Giriş
Bağla

Əfsanəyə çevrilmiş eşq hekayələri (2)

MÜNASİBƏTLƏR / Eşq və məhəbbət

Eşq fədakarlıqdır, eşq səmimiyyət və təmizlikdir. Eşqi səhv anlayanlar və adi hissləri də eşq adlandıranlar çoxdur. Eşqlə bir əlaqəsi olduğuna şübhə etsəm də, əfsanəyə çevrilmiş eşqlər barədə növbəti xəbərimi sizə təqdim edirəm. Buyurun, oxuyun və fikirlərinizi də bildirməyi unutmayın.

Əfsanəyə çevrilmiş eşq hekayələri (2)

Orfeus və Euridays 

Çarəsiz bir eşqi təsvir edən antik yunan hekayəsində Orfeus və pəri qızı Euridays çox xoşbəxt və bir-birlərinə güclü bir eşqlə bağlı olan cütlükdür və onlar evlənirlər. Euridaysa bir yunan tanrısı - Aristaeus aşiq olur. Euridays ondan qaçarkən bir ilan onu vurur və o ölür. Onun ölümünə görə Orfeus o qədər üzgün bir mahnı oxuyur ki, bütün pərilər və tanrılar hönkür-hönkür ağlayır. Onların məsləhəti ilə Orfeus yer altına gedərək Aidlə görüşür və onu arvadını oradan götürüb yer üzünə aparmağa icazə verməsi üçün yola gətirir. Aid ona bir şərtlə icazə verir. O, yer üzünə çıxana qədər arxasına dönüb baxmamalıdır. Orfeus həyəcandan deyiləni tərsinə edir və arxaya baxır. Ona görə də arvadını yenidən və bu səfər həmişəlik itirir.

Əfsanəyə çevrilmiş eşq hekayələri (2)

Napaleon və Jozefina

26 yaşlı Napaleon evləndikdən sonra Jozefinaya aşiq olur. Varlı bir ailənin qızı olan Jozefina ondan kiçik olan Napaleonun eşqinə qarşılıq verir. Ancaq hər iki tərəf zina etmək istəmədiyi üçün bir-birlərinə olan eşqlərini ürəklərinə həbs edirlər. Napaleon sonda Jozefinadan ala bilməyəcəyi bir şeyə ehtiyacı olduğunu hiss etdi – bir varis. Ona görə də onlar ayrıldılar.

Əfsanəyə çevrilmiş eşq hekayələri (2)

Paolo və Fransesko

Bu iki cütlüyün eşqi Dantenin “İlahi komediya” əsəri ilə məşhurlaşdı və dillərə düşdü. Bu gerçək bir hekayədir. Fransesko Qiançitto adlı pis xarakterli bir adamla ailəli idi. Amma ərinin qardaşı olan Paoloya aşiqdir. Onların bu eşqləri birlikdə oxuduqları bir kitab sayəsində daha da böyüyür. Sonra isə hər iki aşiq Qiançitto tərəfindən öldürülür.

Əfsanəyə çevrilmiş eşq hekayələri (2)

Skarlet Ohara və Rett Batler

“Küləklə sovrulanlar” əsəri ədəbiyyatın ölümsüz əsərlərindən biridir. Marqaret Mitçelin yazdığı bu roman Skarlet ilə Rettin arasında olan eşq və nifrətdən bəhs edir. Əsər boyu fırtınalı evlilikləri daxili müharibənin təsirləri ilə bərabər irəliləyir. Hər kəslə görüşən və eşq yaşayan Skarlet kimi seçəcəyini qərarlaşdıra bilmir. Amma buna baxmayaraq Retti seçir. Ancaq təəssüflər olsun ki, artıq iş işdən keçmiş olur. Çünki Rett artıq ondan soyuyub uzaqlaşmışdır.

Əfsanəyə çevrilmiş eşq hekayələri (2)

Piramus və Zasbi

Bu cütlüyün eşqi o qədər eqoist bir eşq idi ki, onların hətta birlikdə öləcəklərinə də inanırdılar. Piramus və Zasbi qonşu olan və böyüdükcə bir-birilərinə aşiq olan iki gənc idi. Ailələri onların evlənməsinə qarşı çıxdıqları üçün bir gecə evdən qaçaraq bir ağac altında görüşmək qərarına gəlirlər. Zasbi görüşə tez gedir. O, ağacın altında gözləyərkən ağzı qanlı bir şir ona yaxınlaşır. Zasbi qorxur və qaçmağa başlayır. Qaçarkən dəsmalı yerə düşür. Ağacın altına gəldiyi zaman Zasbinin dəsmalını şirin ağzında görən Piramus düşünür ki, şir onu parçalayıb. Sevgilisinin yoxluğuna dözə bilməyəcəyini düşünən Piramus öz qılıncı ilə özünü öldürür. Qayalıqların ardında gizlənən Zasbi oradan çıxanda sevgilisinin öldüyünü görür və onun sinəsindəki qılıncı çıxararaq özünü öldürür.



Şərhlər (16)

SS,, SS,, 14 January 2015 09:17 Cavab yaz

Piramus ve Zasbinin hekayesi daha maraqliydi
cute angel cute angel 7 August 2014 13:26 Cavab yaz

Cox sagolun serhleriniz ucun xanimlar
gozel eliyeva gozel eliyeva 29 July 2014 20:55 Cavab yaz

Sonu gozel bitmeyen hec ne gozerl deyildir mence biggrin
Deniz84 Deniz84 28 July 2014 12:27 Cavab yaz

Bəlkədə bu eşqlər xoşbəxt sonluqla bitseydi əfsanəyə cevrilmezdi Onları əfsanəyə cevirən mehz omların sonluğudur

Elə bu hekayələr sonu ayrılıqla bittiyi üçün ölümsüzləşib.
Gözəl xəbər üçün təşəkkür.
fidaska_deniz fidaska_deniz 27 July 2014 22:40 Cavab yaz

Çox maraqlı məlumatdır ən əsası adamı bunları oxuduqdan sonra sevmək istəyir romantik aləmə baş vurmaq istəyir love
ulka-894 ulka-894 27 July 2014 22:10 Cavab yaz

Heqiqeten maraqlidir ki, dillere dasdan olan esq hekayelerinin hec biri gozel sonluqla bitmir russian_
nilu nilu 27 July 2014 21:09 Cavab yaz

Çox gözəl xəbərdir,maraqla oxudum,təşəkkür
qeribe qeribe 27 July 2014 20:02 Cavab yaz

Gulum
Bəlkədə bu eşqlər xoşbəxt sonluqla bitseydi əfsanəyə cevrilmezdi Onları əfsanəyə cevirən mehz omların sonluğudur
ruzigar ruzigar 27 July 2014 19:54 Cavab yaz

Bəlkədə bu eşqlər xoşbəxt sonluqla bitseydi əfsanəyə cevrilmezdi Onları əfsanəyə cevirən mehz omların sonluğudur

Canım Gülüm yerində dedin bacı,fikrinlə mən də razıyam.
Maraqlı xəbərə görə çox sağ ol,bacım
x women x women 27 July 2014 19:17 Cavab yaz

Maraqla oxudum.Indiki muasir dunyamizda bele sevgiler qalibmi?Teshekkurler.
crazykids crazykids 27 July 2014 18:53 Cavab yaz

Cooox maraqlidi esas da bunlar
Çarəsiz bir eşqi təsvir edən antik yunan hekayəsində Orfeus və pəri qızı Euridays çox xoşbəxt və bir-birlərinə güclü bir eşqlə bağlı olan cütlükdür və onlar evlənirlər. Euridaysa bir yunan tanrısı - Aristaeus aşiq olur. Euridays ondan qaçarkən bir ilan onu vurur və o ölür. Onun ölümünə görə Orfeus o qədər üzgün bir mahnı oxuyur ki, bütün pərilər və tanrılar hönkür-hönkür ağlayır. Onların məsləhəti ilə Orfeus yer altına gedərək Aidlə görüşür və onu arvadını oradan götürüb yer üzünə aparmağa icazə verməsi üçün yola gətirir. Aid ona bir şərtlə icazə verir. O, yer üzünə çıxana qədər arxasına dönüb baxmamalıdır. Orfeus həyəcandan deyiləni tərsinə edir və arxaya baxır. Ona görə də arvadını yenidən və bu səfər həmişəlik itirir.

Bu cütlüyün eşqi o qədər eqoist bir eşq idi ki, onların hətta birlikdə öləcəklərinə də inanırdılar. Piramus və Zasbi qonşu olan və böyüdükcə bir-birilərinə aşiq olan iki gənc idi. Ailələri onların evlənməsinə qarşı çıxdıqları üçün bir gecə evdən qaçaraq bir ağac altında görüşmək qərarına gəlirlər. Zasbi görüşə tez gedir. O, ağacın altında gözləyərkən ağzı qanlı bir şir ona yaxınlaşır. Zasbi qorxur və qaçmağa başlayır. Qaçarkən dəsmalı yerə düşür. Ağacın altına gəldiyi zaman Zasbinin dəsmalını şirin ağzında görən Piramus düşünür ki, şir onu parçalayıb. Sevgilisinin yoxluğuna dözə bilməyəcəyini düşünən Piramus öz qılıncı ilə özünü öldürür. Qayalıqların ardında gizlənən Zasbi oradan çıxanda sevgilisinin öldüyünü görür və onun sinəsindəki qılıncı çıxararaq özünü öldürür.
bay_gril89 bay_gril89 27 July 2014 18:47 Cavab yaz

Maraqla oxudum təşəkkürlər.
aysun2013 aysun2013 27 July 2014 18:11 Cavab yaz

Bəlkədə bu eşqlər xoşbəxt sonluqla bitseydi əfsanəyə cevrilmezdi Onları əfsanəyə cevirən mehz omların sonluğud

Beli men sizle tam raziyam
Ayka_m_ova Ayka_m_ova 27 July 2014 18:03 Cavab yaz

Skarlet Ohara filminə baxmışam əvvəllər hər tətildə verirdilər baxırdım girl_smi təşəkkürlər
sahil_13 sahil_13 27 July 2014 17:31 Cavab yaz

Bəlkədə bu eşqlər xoşbəxt sonluqla bitseydi əfsanəyə cevrilmezdi Onları əfsanəyə cevirən mehz omların sonluğudur
Ellada84 Ellada84 27 July 2014 17:26 Cavab yaz

Skarlet Ohara və Rett Batler maraqlıdır."Küləklə sovrulanlar" əsərini oxumasamda,filmə baxmışam.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика