Giriş
Bağla

Ayrılığa kədərlənməmək üçün 7 səbəb

MÜNASİBƏTLƏR / Eşq və məhəbbət

Dostluqlar və əlaqələr təəssüf ki, hər zaman arzu etdiyimiz kimi davam etmir. Heç kim ayrılmaq üçün münasibət qurmaz, ancaq istəklərimiz hər zaman baş tutmur və bir-birini  anlamamaq özünü biruzə verə bilər. Xoşbəxt bir münasibətimiz varkən bir gün tək qala, aldadıla bilərik. Qurtaran əlaqənin ardından yaşlı gözlərlə əlimizdə salfet, özümüzü günlərlə yatağa dustaq etməyimizin nə özümüzə, nə də bir başqasına faydası olmayacaq. Bəs nə edək? Budur, son verilmiş əlaqənin ardından kədərlənməmək üçün etibarlı 7 səbəb!

Ayrılığa kədərlənməmək üçün 7 səbəb
Artıq sərbəstsən
Bəli, artıq həyatında həmişə hesab verəcəyin bir insan yoxdur. İstədiyin saatda, istədiyin yerə, istədiyin insanlarla getməkdə azadsan. Bir şey edərkən iki nəfərlik düşünməyinə artıq ehtiyac yoxdur. Tək adam olaraq yaşaya bilərsən. Azadlığını dadını doya-doya çıxara bilərsən. Əlaqədən qaynaqlanan bütün "olmaz"larla qurtarmısan. Artıq istədiyin hər paltarı geyə bilərsən.
 Ailənizə kiçik yalanlar deməyinizə ehtiyac qalmayacaq
Yaşımız neçə olursa-olsun, biz hələ ailəmiz üçün kiçik uşağıq. Buna görə də oğlan dostlarımızın olması mövzusunda problemlər ola bilər. Sizi başa düşsələr belə, oğlan dostlarınızla edəcəyiniz hər şeyə icazə verməyəcəklər. Bu, hamımıza məlumdur. Buna görə də artıq oğlan dostlarınızla konsertə, görüşə gedərkən ananıza kiçik yalanlar deməyinizə ehtiyac yoxdur.
Ayrılığa kədərlənməmək üçün 7 səbəb
Qızlarla əylənməyin səfası
Həyatınızda biri varkən istər-istəməz rəfiqələrinizlə aranız soyuyur. Bütün boş vaxtınızı onunla keçirmək istəyirsiniz. Çünki o, sizin sevimlinizdir. Ancaq artıq belə bir sevimli olmadığına görə bütün boş vaxtınızı rəfiqələrinizlə keçirə bilərsiniz. Yığılan dedi-qodular sizi buna peşman etməyəcək. 
Yeni birini tanıma həyəcanı
Əlaqələr bitə bilər, bu, dünyanın sonu deyil. Bitən əlaqənin arxasından aylarla, illərlə yas tutmağınız özünüzə zərərdən başqa bir təsiri olmayacaq. Özünüzü hazır hiss etdikdə yeni biriylə tanış olmaq və tanımağa çalışmaq çox əyləncəli və həyəcanlı bir iş olacaq. Başqa insanlara fürsət verin və xoşbəxt olmağa cəhd edin.
Ayrılığa kədərlənməmək üçün 7 səbəb

Bütün həftə davam edən yorğunluğa son

Artıq həmişə birlikdə olduğunuz bir  dostunuz olmadığına görə evinizdə daha çox vaxt keçirəcəksiniz. Bu da sizin daha az yorulmağınız və çox dincəlməyiniz deməkdir. Bütün həftə məktəb, iş deyərkən bir həftəsonu dostunuzla görüşmək çox vaxt yorucu olur. Artıq evdə doyunca vaxt keçirə bilərsiniz.
Daim gözəl olmaq məcburiyyətində deyilsiniz
Daim görüşdüyünüz bir dostunuz olmadığına görə artıq çöldə rəfiqələrinizlə gəzərkən çox gözəl olmaq və makiyaj etmək məcburiyyətində deyilsiniz. Bu, özünüzü rahat hiss etmək üçün gözəl fürsətdir.
Nəyisə planlaşdırmağa ehtiyac yoxdur
Artıq daim gələcəyi düşünərək evlilik planları qurmağınıza ehtiyac yoxdur. Əslində bu məsuliyyət hər kəs üçün ağır bir yükdür. Artıq plan qurmadan, gələcəyi düşünmədən sadəcə  bu gününüzü yaşayaraq xoşbəxt olmağa çalışa bilərsiniz. Doğru vaxtda doğru adamı tapmaq üçün ayaqlarınızı uzadıb gözləməyin vaxtı gəldi.
Ayrılığa kədərlənməmək üçün 7 səbəb


Şərhlər (20)

aysun2013 aysun2013 1 May 2015 17:28 Cavab yaz

nigarВ dadasova, give_ros
S.S.E., give_ros
aylin.memmedova, give_ros
girl-1988;ayka girl-1988;ayka 1 May 2015 17:17 Cavab yaz

ayriliq hec kese qismet olmasin
SS,, SS,, 12 January 2015 02:44 Cavab yaz

yasamamisam cox sukur
girl_2014,nigar girl_2014,nigar 13 August 2014 13:49 Cavab yaz

MARAQLi melumat
aysun2013 aysun2013 13 August 2014 09:35 Cavab yaz

AskВ Denizi:), give_ros
takataku, give_ros
www.mak.net www.mak.net 2 August 2014 04:37 Cavab yaz

Maraqlı xeberdi ama insan 1anda yaşama sebebini itirir düşünmüremki ayrilan insana bu məsləhətləri versen ayriliğin faydalı oldugunu düşünsun
gozel eliyeva gozel eliyeva 1 August 2014 19:34 Cavab yaz

Hmmmmm ayriligin hec bir gozselliyi olmadigini dusunurem unknown
aysun2013 aysun2013 12 July 2014 00:38 Cavab yaz

ShefeqВ N., give_ros
рџ’•NaRaрџ’•, give_ros
Q, give_ros
x women x women 11 July 2014 19:11 Cavab yaz

Allah sonu xoshbextlikle neticelenecek elaqelere ayriliq yazmasin.Sevende ele sevin ki, ve elesini sevin ki,sonra peshman olmayasiz.
V.Nara V.Nara 11 July 2014 18:04 Cavab yaz

Allah heç kimə göstərməsin ayrılığı.. maraqlı xəbərdi.. teşekkürlər give_ros
qeribe qeribe 11 July 2014 17:23 Cavab yaz

Canim ayrilik cox piis seydi Allah hec kime qostermesin.Təşəkkür Aysun. kiss give_ros
aysun2013 aysun2013 11 July 2014 17:15 Cavab yaz

В вќ¤XəyaləВ Diləkвќ¤(Ələkbərova), give_ros
DavetsizВ Misafir,
give_ros
narocka narocka 11 July 2014 16:46 Cavab yaz

Allaah razi olsun!
genc qiz genc qiz 11 July 2014 16:33 Cavab yaz

((((( Faydali xeberdi give_ros
aysun2013 aysun2013 11 July 2014 15:59 Cavab yaz

ElladaВ Babayeva,
nigarВ dadasova,
Dəniz84,
PƏRVANƏВ ƏLİYEVA......,
♥NiLuFeR♥,
Cox saqolun xanimlar
nilu nilu 11 July 2014 15:42 Cavab yaz

Super xəbər hazırlamısan mələyim good give_ros air_kiss
Ryos Ryos 11 July 2014 15:13 Cavab yaz

Allah gostermesin ayriliqi ne mene nedeki kimese..Cox pis bir sheydi..Coxsaqol bolushduyun ucun canimmm give_ros
Deniz84 Deniz84 11 July 2014 15:07 Cavab yaz

Yrılıq yaşamamışam çox şükür. Ancaq gözəl məsləhətlərdir. Təşəkkür Aysun.
girl_2014,nigar girl_2014,nigar 11 July 2014 14:57 Cavab yaz

Canim ayrilik cox piis seydi Allah hec cese cekdirmesi bu acini
Ellada84 Ellada84 11 July 2014 14:50 Cavab yaz

Maraqlı mövzudu. Doğru vaxtda doğru adamı tapmaq üçün ayaqlarınızı uzadıb gözləməyin vaxtı gəldi.Ayrılıq yaşamamışam.Ömür boyu bir yerdə yaşayacağımız insanı seçməkdə yüz ölçüb bir biçməliyik.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика