Giriş
Bağla

Hind mədəniyyəti-2

MÜXTƏLİF / Səyahət

Hind mədəniyyəti-2

Hindlilər piktoqrafiyaya bələd idilər. Bu ölkədə başlıca əsərlər sanskrit dilində yazılmışdır. Daha doğrusu, “Veda”, “Manu qanunlar məcəlləsi” və iki irihəcmli dastan: “Mahabharata” və “Ramayana” bu dildə yazılmışdır. Həmin dastanlarda qəhrəmanların igidliyi, onların səfər və istilaları təsvir olunur. Hindistanda memarlıq da çox inkişaf etmişdir. Qayalarda yonulmuş məbədlərin, heykəl və digər şəkillərin günümüzə qədər çatmış qalıqları bu fikiri söyləməyə əsas verir.

1526-cı ildə Böyük Moğollar imperiyasının yaradılması ilə Hindistanda memarlığın sürətli inkişafı başlanır. 1569-1584-cü illər ərzində Aqrada inşa edilmiş qala, Fatihnur-Sikri qala şəhəri və s. şəhərsalma və fortifikasiya sənətinin gözəl nümunələrindəndir. Mərkəzi künbəzli məqbərənin klassik tipini isə 1565-ci ildə azərbaycanlı memar Mirək Mirzə Qiyas yaratmışdır. Bu Böyük Moğollar sülaləsinin hökmdarı (1530-1539, 1555-1556) Hümayunun şərəfinə Dehlidə inşa olunmuş Humayun məqbərəsidir. Hind memarlığının dəyərli nümunələrindən biri də Böyük Moğollar dövrünə aid olan Tac-Mahal abidəsidir ki, Aqra şəhəri yaxınlığında Camna çayının sahilində tikilmişdir. Bu türbəni Moğol hökmdarı Cahan şah arvadı Mümtaz Mahal Banu Bəyimin qəbri üstündə inşa etdirmiş və sonralar özü də həmin türbədə dəfn edilmişdir. 

Hind mədəniyyəti-2

Türbəni türk memarı Ustad Məhəmməd İsa əfəndi səmərqəndli Məhəmməd Şərif İstanbullu Xan Rumi ilə birlikdə tikmiş, kitabə və bəzək işlərinin yaradılmasında isə Şiraz, Lahor, Təbriz, Dəməşq, Bağdad və Buxara ustaları iştirak etmişlər. Böyük bağ içərisində salınmış məscid, mehmanxana və s. ibarət olan bu geniş memarlıq ansamblının əsas hissəsi olan Tac-Mahal türbəsi hündürlüyü təqribən 74 metrə çatan beşguşəli möhtəşəm binadan və küncləri hündürlüyü təqribən 45 metrə çatan dörd minarədən ibarətdir. Türbənin divarları cilalanmış ağ mərmərdən tikilmiş, üzəri əqiq, mirvari, sədəf, kəhrəba, zümrüd, yaqut və s. kimi əlvan və qiymətli daşlarla bəzədilmişdir. İngilis müstəmləkəçiliyi dövründə (XVIII əsr-1947) Hindistanda Avropa mədəniyyətinin təsiri güclənmiş, milli incəsənət tənəzzülə uğramışdır. Bu dövr ərzində köhnə şəhərlər-Kəlkətə, Mədrəs, Bombey genişləndirilmiş, Avropa memarlığı üslublarında yeni tikililər yaradılmışdır.Hindistanda elmlər də xeyli inkişaf etmişdi. Riyaziyyat ən ali elmlərdən biri hesab olunurdu. Təkcə onu deyək ki, ərəblər “ərəb rəqəmləri” adlandırdıqları rəqəmləri Hindistandan alaraq Avropaya ötürmüşlər.

Hind musiqi mədəniyyəti də qədim ənənələrə malikdir. Belə klassik musiqi nümunələrindən e.ə. II minilliyə aid olan “Samaveda” ovsun nəğmələri məcmuəsini, eramızın I əsrinə aid teatr sənətindən, musiqi və rəqsdən bəhs edən “Natyaşastra” traktatını və s. göstərmək olar.

Azərbaycanla Hindistan arasında müxtəlif istiqamətli əlaqələr bütün dövrlərdə mövcud olmuşdur. İki ölkə arasındakı mədəni əlaqələrin inkişafı bəzən ləngimiş, bəzən bir müddət dayanmış, bəzən də sürətlə davam elmişdir. Lakin bu əlaqələr hər zaman işgüzar və dinc xarakterli olmuşdur.

Azərbaycan-Hindistan mədəni əlaqələri ədəbiyyatda da öz  əksini tapmışdır. Tarixi məlumatlara görə Azərbaycan-Hindistan mədəni əlaqələrinin banilərindən biri məşhur Azərbaycan şairi Nizami Gəncəvi olmuşdur. Nizami Hind xalqının həyat və məişətini dərindən öyrənmiş və əsərlərində bu ölkəni “kamil həkimlər ölkəsi” adlandırmışdır. Nizaminin əsərlərində Hindistanın təbiəti, adətənənəsi, geyim tərzi, fəlsəfəsi və s. də öz əksini tapmışdır. Onun “Yeddi gözəl” poemasındakı gözəllərdən biri də məhz Hindistandan seçilmişdir. N.Gəncəvi, Xaqani Şirvani farsdilli Hind poeziyasına, xüsusən də böyük Hind şairi Əmir Xosrov Dəhləviyə (1262-1325) güclü təsir göstərmişlər. Dəhləvi Nizaminin təsiri ilə öz “Xəmsəsini yaratmışdır. 

Hind mədəniyyəti-2

Bəzi Orta əsr şairləri, o cümlədən Məsihi, Saib Təbrizi və s. müəyyən müddət Hindistanda yaşayıb-yaratmışlar. Bundan əlavə XIII əsrin sonlarında iki min illik tarixə malik Hind ədəbi abidəsi “Pəncə-tantra” (“Kəlilə və Dimnə”) bütünlüklə Azərbaycan dilinə tərcümə edilmişdir. Bu dastandan götürülmüş təmsillər, atalar sözləriəsasında Azərbaycan ədəbiyyatında çoxlu sayda bədii nümunələr meydana çıxmışdır. Respublika Əlyazmaları İnstitutunda saxlanılan “Kəlilə və Dimnə” dastanının iki əlyazmasından biri XVIII əsr rəssam-miniatürçüsü, tərcüməçi muğanlı Əvəz Əli Səfiqulu tərəfindən yazılmışdır.

Görkəmli Azərbaycan alimi, coğrafiyaşünas səyyahı, tarixçietnoqrafı, filosofu, ədəbiyyatşünası Hacı Zeynalabdin Şirvani (1780- 1837) 36 il ərzində Şərq ölkələrini, o cümlədən Hindistanı səyahət etmiş və təəssüratlarını farsca “Riyazüs-səyahə” (“Cənnət bağı səyahətləri”, I hissə 1821-22, II hissə 1826-27-ci illərdə tamamlanmışdır), “Hədayüqüs-səyahə” (“Səyahət bağları” 1826-27), “Büstanüs-səyahə” (“Səyahət bağı” 1832) adlı əsərlərdə ifadə etmişdir.

Hacı Zeynalabdin Şirvani Hindistanı səyahət edərkən Pəncabda, Dehqanda və Kəşmirdə olmuş, Dehli, Calalabad. Heydərabad, Allahabad və s. böyük Hind şəhərlərini əsərlərində təsvir etmişdir. O, Hindistanın Hind, Qanq, Braşaputra, Damodar və s. böyük və orta çay hövzələrini tədqiq edib öyrənmiş və özünün təəssüratlarını ümumiləşdirərək qələmə almışdır. H.Z.Şirvani öz əsərlərində eyni zamanda Hindistanın tarixindən, məişətindən, adət və dinindən də bəhs edir. O, hindlilərin səyyahlara və qonaqlara xüsusi qonaqpərvərlik göstərmələrini, bu əməksevər xalqın musiqi mədəniyyətinin yüksək dərəcədə inkişaf etdiyini qeyd edir.

XIX əsrin görkəmli Azərbaycan filosofu və maarifpərvəri M.F.Axundov öz materialist və demokratik dünyagörüşünü “Hind şahzadəsi Kamalüddövlənin İran şahzadəsi Cəmalüddövləyə üç məktubu” adlı fəlsəfi əsərində daha dolğun surətdə ifadə etmişdir. M.F.Axundov Hindistanla əlaqə saxlayırdı və hind fəlsəfəsi sahəsində tədqiqat aparırdı. Maraqlı bir tarixi faktı da qeyd etmək lazımdır ki, bu da 1530- 39 və 1555-56-cı illərdə Hindistanın padşahı olmuş Nəsirəddin Hümayunun (1508-1556) ikinci dəfə Dehli taxtına çıxması ilə bağlıdır. Nəsrəddin Humayun atasından-Böyük Moğollar sülaləsinin banisi Baburdan irs qalan dövləti genişləndirmək məqsədilə öz qardaşları və qonşularına qarşı mübarizəyə başlamışdı.

Onun mübarizə apardığı ən güclü rəqiblərdən biri də Bihar və Benqaliyanın qüdrətli hökmdarı Şerxan olmuşdur. Şerxan sonralar 1545-ci ilə qədər Hindistana şahlıq etmişdir. Nəsrəddin Humayun 1939-cu ildə məğlubiyyətə uğrayaraq taxtdan salınır. Öz malikələrini tərk etmək məcburiyyətində qalan məğlub şah Qərbi Hindistan və Əfqanıstanı gəzdikdən sonra Azərbaycanın Səfəvilər sülaləsinin ikinci nümayəndəsi I Təhmasib Şahın (1524-1576) yanında qalmağı qərarlaşdırır. 1555-ci ildə yaranan əlverişli vəziyyətdən istifadə edən Humayun I Təhmasib Şahın hərbi köməyi ilə Pəncabda, Dehlidə və Aqrda öz hökmranlığını bərpa edir. Onun qoşun komandiri-sərkərdəsi də azərbaycanlı Bayram xan Baharlı olmuşdur.

Hind mədəniyyətinin özünəməxsus inkişafı ölkəni qədim dünyanın mədəniyyət mərkəzlərindən biri səviyyəsinə yüksəlmişdir. Bu mədəniyyətin Şərqi Asiya ölkələrinə də böyük təsiri olmuşdur.

Sədaqət Məmmədova



Şərhlər (17)

Shari Shari 9 May 2015 15:56 Cavab yaz

Tac-Mahal türbəsi hündürlüyü təqribən 74 metrə çatan beşguşəli möhtəşəm binadan və küncləri hündürlüyü təqribən 45 metrə çatan dörd minarədən ibarətdir.

Tac- Mahal. girl_ten canlı görmək istərdim.
hizaS2 hizaS2 9 May 2015 15:52 Cavab yaz

Tac Mahal həqiqətən möcüzə hesab ediləcək qədər gözəldir. Ən çox onu bəyəndim . Hind mədəniyyəti çox mraqlıdır. love
virtual dərslər virtual dərslər 4 April 2015 18:38 Cavab yaz

Rekslerini xoslayiram hindistanin
Ayka_m_ova Ayka_m_ova 1 October 2014 12:45 Cavab yaz

Təşəkkür şərhləriniz üçün girl_smi
girl_2014,nigar girl_2014,nigar 1 October 2014 12:39 Cavab yaz

Xebere gore tesekurler give_ros
AYKAWIRINKA AYKAWIRINKA 19 September 2014 17:28 Cavab yaz

Bu haqda melumatim yox idi) sizin sayenizde oldu cox təşəkkür give_ros
girl_1999,gunka girl_1999,gunka 19 September 2014 01:36 Cavab yaz

Hind medeniyyetini cox sevirem umumiyyetle Hindistana vurgunam mahnilari adet eneneleri cox maraqlidir bu olke haqqinda bildiklerinizi paylasdiginiz ucun cox sag olun
Ryos Ryos 17 September 2014 22:01 Cavab yaz

Ushaq vaxtinnan Hindistanin hevesindeydim..Cox sevirem Hindistani..Duzu o qederde melumatim yox idi..Esasda onlarin toy adetlerini bezeylerini musiqilerinin delisiyem..Coxsaqolunki bizlerle bolusduz bu melumati..Teshakkur edirem.. give_ros
girl_2014,nigar girl_2014,nigar 17 September 2014 15:28 Cavab yaz

Tesekurler maraqli xebere gore give_ros
Milana.M Milana.M 17 September 2014 13:31 Cavab yaz

Bu ölkə mənim də diqqətimi çəkir. Musiqiləri qidalarından və geyimlərindən daha çox xoşuma gəlir.
Ayka_m_ova Ayka_m_ova 17 September 2014 12:52 Cavab yaz

Dəniz84,
 ♥♥S.N.♥♥,
Məndə sizlərlə birlikdə öyrənmiş oldum elə də çox məlumatım yox idi.
Gulum,
Bəlkə də, bər - bəzəyi çox sevirlər mocking bəlli ondan da ola bilər . scratch_

ElladaВ Babayeva,
NiyazВ Behlul,
FatmaВ xanım,
Təşəkkürlər hər birinizə girl_smi
sahil_13 sahil_13 17 September 2014 12:33 Cavab yaz

Aidacan teşekkürler sənə Uşaqlıqda hemişə Hindistana sirli bir ölkə kimi baxırdım Lakın hec cürə başa düşmürdüm ki niye bu qeder medeniyyete sahib ölkədə bütpərəstlik bu qeder inkişaf edir Belke ele ona göə də bu ölkədə memarlıq cox güclü inkişaf edib ne bilmek olar
Fatma Fatma 17 September 2014 09:52 Cavab yaz

Bhaqavad Gita -

məndə var bu kitab amma oxumamışam
Niyaz Behlulzade Niyaz Behlulzade 17 September 2014 00:19 Cavab yaz

Bir dəfə Bhaqavad Gita - nı sonadək oxumaq lazımdı marağında olan kəslər )
Ellada84 Ellada84 16 September 2014 22:08 Cavab yaz

Hacı Zeynalabdin Şirvani Hindistanı səyahət edərkən Pəncabda, Dehqanda və Kəşmirdə olmuş, Dehli, Calalabad. Heydərabad, Allahabad və s. böyük Hind şəhərlərini əsərlərində təsvir etmişdir. O, Hindistanın Hind, Qanq, Braşaputra, Damodar və s. böyük və orta çay hövzələrini tədqiq edib öyrənmiş və özünün təəssüratlarını ümumiləşdirərək qələmə almışdır.
Dəniz84,Gəldim..Uzaqdan eşitdim səsini. girl_smi
x women x women 16 September 2014 21:22 Cavab yaz

Duzu,Hindistan haqqinda cox melumatim yox idi.Aida xanim,sayenizde melumatim oldu.Cox teshekkur edirem.
Deniz84 Deniz84 16 September 2014 21:16 Cavab yaz

Ellada , hardasan? sevdiyin ölkənin mədəniyyəti haqqda xəbər var))
Təşəkkürlər Aida. Hər ölkənin mədəniyyəti maraqlı və zəngindir.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика