Giriş
Bağla

Məktəbə başlayarkən

Hamiləlik və analıq / Valideynlərə məsləhət

Məktəbə başlayarkən

Məktəbin başlama dövrü

Məktəbə başlama dövrü ən əhəmiyyətli keçiş dövrlərindən biridir və bu cür əhəmiyyətli dövrlərdə uşağların həmişəkindən daha çox maraq və sevgiyə ehtiyacları olduğunu yaddan çıxarmayın. Əlbəttə ki, uşaqların məktəbə başlamazdan əvvəl və məktəbə başladıqdan sonra ortaya çıxa biləcək reaksiyaları vardır. Evdən ilk məktəb ilinə keçid, təzə insanlara uyğunlaşma vaxt tələb edən bir vəziyyətdir. Çünki bu iki mühitin fiziki şərtləri, insan əlaqələri, təhsil yanaşmaları fərqlidir. Bu vəziyyət bəzi uşaqlarda uyğunlaşma problemlərinə, məktəbə qarşı istəksizlik və ya məktəb qorxusu kimi problemlərə yol aça bilir.
Uşağın məktəbə başladığında göstərəcəyi reaksiyaların nələrdən ibarət olacağı, nə qədər vaxt aparacağı uşaqdan-uşağa, əlbəttə ki, ailənin, məktəbin və müəllimin bunlar qarşısındakı rəftarı və yaxınlaşmasına görə dəyişəcək. Bütün bunlar da uşağın məktəbə öyrəşmə və uyğunlaşma prosesinə təsir edəcək. Uşaqların məktəbə başladıqdan sonra göstərəcəkləri reaksiyalar onların nə cür hazır olduqlarına və ümumi şəxsiyyət strukturlarına görə də dəyişəcək. 
Yeniliklərə açıq, asan adaptasiya olan, ailədən-anadan ayrı qalmağı bacara bilən, etibarlı bir ailə həyatına sahib olan uşaq, tam tərsi hallara sahib olan uşaqlara nisbətlə məktəbə daha asan başlayırlar. Uşaqlarda bu dövrdə görülən reaksiyalar dörd ayrı qrupda toplana bilər.
Birinci qrupu hər cəhətdən asan adaptasiya olan və problemsiz bir şəkildə məktəbə başlayıb istəyərək və sevərək davam edən uşaqlar meydana gətirməkdədir.
İkinci qrupu ayrılıq, narahatlıq kimi səbəblərlə ilk aylarda məktəbə getmək istəmədikləri halda vaxt keçdikcə məktəbə adaptasiya olan uşaqlar meydana gətirməkdədir. 
Üçüncü qrupu ən başdan məktəbə getmək istəməyən və bunu həmişə davam etdirən uşaqlar meydana gətirməkdədir. 
Dördüncü qrupu isə çox istəyərək başlayıb, daha sonra öz nəzarəti xaricində və həmişə gedilməsi lazım olan bir yer olduğunu başa düşdükdə məktəbə getmək istəməyən uşaqlar meydana gətirməkdədir. Bu uşaqlar məktəbə bu qədər tez, davamlı və zəruri olaraq getmək vəziyyətində qalacağlarını gözləmədikləri üçün çox kədərlənərlər. Onlar məktəbə getməyə başlayacaqlar, yoldaşları ilə yaxşı vaxt keçirəcəklər, oynayacaqlar,  müəllimləri də olacaq, amma sonra yenidən azad, qaydalarını həmişəki kimi olaraq özlərinin təyin etdiyini ev mühitinə qayıdacaqlarını, istədikləri vaxt məktəbə gedəcəklərini, istəmədikləri vaxt da getməyəcəklərini fikirləşmiş ola bilərlər, ancaq həqiqət, məktəb həyatı heç də gözlədikləri kimi deyil.
Məktəbə başlayarkən
Uşaqlarınız məktəbə getməmək üçün müxtəlif bəhanələr gətirə bilərlər: 
- Çox xəstəyəm. 
- Məktəbdə darıxıram. 
- Məktəbi sevmədim. 
- Məktəbdə yemək yemək istəmirəm. Ona görə də məktəbə getməyəcəyəm. 
- Məktəbdəki oyunları sevmədim, oynamaq istəmirəm. 
- Sizlər yanımda deyilsiniz, mən də qalmaq istəmirəm. 
- Niyə qardaşım getmir. 
- Müəllimə mənimlə yaxşı davranmır. 
- Yoldaşlarım mənimlə oynamır. 
Əvvəllərdə yaşana biləcək problemlərin təbii olduğu yaddan çıxarılmamalı və uşaqların məktəbə getmək istəməməsi ilə əlaqədar bəhanələr gətirməsi unudulmamalıdır. Bu müddətdə uşağa qarşı anlayışlı olmalı və dəstəkləmək lazımdır. Dəstəkləmək deyəndə onun istədiyini etmək nəzərdə tutulmur.
Uşaqların məktəbə getmək istəməməsi ilə bağlı səbəblər bunlardır:
1. Ayrılıq narahatlığı. 
2. Yeni təcrübələrlə baş çıxarma zəruriliyi.
3. Həqiqi olmayan sözlər.
4. Yalnızlıq hissi. 
5. Zərərverici davranışlara məruz qalma qorxusu.
6. Uşağın doyurulmamış psixoloji ehtiyacları.
7. Məktəbdəki əlaqələrindəki ünsiyyət maneələri.
8. Müvəffəqiyyətsiz olma qorxusu.
9. Evdən ayrılmağa qarşı göstərdiyi etibarsızlıq hissi. 
10. Doğuşdan əmələ gələn həddindən artıq həssaslıq, inciklik.
11. Utancaq, çəkingən, qorxaq olmaq.
Məktəbə öyrəşməkdə çətinlik çəkən uşaqlar, ümumiyyətlə, içində müvəffəqiyyət qorxusu olan, sakit, ailəsinə bağlı uşaqlardır. 
Uşaqların həddindən artıq qoruyucu ana-atalar tərəfindən büyüdülmələri, hər istədikləri edilən uşaq olmaları, uşağın ailə içindəki bütün mövzulara qarışıb, qərarlarda təyinedici olması kimi səbəblər də məktəbə öyrənmə müddətini çətinləşdirən səbəblər ola bilər. 
Məktəbdə riayət edilməsi lazım olan çox sayda qayda vardır. Həmişə ətrafında olan insanlar (ana-ata və s.) yoxdur. 
Əzələ inkişafı baxımından fəaliyyətləri etmək çətin və yorucudur. 
Məktəbə getmək üçün axşamlar tez yatması lazımdır. Bu problemləri ən aza düşürmək məqsədiylə uşağın məktəbə yaxşı hazırlanmış olması əhəmiyyətlidir. 
Məktəbə başlayarkən
Bu vəziyyətdə də uşağın məktəbi necə daha çox sevəcəyi, necə daha çox getmək istəyəcəyi bir yer halına gətirilib, necə daha cəlb olunmalı haqda düşünülməlidir. 
Uşağın məktəbə öyrəşmə müddətini çətinləşdirən vəziyyətlər:
- Ailənin sinifə girməsi. 
- Evə getdikdən sonra məktəb haqqında danışılması (Bu gün nələr oldu? və s.).
- Yemək yemə ilə əlaqədar içinizdə sıxıntıların olması. 
- Müəllimənin rolu uşağa doğru başa salınmadıqda.
- Uşaq ayrılmaqda çətinlik çəkdiyi adam tərəfindən məktəbə gətirildiyi zaman. 
- Böyüklər bədən dili ilə qayğını artırıcaq reaksiyalar verdiyi zaman. 
- Uşağı dərsdən götürərkən "darıxdınmı" tipli sualların verilməsi.
- Ev mühitinin məktəbdən daha cazibədar olması. 
- Xəstələnmə və ya tətil dövrləri səbəbi ilə uşağın məktəbdən uzaq qalması. 
- Atanın xəstələnməsi və ya evdən ayrılması. 
- Yerinə yetirilməyəcək vədlər vermək. 
- "Mənim uşağım öyrəşə bilməz" formasında qurulan cümlələr. 
- Məktəb ilə əlaqədar səhv məlumatlar vermək (Məktəbdə həmişə oyun oynayacaqsan.). 
- Məktəbə öyrəşməyini çətinləşdirəcək ailədaxili söhbətlər (Uşağın yanında edilən söhbət). 
- Uşaq ilə telefonda danışmaq istəyi (Ağlamayan uşağın ağlamağa başlamasına səbəb ola bilər.). 
- Sağlamlıq problemi olan uşaqların ailələrinin həmişə uşağın yanında qalmaq istəkləri. 
- Evdə uşağı müəllimlər ilə qorxutmaq (Yeməyini yeməsən, müəlliminə deyəcəyəm). 
- Ayrılma müddətində ananın romantik davranması, ağlaması. 
- Məktəbin ilk günü böyük bir ailə qrupu ilə məktəbə gəlmək. 
- Uşağın məktəbə nizamlı gətirilməməsi. 
- Uşağın yanında məktəbi və müəllimi haqqında mənfi danışılması. 
- Ailənin qərar verilən müddətdə gəlməməsi. 
- Ailə fərdlərinin məktəbə öyrəşmə müddətində fərqli fikirlər bildirməsi.
Uşaqların məktəbə getmək istəməmələri ilə əlaqədar fikirləri nə olursa, olsun əvvəl qulaq asılmalıdır. Yaşadıqlarının normal və müvəqqəti olduğunu, əlbəttə ki, uşaq bilə bilməz, amma ana-ata və müəllimlər bunu bilirlər. 
Əlbəttə ki, məktəbə başladıqdan sonra müəyyən bir zaman öyrəşmə və uyğunlaşma müddətidir. Bu vəziyyətin yetkinlər tərəfindən qəbulu əhəmiyyətlidir. Bu müddətdə ailələrin və müəllimlərin sahib olduğu müsbət yanaşmadan əlavə uşağın əməl etməsi lazım olan qaydaların olması çox əhəmiyyətlidir. Uşaqlar ilə olan ünsiyyətdə qərarlı və tutarlı olmalıdırlar. 
"Nə edək, bu dəfəlik belə olsun, çox yalvardı, amma heç getmək istəmir" yanaşması ilə uşaqların getmək istəməməsini artırmaq və bir də "yaxşı, getmə, o zaman birlikdə çox sevdiyin, istədiyin bir şeylər edərik" deyilməsi də məktəbin, həmişə daha az gedilməsi istənilən bir yer olmasını təmin edəcək. Ailənin öhdəsinə düşən bu mərhələdə uşağa məktəbə niyə getmək məcburiyyətində olduğu və məktəbin ona indi və gələcəkdə nələr verəcəyi, əgər məktəbə getməzsə, bu vəziyyətin özü üçün irəlidə nələrə yol açacağı qəti, qısa və sadə bir dillə izah edilməlidir. Uşaq ailənin bu mövzudakı fikrinin qərarlı və tutarlı olduğunu hiss etməlidir. 
Həm də bu yaşda uşağın zaman anlayışı hələ inkişaf etməmiş ola bilər. "Axşama səni götürməyə gələcəyik" şəklindəki bir fikir uşağı rahatlatmaya bilər. Görüləcək fəaliyyətləri göstərən 5 ədəd kart sinifdən asıla bilər. Uşaqlara bu kartlardakı tədbirlər qutardıqdan sonra evə gedəcəkləri deyilə bilər. Bu kimi tətbiqlər uşağların müəllimə və mühitə inanmağını təmin edəcək. 
Ailələr uşağlarına aşağıdakı ifadələri deməkdən çəkinməlidir:
- Əgər ağlasan, gedəcəyəm.
- Ağlasan, səni burada tək buraxıb gedərəm.
- Burada ağlayası nə var. Bax, heç kim sənin kimi ağlamır. 
- Kimsəyə özünü sevdirməz, çox tərsdir.
- Məktəbə getmək məcburiyyətindəsən, evdə tək qala bilməzsən. 
- Sən artıq böyüyübsən. Uşaqlar ağlayar. 
- Ərköyünlük edirsən. Hər gün gəldiyin yerdi da, niyə ağlayırsan ki?
- Ağlamadan sinfinə get, axşama nə almağımı istəyirsən?
- Ağlama, sonra sənə "ağlağan uşaq" deyərlər. 
- Ağlayanda nə qədər də gülünc olursan. 
- Ağlasan, axşam gəlib səni götürməyəcəyəm.  
- Ağlama səsi eşitmək istəmirəm. 
- Belə davransan, bu məktəbdə heç kim səni sevməz. 
- Bu gün qal, sabah gəlməzsən. 
- Sən yəqin məktəbə öyrəşməyəcəksən. 
- Yoldaşların səni sevmədi? 
- Müəllimin səninlə yaxşı davrandı?
P.S. Övladlarnıza hər zaman sevgi ilə yanaşın.


Şərhlər (19)

rovsane_82 rovsane_82 25 May 2015 01:29 Cavab yaz

Övladlarnıza hər zaman sevgi ilə yanaşın.
Ellada84 Ellada84 27 November 2014 15:14 Cavab yaz

P.S. Övladlarnıza hər zaman sevgi ilə yanaşın.

Bəli ən əsası sevgidir. yes
aysun2013 aysun2013 27 November 2014 12:24 Cavab yaz

LALEВ ASLANOVA, give_ros
nigarВ dadasova, give_ros
Sərt_Əsinti, give_ros
Aqatkris Aqatkris 13 October 2014 16:22 Cavab yaz

Bəli, uşaqları onları başa düşərək tərbiyə etmək gərəkdir.
girl_2014,nigar girl_2014,nigar 7 October 2014 14:23 Cavab yaz

Tesekkurler
girl_2004_ LEMASHKA_ girl_2004_ LEMASHKA_ 12 September 2014 15:51 Cavab yaz

Xebere gore teşekkur girl_ang
aysun2013 aysun2013 11 September 2014 17:17 Cavab yaz

Dəniz84,
Q,
ZumrudВ Nurullayeva,
hesenovaВ tacire,
Allah balalarinizi saxlasin o gun olsun universitete daxil olsunlar insallah amin.
sevgim 2007 sevgim 2007 11 September 2014 17:12 Cavab yaz

Menim qizimda bu il mektebe gedir insallah
zumrud Nurullayeva zumrud Nurullayeva 10 September 2014 11:26 Cavab yaz

Uzundur hovselem catmadi tam oxumaga,menimki wukur 2ci heftesidir hevesle gedir,mektebin yemeyinie verir ,hele mene dediki pulu ver men ozum odeyim smile soruwanda niye mektebi bagcadan cox isdirsen deyir mektebde yatmaq yoxdur,mehtebde bilik var biggrin tewekkurler ALLAH butun usaqari agilli savadli elesin.AMIN AMIN AMIN give_ros
qeribe qeribe 6 September 2014 11:45 Cavab yaz

Maraqli ve lazimli xeberdir. Saq ol bacim. Allah razi olsun. give_ros
Deniz84 Deniz84 5 September 2014 22:34 Cavab yaz

Menimde oglum bu il birinci sinife gedecek inwAllah.xeberdeki verdiwlerden bezileri indiden var.Amma heveslidi.mense ondan cox darixiram.Sag ol aysunum sende goresen bu gunu

Təbriklər Yegiş. O gün olsun Universitetə hazırlaşsın. Amin.
Gözəl xəbər üçün təşəkkür Aysun.

Baxçaya gedən uşaqlarda belə problem olmur. Mənim uşqlarım baxçaya getdikləri üçün məktəbə də rahat getdilər.
aysun2013 aysun2013 5 September 2014 17:26 Cavab yaz

AskВ Denizi(DoktorВ Deniz), give_ros
S.N., give_ros
x women x women 5 September 2014 17:07 Cavab yaz

Maraqli xeberdi.Kashki kcen il bu xeberi oxumaq qismet olsaydi...Oqlum artiq 2-ci sinfe kecir.Oxudum ve bele anladim ki,men de kecen il bezi sehvler elemishemmish.Saq ol,bacim.Allah razi olsun.
gozel eliyeva gozel eliyeva 5 September 2014 16:29 Cavab yaz

Tesekkurelr . Heqiqeten ele vALIdeynler var ki usaqin mektebe getmemek isteyini psixoloji hesab edir ve osixoloqa muraciet edir. Halbuki adi bir seydir!!! girl_smi
aysun2013 aysun2013 5 September 2014 13:43 Cavab yaz

•♥GünDogarken♥•,
Aytac,
♥AynişkaВ Gülüm♥,
Cox saqolun canlarim
гЂЉYEGiŞгЂ‹,
Canim Allah razi olsun insallah amin Allah hele 2 ilimiz var
yequlya yequlya 5 September 2014 13:20 Cavab yaz

Menimde oglum bu il birinci sinife gedecek inwAllah.xeberdeki verdiwlerden bezileri indiden var.Amma heveslidi.mense ondan cox darixiram.Sag ol aysunum sende goresen bu gunu
ayniska milaska ayniska milaska 5 September 2014 12:52 Cavab yaz

Menim de ikinci qizim bu il 1-ci sinife gedecek,heyecanliyiq insallah her sey yaxsi olar!Mektebi seveceyinden eminem!
girl-2002aydashka girl-2002aydashka 5 September 2014 12:44 Cavab yaz

Xebere gore sag olun Aysun xanim
ilaha_1997ilaska ilaha_1997ilaska 5 September 2014 12:34 Cavab yaz

Maraqli ve lazimli xeberdir cox sag olun Aysun xanim yes

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика