Köməkçi nitq hissələrinin ayrılıqda leksik mənaları olmur, suala cavab vermir, cümlə üzvü olmurlar, əsasən, leksik şəkilçi qəbul edib dəyişmir, söz yaradıcılığında iştirak etmir, yəni onlardan yeni söz yaratmaq olmur.
Azərbaycan dilində beş köməkçi nitq hissəsi var və onlar yalnız qrammatik mənaya malikdirlər. Qoşma, bağlayıcı, ədat, modal sözlər və nida köməkçi nitq hissələridir.
Qoşma
İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsinə qoşma deyilir. Məsələn, evə kimi, bunun üçün və s.
Qoşmanı başqa köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhətlərdən biri onun qoşulduğu sözlə birlikdə cümlə üzvü olmasıdır (asılı cümlə üzvü). Qoşmaların hamısı quruluşca sadə olur. İsmin halları ilə işlənməyinə görə qoşmalar aşağıdakı qruplara bölünür:
1. Adlıq və yiyəlik halla işlənən qoşmalar: üçün, ilə (-la), qədər, kimi, tək, -ca (-cə), haqqında, haqda, barədə, barəsində, üzrə (üzrə yalnız adlıq halla işlənir) və s.
2. Yönlük halla işlənən qoşmalar: qədər, kimi, -dək, tərəf, sarı, doğru, qarşı, -can (-cən), görə, aid, dair, əsasən, xas, məxsus və s.
3. Çıxışlıq halla işlənən qoşmalar: əvvəl, qabaq, sonra, bəri, başqa, savayı, qeyri, ayrı, ötrü, özgə, əlavə, sarı və s.
Qoşmaların məna növləri: Yaratdıqları məna çalarlarına görə qoşmaların aşağıdakı məna növləri var:
1. Birgəlik, vasitə, alət: ilə, (-la, -lə), -ca (-cə).
2. Zaman: əvvəl, qabaq, sonra, bəri.
3. Hüdud (Məsafə və zaman): kimi, qədər, -dək, -can (-cən). Səhərə kimi (zaman hüdudlu) yatmadım. Meşəyə kimi (məsafə hüdudlu) piyada getdim.
4. İstiqamət: sarı, tərəf, doğru, qarşı.
5. Bənzətmə: kimi, qədər, -tək, -ca (-cə), təki.
6. Fərqləndirmə: başqa, savayı, özgə, qeyri, əlavə.
7. İstinad: görə, əsasən.
8. Səbəb, məqsəd: üçün, görə, ötrü, sarı, üstündə, uğrunda, naminə.
9. Aidlik: dair, aid, xas, məxsus.
Yuxarıdakılar qoşmaların qrammatik mənalarıdır.
Sarı qoşması yönlük halda olan isimlə işləndikdə istiqamət bildirir (Evə sarı get). Bu qoşma bəzən (şifahi nitqdə) ismin çıxışlıq halı ilə işləndikdə səbəb mənasını bildirir; Səndən sarı nigaranam.
Qoşmaların omonimliyi: Bəzi qoşmalar omonim kimi işlənir. Məsələn,
Tərəf: isim kimi (Bu tərəf meşəlikdir.) və qoşma kimi (Evə tərəf gedirəm.).
Tək: sifət kimi (Tək əldən səs çıxmaz.), zərf kimi (Tək gəlibdir.), ədat kimi (Tək sən bunu görə bilərsən.) və qoşma kimi (Bənövşətək ənbər zülfün).
Sarı: fel kimi (Yaranı sarı), qoşma kimi (Məktəbə sarı yollandılar.) və sifət kimi ( Sarı qələmi mənə ver.).
Əvvəl: zərf kimi (Əvvəl sən düşün.) və qoşma kimi (Dərsdən əvvəl getdi.).
Doğru: sifət kimi (Doğru söz acı olar.), zərf kimi (Doğru danış.) və qoşma kimi (Evə doğru qaçdı.).
Özgə: sifət kimi (Özgə insan) və qoşma kimi (Səndən özgə kimim var?).
Qabaq: sifət kimi (qabaq sıra), zərf kimi (Qabaq bunlar burada yox idi.), isim kimi (şirin qabaq) və qoşma kimi (səndən qabaq).
Qarşı: qoşma kimi (Mənə qarşı çıxma.), zərf kimi (Qarşı gəlmə, qaçaram.) və sifət kimi (qarşı tərəf).
Kimi: qoşma kimi (səhərə kimi) və əvəzlik kimi (Kimi gəlir, kimi gedir.).
Sonra: qoşma kimi (səndən sonra), zərf kimi (Sonra sən gəl.).
Əsasən: qoşma kimi (dediklərinə əsasən) və modal söz kimi (Sən, əsasən, mənə inan.).
Bəri: qoşma kimi (dünəndən bəri) və zərf kimi (Bəri gəl.).
Üçün, ötrü, görə, savayı sözləri yalnız qoşma olur.
Digər köməkçi nitq hissələrindən fərqli olaraq, qoşmalar müəyyən dəyişmə xüsusiyyətlərinə malikdirlər. Onlar bəzən xəbərlik, hal və mənsubiyyət şəkilçilərini qəbul edə bilirlər. Məsələn, Bunlar sənin üçündür. Onun kimilərin və s.
Qoşmaların sinonimliyi: Sinonim qoşmalar eyni mənanı bildirir və bir-birini əvəz edə bilir. Gəlin, onlara aid bir neçə nümunəyə baxaq:
- Kimi, qədər, -dək, -can (-cən); məsafə qoşmaları: Evə kimi (qədər, -dək, -cən) səninlə gedəcəyik.
- Kimi, tək; bənzətmə, müqayisə mənasında: Quş kimi (tək) uçurdu.
- Əvvəl, qabaq; zaman mənasında: Səndən əvvəl (qabaq) onu mən gördüm.
- Tərəf, doğru, sarı; istiqamət mənasında: Bağa doğru (tərəf, sarı) gedirəm.
- Qədər, -ca, kimi, -tək; bənzətmə mənasında: Qızca (-tək, qədər, kimi) oxumadın.
- İlə, -ca; alət mənasında: Araz boyunca (ilə) getdim.
- Görə, -ca; Cümlənin məzmunca (məzmununa görə) növləri.
Qeyd: "Bəri, sonra" yalnız cümlə daxilində sinonim olur: Dünəndən bəri kefim yoxdur. Dünəndən sonra kefim yoxdur.
Qoşmaların yazılışı:
Yazılış qaydasına görə qoşmalar üç yerə bölünür:
- Bitişik yazılanlar: Təkhecalı qoşmalar qoşulduğu sözə bitişik yazılır. Həmin qoşmalar bunlardır: -dək, -can (-cən), -ca (-cə), -tək. Məsələn, Quştək uçurdu. Evədək birlikdə getdik. və s.
- Bitişik və ayrı yazılanlar: ilə (-la, -lə), üçün (-çün). İlə qoşması ayrı yazılanda bir cür, bitişik yazılanda ahəngə uyğun olaraq iki cür yazılır. Həsən ilə gedirik. Oqtay ilə gedirik. - Həsənlə gedirik. Oqtayla gedirik.
- Ayrı yazılanlar: ötrü, savayı, özgə, başqa, əvvəl, sonra və s.
Qeyd: Bütün birhecalı qoşmalar sözə bitişik, ikihecalılar ayrı yazılır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Allah hansı günahları bağışlamaz?
Gülümsəyin ki, xoşbəxt olasınız
Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti dəyişib
İncəbel olmaq üçün
Uşaqlara neçə yaşında telefon alınmalıdır?
Uşaqların zehni inkişafı üçün faydalı qidalar
Tərcümə olunmayan sözlər
Harri Potterə yeni üz tapdılar
Azərbaycan avstriyalı idmançının müalicə xərcini üzərinə götürdü
2017-ci ildə artıq dəbdən düşəcək trendlərin siyahısı
Kanadada güclü zəlzələ
Tarixdən...(2)
Günün qoroskopu: informasiya mübadiləsi və məlumatlardan yararlanın
Göbələkli omlet (foto-resept)
Azərbaycan tarixindən yüz şəxsiyyət-44
Şaxta olacaq, qar yağacaq
Anamın əl işləri(2)
Arıqlamağa kömək edən yaşıl detoks
Günün qoroskopu:Uğurlu gündür!
Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub
Bakının tozda boğulan sakinləri...
Azərbaycanda yeni fakültə yaradılacaq
"ANS lisenziya üçün təkrar müraciət edə bilməz" - MTRŞ
Bunları bilirdizmi?
ABŞ-ın Azərbaycandakı səfirliyi: Ümid edirik ki, Azərbaycanda bu il şəffaf prezident seçkiləri keçiriləcək
At və eşşək ətini mal ətindən ayırmağın 3 YOLU
Həyatımızdakı çantalarımız
Dağıdıcı smartfon gəlir
Pomellolu meyvə salatı (foto-resept)
Günün ulduz falı
Saça düzgün qulluq etmək
İt sevgisi xərçəngi sağaldır
Siqaretə görə hələlik heç kim cəzalana bilməz
Sevgini paylaşın ki, evinizə bərəkət gəlsin
ABŞ səmasında nəhəng UNO göründü - VİDEO
Azərbaycanda koronavirusa yeni rekord yoluxma faktı qeydə alındı: 12 nəfər öldü
Strasburqda Nizami Gəncəviyə həsr edilmiş sərginin açılışı olub
İyunun 10-dək şimşək, yağış...
Azərbaycan 177 ölkənin sırasına qoşuldu...
İtburnu: dərdlərə dərman, ətirli və faydalı
Aleksandr Myasnikov beyin qocalmasını yavaşlatmağın ən təsirli yollarını söylədi
Xərçəngin yeni müalicə üsulu tapıldı
Azərbaycan Livana bir milyon dollar yardım edəcək
Gümüş xərçəngə qarşı effektiv vasitədir
Uşaqlarla bağlı yenilik
Leyla və Arzu Əliyevalar sərgi açılışında - Fotolar
"WhatsApp" çökdü
Məntiqi suallar
"Onlar" Ukraynada Azərbaycanı təmsil edir!
Prezident açılış etdi
- ŞƏRHLƏR