Modal sözlər
Modal sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlərin mənaca növləri aşağıdakılardır:
Təsdiq (yəqinlik) bildirənlər: əlbəttə, şəksiz, şübhəsiz (ki), doğrusu, doğrudur, doğrudan da, həqiqətən, düzü, sözsüz, və s. Məs: Əlbəttə ki, göz ürəyin aynasıdır. Doğrudan da, insan nə xoşbəxtdir. Şübhəsiz, əmək insan xarakterini müəyyən edə bilər.
Güman və şübhə bildirənlər: bəlkə (də), güman (ki), ehtimal (ki), yəqin (ki), deyəsən, görünür, olsun ki, olmaya və s. Məs: Olmaya, sən bizsiz getmək fikrindəsən? Güman ki, məsələ xeyli uzanacaq. Deyəsən, mən onu inandırdım.
Nəticə (ümumiləşdirmə) bildirənlər: axır ki, deməli, ümumiyyətlə, beləliklə, xülasə, nəhayət, bir sözlə, tutaq ki, demək, yaxşı, müxtəsər və s. Məs: Yaxşı, indi biz hara gedirik? Demək, sən burada idin. Bir sözlə, hər şey həll olundu.
Sıra və ardıcıllıq bildirənlər: əvvəla, birincisi, ikincisi və s. Məs: Birincisi, mən özüm istəmirdim, ikincisi, bunun sənə aidiyyatı yoxdur.
Fikrin mənbəyini bildirənlər: məncə, səncə, fikrimizcə, zənnimcə, mənə görə və s. Məs: Qiymətli əsərlərin itkin düşməsi, məncə, sizin kimi böyük rəssamı daha çox maraqlandırmalıdır. Zənnimcə, getmək zamanı gəldi.
Təəssüf bildirənlər: təəssüf ki, heyif ki, əfsus ki və s. Məs: Heyif ki, biz onu vaxtında tanıya bilmədik. Təəssüf ki, sən Şuşanı görməyibsən.
Bənzətmə (və müqayisə) bildirənlər: sanki, elə bil, elə bil ki və s. Məs: Sanki onun üstünə bir qazan isti su tökdülər.
Modal sözlərin quruluşu
Modal sözlər quruluşca sadə və tərkibi olur.
Sadə modal sözlər bir sözdən ibarət olur: bəlkə, deyəsən, xülasə, yaxşı və s.
Tərkibi (mürəkkəb) modal sözlər ayrı yazılır: əlbəttə ki, ehtimal ki, yəqin ki və s.
Modal sözlərdə durğu işarəsi
Modal sözlər cümlənin əvvəlində, ortasında və sonunda gələ bilər. Cümlənin əvvəlində gəldikdə modal sözlərdən sonra, ortada işlənəndə hər iki tərəfdən, sonda gələndə ondan əvvəl vergül qoyulur, sonda işlənərkən cümlənin intonasiyasından asılı olaraq nöqtə, sual, nida işarəsi qoyula bilər. Məs: Tutaq ki, sən kitabı almamısan... Əgər dərviş olmasa idi, şəksiz, Müsyö Jordan Şahbazı aparacaqdı. Elin malına xor baxanlar məğlub olacaqlar, əlbəttə.
Qeyd: Sanki, guya, elə bil modal sözlərində bütün vəziyyətlərdə vergül qoyulmur.
Modal sözlər digər nitq hissələri kimi omonimlik yaradır.
Düzü: Düzü, (modal söz) onu unuda bilmirəm. Düzü (sifət) yalanla qarışdırma.
Yaxşı: Yaxşı, (modal söz) tez gedək. Yaxşı (zərf) danış, qulaq asaq. Yaxşı (sifət) söz üz ağardar.
Demək: Demək, (modal söz) bir az gecikmişəm. Bunu vaxtında demək (fel) lazım idi.
Təəssüf: Təəssüf, (modal söz) işi yekunlaşdıra bilmədik. Təəssüf (isim) ikinci məğlubiyyətdir.
Sözsüz: Sözsüz (sifət) nəğmədir Əli Kərimin şeirləri. Əvvəllər, sözsüz, (modal söz) cavan idim.
Olmaya: Olmaya, (modal söz) sən təzə işə girmisən? Bu işdə Orxanın əli olmaya (fel)?
Nida
Nida danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsinə deyilir. Nidalar insanın müxtəlif hisslərinin, hadisələrə emosional münasibətinin ifadəsidir. Nidaların müxtəlif məna növləri var:
Sevinc, heyranlıq bildirənlər: bəh-bəh, of, ura, paho, oxqay, ay can-ay can və s. Məs: Paho! Ay Salam, xoş gördük.
Kədər, narahatlıq, qorxu bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, ay, dad vəs. Məs: Vay-vay, bu nə işdi başıma gəldi? Ah, əfsus, keçdi o gözəl günlər.
Çağırış bildirənlər: ey, ay, ya, hey, a, ehey. Məs: A bala, bir bura gəl. Ehey, atlılar, xan evinə gedərsiz...
Nifrət, istehza bildirənlər: tfu, xa-xa-xa, xux, xox və s. Məs: Xox, qorxdum səndən. Xa-xa-xa, get ay batandan sonra gəl, nə qəribə iş oldu.
Qəm, kər bildirənlər: of, ah, ox, eh və s. Məs: Ah, keçdi artıq o günlər. Of, əllərin qurusun, cəllad.
Nidaların orfoqrafiyası
Bütün nidalar sözdən ayrı yazılır. Nidalar cümlənin əvvəlində gəldikdə ondan sonra, ortada gəldikdə hər iki tərəfdən, axırda gəldikdə ondan əvvəl vergül qoyulur. Məs: Ax, bu uşaqlar necə bədzatdılar! Qorxdum, ay aman, yarıldı bağrım. Gör hava necə təmizdir, bəh, bəh!
Qeyd: Çağırış nidaları olan ay, a, ya tək işlənmir, onlardan sonra xitab gəlir və vergül xitabdan sonra qoyulur. Məs: Ay uşaq, bura gəl. A kişi, bu nə işdi edirsən?
Ey nidası həm xitabla, həm də tək işlənir. Tək işlənəndə ondan sonra vergül qoyulur. Məs: Ey, mənə kömək edin.
Nidaların omonimliyi
Nidalar da bəzən omonimlik (qrammatik) yaradır.
Ah: Ahın (isim) dağlara, bala! Ah, (nida) necə kef çəkməli əyyam idi...
Hey: Dizimdə hey (isim) qalmadı. Hey, (nida) balaca, bura gəl! Hey (zərf) bizə hələrdi.
Ox: Ox (isim) ataq, yarışaq. Ox, (nida) yandı ürəyim!
Vay: Kəndimizə vay (isim) düşdü. Vay, (nida) sən nə dedin ona?!
Ay: Ay (isim) bu günlükdür. Ay ana, (nida) mən səni sevirəm!
Ax: Araz axar (fel) lil ilə. Ax, (nida) bir görəydim o günü.
Uy: Başqalarına uyub (fel) ailənə qarşı çıxma! Uy, (nida) barmağım az qalmışdı qırılsın!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Böyük Vətən müharibəsinin 93 yaşlı veteranı təltif olundu
“Oskar” müsabiqəsində iştirak qaydaları dəyişdi
Müasir avadanlıqlar həkimlərin yerini tuta bilərmi?
Ətli pendirli börək (foto-resept)
2017 Amerika Musiqi Mükafatları sahibləri
Bir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı - FOTO
Prezident bir qrup hərbi qulluqçunu “Laçının azad olunmasına görə” medalı ilə təltif edib - SƏRƏNCAM
Bergüzar Koreldən GÖZLƏNİLMƏZ Etiraf
Havalar soyuyur, yağış yağacaq
Avtomobil
Alişan yoldaşının saçından yazdı-FOTO
Ən qənaətcil superkompüter odur
Beren Saat üzüyünü çıxartdı-FOTO
Rus bölməsi abituriyentlərinin nəzərinə
HAVA necə olacaq?- 6 yanvar
Gələn il əməkhaqlarının və sosial müavinətlərin artırılmasına 600 mln. manatdan çox vəsait ayrılacaq
Siqareti tərgitdikdən sonra qidalanma
Moskvada təyyarə qəzası
Yağ yandıran cəfəri suyu
Görünməyən güzgülər
Məşhur azərbaycanlı yazıçı: "O, böyük adam idi..."
Narın faydası və zərəri
Azərbaycanda internet kəsintisi bank sektoruna təsir edib
Sevgini qoru
HAVA necə olacaq?
Bu şəxslərin əməkhaqqı 50% artırıldı - SƏRƏNCAM
Nazirlik rəsmisi: “Payız aylarında ikinci dalğanın olması ehtimal edilir”
Əlillərə avtomobillər verildi
Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib - RƏSMİ
Uşaqlar yalan danışdıqda necə davranmalı?
Qənirə Paşayeva Dondar Quşçuda erməni mərmisi düşən evdə - VİDEO
İlham Əliyev məmurlara son xəbərdarlığını etdi
Çində meydana çıxan yeni virus ikinci pandemiyaya səbəb ola bilər? - Mütəxəssislər açıqladı
Hazal Kayanın dünən doğulan oğlu - FOTO
Vatsapdan YENİLİK
İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib - RƏSMİ
Estetiksiz FOTOsu yayıldı – hamı heyrət etdi
Prezident ailəsi ilə Maksim Qalkinin yaradıcılıq axşamında - FOTO
Osmanlı sultanının saatı 1,1 milyona satıldı – FOTO
Uşaqların sosial-psixoloji inkişafı-12
Hamiləlikdə cinsi istəksizliyin 10 səbəbi
Aksesuar sevən xanımlar üçün
Bakı Tikiş Evindən sosial şəbəkələrdə yayılmış xəbərlərə RƏSMİ MÜNASİBƏT
Sərt karantin günlərində ev heyvanlarını gəzdirmək olar? - AÇIQLAMA
Bacı-qardaş davası
Uşağı kimə verməli?
Məşhurların pəhriz siyahıları (1)
“WhatsApp”da YENİLİK!
Füzulinin azad olunması uğrunda döyüş gedir: Düşmənin dörd tankı məhv edildi - RƏSMİ
Əlvan qızılgül
- ŞƏRHLƏR