Giriş
Bağla

Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət (2)

MÜXTƏLİF / Praktik məsləhətlər

 

Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət (2)

 

1. Sürətlə arıqlayıb-kökəlmək bədəninizin zəifləməyə qarşı müqavimətini artırar və gedərək arıqlamağınızı çətinləşdirər. Maddələr mübadiləsini alt-üst edər.

2. Aparılan yeni araşdırmalara görə, meyvə, tərəvəz və yaşıl bitkiləri daha çox yeyən insanlar ürək və xərçəng xəstəliklərinə daha az tutulur.
3. Hazırladığınız keksin üzərinə əridilmiş şokolad tökəcəyiniz zaman, şokolada bir az kərə yağı qatın, nəticədə keksiniz həm ləzzətli olar, həm də şokolad yumşalar.
4. Divara mismar vuracağınız zaman işarələdiyiniz yerin üzərinə çarpaz lent yapışdırıb sonra mismarı vurun. Belə etdiyiniz təqdirdə divarı çatlatmamış olacaqsınız.
5. Keks qəlibinin içinə xəmiri tökməzdən əvvəl ortasına bir qədər alüminium folqa qoyun. Beləcə, keksinizi bişirdikdən sonra qəlibdən asanca çıxara biləcəksiniz.
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət (2)
6. Boyat çörəklərin üzərinə su səpin və folqa kağızına büküb 5-10 dəqiqə sobada saxlayın. Beləcə, çörəkləriniz təptəzə olacaq.
7. Badımcanı bişirməzdən əvvəl duzlayın və bir müddət saxlayın. Daha sonra soyuq südlə yaxalayın. Beləcə, badımcanlarınız daha ləzzətli olacaqdır.
8. Tart xəmiri açarkən xəmirin sərtləşməməsi və şəklinin pozulmaması üçün xəmiri bir neylon paketə qoyub oxlovla yuvarlayaraq açın.
9. Yemək arasında acdığınız zaman alça qurusu yeyin. Quru alça qan şəkərinin düşməsinə mane olur. Ancaq çox irəli getməyin çünki unutmayın, bir quru alçada 8 kalori var.
10. Evdə tort bişirərkən istifadə edəcəyiniz meyvə və şirnilərin dibə çökməsini istəmirsinizsə, tortunuza bir miqdar qarğıdalı unu əlavə edin. Beləcə, meyvələr bişərkən suları sıxlaşacaq və qəlibin dibinə çökməyəcək.
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət (2)
11. Kartof pürenizə dəyişik bir qoxu vermək istəyirsinizsə, içinə bir qədər kokos atın. Dadının və qoxusunun necə dəyişdiyini görəcəksiniz.
12. Meyvəli keks bişirərkən meyvələrin keksin dibinə çökməməsi üçün meyvələri əvvəl una, ya da nişastaya batırıb bir müddət gözləyin, sonra keks xəmirinə qatın.
13. Nahar və ya çay saatı üçün hazırladığınız xəmir qızartmaların daha ləzzətli olmasını istəyirsinizsə, xəmirə əlavə etdiyiniz qabartma tozuna bir az da pudra şəkər qatın.
14. Pambıq geyimlərinizin daralmaması üçün ilk dəfə yuyarkən bir gecə soyuq suda saxlayın, sonra yuyun, bu zaman paltarlarınız daralmayacaq.
15. Xəmir xörəyi bişirdiyiniz zaman mətbəxinizin dəzgahı çirklənər. İşiniz bitincə dəzgahı asanca təmizləmək üçün stolunuza bir miqdar duz səpin və nəm əskiylə silin. Beləcə, dəzgahınız asanca təmizlənəcək.
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət (2)
16. Divar kağızlarını yeniləmək istədikdə köhnə kağızları çıxarmaq hər zaman problem olar. İlıq su dolu bir qaba bir miqdar qab yuyan maye tökün və qarışığa batırdığınız süngərlə divar kağızlarını silin, divar kağızlarınız asanca soyulacaqdır.
17. Evinizdəki bənövşələrin daha çox çiçək açmasını istəyirsinizsə, torpağına yumurta qabığı qarışdırın. Beləcə, bənövşələriniz daha sağlam və daha gözəl çiçəklər açacaq.
18. Dirsək və dabanlarınızın sərtləşməsini istəmirsinizsə, bir dilim limon ilə ovun. Beləcə, yupyumşaq olacaqlar.
19. Ətin yumşaq olması üçün qaynatdığınız suya limon suyu, ya da sirkə qatın. Ancaq qızardacaqsınızsa, bir gecə sirkəli və duru yağlı sousun içində saxlayın. Sousun içinə təzə göyərti doğrayaraq ləzzət qata bilərsiniz. Ardından əti yağsız qızardın.
20. Limondan daha çox su əldə etmək istəyirsinizsə, limonu yuyub quruladıqdan sonra çəngəllə bir dəfə dəlin, sonra suyunu sıxın.
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət (2)
21. Aldığınız kivilər çox sərt və kaldırsa, onları bir gecə plastik bir torbada alma və ya armudla birlikdə saxlayın.
22. Əgər dəriniz qurudursa, bir bananı əzin, içinə bir çay qaşığı bal və ya badam yağı qatıb üzünüzə sürtün. Bir neçə dəqiqə gözləyib ilıq su ilə yuyun.
23. Qızartma qoxularının bütün evə yayılmaması üçün yağın içinə bir-iki yarpaq cəfəri atın.
24. Cəfəridən daha çox faydalanmaq üçün saplarını da istifadə edin. Cəfəri saplarını atmayıb yaxşıca təmizlədikdən sonra şorbalarınızda istifadə edə bilərsiniz.
25. Az miqdarda yağ, süd, su və s. isitməli olduğunuzda  qazanınızı kirlətməyə ehtiyac yoxdur. Bir çömçə köməyi ilə bu işləri dərhal edə bilərsiniz.
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət (2)
26.  Quru lobya qaynatdığınız suyu tökməyin, soyuduqdan sonra bitkilərinizi sulayın. Bu, bitkilər üçün çox faydalıdır.
27. Toyuğun üzərinə limon suyu sürtüb duz səpsəniz, toyuğun nar kimi qızardığını görə bilərsiniz.
28. Ən yaxşı yemək dibi qalın və düz tavada bişir.
29. Teflon tavalardakı ləkələri çıxarmaq üçün bir stəkan suya 2 xörək qaşığı çay sodası və yarım stəkan sirkə töküb qarışdırın. Tavanın içində bu suyu 10 dəqiqə qaynadın.
30. Yeməyə çox duz atmısınızsa, qazanın içinə bir neçə parça çiy kartof qabığı atın, artıq duzu özünə necə çəkdiyini görəcəksiniz.


Şərhlər (33)

fidancik-91 fidancik-91 25 October 2015 14:50 Cavab yaz

maraqli meslehetleriniz ucun cox sagolun
Alone_girl96 Alone_girl96 24 July 2015 16:20 Cavab yaz

Faydali ve lazimlidi.
rovsane_82 rovsane_82 25 May 2015 20:03 Cavab yaz

Badımcanı bişirməzdən əvvəl duzlayın və bir müddət saxlayın. Daha sonra soyuq südlə yaxalayın. Beləcə, badımcanlarınız daha ləzzətli olacaqdır.
virtual dərslər virtual dərslər 7 April 2015 00:28 Cavab yaz

Cox maraqli melumatlardi.Her seyi bilmek yaxsidir tesekkur
SS,, SS,, 5 February 2015 15:26 Cavab yaz

Yeməyə çox duz atmısınızsa,
qazanın içinə bir neçə parça çiy
kartof qabığı atın, artıq duzu
özünə necə çəkdiyini görəcəksiniz.
malahat.hesenova malahat.hesenova 23 December 2014 17:42 Cavab yaz

Hazırladığınız keksin üzərinə əridilmiş şokolad tökəcəyiniz zaman, şokolada bir az kərə yağı qatın, nəticədə keksiniz həm ləzzətli olar, həm də şokolad yumşalar

Men hemiwe bele edirem.
girl-2002aydashka girl-2002aydashka 18 November 2014 15:39 Cavab yaz

Cox gozel ve maraqli meslehetler idi tesekkurler
Lale_LR Lale_LR 18 November 2014 13:53 Cavab yaz

3. Hazırladığınız keksin üzərinə əridilmiş şokolad tökəcəyiniz zaman, şokolada bir az kərə yağı qatın, nəticədə keksiniz həm ləzzətli olar, həm də şokolad yumşalar.
əvvəl belə ediridm,imni isə yağ əvəzinə qaymaq əlavə edirəm,daha da gözəl olur
Arzusqa Arzusqa 17 November 2014 18:01 Cavab yaz

Ele hami ciy kartofu deyir,belke yemeyim duru deyil,qurudu?
ask dosani ask dosani 9 November 2014 11:22 Cavab yaz

Yeni seyler oyrenmeyi sevirem cox cox sagolun
adpu_2013 adpu_2013 7 November 2014 12:57 Cavab yaz

TƏŞƏKKÜR EDİRƏM. çOX ŞEYLƏRİ BİLMİRDİM.
nezis nezis 26 August 2014 20:59 Cavab yaz

Super məsləhətlərdi təşəkkürlər
GUNUSU GUNUSU 24 June 2014 09:00 Cavab yaz

Faydali meslehetler idi.tesekkurler
Kona Kona 22 June 2014 01:13 Cavab yaz

Atdim secilmishdere ishime cox yarayacaqlar sinaqdan kecirecem Coxsagolun!
NIGAR82 NIGAR82 22 June 2014 00:14 Cavab yaz

Cox sag olun,Narin xanim,coooox lazimli meslehetlerinizcun give_ros
Xedice_2014 Xedice_2014 22 June 2014 00:11 Cavab yaz

Lazimli meluumatlardir, teşekkürler give_ros
anonim200 anonim200 21 June 2014 23:57 Cavab yaz

Xeberiniz cox gozeldi sag olun..
rana969 rana969 21 June 2014 23:31 Cavab yaz

Şərhləriniz üçün hər birinizə sonsuz təşəkkürlər çox sağ olun xanımlar. kiss
ulka-894 ulka-894 21 June 2014 23:21 Cavab yaz

Faydali meslehetlerdir zaman-zaman lazim olur,paxlanin suyu cox xosuma geldi gullerimi besleyerem! i_am_so_
gozel eliyeva gozel eliyeva 21 June 2014 22:49 Cavab yaz

Heqiqeten lazimli melumatlardir canim menim minnetdaram girl_ang love give_hea
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика