Giriş
Bağla

Mən böyüyəndə...

Bizimdir! / QN News / İstifadəçilər

Mən böyüyəndə...
Xəyalə Murad
Mən təxminən 10 yaşıma kimi "Böyüyəndə kosmonavt olacağam" deyirdim. Hətta həyət yoldaşlarımla yığıncaq təşkil edib "iclas" aparırdım. Səmavi cismlərə olan eşqimdən qaynaqlanaraq bilib-bilmədim danışırdım. Məsələn, deyirdim: "Yer kürəsindən Marsa gedib-qayıtmaq kosmonavt üçün 3 dəqiqə, amma Yer kürəsinin əhalisi üçün 10 ilə bərabərdir". Əlbəttə, bu, uşaq düşüncəsi və uşaq təxmini idi. Ən çox sevdiyim planet Yupiter idi və hal-hazırda da ona daha çox diqqət edirəm, nəinki digər planetlərə. Ulduzlara baxaraq sabah havanın yağışlı və ya aydın olacağını da "proqnoz" edirdim. Amma zaman gəldi, orta məktəbdə tarix fənni ilə tanış oldum. O gündən kosmonavt arzumu tarixçi arzusuna dəyişdim. Amma hələ də planetlərə olan marağımı itirməmişəm. Orta məktəbdə divar qəzetinin redaktoru kimi qəzetin adını qoymaq şərəfinə nail olmuşdum ki, ilk ağlıma gələn məhz Kəhkəşan (yəni Qalaktika) olmuşdu. O adla 5 il ərzində divar qəzetini hazırladım. 
Mən böyüyəndə...
♥NiLuFeR♥
Mənim ən böyük arzum həkim olmaq idi. Amma arzumu reallaşdıra bilmədim, belə deyək, qismət olmadı. Amma çox şükür ki, indi institutda ekonomika fakultəsində, 3-cü kursda oxuyuram.girl_ang Həmişə demişəm, indi də deyirəm, bu günümə şükür. Allah bəxtimi, taleyimi gözəl etsin! Amingirl_ang
Elifв™Ў
Atam həmişə deyir ki: "Televiziyaya baxıb, hansısa peşə azca xoşuna gələn kimi, deyirdin ki, mən də böyüyəndə elə olacağam". Hətta futbolçu olmağı belə arzulamışam. Onların qol vurduqdan sonrakı sevinmə anlarını çox bəyənirdim. Daha sonralar ibtidai sinif müəllimi olmaq istəmişəm. Qohumlarımızdakı məndən 3-4 yaş balaca uşaqlar bizə gələn kimi oturdub guya onlara dərs keçirdim. İbtidai sinif müəlliməmi də örnək alaraq əlimə bir çubuq götürürdüm. Arabir onları yüngülcə vurmaq xoşuma gəlirdi. Təbii ki, sonralar balaca uşaqlarla işləyəcək qədər səbrli olmadığımı gördüm. Yeddinci sinifdən başlayaraq hər yay tətillərində çoxlu bədii əsər oxuyardım (İndi də oxumağı çox sevirəm). Beləliklə, ədəbiyyatçı olmaq arzusunda idim. Amma şeirlə heç aram yox idi (mənzum əsərlər istisna olmaqla). Xüsusilə də, sevgi-məhəbbət şeirlərini, yarpağın düşməsini, gülün açmasını və s. vəsf edən şeirləri oxumağa heç hövsələm yoxdur. Nə isə... Mən çox yazdım, deyəsən.  biggrin Hal-hazırda tarix fakultəsində oxuyuram. İn Şa Allah tarix müəlliməsi olacağam. İxtisasımı bəyənirəm. Amma ürəyimdə riyaziyyatçılara, güclü riyaziyyat bilənlərə rəğbət, hörmət hissi var həmişə. Mənim də riyaziyyatım pis olmasa da, amma əla da deyil. Tarix müəllimim həmişə deyirdi ki, riyaziyyatı güclü bilən biri asanlıqla hər fənni qavraya bilər, o, beynin fəaliyyətini gücləndirir.
Mən böyüyəndə...
Yagmur atasoy
Hər kəsin uşaqlığında qurduğu xəyalları olur. Məsələn, deyərdik: "Mən böyüyəndə polis olacağam, həkim olacağam" və s. Mən uşaqlıqda futbolçu olmaq istəyirdim, lakin öncə atam buna qarşı çıxdı. Anam isə heç nə demirdi, çünki o da sevirdi futbolu. Bəzən anam mənə hirslənir, deyir ki, məni də futbol həvəskarı elədin. Amma hal-hazırda 18 yaşım var və arabir futbol oynayıram. Yenə də hirslənirlər, ancaq bundan vaz keçməyəcəyimi bilirlər. Bir dəfə atam əsəbiləşdi və mənə cəza verdi ki, bir də futbola baxmayacaqsan! O gün çox ağlamışdım. Amma sonra cəzam bitdi, futbola baxmağa davam etdim. Futbol mənim həyatımın bir parçasıdır. Deyəsən elə olaraq da qalacaq. 
kamile
Mən uşaq olanda rəsm çəkməyi çox xoşlayırdım, həm də şeir yazırdım. Arzum rəssam olmaq idi. Müəllimlər də deyirdilər ki, rəng duyumum, əl qabiliyyətim yaxşıdır, amma atam razı olmadı ki, incəsənətlə məşğul olum. girl_cray
Davetsiz Misafir
Mən uşaqlıqda əslində həkim olmaq istəyirdim. O arzuyla da oxuyurdum. Amma bir gün atam dedi ki: "Daha oxuma!". Mən həmişə onlarla razılaşdığım kimi bu dəfə də razı oldum, amma indi başa düşürəm ki, əslində çox böyük bir səhv etmişəm, amma keçmişi qaytarmaq olmur...
Mən böyüyəndə...
Sevgi.
Mənim uşaqlıqda ən böyük arzum həkim olmaq idi. Həmişə anam da deyirdi ki, qızım böyüyəndə həkim olsun. Amma bütün arzularım yarımçıq qaldığı kimi bu arzum da yarımçıq qaldı. İndi bütün ümidlərimi oğluma bağlamışam ki, o oxusun. Mənə həmişə müəllimlərim deyirdi ki, sənin yerin istədiyin universitetdədir. Düzdür, Allahın bizə bəxş etdiyi hər günə şükür olsun! Bu barədə çox söz yaza bilərəm, ürəyim o qədər doludur ki.
AYSUN MEMMEDOVA
Mən uşaqlıqda istəyirdim ki, böyüyəndə ya bağça,  ya da ibtidai sinif müəlliməsi olum. Ancaq dərslərimdə çox tənbəl olduğumdan ibtidai sinfi unutdum. Amma bağça müəlliməsi olmaq arzum hələ də var. Allahın izniylə 3 günə bir bağçayla gedib iş üçün danışacağam. İnşallah, cavab nə olsa, sevə-sevə sizlərlə də bölüşəcəyəm.
Mən böyüyəndə...
♥AyTaDj HəSəNzAdƏ♥
Uşaqlıqda həmişə arzum ibtidai sinif müəlliməsi və ya həkim olmaq olub. Amma çox təəssüf ki, heç biri ola bilmədim, yəni arzuma çata bilmədim. O vaxtlar bəzi səbəblərə görə oxuya bilmədim.
Shefeq N.
Mən uşaq vaxtı müğənni və pianoçu olmağı çox istəmişəm. Ancaq icazə verən olmayıb ki, bu peşələrdən birinə sahib olum. İcazə versəydilər, indi bəlkə işləyərdim. Amma mənə qismət olmadı.


Şərhlər (36)

zehra 2013 zehra 2013 18 November 2014 15:13 Cavab yaz

Men usaqlida o qeder pese sahibleri olmaq isteyirdimiki,amma indi evdar xanimam cray meselen hekim olmaq isteyirdim,elime alirdim masinlarda olura celi yardim cantasi onu iynede gotururdum,yastiqlari adamdi diye iyne vurardim,yazan fikirleride maraqla oxudum,cox sagolun
ESNA_2012 ESNA_2012 18 November 2014 14:48 Cavab yaz

Çox həvəsnən oxudum hər birini təşəkkurlər.
Xanim_Xatun Xanim_Xatun 16 November 2014 01:43 Cavab yaz

Çox isteyirdim tercumeci olum..ola bilmedim...
sadece_emka sadece_emka 8 November 2014 18:22 Cavab yaz

Çox maraqlı xeber idi.Təşəkkürlər
AYKAWIRINKA AYKAWIRINKA 13 September 2014 15:09 Cavab yaz

MEN RESSAM OLMAQ ISTIYIREM 5 YAWIMDAN
aysun2013 aysun2013 9 August 2014 13:57 Cavab yaz

Xanımlar üzür demisdim yazacam unutmusam.
Getdim danisdim amma saata gore razi olmadilar men ancaq 8 den 1 e cen isleye bilerem usaqlarima gore onlarada saata z aldoqu ucun raziliq vermediler amma yenede bunada sukur insallah tapacam Allahin izniyle girl_ang
www.mak.net www.mak.net 1 August 2014 23:24 Cavab yaz

good biggrin give_ros ela alınıb her 1ni heveslə oxudum
delixanam.az delixanam.az 21 July 2014 15:24 Cavab yaz

Çox gozel alinib tesekkur
fidaska_deniz fidaska_deniz 19 July 2014 22:32 Cavab yaz

Məndə uşaqlıqda prokuror olmaq istədim böyüdüm ama müəllimə oldum
ayan_ ayan_ 13 July 2014 17:29 Cavab yaz

PƏRVANƏВ ƏLİYEVA......,
♥AynişkaВ Gülüm♥,
AygulВ isgenderova,
Dəniz84,
DavetsizВ Misafir,
Asi,
O deyerli vaxtınızdan ayırıb şerh yazdığınıza göre minnetdaram.....
Təsadüfə baxın))

smile
Asi88 Asi88 13 July 2014 09:11 Cavab yaz

Hamisini maraqla oxudum cox gozel alinib give_ros
narocka narocka 12 July 2014 01:40 Cavab yaz

Gozeldi bacim Allah razi olsun
Deniz84 Deniz84 11 July 2014 23:36 Cavab yaz

Gözəl xəbər hazırlamısan Şirin qız. Qızların uşaqlıq arzularını maraqla oxudum. Hər kəsə həyatada uğurlar arzu edirəm.
AYKA_57 AYKA_57 11 July 2014 16:17 Cavab yaz

Allah hamini arzusuna catdirsin amin
ayniska milaska ayniska milaska 11 July 2014 15:02 Cavab yaz

MARAQLI ALINIB SIRIN QIZ,QIZLAR SIZLER DE ISTEDIYINIZ SENETE YIYELENMEDIYINIZ UCUN HEYFSLENMEYIN , sorry HER ISDE BIR XEYIR VAR !
Ryos Ryos 11 July 2014 14:52 Cavab yaz

Shirin qiz gozel xeber hazirlamisan..davamli uqurlu olsun..Qizlar her birinizin arzusunu oxudum.Qismet..Allah bunnan sonra heyatinizda ureyinizde ne arzu niyetiniz varsa onu yerine yetirsin..Aminnnnn give_ros
Milana.M Milana.M 11 July 2014 14:47 Cavab yaz

Xeyale xanım,siz bilirsinizmi,biz eyni ayda,eyni günde anadan olmuşuq?25 noyabr,ele deyil mi?

Təsadüfə baxın)) good give_ros
Elif.. Elif.. 11 July 2014 10:29 Cavab yaz

Elif, sənin tarix müəllimini dəstəkləyirəm və onunla çox razıyam

Hə baci mən tarixi həmin müəllimimlə daha çox sevdim. Sənin onun sözünün bəyənməyinin başqa bir səbəbi yoxdu görəsən həə? wink
Elif, neçənci kursda oxuyursan?

4-cü kursda oxuyuram Ceylan xanim.
Elifв™Ў ay ne yaxsi mende tarixi cox sevirem tarixci olmaq istiyirem cox az qalib gorek tarixci ola bilecem

Olarsiz inşəAllah. Allah yardimçınız olsun. Haqqınızda xeyirlisi olsun inşəAllah

Şirin qiz, mən də təşəkkür edirəm. İkinci hissəni maraqla gözləyirəm.
aysun2013 aysun2013 11 July 2014 08:43 Cavab yaz

Aysun canim insAllahki arzuna catibda gelib bizimle bolusersen.

Cox saqol canim Allah razi olsun urey insallahhhh
x women x women 11 July 2014 01:39 Cavab yaz

Shirin qiz,maraqli xeber alinib.Tebrikler...Ardi geler inshallah.
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика