Ümumişlək sözlər və ümumişlək olmayan sözlər
Azərbaycan dilinin lüğət tərkibinin əsas hissəsini hamı tərəfindən başa düşülən ümumişlək sözlər təşkil edir. Bu sözlər istənilən üslubda olan yazılı və şifahi nitq hissələrində işlənir. Məsələn, ağac, qoruq, bina, çiçək, su və s. Dildə elə sözlər də mövcuddur ki, onların işlənmə dairəsi məhduddur. Belə sözlər ümumişlək olmayan sözlər adlanır və onlar dialektizmləri, terminləri aid etmək olar. Yadda saxlamaq lazımdır ki, bir dildə danışan adamlar eyni bilik səviyyəsinə, eyni ixtisasa malik olmadıqları kimi, müxtəlif şəraitdə və məkan etibarilə müxtəlif yerlərdə yaşayırlar. Ona görə hər hansı bir dildə danışan adamların da işlətdiyi sözlərin miqdarı və səciyyəsi də müxtəlif olur. Bu cəhətdən Azərbaycan dilində ümumişlək olmayan sözlər meydana gəlir.
Dialekt sözlər: hər hansı bir bölgədə yaşayan bir qrup əhalinin dilində işlənən söz və ifadələr dialekt sözlər adlanır. Dialekt sözlərin ədəbi dildə qarşılığı olur. Məsələn, qarğıdalı-kəbə, məkə, peyğəmbəri, sütül, qarqundey; döşəkçə-nimdər; dəsmal-əlardan, təlis, məhrəba; hündür-qəlbi; tez-becid və s.
Dialekt sözlərdən bədii üslubda daha çox istifadə olunur. Zaman keçdikcə dialekt sözlər ümumişlək sözə çevrilə bilir: sayrışmaq, təzəcə, ilğım, faraş, qəlbi kimi sözlər bu qəbildəndir. Hancarı, anarı, əsrük sözləri isə həç arxaik, həm də dialekt söz kimi işlənir.
Dialektləri öyrənən elmə dialektologiya, öyrənən adama dialektoloq deyilir. Bədii əsərlərdə işlənən dialekt sözlərə dialektizm deyilir.
Terminlər (İxtisas sözləri)
Müxtəlif ixtisas və peşə sahibləri ilə əlaqədar olan sözlərə terminlər və ya ixtisas sözləri deyilir.
Terminlərin əsas xarakteristik xüsusiyyətləri: yığcamlıq, yeni söz yaratmaq qabiliyyətinə malik olmaq, emosionallığın olmaması, sinonimliyin olmaması (çox vaxt), məcaziliyin olmaması, çoxmənalılığın olmaması.
Terminlər əsasən elmi üslubda işlədilir. Amma bəzən bədii üslubda-bədii əsərlərdə də terminlərdən istifadə olunur. Bu, həmin əsərlərdə adamları, onların məşğuliyyətini daha dəqiq şəkildə təsvir etməyə kömək göstərir. Dilimizdə elə sözlər var ki, onlar yalnız termin kimi işlənirlər. Elə sözlər də var ki, həm termin, həm də ümumişlək söz kimi işlənir. Məsələn, güc, isim, bucaq və s.
Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq terminlərdən bəziləri ümumişlək sözlərə çevrilir. Məsələn, ekran, solo, aspirin, arayış və s.
Elmi üslubu digər üslublardam fərqləndirən əsas cəhətlərdən biri burada terminlərin işlənməsidir. Hər bir elm sahəsinin özünəməxsus terminləri olur.
Dildə işlənən kobud ifadələr, nalayiq sözlər vulqafizmlər adlanır: gəbərmək, alçaq, tıxışdırmaq, şərəfsiz və s.
Frazeoloji birləşmələr
Dildə iki cür söz birləşməsi mövzuddur: sərbəst və sabit söz birləşmələri.
Sabit söz birləşmələri frazeoloji birləşmələr (frazeoloji vahidlər, frazemlər və ya frazeologizmlər) adlanır. Nitqdə ayrı-ayrı sözlərlə yanaşı, bütövlükdə, müəyyən bir leksik mənanı ifadə edən frazeoloji birləşmələrdən geniş istifadə olunur. Frazeoloji birləşmələr dedikdə, tərkibcə dəyişməz, hazır şəkildə işlənən məcazi mənalı birləşmələr nəzərdə tutulur. Məsələn, lovğalanmaq mənasında gözü ayağının altını görməmək; qorxmaq mənasında siçan deşiyinə girmək və s. belə birləşmələr frazeoloji birləşmələr adlanır.
Frazeoloji birləşmələrin tərkibindəki ayrı-ayrı sözlər öz həqiqi mənalarını itirir, birlikdə yalnız məcazi məna ifadə edir.
Əgər sərbəst söz birləşmələrinin tərkibindəki sözlər ayrı-ayrılıqda leksik mənaya malik olurlarsa, frazeoloji vahidlər bütövlükdə bir məna ifadə edir. Məhz buna görə frazeoloji birləşmələr sintaktik baxımdan parçalanmır, bir cümlə üzvü olur, tərəfləri arasında heç bir sintaktik əlaqə olmur. Frazeoloji birləşmələr dildə hazır şəkildə olur. Onlar omonimlik, sinonimlik və antonimlik yarada bilir. Frazeoloji birləşmələr omonim, sinonim, antonim olduqda onların məna tayları da frazeoloji birləşmə olmalıdır. Frazeoloji birləşmələr nitqə xüsusi ifadəlilik, canlılıq gətirir. Belə birləşmələrdən, əsasən, məişət üslubunda və bədii üslubda istifadə olunur.
Kömək etmək, yaxşı olmaq, əl etmək, adam olmaq kimi birləşmələr frazeoloji birləşmə sayılmır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Evlərin qiyməti bahalaşıb
Erməni jurnalist: "Ağdərədə taleyimiz həll olunur"
Toyuq suyuna şorba
İki rayonun inzibati ərazi bölgüsünə dəyişikliklər edildi
Uşaqlarımız niyə ağlayırlar?
Günün ulduz falı - 03.02.2014
Gəlinlər üçün gözəl ayaqqabı modelləri
Hikmətli sözlər
Hava haqqında
Dərman bitkilər
Azərbaycanda 900-dən çox insan qidadan zəhərlənib
Yay istirahətinə gedən kişilər genofonda zərbə vuran xəstəliklərlə qayıdırlar
Ən çox hansı bürclər varlı olur?
Cansu Dere ekranlara qayıdır
“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşr olundu
Ericsson Apple-ə qarşı
Gümüş aura nədir?
Məşhur kaskadyor həlak oldu
Xəyallarını de, düşüncələrini göstərim
Azərbaycanda keçirilən ilk qəbul imtahanının nəticələri açıqlandı
Autizm
Dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
Mart ayının qalibləri!
10 çeşiddə YAY FƏSLİ komplekti
Məşhur türk aktrisası nişanlandı-FOTO
Balıq buğlaması (foto resept)
Bu adam benzin içərək yaşayır
Qəti xəbərdarlıq: ""İnternet Explorer" brauzerindən istifadə etməyin"
Məşhurlar 80-ci illərdə
Günün ulduz falı - 16.02.2014
Xanımlar, gözəlliyə belə qurban gərəkdir?
5 gün iş olmayacaq
Aslı Enver və Özcan Deniz İsrailə getdi
İlham Əliyev: "Rüşvət o vaxt verilir ki..."
COVID-19-u keçirənlər də peyvənd olunmalıdır?
Noutbukun üstünə su dağılarsa nə etməli?
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Manatın ikinci devalvasiyası qaçılmazdır
TƏBİB koronavirusla mübarizə üçün könüllü səhiyyə işçiləri axtarır
Özünü məşhur aktrisalara bənzətdi
Qoltuq altı qaralmaları necə yox edək?
Azərbaycanın poçt xidmətində yenilik
Yeni serial başlayır-"Kızım"-VİDEO
Naftalan neftinin sirri nədir?
Azərbaycanda daha 136 nəfərdə koronavirus aşkarlandı, 3 nəfər vəfat etdi
Hava haqqında
Murad Boz Aslı Enverlə barışdığını təsdiqlədi - FOTO
Fahriye Evcen Burak Özçivitin filminin qalasında GÖZ QAMAŞDIRDI - FOTO
Sevmək-sevilmək, gözəllik, xeyirxahlıq var ikən...
Cüneyt Arkın yenidən səhnəyə qayıdır-FOTO
- ŞƏRHLƏR