üçün işə gözünüzün bitən hissəsindən başlayın. Əgər göz qapağınızın başlanğıc nöqtəsindən layner çəkməyə başlasanız, qalınlıq və incəlik miqdarına nəzarət edə bilməyəcəksiz. Bitən qismindən başladığınızda istədiyiniz uzunluqda quyruq çəkməyiniz də daha asan olacaq.
Laynerdən necə istifadə etməliyik?
Tuşu göz layneri kimi istifadə edin.
Makiyajınızı tez etdiniz və son anda göz layneri çəkməzdən əvvəl tuşdan istifadə etdiyinizi gördünüz. Makiyajınızı silmək və yenidən çəkmək üçün kifayət qədər vaxtınız da yoxdur... Bu vəziyyətdə tuşun möcüzə gücündən istifadə edə bilərsiniz. Tuşu göz qapağınıza yaxınlaşdıraraq sürün və kirpik diblərinizə ətrafına bulaşan tuşu bir fırça köməyiylə çox yaymadan hamarlayın.
Laynerdən necə istifadə etməliyik?
Süngər yerinə fırçadan istifadə edin. 
Qələm şəklindəki bəzi laynerlərin arxa qisimində dumanlı göz makiyajı etmək və ya göz layneri xəttinizi yüngül yaymaq üçün köməkçi süngər olur. Ancaq bu cür laynerlər sizə istədiyiniz təsiri verməz. Bunun yerinə layner üçün xüsusi hazırlanan paylayıcı fırçalardan istifadə edin və mükəmməl bir nəticəyə sahib olun.


Şərhlər (55)

Ulka1983 Ulka1983 11 June 2015 23:42 Cavab yaz

laynerden istifade etmeyi xowlayiram ama istediyim kimiceke bilmirem
Sadəcə Azər Sadəcə Azər 19 April 2015 01:11 Cavab yaz

Deyerlendirecem meslehetleri beyendim
zehra_211 zehra_211 21 February 2015 01:14 Cavab yaz

Sevirem amma coxda yaxsi ceke bilmirem tessekkurler
rovsane_82 rovsane_82 21 February 2015 01:07 Cavab yaz

istifadə edirəm mən çox sağ olun.
SS,, SS,, 5 February 2015 08:41 Cavab yaz

laynerden istifade edirem cox xosum gelir
Xanim_Xatun Xanim_Xatun 27 January 2015 09:46 Cavab yaz

Həmişə surmə cəkmişəm.gozəldə cəkirəm..Tərifləmək olmasın..
gunay36 gunay36 21 January 2015 22:17 Cavab yaz

Men cox asanliqla cekirem
malahat.hesenova malahat.hesenova 20 January 2015 22:05 Cavab yaz

Laynerden istifade edirem, tewekkurler.
salina.khan759 salina.khan759 14 January 2015 16:18 Cavab yaz

Tewekkurler xebere gore.sinaqdan kecirecem baxim alinirmi.surme ve laynerden istifade menimcun en cetin olanidi,bir gozumde duz o birinde qisa,eyri ve ya qalin olur
Yuxusuz♥Geceler Yuxusuz♥Geceler 11 January 2015 15:06 Cavab yaz

cox gozzeldi twkrler biggrin
SS,, SS,, 16 December 2014 15:24 Cavab yaz

laynerdən cox istifadəedirəm təkkurlər məsləhətlər ucun
gril_2013,toyumuz gril_2013,toyumuz 10 December 2014 15:13 Cavab yaz

Laynersiz gunum olmasin.
ozcan_dnz. ozcan_dnz. 7 December 2014 21:21 Cavab yaz

Laynerden istifade edirem
anonimka- anonimka- 4 December 2014 15:46 Cavab yaz

Laynerden istifade etmeyi xowlamiram.
QADIN.AZERI QADIN.AZERI 3 December 2014 23:20 Cavab yaz

Kasmetikadan cox istifade etmirem,amma layner cekmeyi xoslayiram.

Щ…Щ„Ш§Щѓ Щ…Щ„Ш§Щѓ 3 December 2014 11:24 Cavab yaz

istifade etmem.............
aysun2013 aysun2013 3 December 2014 00:35 Cavab yaz

♥Çalıkuşu ♥,
Nəzrin,
Zayka,
Yasemen,
Sərt_Əsinti,
 ♥♥S.Nur♥♥,
Qəribə,
Zeyneb-Esger,
FidanВ Məmmədova,
`•.ВёВё.•´´¯`••._.•PeMbEВ dÜnYaM`•.ВёВё.•´´¯
6;••._.•
,
Angers,
Jessamine,
nigarВ dadasova,
Mawa,
вљњNilla.В Aвљњ,
Xanim_Xatun,
Hacət-iВ Vuslat,
AFƏR,
Çox saqolun xanımlar
ESNA_2012 ESNA_2012 20 November 2014 22:26 Cavab yaz

Laynerdən istifadəni bir öyrənsəm nə yaxşı olar
Lale_LR Lale_LR 20 November 2014 22:15 Cavab yaz

Əvvəllər az istifadə edirdim,indi də yalnız evdə request Yaxşı məsləhəylərdir,usta kimi bacarmıram mən
Xanim_Xatun Xanim_Xatun 11 November 2014 16:14 Cavab yaz

Layneri öz gözlərimdə cox gözəl çəkirəm..Hər kəsdə necə etdiyimi socur..Amma basqalarında edə bilmirəm
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика